Elmi ƏSƏRLƏR, 2016, №3 (77) nakhchivan state university. Scientific works, 2016, №3 (77)



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə25/43
tarix30.12.2017
ölçüsü1,43 Mb.
#18591
1   ...   21   22   23   24   25   26   27   28   ...   43

 

50 


 

yerdəyişməsini  qeyd  edən  vericinin  komandaları  əsasında  işə  düşərək,  tormozlarda  mayenin 

mümkün olan maksimum təzyiqinin yaradılmasını təmin edir. Bir sıra mütəxəsislərin rəyinə görə bu 

sistemin  praktiki  əhəmiyyəti  o  qədər  də  yüksək  deyildir.  Ona  görə  ki,  ABS  ilə  təmin  edilmiş 

avtomobillərdə  mayenin  təzyiqinin  artması  təkərlərin  bloklanmaması  ilə  məhdudlaşdırıldığı  halda 

BAS belə məhdudlaşmanı təmin edə bilmir və təkərlər bloklanır. 

BAS sistemini ilk dəfə olaraq Mercedes-Benz firması tətbiq etmişdir. Müəyyən edilmişdir ki, 

belə  sistem  ancaq  qəfl  tormozlanmanın  başlanğıcında  mayenin  maksimum  təzyiqini  yaratmaq 

iqtidarında  olur.  Buna  baxmayaraq  məsələn,  Mercedes-Benz  S  sinifli  avtomobilin  100  km/saat 

sürətində qəfl tormozlama zamanı onun tormoz yolunu 15% yüksəltmək mümkün olur. Deməli, bu 

sistemin  tətbiqi  ilə  hadisə  iştirakçılarından  kiminsə  həyatını  qorumaq  mümkün  olur.  Ona  görə  də 

belə sistem Mercedes-Benz avtomobillərindən başqa digər markalarda da tətbiq olunur. 

Yanlış  rəylərə  görə  guya  ВAS  sistemindən  fərqli  olaraq  ABS  və  ESP  sistemləri  tormoz 

yolunu  azaltmayıb,  əksinə  yüksəldir.  Həqiqətdə  isə  bu,  yol  örtüyünün  tipi  və  vəziyyətindən  asılı 

olur. 

DBC-  (Dynamic  Brake  Control  )-tormozlamaya  dinamiki  nəzarət  sistemi.  Тəhlükəli  və 

qəza vəziyyətlərində sürücülərin 90%-ə qədəri qəza tormozlanmasını aparmaq imkanında olmurlar. 

Bu zaman xarakterik cəhət ondan ibarətdir ki, onların çoxu pedalı sürətlə sıxmalarına baxmayaraq, 

lazımı qüvvə ilə sıxa bilmirlər. Tormoz pedalına ötürülən qüvvənin sonrakı artımı isə lazımı tormoz 

qüvvəsi yarada bilmir. Bu zaman tormoz qüvvəsinin ancaq bir hissəsindən istifadə olunduğundan, 

təhlükəli vəziyyətlərdə hadisənin qarşısını almaq üçün, çox qiymətli olan bir neçə metr tormoz yolu 

çatışmır.  

DBC sistemi dayanıqlığa dinamiki nəzarət sisteminə (DSC) əlavə kimi nəzərdə tutulmuşdur. 

DSC sistemi qəfl tormozlanmalarda pedal kifayət qədər qüvvə ilə sıxılmadıqda belə tormoz 

intiqalında təzyiqin artması prosesini sürətləndirərək, kiçik tormoz yolunu təmin edir. Belə sistemdə 

qiymətləndirici kəmiyyətlər kimi təzyiqin və pedala təsir qüvvəsinin artma sürəti götürülür. 

DBC sistemində vakuum prinsipi yox, hidravlik güclənmə prinsipindən istifadə olunur. Belə 

hidravlik  sistem  qəfl  tormozlamalarda  tormoz  qüvvələrinin  daha  yaxşı  və  dəqiq  hədlərini  təmin 

edir. 

EBAC  (Engine  Brake  Assistant  Control)-tormozlamaya  mühərriklə  yardım  sistemi.  Bu 

sistem  Mitsubishi  şirkəti  tərəfindən  işlənib  hazırlanmışdır.  О,  dağlıq  yerlərdə  və  böyük  maillikli 

küçələrdə  avtomobilin  rəvan  şəkildə,  yana  sürüşmədən  tormozlanmasına  mühərriklə  kömək  edir. 

Təkərlərdən hər hansı birində ilişmə zəif olduğunu aşkarlayan sistem  MASTС sistemi ilə birlikdə 

həmin təkərdə tormoz qüvvəsini artırır. 

PVA  (Predictive  Brake  Assist)-sistemi.  Bu  sistem  Bosch  şirkəti  tərəfindən  işlənib 

hazırlanmışdır. O, 2005-ci ildən etibarən kütləvi şəkildə istehsal olunmağa başlamış və təhlükəsizlik 

sistemlərini  proqnozlaşdıran  Bosch  CAPS  (Combined  Active  and  Passive  Safety)  sisteminin  ilk 

nəslindən hesab olunur.  

Əgər  adaptiv  kruiz-nəzarət  müəyyən  etsə  ki,  avtomobil  digər  nəqliyyat  vasitəsinə  kritik 

yaxın  məsafədə  yerləşir  və  sürücü  vəziyyətə  reaksiya  vermir,  onda,  bu  sistemin  köməyi  ilə  hiss 

olunmadan  tormoz  qəliblərini  barabana  yaxınlaşdıraraq,  mümkün  qəza  tormozlanmasına  hazırlıq 

görülür. Əgər qəflətən tormozlamaq lazım gələrsə, qəliblərin barabanlara öncədən yaxınlaşdırılması 

səbəbindən bir neçə millisaniyə udulduğundan avtomobilin dayanma yolu qısalacaqdır. 

 

2006-cı ildən etibarən Audi Q7 modelində belə sistemin Predictive Collion Warning adlanan 



daha  inkişaf  etmiş  variantlardan  istifadə  edilir.  Belə  variantda  əgər,  sürücü  digər  nəqliyyat 

vasitəsinə  yaxınlaşdığını  hiss  etməsə  və  tormozlanma  aparmasa,  onda,  təhlükənin  yaxınlaşması 

haqqında  sürücünü  məlumatlandırmaq  üçün  yüngül  tormozlama  aparılır.  Nəticədə  sürücünün 

diqqəti  məcburi  surətdə  yola  yönəldilir  və  təhlükənin  qarşısı  sürücü  tərəfindən  tormozlama 

aparmaqla alınır. 

EBD (Electronic Brake Distribution)-tormoz qüvvələrinin elektron paylayıcısı sistemi. Bu 

sistem  Mitsubishi  şirkəti  tərəfindən  işlənib  hazırlanmışdır.  Tormozlama  zamanı  xarici  və



 

arxa 


tərəfdəki tormoz qüvvələri optimallaşdırılır və maksimallığı təmin edilir. Avtomobildə bir nəfərdən 


 

51 


 

artıq adam olduqda EBD arxa təkərlərdəki tormoz qüvvəsini artıraraq, tormozlamanın səmərəliliyini 

yüksəldir. 

HAH (Handbrake with Automatic Hold)-avtomatik funksiyalı duracaq tormoz sistemi. Bu 

sistem  BMW  şirkəti  tərəfindən  işlənib  hazırlanmışdır.  O,  müxtəlif  yol  şəraitlərində  avtomobilin 

duracağa qoyulmasında sürücüyə kömək edir və hərəkətin təhlükəsizliyinin təmin edilməsinə şərait 

yaradır. Duracaq tormozu müvafiq düyməni basmaqla işə salınır. 

«Duracaq  tormozunun  avtomatik  funksiyası»  müəyyən  şəraitlərdə  tormozlama  prosesini 

avtomatlaşdırır.  Məsələn,  sürücü  tez-tez  dayanmalar  rejimində  işlədikdə  yorucu  tormozlama 

əməliyyatlarını yerinə yetirmək prosesindən azad edilir və bu funksiya avtomatik olaraq icra edilir. 

Duracaq tormozu yoxuşlarda yerindən tərpənmə zamanı avtomobilin arxaya sürüşməsinin qarşısını 

alır. 

EBV-tormoz  qüvvələrinin  elektron  paylanma  sistemi.  Bu  quruluş  5-ci  nəsil  ABS 

sistemlərinin  tərkibinə  daxildir.  O,  bütün  təkərlərin  bir-birinə  nəzərən  hərəkətlərinə  nəzarət  edir, 

elektronikanın  köməyilə  tormoz  pedalının  sıxılma  dərəcəsi  və  avtomobilin  yüklənməsindən  asılı 

olaraq tormoz qüvvələri tənzimlənir. 

Sistemin  iş  prinsipi  ondan  ibarətdir  ki,  tormoz  qüvvələri  hər  bir  təkərə  fərdi  sürətdə  və 

müəyyən edilmiş nisbətdə ötürülərək, hər bir təkər müstəqil sürətdə tormozlanır. Sistemin elektron 

vericiləri və mikroprosessor real vaxt miqyasında avtomobilin vəziyyətini çoxlu sayda parametrlərə 

görə müəyyən edərək, onun yana sürüşməsinin qarşısını alır, ixtiyari yol şəraitlərində, hətta tormoz 

pedalına  maksimum  qüvvə  ilə  təsir  etdikdə  belə,  tormozlamanın  ən  yüksək  səmərəliliyini  təmin 

edir. 


Avtomobilin  arxa  oxuna  təsir  qüvvəsi  artarsa,  sistem  arxa  təkərlərdəki  tormoz  qüvvələrini 

artıraraq, bu qüvvələrin düzgün tənzimlənməsini təmin edir. 



EBS (Electronic Braking System)- elektron tormozlama sistemi. EBS sistemində də tormoz 

pedalı tormoz sistemi ilə mexaniki əlaqədə olmur. Onun yerdəyişməsi elektrik siqnalına çevrilərək 

idarəetmə  blokuna  ötürülür.  Müxtəlif  vericilərdən  daxil  olan  məlumatların  analizinə  əsasən 

elektronika tormoz sistemi nəzarətində təzyiqi nizamlayan icraedici mexanizmlərə müstəqil surətdə 

komandalar ötürülür. 

Brake  by  Wire.  Bu  sistem  Bosch  şirkəti  tərəfindən  işlənib  hazırlanmışdır.  İdeyanın 

mahiyyəti çox sadədir: tormoz pedalı hidravlik va ya pinevmatik tormoz sistemi ilə birbaşa əlaqəyə 

malik  deyildir.  Pedala  sıxılma  tormoz  sisteminin  idarəetmə  bloku  tərəfındən  qəbul  edilir  və  o, 

avtomobilin fəzadakı vəziyyəti, onun sürəti və yüklənmə dərəcəsi, yol örtüyünün keyfiyyəti, hava-

iqlim  şəraitləri  və  s.  haqqındakı  məlumatlar  əsasında  hər  bir  konkret  təkər  üçün  lazımı  tormoz 

qüvvələrini hesablayır. Bu, avtomobil aqreqatlarının idarə edilməsində rəqəmli sistemlərin rolunun 

məntiqi  davamı  və  dərinləşdirilməsidir.  Bu  sahədə  öncül  olan  Bosch  şirkəti  Brake  by  Wire 

sisteminin  bir  neçə  variantını  işləmiş  və  istehlakçılara  təqdim  etmişdir.  Məsələn,  EBS  (yük 

avtomobilləri  üçün  elektropnevmatik)  sistemi  Scania  və  Mercedes-Actros  magistral  yük 

avtomobillərinin  bir  sıra  modellərində  artıq  tətbiq  edilmişdir.  EHB  (minik  avtomobilləri  üçün 

elektropnevmatik)  sistemi  isə  Daimler  Chrysler  kompaniyasının  yeni  minik  avtomobilləri 

modellərində geniş surətdə tətbiq olunmaqdadır. 

Yaxın    perspektivdə  Bosch  şirkəti  nə  pnevmatik,  nə  də  hidravlık  tormoz  intiqalının  tətbiq 

edilmədiyi  EMB-elektromexaniki  tormoz  sisteminin  tətbiqini  nəzərdə  tutur.  Belə  sistemlərdə 

kompyuterlərlə sərt şəkildə idarəedilən tormoz qüvvəsi elektrik mühərriki tərəfindən yaradılacaqdır. 

EHB (Electro Hydraulic Brake) sistemi. Bu sistem Continental Teves AG şirkəti tərəfindən 

işlənib  hazırlanmışdır.  Standart  tormoz  sistemindən  fərqli  оlaraq,  pedalın  basılması  haqqındakı 

siqnal  elektrik  sistemi  vasitəsilə  EHB-nin  hidravlik  qurğusunun  elektron  idarəetmə  blokuna 

ötürülür. Blok tormozlama üçün lazım olan təzyiqi müəyyən edir. 

Sistemin  tətbiqi  ilə  tormoz  və  dayanma  yolları  qısalır,  avtomobilin  dayanıqlığı  və  pedalın 

həssaslığı  yüksəlir,  qəza  ehtimalı  azalır  və  mövcud  olan  ABS,  EBD,  TCS,  EPS,  BA,  ACC  və  s. 

sistemlərinə qoyulan bütün tələblər ödənilir. 

SBC  (Sensotronic  Brake  Control)-hər  bir  təkərin  fərdi  şəkildə  tormozlanmasını  təmin 



Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə