Elmi ƏSƏRLƏR, 2016, №3 (77) nakhchivan state university. Scientific works, 2016, №3 (77)



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə30/43
tarix30.12.2017
ölçüsü1,43 Mb.
#18591
1   ...   26   27   28   29   30   31   32   33   ...   43

 

61 


 

 



Anadan olma tarixi

 



İxtisası; 

 



Vəzifəsi; 

 



İstifadəçi adı; 

 



Parolu; 

 



Telefon nömrəsi; 

 



Faks nömrəsi; 

 



Ünvanı; 

 



İşlədiyi bölmə; 

 



İnternet ünvanı; 

 



İnternet saytı; 

 



Cari vəziyyəti. İşdədir, ezamiyyətdədir, məzuniyyətdədir və s. 

 



Və s. 

Zəruri  hallarda  bu  cədvəl  genişləndirilərək  buraya  işçinin  işlədiyi  bölmə  ilə  əlaqəsini 

xarakterizə edən məlumatlar daxil edilə bilər. 

  Bundan başqa bu müəssisə ilə sıx əlaqəsi olan müəssisələri təsvir edən cədvəl verilməlidir. 

Belə bir cədvəlin olması əlaqədar sənədlərin müəssisələr üzrə klasterizasiyasını təmin edər, axtarış 

proseslərini sürətləndirər və məlumatların tamlığını təmin edər. Bu cədvələ: 

 

Müəssisənin adı; 



 

Müəssisənin tabe olduğu təşkilatın adı; 



 

Müəssisənin ünvanı; 



 

Müəssisənin telefonları; 



 

Müəssisənin faksı; 



 

Müəssisənin elektron ünvanı; 



 

Müəssisənin saytı; 



 

Müəssisənin poçt indeksi



 

Müəssisə rəhbəri; 



 

Və s. kimi məlumatlar daxil edilməlidir. 



İşçilər haqqında olan  cədvəllərdən və müəssisələr haqda olan cədvəllərdən sorğulardan asılı 

olaraq müxtəlif həcmdə məlumat götürülür. 

  Verilənlər  Bazası  sənədləri,  sənədlərin  əsas  və  köməkçi  atributlarını  elə  saxlamalıdır  ki, 

sənədlərin  qarşılıqlı  əlaqəsi  təmin  edilsin,  və  sorğular  əsasında  sənəd  haqqında  bazada  saxlanılan 

istənilən məlumat əldə edilə bilsin. 

Elektron direktiv sənəd dövriyyəsi sisteminin Verilənlər Bazasına  

-

 



Sənədin reqistrasiya nömrəsi – İD-si; 

-

 



Sənədin tipi; 

-

 



Sənədi göndərən təşkilat

-

 



Sənədin mənbəyi; 

-

 



Sənədin daxil olma tarixi

-

 



Məsul icraçı; 

-

 



Sənədin  qısa  məzmunu.  Sənədin  qısa  məzmunu  sənədin  özündə  ola  bilər.  Əgər  yoxdursa 

xüsusi proqram təminatları vasitəsi ilə yaradıla bilər [8, 9]; 

-

 

Sənəddəki açar sözlər. Bunlar da sənədin özündə ola bilər. Əgər yoxdursa xüsusi proqram 



təminatları vasitəsi ilə yaradıla bilər; 

-

 



Sənəd üzrə işlərin yerinə yetirilməsi vəziyyəti

-

 



Sənədə axırıncı müraciət vaxtı; 

-

 



Sənədə sonuncu müraciət edən haqqında məlumat; 

-

 



Sənədin yerinə yetirilməsi müddəti; 

-

 



Orijinalın saxlandığı fiziki qovluğun ünvanı. Sənədlərin əslinin və sənədləri müşaiyət edən 

məlumatların  həcminin  böyük  ola  biləcəyinə  görə  onları  saxlamaq  üçün  xüsusi  qovluqlar 

yaradılır. Verilənlər Bazasına bu qovluqların və faylların ünvanı yazılır. 



 

62 


 

-

 



Sənədlərin  cari  vəziyyətinin  saxlandığı  fiziki  qovluqların  ünvanları.  Sənədlər  üzrə  işlər 

həyata keçirilərkən onlar korrektə edilirlər. Ona görə də cari vəziyyət sənədin orijinalından 

fərqlənə bilər. Sənədlərin cari vəziyyətini və ona bağlı olan məlumatları saxlamaq üçün də 

uyğun  fiziki  qovluqlar  yaradılır.  Verilənlər  Bazasına  bu  qovluqların  və  faylların  ünvanı 

yazılır. 

Yuxarıda göstərilən atributlardan başqa həlli zəruri olan məsələlərdən asılı olaraq Verilənlər 

Bazasına başqa atributlar da daxil edilə bilər. Məsələn: 

-

 



İcraçiların siyahısı; 

-

 



Sənəd üzrə işlərin yerinə yetirilməsi nəzərdə tutulan bölmələrin siyahısı və s. 

Elektron sənəd dövrüyyəsi sistemi layihələndirilərkən yerinə yetirilməsi zəruri olan tələblərdən biri 

və birincisi bazanı 

-

 



Yaratmağa; 

-

 



Saxlamağa; 

-

 



Korrektə etməyə; 

-

 



Baza  ilə  müxtəlif  proqram  təminatları  arasında  əlaqəni  təmin  etməyə  imkan  verən  Baza 

İdarəetmə Sisteminin seçilməsidir. 

Direktiv sənədləri digər sənədlərdən fərqləndirən xüsusiyyətlərdən biri ondan ibarətdir ki, bu 

sənədlərin  icrası  məcburidir  və  icraçı  təşkilat  tərəfindən  dəyişdirilə  bilməz.  Direktiv  sənədi  verən 

yuxarı təşkilat özü bu sənədlər üzərində dəyişikliklər edə bilər və ya sənədi tamamilə yenisi ilə əvəz 

edə  bilər.  Ona  görə  də  direktiv  sənəd  bazaları  yaradılarkən  bu  bazalara  sənədlərin  elə 

xarakteristikaları  əlavə  edilməlidir  ki,  sənəd  təsadüfən  və  ya  qəsdən  dəyişikliklərə  uğramış  olarsa 

onu asanlıqla müəyyən etmək mümkün olsun. Bu məqsədlə sənəd sistemin bazasına daxil edildikdə 

onun  metrik  xarakteristikaları  müəyyən  edilərək  bazada  saxlanılmalıdır. Bu  xarakteristikalar  şəkil 

1-də  verildiyi  kimi  müxtəlif  tip  fayllar  şəklində  saxlanılan  sənədlərin  ümumi  xüsusiyyətlərindən 

əldə edilə bilər.  

Bu xarakteristikalara aşağıdakıları aid etmək olar:  

1.

 

Sənədin adı; 



2.

 

Faylın tipi ( doc, docx, pdf, txt, xls, bmp, jpg və s.); 



3.

 

Hansı proqram vasitələri ilə açıla bilər; 



4.

 

Yerləşmə ünvanı (məntiqi disk, papkalar ardıcıllığı); 



5.

 

Faylın ölçüsü (MB-lərlə və baytlarla); 



6.

 

Faylın diskdə tutduğu yerin həcmi (MB-lərlə və baytlarla); 



7.

 

Faylın yaranma tarixi; 



8.

 

Faylın sonuncu korreksiya tarixi



9.

 

Faylın saxlanıldığı kompüterin sahibi



10.

 

 Faylın saxlanıldığı kompüterin adı. 



Ümumi  metrik  xarakteristikalar  xüsusi  proqram  təminatları  yaratmaqla  müasir  Windows 

əməliyyat sistemlərinin müxtəlif versiyalarından əldə edilə bilər. 

 



Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə