Elmi ƏSƏRLƏR, 2016, №3 (77) nakhchivan state university. Scientific works, 2016, №3 (77)



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə5/43
tarix30.12.2017
ölçüsü1,43 Mb.
#18591
1   2   3   4   5   6   7   8   9   ...   43

 

 



edir. Asimmetriya əmsalı üsulu ilə Günəş və ulduz spektrində Fraunhofer xətlərinin asimmmetriya-

sına həsr olunmuş  işlərin nəticələrinə görə, asimmetriya əmsalı spektral xətlərin ekvivalent eni art-

dıqca azalır və kifayət qədər intensiv xətlər üçün sıfıra yaxınlaşır [2]. 

Bu  nəticəni  fiziki  olaraq  izah  etmək  mümkün  deyil.  Tətbiq  olunan  müasir  üsullarla  əldə 

olunan nəticələrə görə isə tərsinə, spektral xətlərin intensivliyi artdıqca inteqral asimmetriya xeyli 

artır.  Bunu  isə  fiziki  olaraq  izah  etmək  olar.  Doğrudan  da  Fraunhofer  xətlərinin  asimmetrikliyi 

ulduz  atmosferində  gedən  dinamik  proseslərlə  bağlıdır.  Güclü  udulma  xətləri  ulduz  atmosferinin 

dərinliyə  görə  geniş  bir  intervalında  əmələ  gəldiyi  halda  zəif  udulma  xətləri  kiçik  bir  dərinlik 

bölgəsində  əmələ  gəlirlər  [3].  Ona  görə    təbiidir  ki,  atmosferdə  gedən  dinamik  proseslər  güclü 

udulma  xətlərinə  daha  çox  təsir  etməlidir.  Beləliklə  udulma  xətlərinin  ekvivalent  eni  artdıqca 

asimmetriya göstəricisi daha böyük olmalıdır. 

Şəkil 1(a)-də Prosiyon ulduzunda tədqiq olunan xətlər üçün inteqral asimmetriyanın spektral 

xətlərin ekvivalent enindən asılılığı göstərilmişdir. Səkildən göründüyü kimi Fraunhofer xətlərinin 

ekvivalent enləri (x oxu) artdıqca inteqral asimmetriya xeyli artır. 

 

 

Şəkil 1. 



 

Şəkil  1(b)-də  profillərdə  bənövşəyi  asimmetriya,  şəkil  1(c)-də  isə  qırmızı  asimmetriyanın 

üstünlük  təşkil  etdiyi  spektral  xətlər  üçün  inteqral  asimmetriyanın  ekvivalent  endən  asıllığı 

göstərilmişdir.  Göründüyü  kimi  hər  iki  halda  spektral  xəttlərin  ekvivalent  enləri  artdıqca  inteqral 

asimmetriya artır. Bu artma bənövşəyi asimmetriyanın  üstün olduğu xətlər üçün daha güclüdür.  

Yuxarıda qeyd edildiyi  kimi güclü xətlər ulduzun atmosferində böyük intervalı əhatə edir. 

Profilin  dərinliyə  görə  müxtəlif  hissələri  fotosferin  müxtəlif  dərinliklərində  effektiv  əmələ  gəlir. 

Ona  görə  də  verilmiş  xəttin  profilinin  müxtəlif  dərinliklərə  uyğun  gələn  yerləri  müxtəlif 

asimmetriyalara  uğrayır.  Profilin  müxtəlif  dərinliklərində  asimmetriya  işarəcə  bir  neçə  dəfə 

dəyişdiyindən  (bənövşəyidən  qırmızıya  və  əksinə)  yekunda  bənövşəyi  və  qırmızı  bir-birini 

neytrallaşdırır və nəticədə asimmetriya əmsalı sıfıra yaxınlaşır.          

Beləliklə  asimmetrik  profilə  malik  olan  spektral  xətt  səhfən  simmetrik  görünür.  Müasir 

üsullarla  inteqral  asimmetriya  hesablanarkən  neqativ  (

0

)



(



R

)  və  pozitiv  (



0

)

(





R



asimmetriyaların  özləri  yox,  onların  modulları  toplandığından  bu  səhf  aradan  qaldırılır  [4]  və 

gözlənilən doğru fiziki nəticə alınır.  



 

ƏDƏBİYYAT 

1.  Кули-Заде  Д.М,  О  зависимости  интегральной,  остаточной  и  относительной  асимметрии 

профилей  фраунгоферовых  линий  от  интенсивности  в  спектре  центра  диска  Солнца, 

Материалы научной конференции посвященной 80-летию БГУ, 1998, с. 84-90 

2.  Кули-Заде  Д.М.,  Шабанова  З.Ф.  К  определению  асимметрий  профилей  фраунгоферовых 

линий в неразрешенном спектре Солнца, Вестник БГУ, 2000, №4, с. 109-114 

3. C. M. Quluzadə, Atom spektroskopiyası, Bakı, Elm, 1985, 217 s  

4.  Minnaert  M.G.J.,  Mulders  G.  F.  W.  and  Houtgast  J.,  Photometric  Atlas  of  the  Solar  Spectrum 

3332 Å to 8771 Å. Amsterdam, 1940 



 

10 


 

ABSTRACT 

                                                                                                                        Mirhasan Tahirov 

Dependence of the integral asymmetry on the intensity of spectral lines 

Strong  absorption  lines  formed  in  the  depths  of  stellar  atmospheres,  and  relatively  weak 

absorption lines in the upper layers. Different parts of the profile of the line, which corresponds to 

different depths are various asymmetries. From - due to changes of the asymmetry sign depending 

on the depth of the profile, the integral asymmetry characterizes the asymmetry of the profile of the 

Fraunhofer lines in general. Clear that the strong spectral lines are longer exposed to the influence 

of the dynamic processes taking place in an atmosphere of stars than weaknesses. And so, intense 

lines have a high index of asymmetry. 



 

РЕЗЮМЕ 

                                                                                                              Миргасан  Таирoв 

Зависимость интегральной асимметрии от интенсивности спектральных линий 

Сильные  линии поглощения образуются в глубинах звездных атмосфер,  а слабые линии 

поглощения  относительно  в  верхних  слоях.  Разные  части  профиля  данного  линия,  которые 

соответствует  разным  глубинам,  имеют  различных  асимметрий.  Из  -  за  изменения  знака 

асимметрии  в  зависимости  от  глубины  профиля,  интегральная  асимметрия  характеризует  

асимметрию профиля Фраунгоферых линий  в целом. Ясна, что сильные спектральные линии 

больше  подвергается  влияния  динамических  процессов,  происходящих  в  атмосфере  звезд, 

чем слабые. И так, интенсивные линии имеют высокую показатель асимметрии.   



 

 

NDU-nun Elmi Şurasının 25 may 2016-cı il tarixli qərarı ilə çapa tövsiyə 



olunmuşdur (protokol № 10) 

         Məqaləni  çapa  təqdim  etdi:  Riyaziyyat  üzrə  fəlsəfə  doktoru,  dosent 

F.Qocayev 

 

 



 

 

 



 

 

 



 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə