Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə30/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   26   27   28   29   30   31   32   33   ...   281

Elm haqqında elm 

 

 



 

82

məkan kontiniumu xaricində olduğu kimi, mütləq materiya da zaman-mə-



kan xaricindədir. Yaradılma və  məhvolma isə vaxtaşırı olaraq qaranlıqda 

müəyyən sahələrin işıqlanması, başqa sahələrin isə qaranlıqlaşması kimi 

başa düşülür.  

Qaranlıqların işıqlanması,  əvvəl bizə qaydasız görünən sahələrdə 

qaydaların tapılması və həmin sahənin bizim üçün anlaşılan olması kimi də 

qəbul oluna bilər. Amma biz bizim üçün işıqlanmadan, yaxud qaydanın bi-

zim üçün aydınlaşmasından deyil, doğrudan da qaranlıq sahədə işıqlı zolaq-

ların yaranmasından, nizamsız mühitdə nizamlı fraktalların ortaya çıxma-

sından bəhs edirik.  

Son vaxtlar özünüinkişaf və özünüidarə sistemlərindən çox yazılır. 

Necə olur ki, sistem ya mühitdəki dəyişikliklərə reaksiya olaraq, ya da 

bilinməyən səbəb üzündən öz daxili strukturunu və ya bu strukturun müəy-

yən aspektlərini pozub yenidən düzür. Necə ki, buqələmun mühitin rənginə 

uyğun olaraq öz rəngini dəyişə bilir. Əlbəttə, biz güman edirik ki, o, bunu 

şüursuz (qeyri-şüuri)  şəkildə edir. Yəni bu proses əslində “öz-özünə” 

gedir.  


Sual olunur ki, belə yenidəndüzülüş hadisələrində subyekt kimdir və 

ya nədir?  

Ən maraqlı (və indiyədək nəzərdən qaçmış) məsələlərdən biri insa-

nın malik olduğu biliklər sistemidir. Yeni biliyin əvvəlki sistemə  əlavə 

olunması heç də  həmişə rahat şəkildə  həyata keçmir. Elmi düşüncədə 

önəmli məsələlərdən biri budur ki, hər hansı elmi bilik vahidi əvvəlki 

sistemlə uzlaşa da bilər, uzlaşmaya da bilər. Daha doğrusu, yeni bilik üçün 

əvvəlki strukturda boş hücrə (yuva) saxlanıbsa, o, sakitcə öz yerini tutur. 

Əgər onun üçün yer yoxdursa, ya bu yeni bilik ögey ünsür kimi kənarda 

saxlanılır, ya da onu yerləşdirmək üçün bütövlükdə sistem dağıdılıb 

yenidən qurulur.  

Bir daha sual olunur ki, “fikirləşmə” dediyimiz proses subyektin şü-

urlu surətdə müxtəlif strukturlaşmalar aparmasıdırsa, bəs insanın özündən 

asılı olmadan gedən  dağıdılıb yenidən qurulma əhvalatları  nədir? Bu, 



özünüyenidənqurma  və ya özünü təşkilatlandırmadırsa, onda bu prosesin 

subyekti kimdir? İnsanın əvvəlcədən genetik proqramlarla təchiz olunması 

və bu gizli strukturların məqamında üzə çıxması və insanın özünün ancaq 

bu prosesin nəticəsindən xəbər tutması haqqında ehtimal özünü nə  dərə-

cədə doğruldur?  



Bilik – Elm – Bilik 

 

 

 

83



İnsanın bilik bazasına yeni heç nə əlavə olunmadıqda, sadəcə düşün-

məklə nəyi isə kəşf etmək mümkündürmü? Təcrübə göstərir ki, katalizator 

rolunu ancaq yeni bilik oynamır. Bəzən hətta kənardakı hər hansı bir struk-

turla assosiasiya yaranmasına da ehtiyac qalmır. İnsan bu yenilikləri “dü-

şüncə” prosesində – öz bilik dünyasına, nə vaxtsa mənimsəmiş olduğu 

müxtəlif çeşidli struktur variantlarına məqsədyönlü nəzər salmaqla, bütöv 

konfiqurasiyaya daxil olmayan, kənarda qalan və bir növ ehtiyat fondu ro-

lunu oynayan struktur nümunələrini işə salmaqla, onları ümumi sistemə 

daxil etmək cəhdlərinin nəticəsi olaraq gözlənilmədən daha əhatəli və daha 

optimal konfiqurasiya ala bilər.  

İnsanın bilikləri heç də  həmişə sistemli şəkildə olmur. Və ya daha 

doğrusu, bütün biliklər vahid sistem təşkil etmir. Müəyyən bir ixtisas sahə-

si, müəyyən bir problem üzrə olan biliklər hansı isə prinsiplər və nəzəriy-

yələr əsasında qaydaya salınır. Onlar da öz növbəsində daha fundamental 

prinsip və ya nəzəriyyədə ehtiva olunur. Lakin çox vaxt bir ixtisas sahəsin-

dəki ümumi mənzərə, yəni bir blokun strukturu başqa blokdan olan struk-

tur nümunələri və biliklərlə  toqquşaraq  yeni, daha optimal və ya daha 

praqmatik konfiqurasiyanın yaranmasına səbəb ola bilər.  

Yeni elmin, yeni nəzəriyyənin, yeni biliyin əvvəlki sistemdə yerləş-

dirilməsi məsələsi  əslində daha universal bir prosesin xüsusi hallarıdır. 

Söhbət mövcud mühitə daxil olan şeyin ideya və ya struktur baxımından 

doğma, yaxud yad olması məsələsindən gedir.  

Əridilmiş, amorf hala salınmış mayeni yenidən kristal hala salmaq 

üçün onun içərisinə ilkin kristal dənəsi salınır və sonrakı kristallaşma pro-

sesi bu nüvənin ətrafında gedir. Yəni amorf mühitdə maddə-material olsa 

da, onun hafizəsində kristalın strukturu olmadığına görə, öz-özünə kristal-

laşa bilmir. Haradansa amorf mühitə kristalın ideyası verilməlidir.  İdeya 

özünü təkrarlayaraq kiçik miqyasda və ya böyük miqyasda kristal əmələ 

gətirir. Daha doğrusu, sonrakı proses böyümə və ya kopiyalanaraq, təkrar-

lanaraq çoxalma prosesidir. Mahiyyət fərqi ideyadadır; onun ən kiçik zər-

rəsində, “atomunda”, rüşeymdə, nüvədə. Canlı aləmdə olduğu kimi.  

Əvvəlki biliklər sisteminə yeni bilik, yeni ideya düşdükdə ilk öncə 

yoxlama, tanıma prosesi gedir. Əgər bu sistem üçün yeni bilik bir o qədər 

yeni deyilsə, yəni məlum strukturlardan quraşdırılıbsa və ancaq növ daxi-

lində müxtəliflikdirsə, onun yerləşdirilməsi çətin olmayacaqdır; sistemin 

konfiqurasiyasında onun yeri zatən var imiş  və o, yad ünsür kimi qar-




Elm haqqında elm 

 

 



 

84

şılanmırdı. Buna başqa terminoloji rakursda uyuşma, uyğun gəlmə də deyi-



lir.  Yeni çox yenidirsə – mövcud konfiqurasiyada ona yer tapılmırsa, bu 

sistem üçün yaddır və ideyasının açarı özü ilə  bərabər gəlməlidir, çünki 

sistem onu tanımır və aça bilmir. Əgər açarsız gəlibsə, o, sistem xaricində 

qalacaqdır və ya başqa bir sistemin təməli olacaqdır. Onu başqa biliklər 

sistemi tanıyıb qəbul edə bilər. 

Biz biliklər və fikir dünyasında gedən bütün prosesləri modelləşdir-

mək niyyətindən uzağıq. Məqsədimiz burada da təbiətdə olduğu kimi, alt-

yapı proqramlarının,  özünüyenidənqurma  proseslərinin mövcudluğunu və 

bu mənada sinergetik metodologiyanın buraya da tətbiq oluna biləcəyini 

vurğulamaqdır.  

İnsanın mənəvi intellektual dünyası ancaq biliklər sistemindən ibarət 

deyil. Buraya arzu, xatirə, hiss, həyəcan da daxildir. Yəni hələ bilik kimi 

formalaşmamış, kristallaşmamış təəssüratlar və təsəvvürlər bilavasitə elmi 

biliklər sistemində yer almasalar da, özünüyenidənqurma prosesində “söz 

sahibi” ola bilərlər. Yeni biliklərin əldə edilməsi ancaq məntiqi təhlil yolu 

ilə deyil, fəhm, intuisiya, ilham sayəsində də stimullaşır ki, bunu tədqiqat-

çılar ya irrasional adı altında ümumiləşdirir, ya qeyri- şüuri proseslər kimi 

təfsir edirlər.  

Biliklərin saf-çürük edilməsi, qablaşdırılması, məntiqi bağlarla bir-

ləşdirilməsi, sistemləşdirilməsi ancaq rasional müdaxilə  məqamında, yəni 

yeni bilik, yeni ideya artıq doğulduqdan sonra başlanan bir prosesdir. Yəni 

doğuluşa qədərki proses öz stixiyası ilə, təbii yolla, dərk olunmadan və 

şüurlu müdaxilə xaricində baş verir. Və ancaq nəticə ortaya çıxdıqdan və 

konturları göründükdən sonra onun yerləşdirilməsi  şüurlu surətdə  həyata 

keçirilir. Deməli, rasional mərhələ çox vaxt elmi yaradıcılığın ancaq son 

məqamında işə düşür. Elmi biliklərin həqiqiliyi məsələsi, onların məntiqi 

yolla əsaslandırılması, məntiqi-qnoseoloji stereotiplər, idrakın ənənəvi me-

tod və formalarının tətbiqi – bütün bunlar da əslində yaradıcılıq prosesinin 

sonrakı pilləsinə aiddir. Maraqlıdır ki, elmi yaradıcılıq, elmi idrak məsələ-

lərinə, elm fəlsəfəsinə həsr olunmuş tədqiqatların çoxunda məhz bu sonra-

kı pilləyə aid problemlər müzakirə olunur.

7

1



 

                                                 

1

 А.Ф.Зотов.  Структура  научного  мышления.  М.,  Политиздат, 1973; А.Н.Кочер-



гин.  Моделирование  мышления  М.,  Изд-во  полит.литературы, 1969;  Е.А.Мамчур. 

Проблема выбора теории. М., Наука, 1975; С.Ш.Авалиани. Структура (уровни) чело-

веческого познания // Диалектика, логика, теория познания. Тбилиси, «Мецниереба», 



Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə