Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə10/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   6   7   8   9   10   11   12   13   ...   121

21 
 
-Möhtərəm Qazi, onun mənə birinci suali oldu ki, Allahı göstər inanım. Mən də torpaqla onun 
başına  vurdum.  İndi  sizin  yanınıza  gələrək  başının  ağrıdığını  söyləyir.  Başındakı  ağrını  mənə 
göstərsin, inanım.  
Fəlsəfəçi: 
-Necə göstərim başımın içindəki ağrını? 
Şəms: 
-Demək Allah da vardır, fəqət görünməz. 
Şəms danışmağa başladı: 
-Fəlsəfəçinin  ikinci  sualı  mənə  belə  oldu  ki,  oddan  yaranmış  şeytana  Qiyamətdə  necə  odla 
əzab ediləcək? Heç oddan yaranmış bir varlığa odla əzab etmək olarmı? 
-Mən bu adamı torpaqla vurdum necə oldu ki, torpaq onun canını ağrıtdı? Halbuki öz bədəni 
də torpaqdan yaranıb. Sözünə davam edən Şəms bildirdi ki, fəlsəfəçinin üçüncü sualı belə idi: 
- Axirətdə hər kəs haqqını alacaq, etdiklərinin cəzasını çəkəcək, buraxın insanların canı necə 
istəyir elə yaşasın. Bu sualın qarşılığında ürəyimdən istədiyi kimi yaşamaq, hərəkət etmək gəldi və 
fəlsəfəçini vurdum. 
Şəms Qazıya dönərək soruşdu: 
-Bu adam indi nəyə görə haqqını axtarır?  
-Fəlsəfəçi  bu  cavabların  ağırlığı  qarşısında  Qazıdan  və  Şəmsdən  üzr  istəyib  İslama  təslim 
olaraq dedi: 
-Bunca il bir çox din adamına bu sualı verdim, heç biri doğru-düzgün cavab verə bilmədi. Ey 
Şəms, sən din adamısan bizə İslamı öyrət. 
Mövlana, Şəms haqqında belə deyirdi: 
Mən səndə özümü axtardım, 
         Mən, məndə səni itirdim. 
Niyə daha çoxunu axtarım, 
Artıq mən səninlə eyniyəm. 
Konya  xalqı  tərəfindən  çox  sevilən  Mövlananın  birdən  birə  mədrəsəyə  gəlməməsini, 
müridlərini tərk etməsini heç kəs qəbul edə bilmirdi. Mövlanaya qarşı duyduqları aşırı sevgi, onları 
qısqanclığa vadar etmişdi. Hətda Konya şəhərində belə bir dedi-qodu da yayılmaqda idi: 
-Şəms  deyilən bu dərviş gəldi, Mövlanamızı  bizdən alıb başqa bir aləmə götürü. Sehrbazdır, 
cadugərdir. Xalqı “Azan”-dan, tələbəni mədrəsədən məhrum etdi.  
Dedi-qoduların artdığı  bir vaxtda 10 mart  1246 (21şəvval  643)-cü ildə Şəms  16 ay Mövlana 
ilə  birgə  yaşadıqdan  sonra  necə  səssiz  gəlmişdisə,  elə  də  səssiz  getdi  Konyadan.  Onun  Konyaya 
gəlişini heç kəs görmədiyi kimi, gedişini də heç kəs görmədi.  
Şəmsin  getməsi  Mövlananı    can  evindən  yaralamışdı.  Otağına  qapanmış  heç  kəslə  hüznünü 
bölüşmürdü. Durmadan qəzəllər yazır və harada bir toplum görsə, xitabən deyirdi: 
-Ey  müsəlmanlar!  Şəmsi  gördünüzmü?  Ondan  bir  nişanə  verənə,  ondan  bir  söz,  bir  xəbər 
gətirənə qarşılıq olaraq canımı verəcəm, deyirdi.  
Mövlana Şəmsin gedişiylə durmadan gecə-gündüz yazırdı: 
                                        Eşq gəldi, damarımda qan kəsildi, 
                                           Məni özümdən alıb, sevgiylə doldurdu. 
    Bədənimin bütün üzvlərini sevgiylə qapadı. 
          Məndən qalan bir ad, ondan başqası daima “O” 
Mövlananın  kədərlənməsi  əvvəlcə  Şəmsə  qarşı  çıxanları  pərişan  etmiş,  bir-bir  gəlib 
Mövlanadan üzr istəmişlər. Mövlanada heç bir küskünlük olmadan onları bağışlamışdı. 
Təbrizli  Şəmsəddinin  harda  olduğu  heç  kəsə  bəlli  deyildi.  Bəziləri  onun  Təbrizdə  olduğunu 
deyirdi. Mövlana bu xəbərə çox sevinmiş və bu misraları yazmışdı: 
   Bizə Təbrizdən bir xəbər versən
      Şəms, qalx, bu yana gəl, qalx, gəl, deyərəm. 
             Qalx, gəl, deyərəm səni doğub, böyüdən torpağa. 
Mövlana  Şəmsi  axtarmaq  üçün  bir  neçə  dəfə  Şama  getmiş  və  bu  axtarışın  heç  bir  nəticəsi 
olmadığını  dərk  etmişdi.  Mövlana  Şamda  Şəmsi  görməmiş  amma  mənən  onun  varlığını  qəlbində 
görmüş, tapmışdır. Mövlana bir rübaisində Şəms üçün belə deyirdi: 
                                  Olduğun yerlərə gələ bilmirəm qorxumdan
                                  Qısqanarlar sənə aşiqlik edənlər birdən. 
                                  Gecə-gündüz könlüm içində sənsən, 


22 
 
                                           Səni görmək istədikcə baxıram  könlümə mən. 
Bir  neçə  ay  sonra  Şəmsdən  xəbər  gəldi.  Təbrizli  Şəms  Şamda  idi.  Mövlana  durmadan  ilk 
məktubunu yazdı Şəmsə: 
                                                     Ey könlümün nuru gəl! 
  Ey diləyim, ey məqsədim gəl. 
        
 
 
   Ey sevən, ey sevilən gəl. 
           Bilirsən ki yaşamımız sənin əlində. 
                                                              Sıxıntı etmədən nolar, gəl, 
İnad etmədən gəl. 
          Gəl ey Bülbüllərə sahib Süleyman, 
Gəl, ey əl-aman. 
Lütf eylə bizə gəl, 
Ey cəfalar göstərən, 
Ey sevən, sevilən dost
Kərəm eylə gəl. Ayrılığın bitirdi bizi, 
Sözündə dur lütf sahibi, 
                                                              Comərd əllərin budur adəti, 
Qüsuru ört, yaxşılıq et, gəl! 
            Ərəblər “təal” deyər, Farslar “biya” 
             Gəl deməkdir bunlar, durmadan gəl. 
                 Gələrsən, Murada çatar, açar güllərim
                  Gəlməzsən, pərişan olar, məhv olaram. 
                  Gəl, ey candan, könüldən gəl dediyim
                                                      Gəl artıq, durma, gəl! 
   Ey Təbrizli Şəms gəl, tez gəl, 
                                                      Nolar, Dur! Xeyr demə, 
          Sənə Bəli, xeyir demək yaraşmaz, 
                                                      Gəlmək yaraşar. 
Məktublarına heç bir cavab ala bilməyən Mövlana ikinci, üçüncü məktubunu ard arda  yazdı 
Şəmsə. Uzun keçən bir aradan sonra Şəmsdən cavab gəldi. Şəms Şamda idi. Mövlananın cavabsız 
məktublarına artıq cavab vermişdi.  
Mövlana Şəmsin məktubunu alar-almaz oğlu Sultan Vələdi yanına çağıraraq durma, Şama get, 
şeyximizi al, gətir, deyə təlimatlandıraraq Şəmsə dördüncü məktubunu yazmışdı: 
“Siz burdan ayrıldıqdan sonra, mumun baldan ayrılması kimi, mən də ləzzətdən uzaq qaldım. 
Bütün gecə mum kimi məhəbbətinizlə yanıram. Baldan şirin söhbətinizdən məhrumam. Camalınızın 
ayrılığı ilə cismimiz viran, canımız isə bayquş kimi viranələrdə. Artıq üzünüzü biz tərəfə tutun ki, 
sevincimiz olsun.  
1247-ci ilin mayında baharın ən gözəl günlərindən biri idi. Hər kəs şənlənir və sevinirdi. Əsil 
sevinc Mövlananın evində idi. Şəms gəlirdi. Hərkəs yalnız bir söz deyirdi: 
-O gəlir, O.                               Gəldi dostlar, günəşim, ayım gəldi. 
            O gümüş bədənlim, qızıl üzlüm, 
         Gözüm, qulağım, canım gəldi. 
               Başım sərxoş, içim bir xoş bugün. 
                                                          Sabahadək öldüyüm, 
                  Bir dəstə gül kimi yoluna tökdüyüm, 
                                                    Sərvi boylum gəldi. 
                 Dərd dindi, acılar unuduldu bir-bir. 
      Bu adam, bu gülə bənzəyən, 
           Nə bilim şəkərə, bala bənzəyən 
                                                     Canım gəldi. 
                       Ey Təbrizli Şəms! Ey gözümdəki nur, 
        Məni məndən aldılar bugün, 
                Qurulsun toy-düyün, qızıl üzlüm, 
                          Gümüş bədənlim, dilim, dilbərim gəldi. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə