Elmi ƏSƏRLƏR, 2016, №3 (77) nakhchivan state university. Scientific works, 2016, №3 (77)



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə24/43
tarix30.12.2017
ölçüsü1,43 Mb.
#18591
1   ...   20   21   22   23   24   25   26   27   ...   43

 

47 


 

РЕЗЮМЕ 

 

Сравнительно  анализированы  теоретико-методологические  основы  использования 

геотермальных  источников  энергии.Дана  информация  о  мировых  геотермальных 

эненргетических  ресурсах  и  геотермальных  электрических  станциях.  Проанализированы 

геотермальные  энергетические  ресурсы  Азербайджана  и  установлено  что,  существующие 

здесь  геотермальные  источники  энергии  в  основном  низкопотенциальные  (t<  70°C)  и 

среднепотенциальные  (t=70°C  –  100°C).Проанализированы  и  представлены  в  виде  таблицы 

названия  и  основные  показатели    геотермальных  источников  энергии  находящихся  в 

Азербайджане.Рациональна  постройка  и  эксплуатация  ГеоЭС  в  целях  обеспечения 

потребностей потребителей в тепловой и электрической энергии посредством использования 

геотермальных энергетических источников. 

 

 



NDU-nun Elmi Şurasının 25 may 2016-cı il tarixli qərarı ilə çapa tövsiyə 

olunmuşdur (protokol № 10) 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

48 


 

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 3 (77) 



 

NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 3 (77) 

 

НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 3 (77) 



 

 

TEXNİKİ ELMLƏR 



ASƏF ƏLİYEV 

aliyev-asef@mail.ru 

Naxçıvan Dövlət Universiteti 

UOT 656: 001.83(100) 

           

AVTOMOBİLİN AKTİV TƏHLÜKƏSİZLİYİNİ YÜKSƏLDƏN MÜASİR 

 TORMOZ SİSTEMLƏRİ 

 

Açar sözlər: aktiv təhlükəsizlik, tormoz sistemi, nəzarət sistemləri, tormoz yolu 

Key words: active safety, brake systems, control systems, brake road 

Kлючевые  слова:  активная    безопасность,  тормозные  системы,  системы  контроля, 

тормозной путь 

 

Tormoz  sistemlərinin  vəzifələri  hərəkət  edən  amtomobilin  sürətini  azaltmaq,  onu 

dayandırmaq və dayanmış  avtomobili  yerində saxlamaqdır. Avtomobillərin  aktiv təhlükəsizliyinin 

təmin olunmasında tormoz sisteminin birinci dərəcəli əhəmiyyəti olduğu üçün ona qoyulan tələblər 

də  çox  yüksək  olur.  Tormoz  sistemlərinə  qoyulan  tələblər  ГOCT  22895-77  standartına  və 

beynəlxalq  qaydalara  əsasən  (Qayda  №14,  BMT  AİK  DNK-Birləşmiş  Millətlər  Təşkilatı  Avropa 

İqtisadi  Komissiyasının  Daxili  Nəqliyyat  Komitəsi)  reqlamentləşdirilir.  Bu  sistemlər  ümumi 

elementlərə malik ola bilər, lakin ən azı iki sərbəst intiqalla təmin edilməlidirlər. Onlardan hər biri 

tormoz mexanizmindən (avtomobilin hərəkətinə qarşı müqavimət yaradılmasını təmin etmək üçün) 

və  tormoz  mexanizmlərinin  idarə  olunması  üçün  zəruri  olan  tormoz  ötürməsindən  ibarətdir 

[1,s.323].  

Müasir avtomobillər dörd tormoz sistemi ilə təchiz olunurlar [2, s.43]:   



1.İşçi  tormoz  sistemi.  İstənilən  şəraitdə  avtomobilin  sürətini  azaltmaq  və  ya  dayandırmağa 

xidmət  edir.  O,  eyni  vaxtda  bütün  tormoz  mexanizmlərinə  təsir  göstərməklə,  tormoz  momentinin 

körpülər  arasında  optimal  paylanmasını  təmin  etməlidir.  Sürücü  işçi  tormoz  sistemindən  avtomo-

bilin istənilən hərəkəti şəraitində istifadə etdiyi üçün, onun pedalla idarə olunması nəzərdə tutulur. 



2.Ehtiyat tormoz sistemi. İşçi tormoz sistemi sıradan çıxdıqda avtomobili tormozlamağa xidmət 

edir. Avtonom  ehtiyat  tormoz sisteminin tətbiqi  zəruri  deyil,  çünki  çox vaxt  onun funksiyalarının 

işçi tormoz sisteminin konturlarından biri və ya əl tormozu sistemi yerinə yetirə bilər. 

3.Əl tormozu sistemi. Avtomobili hərəkətsiz vəziyyətdə etibarlı və vaxt məhdudiyyəti olmadan 

yerində  saxlamağa  xidmət  edir.  Əl  tormozu  sistemini  idarə  etmək  üçün  istənilən  ötürücü 

mexanizmdən istifadə etmək olar. Lakin hidravliki və pnevmatiki ötürmələrdən istifadə olunduqda, 

sistemdən işçi cismin sızması labüd olduğu üçün, əl tormozu sistemini mexaniki ötürmə vasitəsilə 

idarə etmək lazımdır. 

4.Köməkçi tormoz sistemi. Uzunsürən enişlərdə avtomobili fasiləsiz tormozlamaq üçün nəzərdə 

tutulur.  Bu  sistemin  tam  kütləsi  5  t-dan  çox  olan  avtobuslarda  və  12  t-dan  çox  olan  yük 

avtomobillərində quraşdırılması məcburidir. 

Avtomobilin  aktiv  təhlükəsizliyinin  yüksəldilməsi  üçün  istifadə  edilən  müasir  tormoz  və 

nəzarət sistemlərinə aşağıdakıları aid etmək olar [3, s.40]: 

-ABS (Anti-lock Braking System) -əks bloklayıcı tormoz sistemi;  

-BA (Brake Assist) -qəza tormozlama sistemi; 

-ВAS (Brake Assist System)-sistemi; 



 

49 


 

-DBC(Dinamic Brake Control) -tormozlanmaya dinamik nəzarət sistemi; 

-EBAC (Engine Brake Assisant Control)-tormozlanmaya mühərriklə yardım sistemi; 

-РВА (Predicitive Brake Assist)-sistemi; 

-HAH(Handbrake with Automatic Hold)-avtomatik funksiyalı duracaq tormoz sistemi; 

-EBV-tormoz qüvvələrinin elektron paylanma sistemi

-EBD (Electronic Brake Distribution)-tormoz qüvvələrinin elektron paylayıcı sistemi; 

-EBS (Electronic Braking Syistem)-elektron tormozlama sistemi; 

-Вrake by Wire- sistemi; 

-EHВ (Electro Hydraulic Brake) sistemi; 

-SBC (Sensotronic Brake Control)-hər iki təkərin fərdi şəkildə tormozlanmasını təmin edən 

elektro-hidravlik tormoz sistemi. 



ABS  (əks  bloklayıcı  tormoz  sistemi).  Sərt  tormozlamanı  aradan  qaldırmaq  üçün  ilk  qurğu 

hələ 1936-cı ildə Bosch firması tərəfındən patentləşdirilmişdir. Sistemin müasir tarixinin başlanğıcı 

kimi 1964-cü il götürülür. Belə ki, həmin ildə mühəndis Hans Leyber belə sistemlərin fundamental 

əsaslarını  işləyib  hazırladı.  1970-ci  ildə  professor  Hans  Scherenberg  əks  bloklayıcı  sistemlərin 

işləmə qabiliyyətli ilk nümunəsini yaratdığını elan etdi. Təbii ki, 70-ci illərin əvvəllərində hər hansı 

bir  mürəkkəb  elektronikadan  söhbət  gedə  bilməzdi  və  sonradan  1978-ci  ildə  Bosch  firması 

tərəfındən elektron əks bloklayıcısı  yaradıldı. Belə bir sistem ilk dəfə olaraq həmin ildə  Daimler-

Benz  firması  tərəfındən  kütləvi  şəkildə  istehsal  olunan  avtomobillərdə  (Mercedes-Benz  S-sinifi) 

quraşdırıldı. 

1992-ci il oktyabrın l-dən etibarən əks bloklayıcı sistemlər bütün Mercedes, bir qədər sonra 

isə  BMW  7  seriyalı  avtomobillərin  standart  dəstinə  daxil  edildi.  ABS  sistemi  dünya  bazarına 

çıxarılandan sonra Bosch kompaniyası onun təkmilləşdirilməsi və modernləşdirilməsi istiqamətində 

işlərini davam etdirir və onların funksional səmərəliliyi durmadan artırılır. 

2001-ci  ilin  oktyabrından  Bosch  firması  8-ci  nəsil  ABS  sistemlərini  istehsal  etməyə 

başlamışdır. Onun çəkisi 1,6 kq olmuşdur. Qeyd edək ki, 1978-ci ildəki analoqun çəkisi 6,9 kq idi. 

Əks  bloklayıcı  tormoz  sistemləri  də  təcrübəli  sürücülərin  gördüyü  işi  daha  tez,  dəqiq, 

səmərəli və insanın iştirakı olmadan həyata keçirir. Təkcə onu demək kifayətdir ki, ABS bir saniyə 

ərzində  25  tormozlama  tsikli  yerinə  yetirir  ki,  on  təcrübəli  avtomobil  idmançıları  üçün  də  bu, 

mümkün deyildir. 



BA (Brake Assit)- qəza tormozlama sistemi. Bu sistem Mercedes firması ilə birlikdə Luqas 

(TRW)  şirkəti  tərəfindən  hazırlanmışdır.  Onun  digər  adları  BAS  (Brake  Assit  System),  PA  və  ya 

PABS və EBA-dır (Emergency Brake Assist). 

Hidravlik tormoz sistemlərində təzyiqin idarə olunması sistemi  qəfl tormozlamalar zamanı 

lazım gəldikdə və tormoz pedalına lazımı qüvvə ilə təsir edilmədikdə tormoz magistralında mayenin 

təzyiqini insandan çox sürətlə artırır. Sistem pedalın hərəkət sürəti və ona təsir qüvvəsinə görə qəza 

tormozlanmasının  aparılıb-aparılmadığını  müəyyən  edir.  Qəza  tormozlamaları  zamanı  tormoz 

intiqalında mayenin təzyiqi millisaniyələr ərzində avtomatik olaraq lazımi qədər yüksəldilir. Bunun 

sayəsində,  hər  şeyi  bir  anın  həll  etdiyi  anda,  tormoz  intiqalının  işə  düşmə  vaxtı  da  kifayət  qədər 

azalmış olur. 

Elektronika  idarəetməni  öz  üzərinə  götürərək,  xüsusən  də  böyük  sürətlərdə  tormoz  yolunu 

azaldır və avtomobili çox qısa müddətdə dayandırır. 



BA  və  EPS  sistemlərinin  mərkəzi  modulunda  mayenin  təzyiqini  200  bara  qədər  yüksəldə 

bilən elektronasos yerləşdirilmişdir. 



BA  funksiyalı  tormozların  vakuum  gücləndiricisində  milin  yerdəyişmə  sürətinin  vericisi 

yerləşdirilmişdir.  Elektronikanın  imtinaları  zamanı  təhlükəsizliyin  təmin  edilməsi  məqsədi  ilə 

elektrohidravlik  tormozların  baş  silindri  qabaq  tormozların  hidravlik  konturları  ilə  birbaşa 

əlaqələndirilir. 



BAS  (Brake  Assist  System)  sistemi.  1990-cı  illərin  ikinci  yarısında  tormozların  işini 

yaxşılaşdirmaq  məqsədilə  BAS  (Brake  Assist  System)  adlanan  sistem  yaradılmışdır.  Sistem  qəfl 

tormozlanmanın  başlanmasını  təsdiqləyən  tormoz  pedalının  həddindən  artıq  yüksək  sürətlə 



Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə