Elmi ƏSƏRLƏR, 2016, №3 (77) nakhchivan state university. Scientific works, 2016, №3 (77)



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə21/43
tarix30.12.2017
ölçüsü1,43 Mb.
#18591
1   ...   17   18   19   20   21   22   23   24   ...   43

 

41 


 

yerləşməsi halında –  onların hərəkət müstəvilərinin müşahidəçiyə  yönəlik til boyunca  yerləşməsi 

zamanı baş verir. Plutonun Xaronla qarşılıqlı örtülməsi və tutulması 1980-ci ildə Xaron tapılandan 

bir  az  sonra  baş  verdi.  Bu  hadisə  hər  iki  cismin  ölçüsünü,  kütləsini  və  sıxlığını,  habelə  onların 

orbital xarakteristikalarını dəqiqləşdirməyə imkan verdi. Santanın peykinin müşahidəsi göstərdi ki, 

onun orbiti tili ilə müşahidəçiyə yönəlik vəziyyətindən yalnız 4

0

-də yerləşir. Bu cisimlərin qarşılıqlı 



örtülməsi və tutulması 1999-cu ildə baş vermişdir, 132 il ərzində (2138-ci ilədək) bu hadisə bir də 

müşahidə olunmayacaq. 

2005-ci ilin iyununda Kek rəsədxanasında alınmış şəkillərdə Santanın daha bir zəif peyki (İAVC 

8636)  tapıldı.  Ona  müvəqqəti  S/2005  (2003  EL61)2  adı  verildi.  Bu  peykin  parlaqlığı  mərkəzi 

obyektin  parlaqlığının  yalnız  1,5%-ni  təşkil  edir.  İkinci  peykin  ətrafında  dolanma  dövrü  orbitin 

dairəvi  Santa  olduğunu  fərz  etsək,  34,7  sutkadır. Maraqlıdır  ki,  iki  peyk  əsas  göy  cismi  ətrafında 

eyni  bir  müstəvi  üzərində  deyil,  biri-birilə  39

0



6

0

  bucaq  altında  meyllənən  orbitlər  üzrə  hərəkət 



edilər.  İkinci  peykin  orbit  parametrlərinin  daha  dəqiq  təyin  olunması  üçün  əlavə  müşahidələrə 

ehtiyac vardır. 

Dörd  ən  böyük  transneptun  obyektlərdən  üçündə  peyklər  aşkar  olunmuşdur[3].  Hal-hazırda 

Koyper  qurşağında  olan  göy  cisimlərinin  iyirmidən  çox  peyki  məlumdur.  İkiqat  transneptun 

obyektlərin  öyrənilməsi  göstərdi  ki,  kütləsi  (4,2

37)



10

18



  kq  təşkil  edən  kiçik  sistemlər  üçün, 

peyklərin  orbitləri      0,31-dən  0,82-ə  qədər  olan  böyük  eksentristetlərlə  xarakterizə  olunurlar. 

Onların  orbital  dövrləri  46  sutkadan  900  sutkaya  qədərdir.  Böyük  obyektlər  üçün  isə  mənzərə 

başqadır. Böyük kütləli (10

21

kq tərtibində kütləyə malik) sistemlərdə peyklərin orbitləri demək olar 



ki, dairəvidir və əsas cisim ətrafında dolanma dövrləri ancaq bir neçə gündür.  

Beləliklə,  KPM-nin  (Kiçik  Planetlər  Mərkəzi)  kataloquna  əsasən  Neptunun  orbiti  xaricində 

Günəş  sisteminin  cırtdan  planetlərindən  ən  böyük  kütləli  obyekt  Zena  oldu.  Sonralar  Erida 

adlandırılan  bu  obyekt  və  Pluton,  göy  mexanikası  nöqteyi  nəzərindən  transneptun  qurşağının 

obyektlərinə,  plutoidlərə  aid  edilməli  idi.  Lakin,  Beynəlxalq  Astronomiya  İttifaqının  XXVI 

Assambleyasınadək Pluton, necə deyərlər, öz böyük planet  statusunu  əldən vermək istəmir, Erida 

isə onuncu planet statusuna iddialı olaraq qalırdı.  

2003 VB313 obyektini ilk dəfə olaraq kəşf edənlər onu onuncu planet adlandırdılar. Lakin, onun 

həqiqətən  böyük  planet  olduğunu  yaxud  sadəcə  olaraq  transneptun  qurşağı  məskunlaşmasına 

mənsub  olduğunu    Beynəlxalq  Astronomiya  İttifaqı  müəyyən  etməli  idi.  Eridanın  statusunu 

müəyyən etmək üçün Beynəlxalq Astronomiya İttifaqı tərəfindən İ.Uilyamsonun rəhbərliyi ilə işçi 

qrup  yaradıldı.  O,  “planet”  anlayışının  təyini  üçün  kriteriya  işləyib  hazırlamalı  idi.  Yekun  qərar 

çıxarılanadək  40  a.v.-dən  böyük  məsafədə  kəşf  olunan  bütün  obyektlər  transneptun 

məskunlaşmasının üzvləri hesab edildi. 

Lakin, 24 avqust 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı klassik planet anlayışının tərifini 

təsdiq etdi ki,  Erida da  Pluton kimi  bu tərifə uyğun  gəlmədi  . Beləliklə, Pluton digər transneptun 

obyektlərin  kəşf  olunması  səbəbindən  artıq  çoxdan  öz  planet  statusuna  iddialı  olsa  da,  Eridanın 

kəşfi  onun  planet  kimi  təsdiq  olunması  əvəzinə,  Plutonun  planet  statusuna  yenidən  baxılması 

məsələsinə təkan verdi. Eridanın uzun müddət Plutondan xeyli böyük olduğu qəbul edilirdi, lakin, 

son  məlumatlara  görə  onların  ölçüləri    o  dərəcədə  yaxındır  ki,  bu  obyektlərdən  hansının  böyük 

olmasını qətiyyətlə israr etmək olmaz.   

 

ƏDƏBİYYAT 

 

1.

 



Кононович Э.В., Мороз В.И. Общий курс астрономии, Москва, URSS, 2011, 544с 

2.

 



Мюррей К., Дермотт  С. Динамика Солнечной системы, Москва, Физматлит, 2009, 588с 

3.

 



Уральская В.С. Карликовая планета Хаумеа и ее спутники. Земля и Вселенная, 2012, № 1. 

С. 21-28 



 

 

 


 

42 


 

 

ABSTRACT 

Azad Mammadli 

Large kuiper’s bodies of the solar system 

In  recent  decades,  thanks  to  modern  technology  astronomers  succeed  to  detect  always  new 

object  in  the  Solar  system  and  beyond.  These  objects  have  been  discovered  by  means  of  modern 

space  and  ground-based  telescopes.  Their  dimensions  and,  if  possible,  physical  characteristics  are 

determined.  In  the  Solar  system  eleven  large  transneptunian  objects  are  discovered.  One  of  these 

objects can be considered as the tenth planet of the Solar system. Perhaps they should be regarded 

as  small  bodies  of  the  Solar  system  or  dwarf  planets.  In  this  paper  attention  is  paid  to  these 

questions and an attempt to answer them is made.  



 

РЕЗЮМЕ 

Азад Мамедли 

О крупных телах койпера солнечной системы  

В  последние  десятилетия  благодаря  современным  технологиям  астрономам  удается 

обнаруживать  все    новые  объекты  в  Солнечной  системе  и  за  ее  пределами.  Такие  объекты 

были  открыты  с  помощью  космических  и  современных  наземных  телескопов.  Определены  

их  размеры  и  по  возможности,  физические  характеристики.    В  Солнечной  системе 

обнаружены одиннадцать крупных транснептунных объектов. Какой из этих объектов можно 

считать  десятой  планетой  Солнечной  системы.  Возможно,    их  следует  считать  малыми 

телами  Солнечной  системы  или  карликовыми  планетами.  В  данной  работе  обращено 

внимание к этим вопросам и сделана попытка ответить на них. 

 

 



NDU-nun Elmi Şurasının 25 may 2016-cı il tarixli qərarı ilə çapa tövsiyə 

olunmuşdur (protokol № 10) 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə