Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə25/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   21   22   23   24   25   26   27   28   ...   281

Bilik – Elm – Bilik 

 

 

 

69



cə tərzini duymaq həqiqətən çətindir. Duymaq çətindir, lakin başa düşmək 

olar. Zira məntiq (burada dialektik məntiq nəzərdə tutulur) açarı məntiqə-

qədərki qapılara da düşür. 

Bizə çatan qədim xalq yaradıcılığı abidələrinin, ən çox mifologiya-

nın təhlili göstərir ki, obyektiv məzmunlu biliklərin əmələ gəlməsi, məntiqi 

düşüncə tərzi, uzun sürən keçid dövrünün məhsuludur. Keçid dövründə öz 

taleyini, öz şəxsi hiss və arzularını, rəmzi mənaları real hadisələrin real ob-

razları ilə birləşdirmək meyli tədricən azalır. Hadisələr onlara geyindiril-

miş bər-bəzəkli geyimlərdən azad edilir və onlar bütün çılpaqlığı ilə, sadə, 

nisbətən sönük, lakin öz rəngində görünür. Təbiət daha insanın davamı ki-

mi götürülmür, müstəqillik əldə edir. İnsan özünü təbiətdən, təbiəti özün-

dən ayırır. Mənəvi ilə maddinin getdikcə daha aydın sezilən nisbi bölgüsü 

başlanır. İnsanların mənəvi aləmi durulduqca burada nə isə başqa bir şeyin 

deyil, məhz maddi aləmin obrazının əks olunduğu aydınlaşır. Nə zaman ki, 

hissi obrazlar hələ ümumiləşməmiş və anlayışlar şəklinə düşməmişdi, dün-

ya insan nəzərində bir xaos idi. Anlayışların formalaşması dünyada möv-

cud olan qaydalılığı, ahəngi mənəvi aləmə köçürməyə imkan verir. İnsanın 

mənəvi aləmi durulduqca maddi dünya da onun gözündə Xaosdan Kosmo-

sa, müəyyən qayda üzrə “düzülmüş” sistemə çevrilir. 

İnsanın təbiəti özündən ayırması, obyektiv gerçəkliyi yalnız  şəxsi 

ehtiyacları baxımından deyil, ümumiyyətlə insanın, insanların, cəmiyyətin 

ehtiyacları baxımından öyrənməsi,  əldə olunan “şəxssiz” biliklərin hamı 

üçün ümumi olan məntiqi formalara salınması və sözlərlə ifadə olunması – 

bütün bunlar bioloji varlıqdan biososial varlığın, şəxsiyyətin yaranması yo-

lunda ciddi addımlar idi. Anlayışların əmələ  gəlməsi ilə  sıx bağlı surətdə 

nitqin yaranması və onun insanlar arasında ünsiyyət vasitəsi kimi çıxış et-

məsi – insanın ictimai varlıq kimi formalaşmasına ciddi təkan verir. İnsan-

təbiət münasibətlərindən cəmiyyət-təbiət münasibətlərinə keçid sinkretik 

təfəkkürdən məntiqi təfəkkürə keçidlə həmahəng surətdə baş verir. Belə ki, 

insan həm də  təbiətin bir hissəsi olduğu üçün təbiətə münasibətdə  bəzən 

özünü ondan ayırdığı halda, bəzən də ayırmır; sinkretiklik – fərdiliklə 

ümumiliyin, hissiliklə məntiqiliyin, emosionallıqla rasionallığın, obrazlıqla 

praqmatikliyin vəhdəti, bəzən qaydasız, xaotik birliyi də buradan irəli gə-

lir. Cəmiyyət isə insanların bioloji varlığını əhatə etmir və təbiətin bir his-

səsi kimi deyil, onunla paralel surətdə mövcud olan və buna görə də yeri 

gəldikdə onunla qarşılaşdırıla bilən, onunla əkslik təşkil edən müstəqil tə-




Elm haqqında elm 

 

 



 

70

rəf kimi çıxış edir. Ona görə də cəmiyyətin bir üzvü kimi, sosial bir varlıq 



kimi, şəxsiyyət kimi insanın şüuru təbiəti insandan kənarda, “insansızlaşdı-

rılmış” halda, həqiqətdə (burada ancaq elmi həqiqət nəzərdə tutulur) oldu-

ğu kimi əks etdirir. Biliklərin tarixi də bu vaxtdan başlanır. 

İnsanların fəaliyyət dairəsi genişləndikcə biliklərin əhatə dairəsi də 

genişlənmiş olur. Müxtəlif fəaliyyət sahələrinə uyğun olaraq müxtəlif bilik 

sahələri yaranır. İnsanların hamısı üçün ümumi və zəruri olan maddi fəa-

liyyətin nəticəsi kimi əmələ  gələn adi biliklər və ya məişət bilikləri, heç 

şübhəsiz, bilik sahələri içərisində tarixən ən qədimidir. Sonrakı bilik sahə-

ləri insanlar arasında əmək bölgüsü sayəsində əmələ gəlir və heç də bütün 

adamlara deyil, fəaliyyət sahəsindən asılı olaraq yalnız müəyyən qrup 

adamlara mənsub olur. Biliklərin bu ilk formalaşma dövründə əmək bölgü-

sü və ixtisaslaşma yalnız maddi fəaliyyət sahələrini əhatə edir; bu dövrdə 

bilik əldə edilməsi hələ müstəqil bir məqsədə çevrilmir və yalnız məqsədə-

uyğun maddi fəaliyyətin zəruri tərkib hissəsi kimi çıxış edir. Biliklər hələ 

məxsusiləşməmiş, idrakın müstəqil obyektinə çevrilməmişdi. 

Hələ eramızdan altı  əsr əvvəl böyük çin mütəfəkkiri Konfutsi dərk 

olunmuş və dərk olunmamış biliyi fərqləndirərək deyirdi: “Əsil bilik – bil-

diyin  şeyi bildiyini, bilmədiyin  şeyi isə bilmədiyini bilməkdir”. Müasir 

adam üçün az qala tavtologiya kimi görünən bu müdrik kəlam qədim dövr-

də biliklərin çox vaxt qeyri-müstəqil şəkildə, maddi fəaliyyətə bağlı, onun 

əlavəsi kimi, asılı surətdə mövcud olduğunu, əsil bilik sahiblərinin isə bili-

yi fəaliyyətdən ayıraraq müstəqil surətdə, “xalis” şəkildə  mənimsədiyini 

göstərir. K. Marks və F. Engels şüurun formalaşmasında maddi fəaliyyətin 

tarixən nə kimi bir rol oynadığını göstərərək yazırlar: “İdeyaların, təsəv-

vürlərin və şüurun hasil edilməsi əvvəlcə bilavasitə insanların maddi fəa-

liyyətinə  və maddi ünsiyyətinə, real həyat dilinə bağlıdır. Təsəvvürlərin 

əmələ gəlməsi, təfəkkür, insanların mənəvi ünsiyyəti burada onların maddi 

fəaliyyətinin hələ bilavasitə  məhsuludur”.

7

1

 “Maddi ünsiyyət”, “real həyat 



dili” dedikdə heç də nitq nəzərdə tutulmur. Nə qədər ki, fikir fəaliyyətdən 

ayrılmamışdı, nitq də hələ müstəqil surətdə mövcud ola bilməzdi. Lakin bu 

zaman fikrin, biliyin müstəqilləşməsi və nitqin formalaşması üçün artıq 

real zəmin var idi. “İbtidai insan sürüsündəki” ünsiyyət müasir insanlar 

                                                 

1

 K.Marks və F.Engels. Seçilmiş əsərləri. Üç cilddə. 1-ci cild, Bakı, Azərnəşr, 1978, s. 14. 




Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə