Elmi ƏSƏRLƏR, 2016, №3 (77) nakhchivan state university. Scientific works, 2016, №3 (77)



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə22/43
tarix30.12.2017
ölçüsü1,43 Mb.
#18591
1   ...   18   19   20   21   22   23   24   25   ...   43

 

43 


 

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 3 (77) 



 

NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 3 (77) 

 

НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 3 (77) 



 

 

 

 

 

 

 

 

NURƏLİ YUSİFBƏYLİ 

                                                         

 Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti

                                                        



 

 SEVİNC NOVRUZOVA



 

 

                                                                              Naxçıvan Dövlət Universiteti 

UOT:620.91   

 

AZƏRBAYCAN RESPUBLİKASINDA GEOTERMAL ENERJİDƏN İSTİFADƏ 

İMKANLARI 

 

Açar sözlər: Bərpa olunan enerji mənbələri, geotermal enerji mənbələri, geotermal elektrik 

stansiyaları 

Keywords:  Renewable  energy  sources,  geothermal  energy  sources,  geothermal  electricity 

stations 

Ключевые  слова:  Возобновляемые  источники  энергии,  геотермальной  энергии, 

геотермальной электростанции 

 

Enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində aktual problemlərdən biri alternativ və bərpa 



olunan  enerji  mənbələrinin  istifadəsidir.  Bərpa  olunan  enerji  mənbələri  (BEM)  termini  ehtiyatları 

təbii  yolla  bərpa  olunan  və  mənbəsi  tükənməyən  enerji  mənbələrinə  aid  edilir.  Bura  ilk  növbədə 

günəş, külək, su, biokütlə və geotermal enerji mənbələri daxildir. 2004-cü ildə elektrik enerjisinin 

istehsalına  görə  BEM-in  ümumi  qoyulmuş  gücü  ~162    QVt  və  geotermal  elektrik  stansiyalarının 

qoyulmuş gücü isə 8,9 QVt olmuşdur (Şəkil 1) [1] . 

 

Şəkil 1. Bərpa olunan enerji mənbələrinin qoyulmuş gücü 



 Bərpa  olunan,  o  cümlədən  geotermal  enerji  mənbələrindən  istifadənin  aktual  problemlərinə  

bir sıra tədqiqatlarda baxılıb[1-7] . 

  Geotermal  enerji  dedikdə  temperaturu  atmosferin  (havanın)  temperaturundan  yüksək  olan  

yerin dərin qatlarının fiziki istiliyi  başa düşülür.  İstilik daşıyıcısı kimi  həm  maye flüyidlər (su və 

yaxud subuxar qarışığı), həm də müvafiq dərinlikdə yerləşən quru dağ suxurları ola bilər.  Bir cox 

ölkələrdə  quru  dağ  suxurlarından  istifadəyə  cəhd  edilsə  də,  hazırda  praktikada  geotermal  enerji 

mənbəyi kimi termal sudan və yaxud subuxar qarışığından istifadə edilir. 

Geotermal enerji mənbələri potensialına görə üç qrupa bölünür: 

-Alçaq potensiallı enerji mənbələri,  t < 70 

o

C; 




 

44 


 

- Orta potensiallı enerji mənbələri,  t = 70 - 100 

o

C; 


- Yüksək potensiallı enerji mənbələri,  t > 100 

o

C. 



Geotermal enerji mənbələri  minerallığına görə dörd qrupa bölünür: 

-şirin sulu enerji mənbələri,  (duzluluq  <  1 Qr/litr); 

- az duzlu  enerji mənbələri,  (duzluluq  =  1-10 Qr/litr); 

- duzlu sulu enerji mənbələri,  (duzluluq  =  10-35 Qr/litr); 

- duz məhlulu enerji mənbələri,  (duzluluq  > 35 Qr/litr). 

Hazırda  istilik  və  elektrik  enerjisinin  istehsalı  məqsədilə  geotermal  enerji  mənbələrindən 

geniş  istifadə  edilir.  Ötən  əsrin  70-80-ci  illərində  elektrik  enerjisinin  istehsalı  ücün  yüksək 

potensiallı  geotermal  enerji  mənbələri  perspektivli  hesab  edilirdi.  Hazırda  proqressiv 

texnologiyaların bərpa olunan enerji mənbələrində  tətbiqi nəticəsində  elektrik enerjisinin istehsalı 

üçün orta potensiallı geotermal enerji mənbələri geniş istifadə edilir. 

Geotermal enerji mənbələrinin enerjisinin  əsasında elektrik enerjisinin istehsalı Renkin tsikli 

əsasında  işləyən  elektrik  stansiyalarında  istehsal  olunur  və  bu  stansiyalar  geotermal  elektrik 

stansiyaları  (GeoES)  adlanır.  İlk  GeoES  1904-cü  ildə  İtaliyada  Landerello  enerji  mənbəyində 

istismara  verilib.  Onun  qoyulmuş  gücü  15  KVt  olmuş  və  işçi  cisim  kimi  quru  buxardan  istifadə 

edilib. XX əsrin 60-cı illərində ABŞ, Meksika, Yaponiya, kecmiş SSRİ və s. ölkələrdə bu sahədə 

yüksəliş  olub.  Keçmiş  SSRİ-də  qoyulmuş  gücü  500  KVt  olan    ilk  təcrübi  GeoES  1967-ci  ildə 

Kamcatka  Vilayətində  Paratun  mənbəsində  istismara  verilib.  Müxtəlif  ekspertlərin  və  beynəlxalq 

təşkilatların qiymətləndirmələrinə əsasən  hazırda Dünya üzrə GeoES-in ümumi qoyulmuş gücü ~ 

10 QVt və geotermal  istiliktəhcizatı sistemlərinin ümumi gücü isə ~20 QVt təşkil edir. Proqnozlara 

görə 2020-ci ildə GeoES-in qoyulmuş gücü 21 QVt, 2030-cu ildə isə  40-70 QVt olacaq və bu da 

Dünya üzrə istehsal olunan elektrik enerjisinin 0,4 % təşkil edəcəkdir [1]. 

Azərbaycanda geotermal enerji mənbələrindən istifadə probleminə ilk dəfə olaraq 1946-cı ildə 

elmi  cəhətdən  baxılmışdır  [4].  Geotermal  enerji  mənbələrindən    istifadə  sahəsində  bir  cox 

tədqiqatçılar  təkliflər versələr də hələlik bu problem, ümumilikdə həll olunmamış qalır. Son illərdə 

Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər    Nazirliyinin  mütəxəssisləri  (Cəfərov 

M.İ., Məmmədov F.Q.)  bu məsələyə yenidən baxmışdılar. 

Azərbaycanda mövcud olan geotermal enerji mənbələri, əsasən  alçaq potensiallı   (t < 70 

o

C) 



və  orta  potensiallı  (t  =  70  -  100 

o

C)  enerji  mənbələridir.  Yalnız  Abşeron  yarımadasında  Şərqi 



Hövsan  mənbəyində  yüksək  potensiallı  (  t  >  100 

o

C)  geotermal  enerji  mənbəyi  mövcuddur  (bu 



mənbədə  t  =  100-135 

o

C).  Abşeron  yarımadasında  2000  m  və  daha  dərin  quyularda  neftli  suyun 



temperaturu 70-100 

o

C və daha çox olur.  



Xaçmaz  rayonunun  Xudat  qəsəbəsi  yaxınlığında  1983-1986-cı  illərdə  qazılmış  iki    orta 

potensiallı enerji mənbəli quyuda suyun  temperaturu, uyğun olaraq 85

 o

C və 87 


o

C, quyuların debiti 

isə  2500  və  4200  m

3

/gün  olmuşdur.  Kürdəmir    rayonun    Mollakənd    kəndi    yaxınlığında    neft  



kəşfiyyat  quyusunda    temperaturu    85-95 

o

C  və  debiti  12000  m



3

/gün  olan  orta  potensiallı  enerji 

mənbəyi  aşkar  olunmuşdur.  Geotermal  enerji  mənbələri  Bərdə,  Goranboy  və  s.  rayonlarının 

ərazisində də  kifayət qədərdir. 

Respublikamızın  geotermal  enerji  mənbələrinin  fiziki  xarakteristikası  aşağıdakı    cədvəldə 

verilmişdir [6]. Cədvəldən  göründüyü kimi  geotermal enerji mənbələrinin temperaturu t = 40 - 90 

o

C  olduğundan,  оnların    əsasən  istiliktəchizatı    sistemində,  qismən  isə  elektrik  enerjisinin 



istehsalında  istifadəsi daha məqsədə uyğun  olardı. Bu məqsədlə GeoES-in  tikintisi zamanı həm 

klassik  buxar  turbinlərindən,  həm  də    hidrobuxar  turbinlərindən  istifadə  edilə  bilər.  Son  illərdə 

aparılan tədqiqatlar göstərir ki, hidrobuxar turbinlərinin GeoES-də istifadəsi  ümumilikdə qurğunun  

faydalı iş əmsalını artırır və  maye  istilik  daşıyıcısının  enerjisindən daha səmərəli istifadə edilir 

[8]. 

Respublikamızın  geotermal  enerji  mənbələrinin  digər  xüsusiyətlərindən  biri  də  ondan 



ibarətdir ki, ~ 10-12 mənbədən (Qamervan, Çaqan, Xaçmaz, Ərkivan, Neftçala, Babazanan, Tərtər 

və s.) termal su  ilə  yanaşı səmt qazı da çıxır və bu qazdan da GeoES-də səmərəli istifadə etmək 

olar.  Bu  baxımdan  ilk  növbədə    bu  geotermal  enerji  mənbələrinin  və  temperaturu  t  >  70

  o


C  olan 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə