52
edən elektrohidravlik tormoz sistemi. Ənənəvi tormoz sistemlərində tormoz pedalından
barabanlara (disklərə) ötürülən qüvvə baş tormoz silindrində təzyiq nəticəsində yaranır. SBC
sistemlərində tamamilə yeni və inqilabi sayıla biləcək həll variantı düşünülmüşdür. Mercedes-Bens
şirkəti burada işə salma sistemi və hər bir təkərdəki fərdi tormoz qüvvələrinin mərkəzi idarə
edilməsinin vahid sistemini nəzərdə tutduğundan, qəzasız hərəkət ideyasına daha çox
yaxınlaşmışdır. Sistemin əsas özəlliyi ondan ibarətdir ki, tormoz pedalı ilə tormoz diskləri
arasındakı ənənəvi mexaniki-hidravliki rabitə ləğv edilmişdir. Tormozlama prosesi mərkəzi
idarəetmə sistemi vasitəsilə elektron şəkildə tənzimlənir və izlənilir. Hərəkətə gətirilmiş tormoz
pedalından alınmış məlumatlar əsasında SBC-idarəetmə bloku lazımi tormoz qüvvəsini hesablayır.
İcra olunma haqqında komandalar CAN nəzarətetmə sisteminə daxil edilir. Təkərlərin dövrlər sayı
haqqında siqnallar SBC-nin idarəetmə cihazına daxil olur və sistem bu siqnallara nəzarət edərək,
tormoz qüvvəsini təkərlər arasında paylayır. Yüksək təzyiqli hidroakkumulyator sistemin lazımi
komandaları yerinə yetirməsi üçün enerji yaradır və sistemdə gərəkli olan təzyiq elektrohidronasos
vasitəsilə saxlanılır. Elektrik təminatında imtinalar yarandıqda tormoz pedalı ilə tormoz diskləri
arasındakı rabitə pozulmadan hidrosistem işləməyə davam edir. Yəni, avtomobil adi qayda ilə
tormozlanır.
SBC sistemi elektrohidravlik sistem olmaqla, müxtəlif vəziyyətlər üçün əlavə tormozlama
rejimlərini özündə əks etdirir, qəfl tormozlamalarda tormoz yolunu qısaldır, ixtiyari yol örtüyü
şəraitində avtomobili çox rahat şəkildə stabilləşdirir, sistemin intiqalından asılı olmayaraq, tormoz
qüvvələrini təkərlər arasında fərdi şəkildə paylayır və yaş tormoz disklərini qısa müddətli
tormozlamalarla qurudur. Bu sistem kütləvi şəkildə ilk dəfə olaraq Mercedes-Benz avtomobillərində
tətbiq olunmuşdur.
Beləliklə, müasir tormoz sistemlərinin avtomobillərin təhlükəsizliyində nə qədər əhəmiyyətli
olduğunu nəzərdən keçirdik. Avtomobilin aktiv təhlükəsizliyinin yüksəldilməsi üçün müasir tormoz
və nəzarət sistemləri tormoz sistemlərinə qoyulan tələbləri tam ödəyir. Bu sistemlərin gələcəkdə
inkişafı və daha da təkmilləşdirilməsi nəqliyyat nasazlıqları ucbatından baş verən yol nəqliyyat
hadisələrini minimuma endirəcəkdir.
ƏDƏBİYYAT
1. Y.Ə. Məmmədov, Avtomobil nəqliyyatı vaisətələrinin istismar xüsusiyyəti nəzəriyyəsi və
Hesabatı, II hissə. Dərslik, Bakı, 2005, 506 səh
2. Ş.H. Əliyev, R.P. Bayramov, Nəqliyyat vasitələrinin təhlükəsizliyi və avtotexniki ekspertizası,
Dərslik, I hissə, Bakı, 2009, 336 səh
3. A.A. Əliyev, S.M. Vəliyev, M.Ə. Nuriyev, Avtomobil. İdaretmə sistemləri, Metodik vəsait,
Bakı, 2014, 109 səh
ABSTRACT
A.Aliyev
Modern brake systems increasing active safety of the car
Prevention of road accidents very often depends from intensive braking; on it acceleration of
effective delay from any situations has to provide brake properties of the car.
So presented article was devoted modern brake systems increasing active safety of the car.
Applications of these systems in the cars were reduced by number of cases of traffic. Further
improvement and modernization of these systems can minimize an event road transport incident.
53
РЕЗЮМЕ
А.Алиев
Современные тормозные системы повышающие активную
безопасности автомобиля
Предотвращения дорожно-транспортных происшествий очень часто зависит от
интенсивным торможением, по этому тормозные свойства автомобиля должно обеспечить
ускорение эффективного замедления от произвольных ситуациях.
Так представленное статья посвящено современной тормозные системы
повышающие активную безопасности автомобиля. Применения этого система в
автомобилях
сократило
число
случаев
дорожного
движения.
Дальнейшему
усовершенствованию и модернизации этих системов можно свести к минимуму событии
дорожного транспортных происществие.
NDU-nun Elmi Şurasının 25 may 2016-cı il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 10)
Məqaləni çapa təqdim etdi: Riyaziyyat üzrə fəlsəfə doktoru
E.Məmmədov