Elmi ƏSƏRLƏR, 2016, №3 (77) nakhchivan state university. Scientific works, 2016, №3 (77)



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə29/43
tarix30.12.2017
ölçüsü1,43 Mb.
#18591
1   ...   25   26   27   28   29   30   31   32   ...   43

 

58 


 

 

РEЗЮМЕ 

Madina Аллахвердиева  

Развитие ИКТ  в Нахчыванской Автономной Ресрублике 

В  представленной  статье  рассмотрены  основные  проблемы  нейросетевой  обработки 

данных,  символьная  и  коннекционистская  парадигмы  искусственного  интеллекта,  понятие 

искусственной нейронной сети, отличия нейронных сетей от традиционных вычислительных 

систем.  Указано,  что  главным  препятствием  к  широкому  практическому  применению 

нейрокомпьютинга служит недастаточное понимание его основ. Поэтому основное внимание 

в работе уделяется описанию принципов нейросетевой обработки данных, их потенциальных 

вазможностей  и  преимуществ.  Целью  данной  работы  является  систематизация  знаний  о 

возможностях алгоритмов и систем для обработки информации. 

 

NDU-nun Elmi Şurasının 25 may 2016-cı il tarixli qərarı ilə çapa tövsiyə 



olunmuşdur (protokol № 10) 

         Məqaləni  çapa  təqdim  etdi:  Riyaziyyat  üzrə  fəlsəfə  doktoru 

E.Məmmədov 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

59 


 

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 3 (77) 



 

NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 3 (77) 

 

НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 3 (77) 



 

 

 SEVİNC  PAŞAYEVA 

                                             pasayevasevinc5@gmail.com                                                                                                                                                                                                                 



Naxçıvan Dövlət Universiteti 

UOT:004.651; 004.652 

 

  DİREKTİV SƏNƏD AXTARIŞI SİSTEMİNİN VERİLƏNLƏR BAZASININ 

YARADILMASI 

 

Açar  sözlər:  Elektron  direktiv  sənəd,  münasibətli  Verilənlər  Bazası  modeli,  sənədlərin 

metrik xarakteristikaları 

Keywords: Electronic binding document, Relational Database model, metric characteris-

tics of documents 

Ключевые слова: Электронный директивный документ, реляционная база данных

метрические характеристики документов 

 

1.



 

Giriş 

Məlumdur ki, yerinə yetirilməsinin xarakterinə görə sənədlər iki yerə ayrılır: 

-

 

Məlumat xarakterli sənədlər. Bu sənədlərdə müəyyən məlumatlar və faktlar saxlanılır; 



-

 

Direktiv sənədlər. Direktiv sənədlər texniki və ya hüquqi normaları özündə saxlayır və icrası 



məcburidir. 

Direktiv sənədlər icra üçün göndərildiyi təşkilatlarda sənədlərin saxlanılmasını, toxunulmazlığı-

nı, tamlığını, icrasına nəzarəti və sürətli axtarışını təmin etmək üçün elektron şəklində verilənlər ba-

zasında saxlanmalıdır. Elektron direktiv sənədlərin icrası məcburi olduğundan bu sənədlərin saxla-

nılması üzərinə yüksək tələblər qoyulur. İstənilən elektron sənəd Elektron imza və elektron sənəd 

haqda Azərbaycan Respublikasının qanununun tələblərinə cavab verməlidir [1].  

 

Direktiv  sənədlər,  onların  saxlanılması  və  axtarışı  hər  bir  elektron  sənədə  aid  olan  və 



qanunla  müəyyənləşdirilən  tələblərə  cavab  verməkdən  başqa  digər  xüsusiyyətlərə  də  malik 

olmalıdırlar.  Direktiv  sənədlər  saxlanıldığı  müddətdə  təsadüfən  və  ya  məqsədli  şəkildə 

dəyişikliklərə  uğramış  olarsa  onların  saxlanıldığı  Verilənlər  Bazalarında  elə  məlumatlar 

yazılmalıdır ki, sənədin dəyişilməsi faktını asanlıqla aşkar etmək mümkün olsun. Məqalə direktiv 

sənəd axtarışı sisteminin verilənlər bazasının yaradılması məsələlərinin həllinə həsr edilmişdir. 

2. Məsələnin qoyuluşu.  

Son  dövrlərdə  Münasibətli  Verilənlər  Bazası  (relational  database)  modeli  sürətlə  inkişaf 

etdiyindən və müxtəlif sahələrdə tətbiq edildiyindən bu modelin bəzi xüsusiyyətlərinə baxaq. Qeyd 

etmək lazımdır ki, bir çox Elektron Sənəd Dövrüyyəsi sistemlərinin də Verilənlər Bazası Relational 

Database  modeli  istifadə  edilərərək  qurulmuşdur.  Bu  model  riyazi  münasibət  anlayışı  əsasında 

qurulmuşdur. Bunun fiziki nümayəndəsi cədvəldir [2-4].  

Beləliklə bu bazalar üçün rəsmi terminlər olaraq  Münasibət, Kortej, Atribut terminləri,  

Alternativ variant olaraq Cədvəl, Sətir,  Sütun   terminləri

Üçüncü variant olaraq Fayl, Yazı, Meydan  terminləri istifadə edilir. 

Münasibət termininin həqiqi mənasını başa düşmək üçün bəzi riyazi anlayışlara baxaq. Tutaq ki, iki 

D1={2,4} , D2={1,3,5} çoxluqları verilmişdir. Bu iki çoxluğun Dekart hasili elə nizamlı cütlərdir ki, 

birinci çoxluğun elementi birinci, ikinci çoxluğun elementi ikinci olsun.  

D1*D2={(2,1),(2,3),(2,5), (4,1),(4,3),(4,5), } çoxluğu olar.  

Bu çoxluğun istənilən alt çoxluğu münasibətdir. Məsələn 

R={ (2,1) , ( 4 , 1 ) }  



 

60 


 

Hər bir seçilmə şərtinə uyğun olaraq yeni yığım almaq olar. R alt çoxluğunu almaq üçün şərt belə ola 

bilər: R-də ikinci elementi 1 olan cütlər toplansın. Və ya riyazi olaraq: 

R = { (х,у) |x€D1( y€D2 və y=l} 

Başqa şərtlərlə başqa alt çoxluq alına bilər. Məsələn 

S = { (х,у) |x€D1( y€D2 və x=2y} şərtini ödəyən alt çoxluq  S = {(2,1)} olar. 

Münasibət anlayışını üç çoxluq üçün də genişləndirmək olar. Məsələn 

D1 = { ( 1 , 3 ) } , D2 = { ( 2 , 4 ) } и D3 = { ( 5 , 6 ) } olsa  

D1XD2XD3 = { ( 1 , 2 , 5 ) , ( 1 , 2 , 6 ) , ( 1 , 4 , 5 ) , ( 1 , 4 , 6 ) , ( 3 , 2 , 5 ) , ( 3 , 2 , 6 ) , ( 3 , 4 , 5 

) , ( 3 , 4 , 6 ) } olar. 

Münasibətlər müəyyən xarakteristikalara malikdirlər: 

-

 



Münasibətin reliation sxemdə unikal adı var; 

-

 



Münasibətin hər bir oyuğu ancaq bir elementar qiymət saxlayır; 

-

 



Hər bir atributun unikal adı var; 

-

 



Hər bir atribut qiymətini ancaq bir domendən götürür

-

 



Hər bir kortej unikaldır. Kortejlərin dublikatları ola bilməz; 

-

 



Atributların yerləşmə ardıcıllığı sərbəstdir; 

-

 



Nəzəri  olaraq  kortejlərin  yerləşmə  ardıcıllığı  sərbəstdir,  lakin  bunun  böyük  praktiki 

əhəmiyyəti vardır. 

3. Direktiv sənəd axtarışı sisteminin verilənlər bazasının yaradılması

 

Korporasiyanın, 



müəssisənin  elektron  sənəd  dövriyyəsi  sisteminin  Verilənlər  bazası  yaradılarkən  aşağıdakıları 

əks etdirən cədvəllər zəruri baza elementləri kimi yaradılmalıdırlar [5]: 

1.

 

Müəssisənin  strukturu.  Buraya  müəssisənin  idarəetmə  aparatı,  müəssisənin  həyat  və 



fəaliyyətini  təmin  edən  bütün  əsas  bölmələr  və  köməkçi  bölmələr  daxil  edilməlidir.  Bu 

zaman  hər  bir  bölmə  öz  rəhbəri  ilə  təmsil  olunmalı,  bölmənin  elektron  ünvanı,  saytı, 

telefonları,  faksı,  Bölmə  rəhbərinin  və  müavinlərinin  (  əgər  müavini  yoxdursa  əvəzedici 

şəxsin) elektron ünvanı, faksı, telefonları, ev ünvanı və digər zəruri atributlar bu cədvəldə öz 

əksini tapmalıdır. 

2.

 



Sənədlərin  atributları,  sənədlər  üzrə  yerinə  yetirilməli  olan  işlər  siyahıları  diqqətlə 

hazırlanmalıdır. 

3.

 

Sənədlər sistemdə olduqca onları müşaiyət edən rənglər sistemi hazırlanmalıdır. Belə ki,  



-

 

Sarı rəng üzərində işlənməsini gözləyən sənədlərə



-

 

Qırmızı rəng yerinə yetirilməsi vaxtı gecikmiş sənədlərə; 



-

 

Cəhrayı rəng işlənmə prosesində olan sənədlərə; 



-

 

Yaşil rəng üzərində görüləcək işlər başa çatmiş sənədlərə aid edilməlidir. 



Məlumdur ki, Verilələr Bazası yaradılan zamanı qarşıya qoyulan əsas məqsədlərdən biri burada 

lokal sənəd arxivlərinin olmamasıdır. Bütün sənədlər və sənədlərin atributları vahid bir bazada 

saxlanılmalıdır.  

 

Sənədlər  bazaya  daxil  edilərkən  əgər  elektron  formada  olmasa  onun  elektron  variantı 



yaradılır, uyğun atributları yaradılır və bazaya daxil edilir. Atributlar yaradılarkən nəzərə alınir 

ki, sənədlərin həm ümumi, və həm də tiplərindən asılı olaraq xüsusi atributları vardır. Yuxarıda 

deyildiyi kimi kanselyariya və ümumi şöbə nöqteyi nəzərindən xaricdən müəssisəyə daxil olan, 

müəssisədən xaricə göndərilən və müəssisə daxili sənədlər tipi fərqləndirilir [6, 7]. 

 

Sənədlərin ümumi atributları deyildikdə sənədin mənbəyi (sənəd göndərən təşkilat, şöbə və 



s.), reqistrasiya nömrəsi, sənəd üzrə işlərin icrasına müəssisə rəhbərliyi tərəfindən təyin edilmiş 

məsul icraçı, sənədin icraçıları, sənədin kodu və s. nəzərdə tutulur. 

 

Korporativ müəssisə rəhbərliyinin  və hər bir icraçının sənədlər üçün yaradılmış Verilənlər 



Bazasına daxil olmaq imkanı yaradılmalıdır.  

 

İlk  növbədə Verilənlər  Bazasında Elektron Direktiv Sənəd Dövrüyyəsi  sistemi  yaradılacaq 



müəssisənin  işçilərinin    hərtərəfli  təsvirini  verən  bir  cədvəl  verilməlidir.  Ən  lakonik  şəkildə 

götürülərsə bu cədvəldə minimum zəruri məlumatlar verilməlidir. Buraya: 

 

İşçinin adı, familiyası, atasının adı; 




Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə