Elmi ƏSƏRLƏR, 2016, №3 (77) nakhchivan state university. Scientific works, 2016, №3 (77)



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə19/43
tarix30.12.2017
ölçüsü1,43 Mb.
#18591
1   ...   15   16   17   18   19   20   21   22   ...   43

 

37 


 

 

 

XÜLASƏ 

Əlövsət Dadaşov 

Kiçik planet Erida və uzundövrlü kometlər                                                                                                                               

 

XX  əsrin  ortalarında  ingilis  alimləri  Koyper  və  Ecevort  Neptunn  planetinin  orbiti  arxasında 



Günəş sisteminin kiçik cisimlərinin mövcudluğu haqda hipotez irəli sürdülər. Bu zonada bir neçə 

kiçik  planet,  o  cümlədən  Erida  aşkar  olunduqdan  sonra,  bəzi  astrofiziklərin  fikrincə,  bu  zonanın 

daha boyük cisimləri kometləri Günəş sisteminə yönləndirə bilər. Məqalədə kiçik planetlərdən olan 

Eridanın  komet  yönəldicisi  olması  haqda  hipotezin  bəzi  aspektləri  tədqiq  edilir.  Göstərilir  ki, 

aparılan tədqiqatlar çərçivəsində Eridanın uzundövrlü kometlərin yönəldicisi olması mümkün hesab 

edilir.  

 

ABSTRACT 

Alovsat Dadashov 

The dwarf planet Eris and long-period comets                                                                                                                             

     In the middle of the XX century, independently of one another British scientists Edgeworth and 

Kuiper put  forward the  hypothesis  of the  existence of a dense cluster of  small  bodies of the solar 

system beyond the orbit  of Neptune. After  opening in the  area of several small  planets,  including 

Eris,  some  astrophysicists  have  assumed  redirect  comets  in  the  solar  system,  larger  bodies  of  this 

zone.  This  article  discusses  some  aspects  of  the  hypothesis  that  injection  of  long-period  comets 

observed  dwarf  planet  Eris.  As  part  of  the  research  show  that  Eris  is  possible  injector  observed 

long-period comets in the solar system.     

 

 



NDU-nun Elmi Şurasının 25 may 2016-cı il tarixli qərarı ilə çapa tövsiyə 

olunmuşdur (protokol № 10) 

          

 

 



 

 

 



             

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

38 


 

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 3 (77) 



 

NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 3 (77) 

 

НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 3 (77) 



 

 

AZAD MƏMMƏDLİ 

AMEA Naxçıvan Bölməsi 

E-mail: azad_mammadli@yahoo.com 

UOT: 521.13 

 

GÜNƏŞ SİSTEMİNİN İRİ KOYPER CİSİMLƏRİ HAQQINDA 

 

Açar sözlər: günəş sistemi, transneptun obyektlər, cırtdan planetlər, Koyper qurşağı 

Key words: solar system, transneptunian objects, dwarf planets, Kuiper belt 

Ключевые  слова:  солнечная  система,  транснептунные  объекты,  карликовые 

планеты, пояса Койпера 

 

1990-cı  ildə  Neptunun  orbiti xaricində  (Koyper  qurşağında)  çoxlu  obyektlər  aşkar  olunduqdan 



sonra astronomlar belə fərziyyə irəli sürdülər ki, bir müddətdən bəri bu obyektlərə aid edilən Pluton 

Günəş sisteminin doqquzuncu planeti hesab edilsə də onlardan ən böyüyü deyildir və yeni, iri göy 

cisminin ortaya çıxmasını gözlərmək olar. 

İndiyədək  məlum  olan  11  belə  obyektdən  üçü  Koyper  qurşağının  klassik  sakinləri  ailəsinə 

məxsusdur.  Bu  ailənin  üzvləri  Günəşdən  42  a.v.-dən  50  a.v.-dək  məsafədə  yerləşir  və  onların 

orbitləri  dairəvi  orbitə  yaxındırlar.  Pluton  və  onun  Xaron  peyki  də  daxil  olmaqla  Pluton  sinfinə 

aiddirlər. Onların orbitləri orta  eksentrisitetə, 39 a.v. ətrafında  yarımoxa və ekliptika müstəvisinə 

təxminən  20°  meyilliyə  malikdirlər.  Bu  cisimlərin  orta  hərəkətləri  Neptunun  orta  hərəkəti  ilə  2:3 

nisbətində    ortaq  ölçülüdürlər.  Orbitləri  böyük  planetlərin  orbitləri  ilə  kəsişən  daha  üç  göy  cismi 

səpələnmiş  qurşağın  obyektlərinə  (Scatlered-Belt  objects)  məxsusdurlar[2].  Yalnız  Sedna  bu 

məskunlaşmalardan heç birinə daxil deyildir. O, hələ ki, Günəş sisteminin xarici oblastında, uzaqda 

hərəkət edən yeganə cisimdir. 

 2003-cü ildə eskimos okean ilahəsinin şərəfinə Sedna adlandırılan qeyri-adi obyektin tapılması 

olduqca böyük marağa səbəb oldu. Sedna kəşf olunarkən, o Plutonla müqayisədə üç dəfə uzaqda, 90 

a.v.  məsafədə  yerləşmişdi.  Bu  Günəş  sisteminə  daxil  olan  məlum  göy  cisimlərindən  ən  uzaqda 

olanıdır.  Sedna  Günəşə  76  a.v.  məsafədə  yaxınlaşır  və  təxminən  900  a.v.  (130  mlrd.  km) 

məsafəyədək  uzaqlaşır.  O,  eksentristeti  0,84  və  böyük  yarımoxu  480  a.v.  olan,  olduqca  gərilmiş 

orbit  üzrə  hərəkət  edir.  Sedna  perihelidə  (76  a.v.  məsafədə)  2075-ci  ildə  olacaqdır.  Ekliptika 

müstəvisinə orbit meyli təqribən 12° təşkil edir. Günəş ətrafında tam dövrünü Sedna 10500 ilə başa 

vurur.  O,  səpələnmiş  qurşaq  ailəsinə  mənsub  ola  bilməz,  belə  ki,  bu  sinifdən  olan  cisimlərin 

orbitlərinin mənşəyini böyük planetlərin yaratdığı sarsıntılarla izah etmək olar, belə uzaq məsafədə 

isə onlar təsir etmir.  

Sednanı tapan Kaliforniya texnologiya institutunun əməkdaşı Mayk Braun belə bir fərziyyə irəli 

sürdü ki, bu Oort buludunun ilk məlum olan hissəsidir, Günəş sisteminin kənarlarında, ehtimal ki, 

doqquz planetin orbitlərindən xaricdə, uzaqda yerləşən komet rezervuarıdır. 

Oort  buludunun  ən  yaxın  ulduza  qədər  olan  məsafənin  yarısında  yerləşdiyi  qəbul  edilir.  Ötüb 

keçən ulduzun yaratdığı sarsıntı yaxud qalaktik qabarmalar kiçik cisimlərin orbitlərini elə dəyişirlər 

ki, onlar Günəş sisteminin daxili oblastına düşərək özlərini kometlər kimi aparırlar. 

Əgər  Sedna  Oort  buludunun  obyektidirsə,  onda  o  əvvələr  fərz  edildiyindən  təxminən  10  dəfə 

yaxın  məsafədə  yerləşməli  idi.  Belə  gərilmiş  orbitdə  göy  cisminin  aşkar  olunması  astronomları 

təəccübləndirdi  və  onun  əmələ  gəlməsi  haqqında  düşünməyə  vadar  etdi.  O  qədər  böyük 

eksentristetli  orbit  70  a.v.  məsafədə  yerləşən,  hələ  məlum  olmayan  planetin  yaratdığı  sarsıntının 

nəticəsi ola bilərdi. “Pioner-10 və -11” və “Voyadjer-1 və -2” planetlərarası avtomatik stansiyaları 

(PAS) yeni planet aşkar etmədilər, bununla belə, əgər o mövcuddursa, bu oblastda tapılacaq bütün 




Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə