Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə101/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   97   98   99   100   101   102   103   104   ...   121

204 
 
Heydər  Əliyevin  respublikamıza  rəhbərlik  etdiyi  illər  ərzində  (1969-2003  illər)  yeni 
muzeylərin  yaradılması,  onların  maddi  bazasının  möhkəmləndirilməsi  haqqında  imzaladığı  çox 
dəyərli qərarlar, tövsiyələr Naxçıvan Muxtar Respublikasında da muzey işinin yenidən qurulması, 
zəngin eksponatlarla komplektləşdirilməsi, zənginləşməsi məsələsinə əsaslı təsir göstərmişdir. 
Ümummilli  liderimiz  görkəmli  şəxsiyyətlərin  adlarının  əbədiləşdirilməsi  məqsədilə  xatirə, 
ev  muzeylərinin,  xatirə  komplekslərinin  və  ansambllarının  yaradılmasını  əhəmiyyətli  bir  məsələ 
kimi qarşıya məqsəd qoymuşdur. 
Hazırda  Naxçıvanda  fəaliyyət  göstərən  Heydər  Əliyev  muzeyi,  C.Məmmədquluzadə, 
H.Cavid,  C.Naxçıvanski,  B.Kəngərli,  M.S.Ordubadi,  Y.Məmmədəliyev,  M.Araz,  M.T.Sidqi, 
Şahtaxtinskilər muzeyi, Xan sarayı, Dövlət Tarix-Memarlıq Muzeyi və bu qəbildən digər muzeylər 
mövcuddur. Müstəqillik illərində bu iş daha da təkmilləşdirilir, fəaliyyət dairələri genişləndirilir. 
"Müstəqillik  illərində  muzeylərin  fondlarının  elmi-biblioqrafik  tədqiqi"  (Naxçıvanda 
görkəmli  şəxsiyyətlərin  muzeyləri)  mövzusunun  tədqiqata  götürülməsində  əsas  məqsəd  həmin 
muzeylərin  fəaliyyəti,  xüsusilə  fond  və  ekspozisiyalarda  iş,  fondların  komplektləşdirilməsi, 
fondlarda  ayrı-ayrı  görkəmli  şəxsiyyətlərə  yaradılmış  "Şəxsi  fondlar",  biblioqrafiya  işi  muzeyə 
gələnləri  tanış  etməkdir.  Çünki  müasir  şəraitdə  hər  adamın  fondda  mövcud  materiallarla, 
eksponatlarla  bilavasitə  tanış  olması  vacib  məsələlərdəndir.  Bu  məqsədlə  hər  bir  eksponat 
pasportlaşdırılır, kataloqlaşdırılır, şəhadətnamələr yazılır, inventarlaşdırılaraq muzeyə gələn hər bir 
tamaşaçıya  ətraflı  məlumat  verilir.  Muzeylərdə  təşkil  edilən  "Açıq  qapı  günləri",  "Fondlardan 
istifadə günləri", "Fond yenilikləri" məlumat biblioqrafik tövsiyələr də əhəmiyyətli rol oynayır. 
Mövzu ilə əlaqədar olaraq müəllif elmi-tədqiqatda Naxçıvan şəhərində mövcud ümummilli 
liderimiz "Heydər Əliyev Muzeyi", C.Məmmədquluzadə, H.Cavid, C.Naxçıvanski ev muzeylərinin 
bu sahədə gördüyü işlərlə yaxından tanış olmaq, öyrənmək məqsədilə muzeylərdə olmuş, fondlarla 
yaxından tanış olmuş, muzey əməkdaşları ilə işgüzar söhbətlər edilmişdir. 
Bütün  bu  işlər,  xüsusilə  fondlarda  görülən  digər  işlər  imkan  verir  ki,  fondda  və 
ekspozisiyalarda mövcud eksponatlarla muzeyə gələnlər ətraflı məlumata sahib olmaqla fondların - 
əsas eksponatların biblioqrafiyasından istifadə etsinlər. 
Onu da qeyd etməyi lazım bilirik ki, son illərdə ali və orta ixtisas, orta məktəb təhsilli tələbə 
və  şagirdləri,  elmi,  mədəni-maarif  müəssisələri,  eləcə  də  müxtəlif  qrup  əhali  arasında  aparılan 
söhbətlərdən,  müsahibələrdən  məlum  olur  ki,  muzeylərə,  tarixi-mədəniyyət  abidələrinə,  sərgi 
salonlarına  maraq  əhəmiyyətli  dərəcədə  artmış,  muzeylərdə,  digər  mədəniyyət  müəssisələrində 
insanlara  göstərilən  mədəni  xidmət  işinin  səviyyəsi  də  yüksəlmişdir.  Naxçıvan  Dövlət 
Universitetində "Muzeyşünaslıq" ixtisaslı kadrların hazırlanması da bu tədbirlərin əhəmiyyətinə bir 
daha kömək göstərir. 
Mövzu ilə əlaqədar belə qənaətə gəlmək olar ki, muzey fondlarının elmi-biblioqrafik təhlili 
və tədqiqini aşağıdakı qaydada tərtib edib başa çatdırmaq olar. 
 
Heydər Əliyev muzeyi 
Biblioqrafikadan nümunələr  
Giriş 
Xalqımızın  ümummilli  lideri,  ulu  öndərimiz  Heydər  Əliyev  Muzeyi  Naxçıvan  Muxtar 
Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli 21-01/S nömrəli sərəncamına əsasən 
Naxçıvan şəhərində yaradılmış, 1999-cu il mayın 10-da fəaliyyətə başlamışdır. 
Sərəncamda göstərilir: 
-"Bu  gün  iftixarla  fəxr  edirik  ki,  qədim  tarixə  malik  Naxçıvan  özünün  yetişdirdiyi  böyük 
mütəfəkkir  və  şəxsiyyətləri  ilə  tanınır.  Məhz  belə  şəxsiyyətlərdən  biri  də  dünya  siyasətçiləri 
sırasında öz dəsti-xətti, öz yeri, hörməti və sözü olan Azərbaycan xalqının lideri möhtərəm Heydər 
Əliyevdir". 
Bu  muzey  ümummilli  liderimizin  şərəfinə  Azərbaycan  Respublikasında  yaradılmış  ilk 
muzeydir. Naxçıvanda yaradılmış Heydər Əliyev Muzeyinin ölkəmizin digər bölgələrində yaradılan 
muzeylərdən fərqli cəhəti ondan ibarətdir ki, ulu öndərimizin həyatı və fəaliyyətindən bəhs edən bu 
muzey onun anadan olduğu, boya-başa çatdığı, əmək fəaliyyətinə başladığı torpaq olmaqla, həm də 


205 
 
dahi  şəxsiyyətin  haqqında  çox  zəngin  və  nadir  materiallar-eksponatların  kifayət  qədər  olmasıdır. 
Ekspozisiya ilə tanış olduqca dediklərimizin şahidi oluruq. 
Muzeyin ekspozisiyaları, eksponatları, guşələri, sərgiləri, stendləri və digər görüntüləri ulu 
öndərimizin yaşadığı şərəfli həyat yolunu və amalını əks etdirir. 
Ümummilli  liderimizin  həyat  yolundan  bəhs  edən  bu  zəngin  və  çox  dəyərli  materiallar 
əsasında  yaradılan  muzey  naxçıvanlıların,  muxtar  respublikamıza  gələn  qonaqların,  yüksək 
səviyyəli tədbirlərin iştirakçılarının ziyarət etməsi, ekspozisiyalarla tanış olması mütəmadi xarakter 
daşıyır.  Məktəblilər  və  tələbələr,  mədəniyyət  və  elm  adamları,  hərbi  hissə  qulluqçuları,  ziyalılar, 
gənclər  və  veteranlar  muzeyə  gələrək  ekspozisiyalarla  tanış  olur  və  dahi  rəhbərimiz  haqqında 
zəngin və hərtərəfli məlumatlar əldə edirlər. 
Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  Sədri  hörmətli  Vasif  Talıbovun  muzeyin 
yaradılması,  ədəbi-bədii  elmi  cəhətdən  tərtibatı,  zəngin  eksponatlarla  komplektləşdirilməsində 
xüsusi  qayğı  və  diqqəti  bizim  hamımızın  ürəyindən  olmaqla  əsl  vətənpərvərlik  nümunəsi  kimi 
əzəmətlə səslənir. 
Muzeyin qarşısında ucalan ümummilli liderimizin əzəmətli heykəlini hər gün yüzlərlə adam, 
şəhərimizin qonaqları ziyarət edir, muzeyin ekspozisiyası ilə tanış olurlar. 
Nəticə  olaraq  deməyi  lazım  bilirik  ki,  müstəqil  respublikamızın  qurucusu  və  memarı, 
xalqımızın  böyük azərbaycanlısı  Heydər  Əliyevin həyatı, ictimai-siyasi,  dövlətçilik  fəaliyyətindən 
bəhs  edən  muzeyin  yaradılması  və  fəaliyyəti  muxtar  respublikamızın  həyatında,  onun  gələcək 
inkişafında çox mühüm yolgöstəricidir. 
Ümummilli  liderimizin  85  illik  yubileyinə  həsr  edilmiş  "Həyat  yolu  1923-2003"  kitabında 
oxuyuruq:  "...Qüdrətli  siyasi  və  dövlət  xadimi  olan  Heydər  Əliyev  hələ  sağlığında  canlı  əfsanəyə 
çevrilmiş, Azərbaycan xalqı tərəfindən ümummilli lider adlandırılmışdır". 
Ümummilli liderimizin, zəmanəmizin böyük azərbaycanlısının dediklərindən: "Hər bir insan 
üçün milli mənsubiyyət onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm 
ki, mən azərbaycanlıyam". 
"Azərbaycan  müstəqil  dövlətdir.  Azərbaycanın  müstəqilliyi  tarixi  hadisədir,  Azərbaycan 
xalqının  tarixi  nailiyyətdir.  Azərbaycanın  dövlət  müstəqilliyi  dönməzdir,  əbədidir  və  bizim 
borcumuz  dövlət  müstəqilliyini,  əldə  etdiyimiz  milli  azadlığı  daim  qoruyub  saxlamaqdır.  Bizim 
borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan 
dövləti çatdırmaqdan ibarətdir". 
"Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və 
onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır"(7. s 9). 
 
Heydər Əliyev Muzeyi fondunda və ekspozisiyasında mövcud 
eksponatların biblioqrafiyası (nümunələr) 
1. "Azərbaycan Prezidenti Heydər Əliyev". Əməkdar rəssam Rəfael Abbasov, kətan, yağlı boya, 
2009, ölçüsü 139 x 104,5 sm. HƏM - 3927/R-9. 
2. "Ulu öndərin dekorativ portreti". Rəssam Akif Həsənov, 2010. HƏM - 21152/T-24. 
3. "Portret janrında işlənmiş xalça". Heydər Əliyevin 75 illiyinə həsr edilib, ölçüsü 247 x 153 
sm. HƏM - 3478/T-19, 1996. 
4. "Tarix"-xalça. Rəssam Səlahəddin Mahmudov, ölçüsü 221 x 136 sm. 2000, HƏM - 73/T-2. 
5. "Yüksəkliyə doğru həyat yolu"-xalça. Rəssam Səlahəddin Mahmudov, ölçüsü 244 x 148 sm. 
1999, HƏM - 74/T-1. 
6. "Heydər Əliyev - 80 il". Xüsusi hazırlanmış dekorativ məruzə qovluğu, ölçüsü 30,5 x 21,8 
sm. HƏM - 292/T-5. 
7. Heydər Əliyevin 75 illiyinə buraxılmış "Qızıl qol saatı", ölçüsü e.d.-3,8 sm. HƏM - 289/T-3. 
8.  Heydər  Əliyev  Naxçıvanda  Ali  Məclisin  Sədri  işlədiyi  illərdə  iş  otağında  istifadə  etdiyi 
"Yantar" sütunlu saat, ölçüsü hündürlüyü  21 sm. HƏM - 2228/SA-26. 
9. "Sönməz günəş". Yağlı boya ilə çəkilmiş portret. Əməkdar rəssam Telman Abdinov, ölçüsü 
100 x 70 sm. HƏM - 97/U-2. 
10.Ümummilli liderimizin rəngli muncuqlarla işlənmiş portreti. Rəssam Tahirə Cəlilova, ölçüsü 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə