Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə105/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   101   102   103   104   105   106   107   108   ...   121

212 
 
mövzunu  geniş  planda  -  tarixi,  qəhrəmanı,  vətənpərvərlik  cəhətlərini  açan,  böyük  şəxsiyyətlər, 
qəhrəman  oğullar  yetirən  vətənin  möhtəşəm  obrazının  tərənnümünə  həsr  edilmiş  əsərlər  kimi 
diqqətəlayiqdir.  K.Əhmədovun  vətən  sevgisi,  vətəndaşlıq  mövqeyi  bu  əsərlərdə  öz  parlaq 
təzahürünü tapmışdır.   
K.Əhmədovun  Zəlimxan  Yaqubun  sözlərinə  yazılmış  “Ömrün  Heydər  zirvəsi”  odası 
xalqımızın  ulu  öndəri  Heydər  Əliyevə  həsr  olunmuşdur.  Qeyd  etmək  lazımdır  ki,  müasir  dövrdə 
Azərbaycan  musiqisində  ulu  öndər  Heydər  Əliyevi  tərənnüm  edən,  onun  adını  və  əməllərini 
əbədiləşdirən  əsərlər  xüsusi  bir  mövzu  dairəsi  kimi  formalaşmışdır.  Bu  əsərlərin  tarixi-qəhrəmani 
mövzularla bağlılığı onların janr xüsusiyyətlərini də müəyyənləşdirir. Bu baxımdan K.Əhmədovun 
oda janrına müraciəti mövzunun əhəmiyyətindən irəli gəlir.  
Əsər  birhissəlidir,  onun  kompozisiya  quruluşunun  vəhdəti  və  eyni  zamanda,  obrazın 
açılmasına yönəlməsi özünü göstərir. Əsərin kompozisiya quruluşu bir neçə bölmədən ibarət olub, 
həm  musiqinin  xarakteri  və  emosional  təsiri,  həm  də  musiqi  dilinin  xüsusiyyətləri  –  lad-tonallıq, 
melodik  və  metroritmik  cəhətlərinə  görə  fərqlənir.  Lakin  buna  baxmayaraq,  bunlar  əsərin 
kompozisiyasının  mütənasib  qurulmasında  və  ardıcıl  olaraq  məzmunun  açılmasında  mühüm  rol 
oynayır.  Əsərin  kompozisiya  quruluşunda  bölünmə  poetik  mətnlə  bağlı  olub,  musiqi  ilə  sözün 
vəhdətindən  əmələ  gəlir.    Poetik  mətn  üç  bənddən  ibarətdir.  Hər  bəndin  sonuncu  misraları  təkrar 
olunur. Bu da musiqi quruluşunda özünəməxsus şəkildə təcəssüm olunur. Mətndə  “Ömrün  Heydər 
zirvəsi” misrası kompozisiyanı müəyyən bölmələrə ayırmağa və hər bölmədə fikrin bitməsinə şərait 
yaradır.  Kompozisiyanın  bölmələrində  musiqi  quruluşunun  müxtəlifliyi  özünü  göstərir    və    hər 
bölmənin  sonunda  təkrarlanan  misraların  verilməsi  nəqəratvari  quruluş  əmələ  gətirir.  Bununla 
yanaşı,  musiqi  mətnində  variasiyalılıq  prinsipinə  geniş  yer  verilməsi,  rəngarəng  ifadə 
vasitələrindən,  orkestrləmədən  istifadə  olunması  hər  bölmənin  oxunmasına  yeni  cəhətlər 
aşılamaqla, obrazın xarakterinin müxtəlif tərəflərinin açılmasına xidmət edir. 
Əsər  solo  tenor  və  soprano  partiyaları,  dörd  səsli  xor  və  xalq  çalğı  alətləri  orkestri  üçün 
yazılmışdır və partiturada həm vokal, həm də orkestr partiyalarının özünəməxsus yeri vardır. Vokal 
partiyalarla xorun və orkestrin  uzlaşdırılması  ahəngdarlıq təşkil  edir, bir-birini tamamlayır. Bütün 
bunlar əsərin əsas obrazının möhtəşəmliyini təsvir etmək üçün bir məqsədə yönəldilmişdir. Burada 
vokal (solistlər və xor) və orkestr vəhdətdə, daimi dialoqda, homofon-harmonik fakturada, gah da 
polifonik üsullarla qarşılıqlı inkişafda verilərək, partituranın dolğun səslənməsinə xidmət edir.  
Əsər  kompozisiya  quruluşuna  görə  mürəkkəbdir,  belə  ki,  burada  həm  bir  hissə  daxilində 
silsiləli  formanın  əlamətlərini,  həm  variasiya  elementlərini,  həm  də  rondovari  xüsusiyyətləri 
müşahidə edirik.  
“Ömrün  Heydər  zirvəsi”  odası  ilk  xanələrdən  bütün  orkestr  partiyalarının  birgə  ifasından 
yaranan  möhtəşəm  səslənməsi  ilə  diqqəti  cəlb  edir.  Metroritmik  quruluşda  6/8  ölçünün  3/4  ölçü 
daxilində qruplaşdırılması yüksələn melodik xəttə aramlı, təntənəli səslənmə keyfiyyəti aşılayır.  
Ümumiyyətlə,  orkestr  partiyalarında  müəyyən  funksional  bölünməni  qeyd  etməliyik.  Belə 
ki, ayrı-ayrı alətlər qrupunda həm harmonik, həm də polifonik inkişaf xətti verilir. Məsələn, tarlar 
və  saz,  ud  kimi  simli  alətlərin  fortepiano  ilə  uzlaşdırılması  harmonik  əsası  təşkil  edir.  Eyni 
zamanda,  müəyyən  hallarda,  tarlar  partiyası  səsaltı  polifonik  inkişafa  qoşulur.  Kamançaların 
partiyası daha fəaldır və həm melodik xəttin imitasiyasına,  həm də harmonik fona qoşulur. Melodik 
xəttin  müşayiəti,  imitasiyası  nəfəsli  alətlərdə  daha  qabarıqdır.  Balabanların  partiyası  mövzunun 
müxtəlif elementlərinə əsasən səsaltı polifonik inkişaf xəttini davam etdirir. Klarnetlərin, fleyta və 
hoboyun  partiyası isə vokal partiyaların imitasiyasını davam etdirir. Əsərin sonluğu bütün orkestrin 
səslənməsində verilir və bu da obrazın möhtəşəmliyini bir daha qabarıq təcəssüm etdirir. Vokal və 
instrumental partiyaların məzmununda onların daşıdığı funksiyalar, onların harmonik və polifonik 
uzlaşdırılması öz davamını tapır və yekunda vahid bir səslənmə əldə edilir. 
Beləliklə,  K.Əhmədovun  “Ömrün  Heydər  zirvəsi”  odası  bir  hissə  daxilində  üç  bölmədən 
ibarət  kompozisiya  quruluşuna  malikdir.  Birinci  bölmə  ekspozisiya  kimi  qəbul  olunursa,  ikinci 
bölmə kulminasiya mərhələsini, üçüncü bölmə dinamik repriza və yekunlaşmanı təşkil edir. Bunlar 
musiqi  materialının  inkişaf  mərhələlərini  əks  etdirir.  Bölmələr  bir  mövzunun  müxtəlif  səpkidə 


213 
 
variasiya  olunması  və  polifonik  üsullarla    işlənilməsinə  əsaslanır.  Burada  mövzunun  elementlərə 
bölünməsinin intonasiya inkişafına təkan verdiyini qeyd etməliyik.  
K.Əhmədovun “Zəfər türküsü” əsəri solo tenor və xalq çalğı alətləri orkestri üçün bəstəkarın 
öz sözlərinə yazılmışdır. Əsərin adındakı “türkü” sözü, məlum olduğu kimi, türk şifahi xalq ədəbiy–
yatının və xalq musiqisinin məhsuludur. Türk xalq musiqisində xalq mahnılarını türkü adlandırırlar. 
Lakin  türk  ədəbiyyatında,  xüsusilə  aşıq  şeirində  türkü  adı  ilə  yazılmış  bir  çox  nümu–nələr  var  ki, 
bunlar  özünəməxsus  tarixi-qəhrəmani  mövzu  dairəsi  ilə  diqqəti  cəlb  edir.  K.Əhmədovun  bu 
ənənəyə  əsaslanaraq,  vətənpərvərlik  mövzusunda  yazdığı  əsəri  türkü  adlandır–ması  əlamətdardır. 
Son  dövrlərdə  bu  söz  ədəbi-musiqi  mühitində  çox  işlənilir,  bu  da  bir  növ  türkçülük  ideyalarının 
geniş yayılmasından irəli gəlib, soykökümüzə qayıdış kimi dəyərləndirilə bilər.  
Vətənpərvərlik  mahnılarının  ən  yaxşı  xüsusiyyətlərini  özündə  cəmləşdirən  K.Əhmədovun 
“Zəfər  türküsü”  əsərində  xalqımızın  igid  oğullarının  qəhrəmanlığı,  mərdliyi,  cəsurluğu  tərənnüm 
olunur,  qələbəyə  inamı,  zəfər  coşğusu  səsləndirilir.  Mətnin  çağırış  ruhlu  misralarının  dəfələrlə 
təkrarlanması musiqi quruluşunda da öz əksini tapır. Qeyd etmək lazımdır ki, musiqi kompozisiyası 
bir neçə bölmədən ibarət olub, mürəkkəb quruluş əmələ gətirir. Kupletin və nəqəratın yeni mətnlə 
təkrarlanması  həm  eyni  səviyyədə,  daha  sonra  isə  daha  yüksək  registr  səviyyələrində  variantlı 
şəkildə  həyata  keçirilir.  Bu  da  inkişafın  yeni  dalğası  kimi  qəbul  olunur.  Təkrarlar  musiqi  dilində 
rəngarəng  ifadə  vasitələrilə  müşahidə  olunmaqla  yanaşı,  məhz  “Zəfər  çal”  sözlərinin 
təkrarlanmaları  əsərdə  çağırış  intonasiyalarını  önə  çəkməklə,  insanlara  mübariz  ruh,  qələbə  əzmi 
aşılayır.  Nəzərdən  keçirdiyimiz  əsər  mahnı  janrının  hüdudlarından  kənara  çıxır.  Belə  ki,  bunu 
janrına görə mahnı - marşlara aid etmək olar. Əsərin kompozisiyasında solist və orkestr partiyaları 
özünəməxsus rola və əhəmiyyətə malikdir və obrazın yaradılmasında eyni dərəcədə iştirak edir.  
Əsərin partiturası olduqca koloritlidir. Burada mübarizlik, səmimilik, rəngarənglik dinamik 
səslənmə ilə uyğunlaşır. Bu əsərdə xalq çalğı alətləri orkestrinə daxil olan bütün qrupların bədii və 
texniki inkanları, tembr xüsusiyyətləri K.Əhmədov tərəfindən məharətlə istifadə olunmuşdur. Əsər 
milli məqam sisteminə dayaqlanaraq parlaq melodiyaların yaranması, zəngin tembr dramaturgiyası 
baxımından böyük maraq kəsb edir.  
Əsərin  melodik  quruluşu  zildə  səslənməsi  ilə  çağırış  intonasiyalarına  əsaslanması  aşıq 
havalarını  xatırladır.  Eyni  zamanda,  orkestr  partiyasında  ostinat  ritmli  zəngin  tərkibli  akkordların 
ostinat  ritmdə  saxlanılmasını  aşıq  havalarından  gələn  xüsusiyyət  kimi  dəyərləndirə  bilərik.  Eyni 
zamanda, burada qəhrəmani ruhlu, kollektiv xalq rəqsləri - yallılarla bağlı cəhətlər özünü göstərir. 
Əsas melodik xətt  - bütün alətlər qrupunda ostinat ritmik qruplaşmada  səslənir, balabanlar 
və bas alətlər harmonik fonu saxlayır. Deklamasiya quruluşlu melodiya çağırış xarakteri daşıyaraq, 
dinləyicinin diqqətini mahnının mətninə yönəldir. Melodiyanı daha qabarıq göstərmək üçün müəllif 
müşayiətdə şəffaf səs birləşmələrindən ibarət fakturadan istifadə etmişdir.  
Kompozisiyanın  maraqlı  cəhətlərindən  biri  odur  ki,  bir  bölmədən  digərinə  keçid  yüksək 
nöqtədə  “hey”  nidasının  səsləndirilməsilə  öz  əksini  tapır.    Kompozisiyanı  möhkəmləndirən  vacib 
hissələrdən  biri  də  “Zəfər  çal”  sözlərinin  nəqərat  şəklində  təkrarlanmasından  ibarətdir.  Lakin 
müxtəlif mərhələlərdə orkestrləmənin dəyişikliyə uğraması musiqinin xarakterinə təsir edir.  
“Vətəndir”  əsərini  bəstəkar  janr  xüsusiyyətlərinə  görə  romans  kimi  təqdim  etsə  də,  bunu 
həcminə,  quruluşuna,  musiqi  dilinin  xüsusiyyətlərinə  görə  vokal-instrumental  əsər  kimi  nəzərdən 
keçirmək  olar.  Əsərdə  vokal  musiqi  janrı  olan  romansın  janr  xüsusiyyətləri  ilə  yanaşı,  vokal-
instrumental poema janrının əlamətlərini müşahidə edirik. Burada səs və orkestr partiyası bir-birini 
tamamlayaraq,  əsərin  dramaturji  inkişafında  mühüm  əhəmiyyətə  malik  olub,  vahid  bir  obrazın 
yaradılmasına xidmət edir.  
“Vətəndir”  bəstəkarın  öz  sözlərinə  yazılmışdır.  Təntənəli,  möhtəşəm,  eyni  zamanda,  vətən 
məhəbbətindən  doğan  kövrək,  təsirli  hissləri  əks  etdirir.  Poetik  mətndə  bu  əhval-ruhiyyə  özünü 
qabarıq göstərir. 
Əsər  instrumental  giriş  və  kodası  olan  mürəkkəb  üç  hissəli  formada  yazılmışdır.  Giriş  və 
koda eyni musiqi materialına əsaslanaraq, bütün kompozisiyanı çərçivəyə alır.  
Əsərdə xalq çalğı alətləri orkestrinin tam tərkibindən istifadə olunmuşdur. Lakin orkestrləmə 
şəffafdır. Bəstəkar girişdə partiturada bütün alətlərə yer versə də vokalın müşayiətində tembrlərdən 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə