Elmi ƏSƏRLƏR, 2016, №3 (77) nakhchivan state university. Scientific works, 2016, №3 (77)



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə17/43
tarix30.12.2017
ölçüsü1,43 Mb.
#18591
1   ...   13   14   15   16   17   18   19   20   ...   43

 

32 


 

   


      

 

Şəkil  2. Günəş küləyinin Yerin maqnit sahəsinə təsirinin sxemi. 

 

Günəşdə baş verən güclü alışmalardan sonar baş verən qlobal maqnit fırtınaları demək olar ki, 



bütün  maqnitosferanı  əhatə  edən  həyacanlanmanın  nəticəsidir.  Günəş  küləyinin  nisbətən  sakit 

vaxtlarında  isə  daha  zəif  həyacanlanma  maqnitosferanın  qütb  zonalarında  və  Günəş  küləyi  ilə 

sərhəddində  əmələ  gəlir.  Qütb  zonalarında  subbur  adlanan  bu  proseslər  qütb  parıltılarının 

yaranmasına səbəb olur. Zəif həyacanlanmalara səbəb Günəş küləyi gücünün fluktasiyalarıdır. Zəif 

həyacanlanma  baş  verəndə  maqnitosferada  0.001-10.0  Hs  tezlikli  elektromaqnit  dalğaları  əmələ 

gəlir  [3].  Çox  asanlıqla  Yerin  səthinə  çatan  bu  dalğalar  maqnit  fırtınaları  yaradırlar.  Çox  güclü 

maqnit fırtınaları 15-20 saat davam edə bilər. Geomaqnit hadisələrin baş verməsində planetlərarası 

maqnit sahələri, xüsusən həmin sahələrin cənub komponenti  böyük rol oynayır.   

Statistik  olaraq  Günəşdəki  fəallıq  hadisələri  və  geomaqnit  həyacanlanma  ilə  Yerdə,  xüsusən 

biosferada  baş  verən  bir  sıra  proseslər  arasındakı  əlaqələr  kifayət  qədər  yaxşı  öyrənilmişdir. 

Ümumiyyətlə,  Günəşin  biosferaya  təsiri  həm  elektromaqnit  dalğaları  şəklində  olan  şualanma  ilə, 

həm  də  Günəş  küləyi  kimi  adlandırdığımız  yüksək  enerjili  hissəciklərin  seli  vasitəsi  ilə  baş  verir 

(Şəkil 3). Hələ XIX əsrin sonlarında Norveçli alim Birkelan belə bir fikir irəli sürmüşdür ki, Günəş 

fəzaya  yüklü  hissəciklər  buraxır.  1915-ci  ildə  A.L.  Çjevckiy  bəzi  epidemiyaların  yayılması  ilə 

Günəşdəki ləkəəmələgəlmə prosesi arasında dövrü əlaqələrin olduğunu göstərdi [4]. XX əsrin 60-cı 

illərinə  qədər  bu sahədə  aparılan tədqiqatlar nəticəsində belə bir  fikir formalaşdı  ki,  Günəşin  Yer 

kürəsinə,  xüsusən  biosferaya    təsiri  yalnız  elektromaqnit  şualanması  vasitəsi  ilə  baş  vermir  və 

yerətrafı  fəzada  Günəş  mənşəli  korpuskulyar  axınlar  olmalıdır.  Nəhayət,  60-cı  illərin  əvvəllərində 

kosmosa buraxılmış “Luna-2” və “Mariner-2” aparatları təsdiq etdi ki, planetlərarası fəzada kifayət 

qədər Günəş mənşəli plazma seli  mövcuddur.  

 



 

33 


 

 

 



Şəkil 3. Günəş-Yer əlaqələrini əks etdirən sxem 

   


  Günəş-Yer  əlaqələri  sahəsində  aparılan  araşdırmalarda  Günəşdəki  fəal  dinamik  proseslərin 

biosferaya, xüsusən insan orqanizminə təsirinin öyrınilməsi əsas istiqamətlərdən biridir.  Son illərdə 

aparılan tədqiqatların nəticələri onu deməyə əsas verir ki, bilavasitə insana və cəmiyyətə təsir edən 

bir çox kosmik faktor mövcuddur. Bu faktorların əksəriyyəti Günəş mənşəli korpuskulyar axınların 

maqnitosfera  ilə  qarşılıqlı  təması  nəticəsində  əmələ  gəlir  və  canlı  aləmə  əsasən  aşağıdakı  yollarla 

təsir edir: 

1)  Aşağı  tezlikli  akustik  rəqslər  kimi  özünü  göstərən  infrasəs.  Bu  rəqslər  qütb  parıltılarının 

olduğu zonalarda yaranaraq, coğrafi enlik və uzunluq boyu yayılırlar. Maqnit burulğanlarından 4-5 

saat  sonra  orta  coğrafi  enliklərdə  infrasəs  rəqslərinin  amplitudu  tədricən  artmağa  başlayır  və 

maksimum  həddə  çatdıqdan  sonra  bir  neçə  saat  ərzində  azalaraq  əvvəlki  vəziyyətinə  düşür.  Qeyd 

etmək  lazımdır  ki,  infrasəs  ancaq  qütb  parıltıları  zamanı  yaranmır,  o  həm  də  geoloji  hadisələr 

(zəlzələlər,  vulkanlar,  tufanlar  və  s.)  baş  verərkən  də  generasiya  olunur.  Buna  görə  də  Yerin 

atmosferində həmişə infrasəs fonu mövcuddur. Maqnit fırtınaları sadəcə olaraq bu fonu gücləndirir. 

2)  Yerin  maqnit  sahəsinin  pulsasiyası  və  ya  qısadövrlü  rəqsləri.  0.01-10  Hs  tezlikli 

mikropulsasiyalar bilavasitə bioloji sistemlərə təsir edir. 

3)  Günəş  mənşəli  sürətli  hissəciklərin  təsiri  ilə  ozon  qatında  baş  verən  dəyişikliklər 

nəticəsində yuxarı coğrafi enliklərdə ultrabənövşəyi şüaların intensivliyinin artması.   

Planetlərarası  fəzanın  və  Günəşdə  baş  verən  irimiqyaslı  hadisələrin  maqnit  və  fiziki 

xüsusiyyətləri  dövrü  olaraq  mütamadi  sürətdə  dəyişir.    Bu  da  o  deməkdir  ki,  Yer  kürəsi  də  daimi 

olaraq  bu  dəyişkənliyin  güclü  təsirinə  məruz  qalır.  Günəş-Yer  əlaqələri  sahəsindəki  tədqiqatların 

əsas istiqaməti bu təsirin mexanizmini aşkara çıxarmaqdır.  

       


ƏDƏBİYYAT 

 

1.  Мирошниченко Л.И. Солнечная активность и Земля.  Москва, Наука, 1981, 250 с. 



2.  http://www.astronet.ru/db/msg/1188678 

3.  http://science.ng.ru/astronomy/2000-01-19/4_magnetism.html 

4. Чижевский А.Л. Земное эхо солнечных бурь,  Москва, Мысль, 1976, 276 с 

                   



 

 


 

34 


 

ABSTRACT 

                                                                              Qulu  Haziyev 

On the sun-tarth connections 

The  concept  of  solar-terrestrial  relations  evolved  gradually,  on  the  basis  of  individual 

speculation  and  discovery.  Thus,  in  the  end  XIX.  K.O.Birkelan  from  Norway  for  the  first  time 

suggested  that  the  Sun  emits  radiation  in  addition  to  the  wave  particles  also.  In  1915 

A.LChizhevsky drew attention to the link between the cyclic development of certain epidemics and 

sunspot  activity.  Synchronicity  many  solar  and  geophysical  phenomena  (as  well  as  the  shape  of 

comet tails) suggests that in interplanetary space has an agent transmitting solar perturbations to the 

Earth.  This  agent  proved  to  be  the  solar  wind,  the  existence  of  which  has  been  proven 

experimentally at the beginning of 1960 

 

        


РЕЗЮМЕ 

                                                                                Гулу Газиев 

О солнце-земных связей 

Представления  о  Солнечно-Земных  связях  складывались  постепенно,  на  основе 

отдельных  догадок  и  открытий.  Так,  в  конце  XIX  в.  К.О.Биркелан  из  Норвегии  впервые 

высказал  предположение,  что  Солнце  кроме  волнового  излучения  испускает  также  и 

частицы.  В  1915  г.  А.Л.Чижевский  обратил  внимание  на  циклическую  связь  между 

развитием  некоторых  эпидемий  и  пятнообразовательной  деятельностью  Солнца. 

Синхронность  многих  гелио-  и  геофизических  явлений  (а  также  форма  кометных  хвостов) 

наводила  на  мысль,  что  в  межпланетном  пространстве  имеется  агент,  передающий 

солнечные  возмущения  к  Земле.  Этим  агентом  оказался  солнечный  ветер,  существование 

которого экспериментально было доказано в начале 1960 г. 

 

 

NDU-nun Elmi Şurasının 25 may 2016-cı il tarixli qərarı ilə çapa tövsiyə 



olunmuşdur (protokol № 10) 

          

 

 

 



 

 

 



 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə