Elmi ƏSƏRLƏR, 2016, №3 (77) nakhchivan state university. Scientific works, 2016, №3 (77)



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə20/43
tarix30.12.2017
ölçüsü1,43 Mb.
#18591
1   ...   16   17   18   19   20   21   22   23   ...   43

 

39 


 

obyektlər 76 a.v. oblastda oxşar orbit meyillərinə və perihelilərinə malik olmalıdırlar. Cismin belə 

orbit üzrə hərəkətinin digər səbəbi yaxın məsafədə ötüb keçən ulduzun Oort buludunun obyektində 

sarsıntı  yaratması  ola  bilərdi.  Əgər  Sedna  kimi  uzaq  cisimlərin  əksetdirmə  qabiliyyəti  (həndəsi 

albedo) məlum deyilsə, onda optik müşahidələr onların ölçülərini təyin etməyə imkan vermir. Yaxın 

vaxtlaradək komet nüvələrində olduğu kimi (onların ölçüləri onlarla kilometr təşkil edir) albedonun 

qiymətinin  0,04-ə  bərabər  olduğu  qəbul  edilirdi.  Məlum  oldu  ki,  böyük  ölçülü  obyektlər  üçün 

albedo da yüksək olur[1]. Belə ki,  diametri yüz kilometr tərtibində olan səpələnmiş qurşağın cismi 

təxminən  0,1  albedoya  malikdir.  Atmosferi  əsasən  metan  qazından  ibarət  olan  Pluton  (diametri 

2390 km) səthinə düşən işığın 60%-ni, onun peyki Xaron isə (diametri 1186 km) təxminən 38%-ni 

əks etdirir. 

Göy  cisminin  albedosunun  və  ölçülərinin  biri-birindən  asılı  olmadan  təyin  edilməsi  eyni 

zamanda onun spektrin optik oblastında müşahidə edilməsi və bu cismin submillimetr  diapazonda 

şüalandırdığı istilik selinin ölçülməsi ilə mümkündür[1]. Bununla belə, Sedna kimi uzaq obyektdən 

istilik şüalanmasını almaq hətta “Spitser” kosmik rəsadxanasının imkanları xaricində oldu. Obyekt 

o  qədər  uzaqdadır  ki,  onun  səthində  temperatur  –  240°  C-ni  aşmır.  Sednanı  IRAM  (İnstitut  de 

Radioastronomie  Millimetrique  –  Millimetrlik  Radioastronomiya  İnstitutu),  30  metrlik 

radioteleskopunun  köməyilə  müşahidə  etmək  mümkün  oldu.  Alınan  nəticələri  birləşdirərək 

M.Braun  müəyyən  etdi  ki,  Sednanın  diametri  təxminən  1700  km-ə  bərabərdir.  Bu  Plutonun 

ölçüsünün  2/3-ni  təşkil  edir.  Yaxın  60  il  ərzində  Sedna  Yerə  yaxınlaşacaq,  daha  parlaq  olacaq  və 

onda onun xarakteristikasını dəqiqləşdirmək mümkün olacaq. 

Sednanın müşahidəsi 8 metrlik Cemini teleskopunda (Gemini North Observatory), infraqırmızı 

kameranın  köməyilə  aparılmışdır.  Bu  planetoidin  (tamam  plantet  də  deyil  və  ölçüsünə  görə  ona 

asteroid  də  demək  olmaz)  səciyyəvi  xüsusiyyəti  –  səthinin  qeyri-adi  dərəcədə  qırmızı  rəngdə 

olmasıdır  (Günəş  sistemində  Sednadan  qırmızı  olan  təkcə  Marsdır).  Onun  səthindən  əks  olunan 

infraqırmızı  işığın  spektroskopik  tədqiqi  göstərdi  ki,  Sedna  səthində  metan  buzu  üstünlük  təşkil 

edən  Plutondan  xeyli  fərqlənir.  Onun  spektrində  Xaron  peykində  zəngin  olan  su  buzunun 

movcudluğunu  təsdiq  edən  güclü  xətlər  də  yoxdur.  Spektrin  görünən  hissəsindəki  qırmızı  rəngə 

görə  Sedna  daha  çox  Kentavr  ailəsindən  olan,  orbiti  Satrun  orbitinin  daxilində  yerləşən  Folyus 

asteroidini xatırladır. Folyusun qırmızı rəngi onunla izah olunur ki, onun üzvi birləşmələrlə zəngin 

olan səthi kosmik və ultrabənövşəyi Günəş şüaları ilə  bombardman edilir. 

Sednanın  yekunlaşdırıcı  parıltılıq  əyrisi  göstərdi  ki,  onun  fırlanma  dövrü  20-50  sutkadır. 

Obyektin çox yavaş fırlanması və parlaqlığının variasiyası belə düşünməyə əsas verir ki, onun peyki 

vardır,  çünki  Sedna  və  onun  peykinin  qarşılıqlı  cazibəsi  qabarma  sürtünməsi  ilə  planetodin 

fırlanmasını  ləngitmək  iqtidarında  ola  bilər.  M.Braun  Sednadan  əks  olunan  işığın  periodik 

dəyişmələrinin əvvəlki müşahidələri əsasında peykin harada axtarılmasını əvvəlcədən xəbər verdi. 

Ancaq, Habbl kosmik teleskopunun və Havayada Maun Kea dağında Cemini 8 metrlik teleskopun 

köməyilə peyk aşkarlanmadı. Hər halda, az da olsa güman etmək olar ki, peyk vardır və müşahidə 

vaxtı Sednanın diski qarşısında yerləşmiş yaxud onunla qabağı örtülmüşdür. Əgər peyk yoxdursa, 

onda Sedna – Günəşin qabarma təsirilə ləngidilən Merkuri və Veneradan sonra Günəş sistemində ən 

yavaş fırlanan obyektdir. 

2005-ci ilin iyulunda astronomlar M.Braun, Ç.Truxiks və B.Rabinoviç 2003 VB313, 2005 FY9 

və  2003  EL61  ilə  işarə  edilən  üç  iri  transneptun  obyektini  kəşf  etdilər.  Onlardan  ən  böyüyü  olan 

2003  UB313  obyektinin  mütləq  ulduz  ölçüsü  H  (1  a.v.  məsafədə  müşahidə  olunan  göy  cisminin 

malik  olduğu  zahiri  ölçü)  1,48

m

  -ə  bərabərdir,  başqa  sözlə  o,    H=1,0



m

  olan  Plutondan  parlaqdır. 

Kəşfin müəllifləri dərhal onun onuncu planet olması xəbərini yaydılar. Bu, yavaş hərəkət edən göy 

cismi  hələ  2003-cü  ildə  Palomar  rəsədxanasında  48  düymlük  Samuel  Oçin  teleskopunda  aşkar 

edildi. Sonralar onu iki il ərzində müşahidə etdilər. Obyekt daha əvvələr çəkilmiş çoxlu şəkillərdə, 

xüsusilə  də  1989-cu  ildə  alınmış  fotoplastinkada  tapıldı.  Onun  orbitini  16  il  ərzində  aparılan 

müşahidələrə  əsasən  hesabladılar.  Məlum  oldu  ki,  bu  obyekt  səpələnmiş  qurşağa  mənsubdur. 

Orbitin böyük yarımoxu – 67, 66 a.v., eksentrisiteti – 0,44, ekliptika müstəvisinə meyli – 44,2

°

-dir. 


Zahiri ulduz ölçüsü 18,5

m

 olan planetoid demək olar ki, afelidə – Günəşdən ən uzaq yerdə – 97 a.v. 




 

40 


 

məsafədə  aşkar  olundu.  Onun  Günəş  ətrafında  dolanma  dövrü  560  il  təşkil  edir,  ona  görə  də,  o 

periheliyə (37.8 a.v.) yalnız 2257-ci ildə çatacaqdır. 

1.3  metrlik  SMARTS  (Small  and  Moderate  Aperture  Research  Telescope  System  –  Kiçik  və 

orta  teleskoplar  sistemi)  teleskopunda    görünən  oblastda  və  Cemini  teleskopunda  infraqırmızı 

oblastda fotometriya göstərdi ki, müşahidəçilərə ayrılan qısa zaman ərzində gözəçarpan fotometrik 

variyasiyalar qeydə alınmadı. H=-1,48

m

 mütləq ulduz ölçüsü 2250



 km dimaterinə uyğun gəlir, 

–cismin  albedosudur.  Əgər  obyektin  əksetdirmə  qabiliyyəti  Plutonda  olduğu  kimidirsə, 

onda yeni obyektin ölçüsü Plutonun diametrini aşır və 2860 km-ə bərabərdir. 

2003 UB313-ün spektrinin infraqırmızı oblastının yaxınlığında metanın udulma xətləri üstünlük 

təşkil edir, başqa sözlə planetoid xeyli dərəcədə Plutona oxşardır. Onun səthi sərt donmuş metanla 

örtülmüş daş və buz qarışığından ibarətdir. Yaxın infraqırmızı oblastda N

2

 azotunun və Plutona xas 



olan CO karbon oksidinin xətləri, habelə Neptunun peyki  – Tritonun spektrində olan CO

2

  karbon 



qazının xətləri aşkar olunmuşdur. 

Yeni planetoidin başlıca fərqi ondan ibarətdir ki, Plutonun səthi əsasən qırmızı olduğu halda, o, 

demək olar ki, tamamilə boz rəngdədir. Bu onunla izah olunur ki, yeni obyektin Günəşdən məsafəsi 

Plutonla müqayisədə üç dəfə böyükdür. Ona görə də o daha soyuqdur  və metan buzu onun səthini 

eyni  bərabərliklə  örtür.  Bu  göy  cisminin  albedosu  daha  yekcinsdir  və  Plutonda  olduğu  kimidir, 

yaxud  hətta  ondan  böyükdür.  Obyektin  Günəşdən  belə  böyük  məsafədə  (97  a.v.)  tapılması  ilə 

Plutona  xas  olan  hadisələrin:  atmosferin  bərk  soyumasının,  buzun  kimyasının,  azotun  faza 

keçidlərinin  öyrənilməsi  üçün  alimlərin  ixtiyarına  daha  aşağı  temperaturlu  laboratoriya  verilmiş 

olur.  Yeni  planetoiddə  afelidən  periheliyədək  temperatur  variasiyası  Plutonla  müqayisədə  daha 

kontrastlıdır. 

2005-ci  ilin  sentyabrında  Kek  rəsədxanasında  uyğunlaşan  optikanın  köməyilə  2003  UB313 

obyektinin  zəif  peyki  aşkar  olundu.  Onun,  əsas  cisimdən  0,53''  bucaq  məsafəsində  yerləşdiyi  və 

“sahibi”  ilə  müqayisədə  4,43

m

  qədər  kiçik  görünən  ulduz  ölçüsünə,  başqa  sözlə  60  dəfə  zəif 



parlaqlığa malik olduğu ortaya çıxdı. Peykin diametri təxminən 350 km-dir. Obyekt və onun peyki 

ilkin olaraq Zena (Xena) və Qabriell (Qabriella) adlandırıldı. 

2005-ci  ildə  kəşf  olunan  və  Esterbani  (2005  F49)  adlandırılan  göy  cismi  parlaqlığına  görə 

növbəti obyekt oldu. Onun mütləq ulduz ölçüsü H=0,3

m

 idi. Bu göy cisminin kəşfindən sonra onun 



daha əvəllər aparılmış müşahidələri tapıldı. Elə onlara əsaslanaraq Esterbaninin orbiti təyin olundu: 

yerdəki  müşahidəçiyə  nəzərən  8  qarşıdurma  zamanı  1995-ci  ildən  2005-ci  ilədək  aparılan  32 

müşahidə  nəticəsində  məlum  oldu  ki,  o,  böyük  yarımoxu  45,7  a.v.,  eksentrisiteti  0,15  və  meyli 

bucağı  29°  təşkil  edən  orbitə  malik  olmaqla  Koyper  qurşağının  klassik  obyektidir  və  Günəş 

ətrafında dolanma dövrü 309 ilə bərabərdir. 

Parlaqlığına  görə  üçüncü  olan,  ilkin  olaraq  Santa  adlandırılan,  2003  EL61  obyekti  51  a.v. 

məsafədə  kəşf  olundu.  Onun  görünən  ulduz  ölçüsü  17,5

m

-dir.  Bu,  Koyper  qurşağının  tipik 



obyektidir:  orbitinin  böyük  yarımoxu  43,3  a..v.,  eksentrisiteti  0,19  və  ekliptika  müstəvisinə  meyli 

28,2°-dir. Dolanma dövrü 286 il təşkil edir. 

Santanın  fırlanma  dövrü  –  təxminən  dörd  saat  –  1000  km-dən  artıq  ölçülü  göy  cismi  üçün 

olduqca qeyri-adi göründü. Hətta orta ölçülü bərk cisim belə böyük sürətlə fırlandıqda əhəmiyyətli 

dərəcədə deformasiyaya uğrayır. Ona görə də Santa ən böyük diametri 1960 km və albedosu 0,6 – 

0,7  olan  olduqca  gərilmiş  ellipsoid,  yaxud  ölçüsü  1600  km  və  albedosu  0,7  –  0,8  olan  sferoid 

olmalıdır.  O,  Pluton  və  Zena  kimi  metan  və  su  buzları  ilə  örtülmüşdür.  Onun  səthi  daha  tünd  və 

qırmızı material əlavə olunmuş nisbətən neytral rəngdədir. 

Kek  teleskopunun  köməyilə  Santanın,  dolanma  dövrü  49  sutka  olan,  dairəvi  orbitə  çox  yaxın 

orbitdə  hərəkət  edən  zəif  peyki  aşkar  olundu.  Sistemin  kütləsinin  4,21

10

21



  kq  olduğu  müəyyən 

edildi ki, bu da Plutonun kütləsinin 32%-ni təşkil edir. Peykin kütləsi, əsas cismin kütləsinin yalnız 

1%-ni təşkil edir. Peyk ilkin olaraq Rudolf (Rudolph) adlandırıldı. 8 metrlik Cemini və 10 metrlik 

Kek  teleskopunda  alınmış  infraqırmızı  oblastdakı  spektrlər  peykdə  olan    su  buzlarının  xətlərini 

ortaya çıxardı. Sistemin fiziki və orbital xarakteristikalarının dəqiqləşdirilməsi Santa və Rudolfun 

qarşılıqlı örtülməsi və  tutulması zamanı mümkün ola bilərdi. Belə hadisələr göy cisimlərinin xüsusi 




Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə