Elmi ƏSƏRLƏR, 2016, №3 (77) nakhchivan state university. Scientific works, 2016, №3 (77)



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə28/43
tarix30.12.2017
ölçüsü1,43 Mb.
#18591
1   ...   24   25   26   27   28   29   30   31   ...   43

 

56 


 

Elektron  hökumətin  qurulması  istiqamətində  ardıcıl  tədbirlər  görülür.Bu  tədbirlər  dövlət 

orqanlarının  fəaliyyətində  səmərəliliyin  artırılmasına,  dövlət  orqanları  ilə  vətəndaşlar  arasında 

əlaqələrin  daha  sıx  şəkildə  qurulmasına,  insanların  informasiyaya  olan  tələbatının  daha  dolğun 

ödənilməsinə şərait yaradır. 

2009-2010-cu illərdə Naxçıvan Muxtar Respublikası Maliyyə və Səhiyyə nazirliklərini, eləcə 

də Dövlət Sosial Müdafiə Fondunu və onların struktur bölmələrini əhatə edən korporativ kompyuter 

şəbəkəsi  layihələndirilmiş  və  istismara  verilmişdir.  Bundan  başqa,  Maliyyə,  Vergilər  nazirlikləri, 

DSMF,  Mərkəzi  Bank,  Dövlət  Gömrük  və  Statistika  komitələrini  əhatə  edən  elektron  sənəd 

dövriyyəsinin  həyata  keçirilməsi  üçün  “Mail  Server”  işə  salınmış,  Naxçıvan  Beynəlxalq  Hava 

Limanının  və  Türk  Hava  Yolları  Naxçıvan  nümayəndəliyinin  online  bilet  satışı  və  sərnişinlərin 

qeydiyyatı  sisteminin  işləməsi  üçün  Naxçıvan  Beynəlxalq  Hava  Limanında  lokal  şəbəkənin 

quraşdırılması  və  optik  kabel  üzərindən  sürətli  internetin  verilməsi  təmin  edilmişdir.  Muxtar 

respublikaya  Bakı  şəhərindən  və  Türkiyədən  daxil  olan  internet  kanallarının  sürəti  155  mb/s-ə 

çatdırılmaqla onların alternativliyi təmin olunmuşdur. 

Muxtar  respublikanın  ali,  orta  ixtisas,  peşə  və  ümumtəhsil  məktəblərində  elektron  tədrisdən 

istifadə təmin edilmiş, təhsil müəssisələrində 5 minə yaxın kompüter, 650-dən çox elektron lövhə 

quraşdırılıb, sürətli internetə çıxış imkanı  yaradılıb, distant təhsil şəbəkəsi qurulub. Bundan başqa 

sağlamlıq imkanları məhdud uşaqların da təhsilə inteqrasiyası məqsədilə Məhdud Fiziki İmkanlılar 

üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi istifadəyə verilib, görmə 

və eşitmə qabiliyyəti məhdud uşaqlar üçün audio və elektron kitabxana yaradılıb.(4) 

Muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarından təhsil sistemində geniş 

istifadə  olunur.  Naxçıvan  Dövlət  Universitetində  də  bu  sahədə  mühüm  işlər  görülüb,  idarəetmə 

sistemi  və  tədris  prosesi  yüksək  texnologiyalar  əsasında  qurulub.Universitetdə  42  elektron  lövhə, 

750-yə  yaxın  kompüter,  15  elektron  kürsü  quraşdırılıb.Yaradılan  şərait  tədrisin  səviyyəsini 

yüksəltməklə  yanaşı,  müxtəlif səviyyəli tədbirlərin keçirilməsinə də əlverişli şərait  yaradıb.Bunun 

nəticəsidir ki, son 20 ildə universitetdə 200-ə yaxın beynəlxalq və ölkə əhəmiyyətli elmi konfrans 

və simpoziumlar keçirilib. 2005-ci  ildən etibarən hər il keçirilən “Elektron Naxçıvan” beynəlxalq 

konfransı universitetin əlaqələrinin genişlənməsinə geniş imkanlar açıb, Amerika Birləşmiş Ştatları, 

Çin,  Fransa,  Rusiya,  Cənubi  Koreya,  Türkiyə,  Kanada,  Pakistan,  Polşa,  İsveçrə,  Qazaxıstan, 

Özbəkistan universitetlərinin təmsilçilərinin Naxçıvan Dövlət Universitetinə maraqları artıb. 

Azərbaycanda  analoqu  olmayan  və  genişzolaqlı  internetə  çıxışı  təmin  edən  “Nar  Home” 

texnologiyası  da  müxtəlif  cihazlarda  (televizor,  planşet  və  ya  smartfonlar)  media  və  əyləncə 

xidmətlərindən  vahid  istifadə  imkanlarını  yaradan  unikal  konsepsiyadır.Naxçıvan  Muxtar 

Respublikasında DVB-T2 texnologiyası əsasında rəqəmsal efir yayımının başlanması “Nar Home” 

konsepsiyasının  reallaşdırılmasında  ilk  mərhələdir.  Bu  texnologiya  rəqəmsal  efir  yayımında 

xidmətlərin göstərilməsi  sahəsində  ən son texnoloji  nailiyyətdir və Cənubi  Qafqaz  regionunda ilk 

dəfədir ki, tətbiq olunur 

Naxçıvan  Muxtar  Respublikasının  Rabitə  və  Yeni  Texnologiyalar  Nazirliyi  ilə  “BBTV” 

Məhdud  Məsuliyyətli  Cəmiyyəti  arasında  bağlanmış  16  iyun  2011-ci  il  tarixli  müqaviləyə  və 

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası tərəfindən televiziya yayımı fəaliyyətinə 

verilən  dövlət  icazəsinə  əsasən,  Duzdağ  Radio-Televiziya  Verici  Stansiyasında  qurulan  baş 

stansiya, 7 ədəd  güclü rəqəmsal televiziya vericisi  istismara verilmişdir.  Bu xidmət  vasitəsilə  67 

televiziya  proqramı  tamaşaçıların  ixtiyarına  verilir  və  çox  sevindirici  haldır  ki,  Azərbaycanda  ilk 

olaraq Naxçıvan Dövlət Televiziyası efirdə yüksək keyfiyyətli HD formatında yayımlanacaqdır.  

2015-ci  il  muxtar  respublika  rabitəçiləri  üçün  əlamətdar  olub,  nazirliyin  tabeliyində 

təsərrüfathesablı Elektron Avadanlıqların Texniki Xidmət Mərkəzi yaradılıb. Muxtar respublikanın 

bütün  rayon  mərkəzlərində  “Elektron  imza”  kartlarının  verilməsi  üçün  şəbəkə  qurulub  və 

operatorlara müvafiq təlim keçirilib.İl ərzində 49 vətəndaşa elektron imza kartı təqdim edilib. Hər il 

olduğu kimi, 2015-ci ildə Hər il olduğu kimi, 2015-ci ildə də muxtar respublikada həyata keçirilən 

genişmiqyaslı  abadlıq  və  quruculuq  işləri  poçt  və  telekommunikasiya  sahəsini  də  əhatə  edib.  İl 

ərzində  16  avtomat  telefon  stansiyası  və  11  poçt  bölməsi  yeni  kənd  mərkəzlərində  fəaliyyətə 




 

57 


 

başlayıb.Bunlardan  9  avtomat  telefon  stansiyası  və  5  poçt  bölməsi  yenidir.  Yeni  avtomat  telefon 

stansiyalarının yaradılması və “Naxtel” operatorunun əhatə dairəsinin genişləndirilməsi nəticəsində 

il ərzində 3074 yeni telefon nömrəsi istifadəyə verilib. 

Muxtar  respublikada  həyata  vəsiqə  alan  ən  iri  layihə  “Naxtel”in  4-cü  nəsil  mobil  rabitə 

sisteminin qurulmasına başlanılmasıdır. Hazırda birinci mərhələ üzrə 40 BTS və mərkəzi idarəetmə 

sisteminin  qurulması  başa  çatdırılıb.İkinci  mərhələ  üzrə  isə  55  BTS  fiziki  olaraq  qurulub,  Bilinq 

sisteminin  qurulması  üzrə  işlər  isə  davam  etdirilir.  IP  ünvan  çatışmazlığının  aradan  qaldırılması 

üçün 80 000 IP verən NAT avadanlığı və 10 Gb daxili kanal yaradan BRAS avadanlığı istifadəyə 

verilib.  Hesabat  dövründə  əsaslı  təmir  edilən  və  yeni  istifadəyə  verilən  20  tam  orta  məktəbdə  27 

kompüter  sinfi  yaradılıb,  bu  siniflərdə  375  ədəd  kompüter  qurularaq  qlobal  şəbəkəyə  qoşulması 

təmin  edilib.  İl  ərzində  “Naxçıvanpoçt”  Məhdud  Məsuliyyətli  Cəmiyyəti  və  onun  rayon  filialları 

tərəfindən toplanan xidmət haqlarının həcmi 18 070 404 manat təşkil edib, nağdsız hesablaşmalar 

üçün  POS-terminalların  sayı  120-ə  çatdırılıb.Cəmiyyətin  kompüter  şəbəkəsinin  genişləndirilməsi 

davam etdirilib, mövcud 162 poçt məntəqəsinin 132-də kompüter şəbəkəsi qurulub və hazırda da bu 

işlər davam etdirilir. Vurğulanıb ki, “Evədək optika” layihəsinin icrası cari ildə də davam etdirilib, 

il ərzində 28 fərdi mənzilə və yeni tikilən 2 çoxmənzilli yaşayış binasına fiber-optik kabel xətləri 

çəkilib.  Bu  gün  muxtar  respublikada  fiber-optik  kabel  xətlərinin  uzunluğu  1320  kilometrdən 

artıqdır.Mövcud 163 avtomat telefon stansiyasından 159-u optik arabağlantı ilə təmin edilib. 

5 Regionların inkişafı ilə bağlı İKT üzrə Dövlət Proqramlarında Elektron ticarət-kommersi-

ya  infrastrukturunun  inkişafı,  kartlı  ödənişlər  üzrə  əməliyyat  mərkəzlərin  yaradılması,  müasir 

elektron  ödəniş  sistemlərinin  inkişaf  etdirilməsi,  kiçik  və  orta  sahibkarlıqda  elektron  ticarətin 

stimullaşdırılması, elektron xidmətlər sisteminin genişlənməsi, Elektron biznes və elektron kommer 

siya üzrə beynəlxalq informasiya-əməliyyat mərkəzinin yaradılması, elektron xidmətlərinin qlobal 

bazarına çıxış, sənaye malları, xammal və materialların regional elektron bircasının yaradılması və 

s. nəzərdə tutulmuşdur. 

 İKT  ölkə  iqtisadiyyatının  bütün  sahələrində  səmərəliliyin  artırılmasına,  qiymətlərin 

azaldılmasına,  məhsul  və  xidmətlərin  keyfiyyətinin  yüksəldilməsinə  köməklik  göstərəcəkdir. 

Muxtar  respublikanın  iqtisadiyyatında  rabitə  və  informasiya  texnologiyaları  sahəsi  inkişaf  edərək 

respublikada informasiya cəmiyyətinin formalaşmasına zəmin yaradaraq cəmiyyətin sosial-iqtisadi 

həyatının bütün sahələrinin, həmçinin regionların sürətli inkişafını təmin edəcəkdir. 

 

ƏDƏBİYYAT 



 

1.N.D.Verdiyev, İnformasiya iqtisadiyyatı, Bakı, 2011 

2.Mahmud Məmmədov,İnformasiya iqtisadiyyatı,  Bakı, 2010 

3.Kərimov S. Q. İnformasiya sistemləri, Elm, Bakı, 2008 

4. www.serqqapisi.az 

5. www.dmfa.nakhchivan.az. 

6. Naxçıvan MR 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları 

            

ABSTRACT 

Madina Allakhverdieva  

ICT development  in the Nakhchivan  Autonomous Republic 

There  are  considered  the  basic  problems  of  neuro  network  data  processing,  symbol  and 

connector  paradigms  of  artificial  intellect,  concept  of  an  artificial  neural  network,  difference  of 

neural  networks  from  traditional  computing  systems  in  presented  article.  It  is  specified  that  the 

insufficient  understanding of its bases  serves  as the main obstacle to  wide practical  application of 

neurocomputing. Therefore the basic attention in work is given to the description of neuro network 

data  processing  principles,  their  potential  possibilities  and  advantages.  The  purpose  of  the  given 

work  is  the  knowledge  ordering  of  possibilities  of  algorithms  and  systems  for  infor-mation 

processing. 



Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə