Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə100/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   96   97   98   99   100   101   102   103   ...   121

201 
 
 
Əskiəlifbanındəfni 
 
Xalq  rəssamı  təbiətin  əsrarəngiz  gözəlliyini  əks  etdirməklə  pozivitizm  cərəyanının 
mövcudluğunu  mənzərə  əsərlərində  hiss  etdirmişdir.  Bundan  başqa,  rəssamın  Maralgöl  əsərində 
expressionzmin  də  təsiri  duyulur.  O,  çılğın  insan  xarakterini  sanki  Maralgöl  ətrafındakı  məkana 
yansıtmağa  çalışmışdır.  Ekspressionizm  təkcə  onun  mənzərələrində  deyil,  həmçinin 
karikaturalarında  da  əks  olunmuşdur.  Ekspressionizm  latın  sözü  olub  ifadəlilik  deməkdir.  Hələ 
Qobustan  qayalarındakı  rəsmlərdən  bizə  yadigar  kimi  gəlib  çıxan  ekpressionizm  o  vaxtdan 
Azərbaycanda mövcud idi. Ekspressionizm XIX əsrin sonunda dəbdə olan və buna görə də, bədii 
yaradıcılığın  aparıcı  prinsiplərini  və  meyllərini  müəyyən  edən  naturalizmin  və  impressionizmin 
antipodu kimi meydana gəlmiş və formalaşmışdır (4,14). 
Hüseyn Əliyevin  karikaturaları  ilk baxışdan  yumor və acı  kinayə ilə qarşılansa da orada bir 
sıra cərəyanları görmək olar. Ekspressionizm istənilən janrda işlənmiş əsərlərdə tapıldığına görə o 
sərhəd tanımır və karikaturalarda belə özünü göstərə bilər. Ekspressionizm keçən əsrin sonlarında 
ən həssas mütəfəkkirlər, sənətkarlar tərəfindən duyulan və yüzilliyimizin sonuna qədər inqilablarda, 
müharibələrdə gerçəkləşən siyasi-ictimai zəlzələlərin incəsənətdə ən əyani, ən kəskin, ən pessimist 
ifadəsidir.  Ekspressionist  sənətkar  dünyanı  başına  alan  şər  quvvələrə  qəti  etirazını  bildirir,  lakin 
onlara  qarşı  mübarizənin  çəmini  tapa  bilmədiyinə  görə  ümidsizliyə  qapılırdı.  Lakin  hərdən  bu 
ümidsizliyi  karikaturalardakı  acı  kinayə  ilə  soyutmaq  mümkün  olur.  Belə  bir  əsərlərdən  biri  də 
Hüseyn  Əliyevin  çəkdiyi  “Kişi  evlənir”  karikaturasıdır.  O  1929-cu  ildə  çap  etdirdiyi  bu 
karikaturasında  tamahkar  Bülbüləli  kişinin,  Şağanlı  varlı  dul  qadını  ələ  keçirmək  cəhdi  təsvir 
olunur. Burada kişinin yırtıcı xisləti ifşa olunur (2). 
 
Kişi evlənir, 1929 


202 
 
Van Qoq deyirdi ki, karikatura həmişə ekspressionist ideyalarla zəngin olub. Bu onunla izah 
olunur ki, ekspressionist karikaturada müəllif həmişə çəkdiyi personajın xüsusiyyətlərini təhrif edir 
və özünəməxsus şəkildə onun əsl keyfiyyətini üzə çıxarır (3,382). 
   Hüseyn  Əliyevin  mənzərələrində  naturalizm  cərəyanının  da  mövcudluğu  danılmazdır. 
Naturalizmdə əsər ən incə detalı ilə çəkilir. Hüseyn Əliyevin Göygöl sanatoriyası əsəri buna bariz 
nümunədir.  Buradakı  sanatoriya  binası,  onun  arxasındakı  heykəl  və  heykəlin  o  tərəfində  olan 
ağacların arxasındakı göl və hətta onun sahili naturalizmə ən gözəl misaldır. 
 
ƏDƏBİYYAT 
 
1. Əliyev Ə.H., Azərbaycanın Xalq Rəssamı Hüseyn Əliyev, 2009. 63 s. 
2. Molla Nəsrəddin jurnalı, 1929-cu il №9 
3. Jeoff Martz, Kim Magloire, Theodore Silver, Cracking the Act, Princeton Review Publishing    
    L.L.C, New York, 2005, ISBN-0-375-76455-0 
4. Sürrealizm, Dadaizm. İntuitivizmhttp://marketing.ucoz.org/muh2 
 
 
ABSTRACT 
Sayyara Sadikhova 
In  the  article  differentart  movements  are  dealt  with  in  Hussein  Aliyev’s  creative  work. 
Abstractionism  in  his  landscapes  and    monotypes,  as  well  as,  expressionism  and  symbolism  are 
reflected  in  his  caricatures.  There  are  Posivitism  and  sentimentalism    in  his  landscapes  while 
abstractionism prevails in People’s Artist’s monotypes. Among his landscapes,it is possible to find 
paintings  which  he  dedicated  to  Goygol.Besides  ignorance  and  illiteracy  are  criticized  in  his 
caricatures  and  modernist  ideas  are  agitated.  It  is  possible  to  come  across  modernist  ideas  in 
painter’s  caricatures.  But  it  doesn’t    mean  that  he  worked  in  this  movement.  That  is  why  this 
movement  has  its  criteria.  In  the  article  people’s  artist’s  different  genres  and  techniques  are 
mentioned. Article consists of key words, introduction, main idea, conclusion, the list of references. 
Besides, it is possible to see two abstracts in English and Russian languages. 
 
 
РЕЗЮМЕ 
Сейаре Садыховой 
В  стате  идет  реч  о  различных  направлениях  искусства  в  творчестве  Гусейна  Алиева. 
Абстрактционизм    в  его  пейзажах  и  монотипиях  о  так  же,  в  его  карикатурах  отражается 
експрессионизм  и  символизм.Позивитизм  и  сентиментализмявляются  в  его  пейзажах,когда 
абстраксионизм  превилиривает    в    монотипиях  народного  художника.Среди  его  пейзажей, 
можно  наити  рисунки,  которые  он  посвещал  Гейгелем..Кроме  того,  неведение    и  
неграмотность  критикуются  в  его  карикатурах.  Можно  встретить  современные  идеи  в 
карикатурах художника. Но это не значит, что он работал в этом направлении. Потому что, 
это  направление  имеет  свои  критерии.  Нужно  отметить  что,  портреты,  которые  народный 
художник нарисовал считаются  примерами реализма. В статье затрагивиются разные жанры 
и  техники  народного  художника.Статьясоответствует  всем  требованиям    и  состоит  из 
ключевых  слов,введения,  обсуждения,  заключения,  списка  литературы.  Кроме  того,  можно 
видеть резюме на английском и русском языках.  
 
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni çapa təqdim etdi: Sənətşünaslıq üzrə fəlsəfə 
doktoru, dosent İ.Məhərrəmova 
 


203 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
SÜBHİ KƏNGƏRLİ 
Naxçıvan Dövlət Universiteti 
UOT:069 
MÜSTƏQİLLİK İLLƏRİNDƏ MUZEYLƏRİN FONDLARININ ELMİ-BİBLİOQRAFİK 
TƏDQİQİ. (NAXÇIVANDA GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏRİN MUZEYLƏRİ 
MATERİALLARI ƏSASINDA) 
 
Açar sözlərEkspozisiya, unikal, şit, planşet, maket, interyer, qalereya 
Key wordsexposition, fund, exhibit, gallery, unique, design, standboards 
Ключевые словаэкспозиция, фонд, экспонат, галерея, макет, уникальный, щит 
 
Ulu  öndərimiz  Heydər  Əliyev  Azərbaycanın  ayrılmaz  tərkib  hissəsi  olan  qədim  Naxçıvan 
diyarının yetişdirdiyi görkəmli şəxsiyyətlər haqqında demişdir: 
"Naxçıvan  böyük  şəxsiyyətlər  yetişdirmiş  torpaqdır.  Naxçıvan  həmişə  böyük  şəxsiyyətlərlə 
fərqlənmiş və bu şəxsiyyətlər alimlər, münəccimlər, şairlər, memarlar,  dövlət xadimləri olmuşlar. 
Naxçıvan həmişə Azərbaycanın yüksək ziyalı yetişdirən bir diyarı olmuşdur"(7. s 42). 
Ümummilli liderimizin bu hikmətinə istinadən qeyd etməyi lazım bilirik ki,  qədim mədəniyyət 
və elm diyarı, böyük dövlətçilik ənənələri olan Naxçıvan böyük mütəfəkkir şəxsiyyətlər, mədəniyyət, 
ədəbiyyat,  elm  xadimləri,  görkəmli  hərbçilər,  dünya  şöhrətli  şəxsiyyətlər  yetişdirmişdir.  Naxçıvan 
torpağı Azərbaycana, dünyaya xalqımızın böyük və əvəzedilməz, görkəmli şəxsiyyəti Heydər Əliyevi 
bəxş etmişdir. 
Respublikamızın  prezidenti    İlham  Əliyevin  dediklərindən:  "Ulu  öndər  Heydər  Əliyev  öz 
doğma  vətəni  Naxçıvanı  çox  sevirdi.  Naxçıvanlılar  da  həmişə  onu  sevirdilər  və  fəxr  edirdilər  ki, 
dünyaya Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etmişlər. Bu gün Heydər Əliyev bizim qəlbimizdə 
yaşayır. Onun ideyaları, siyasi kursu yaşayır və əbədi yaşayacaqdır"(7. s 42) 
Qeyd  etmək  lazımdır  ki,  muzeylər  sosial  bir  institut  olmaq  etibarı  ilə  insanların  həyat 
tərzinin və mədəniyyətinin bələdçisi, xalq dühasının yaratdığı ən qiymətli xəzinə, mənəvi və estetik 
zənginləşmənin  mərkəzi  kimi  fəaliyyət  göstərən  elmi  və  bədii  müəssisələr,  maddi,  mədəni  və 
mənəvi  dəyərlərin  toplandığı,  mühafizə  və  tədqiq  edilərək  öyrənildiyi  və  gələcək  nəsillərə 
çatdırıldığı məbədlər, yüksək səviyyəli mədəni-maarif ocaqlarıdırlar. 
Muzeylər  profillərinə  görə,  məzmun  və  formalarına  görə  müxtəlifdirlər.  Məsələn,  tarix, 
ədəbiyyat,  mədəniyyət,  incəsənət,  etnoqrafiya,  təbiyyat,  musiqi,  ölkəşünaslıq-diyarşünaslıq,  tibbi-
səhiyyə,  texniki,  xatirə,  ev-mənzil,  elm,  təhsil  və  başqaları.  Bütün  bu  qeyd  olunanlar  və  digər 
muzeylər  öz  funksiyalarına  görə  təkcə  keçmişin  tarixini,  maddi  və  mədəni  abidələrini  deyil, 
həmçinin  müasir  dövr,  onun  nümunələrini,  toplantılarını,  muzey  kolleksiyalarını,  yaratdıqlarını 
toplayıb,  hifz edib  öyrənirlər. Çünki  muzeydə qorunub saxlanılan, gərəkli və qiymətli sayılan hər 
bir  muzey  əşyası,  toplantı-eksponat,  dünənimizi  bu  günümüzə,  bu  günümüzü  də  gələcək  nəsillərə 
etibar edən, pay verən çox mötəbər mənbələrdir. 
Müasir  şəraitdə,  müstəqilliyimizi  yaşadığımız  dövrdə  hər  bir  muzey  şəxsiyyətin,  fərdin, 
bütövlükdə  cəmiyyətin,  xalqın  ümumi  dünyagörüşünün,  elmi  və  mədəni  səviyyəsinin,  təhsil  və 
tərbiyəsinin,  mənəvi-estetik  tərbiyənin  yüksəldilməsi,  artırılması  işində  mühüm  və  səmərəli, 
çoxsahəli  fəaliyyət  göstərirlər  və  buna  əsasən  nail  olurlar.  Buradan  belə  məqsədə  çatmaq  qarşıya 
qoyulur  ki,  muzeylərin  fəaliyyəti  müstəqil  ölkəmizin  daha  da  inkişaf  və  tərəqqisinə  xidmət 
etməlidir. 
Respublikamızın  prezidenti  İlham  Əliyevin  muzeylərimizin  dünya  mədəniyyətinin 
sivilizasiyasının yüksək səviyyəsinə çatdırılması üçün imzaladığı bir sıra sərəncamlar muzeylərimizdə 
aparılan, təşkil edilən işlərin səmərəliliyinin daha da yüksəldilməsinə yönəldilmişdir. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə