Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə106/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   102   103   104   105   106   107   108   109   ...   121

214 
 
qənaətlə  istifadə  edir,  əsasən  vokalı  qabarıq  göstərmək  üçün  ostinat  akkordlu  müşayiət  fonu 
üstünlük təşkil edir.  
Kulminasiya anında, ən yüksək nöqtədə səslərin ostinat ritmlə saxlanılması verilir ki, bu da 
ifadə vasitələrinin obraza uyğun seçilməsindən irəli gəlir. Bəstəkar məhz bu vasitə ilə kulminasiya 
anını  qabarıq  nümayiş  etdirir.  Belə  bir  üsuldan  istifadə  aşıq  havalarının  quruluşundan  irəli  gəlir. 
Bəstəkar aşıq musiqisindən bəhrələnərək, əsərin musiqi dilinə bu kimi üsulları daxil etmişdir. Bu da 
onun musiqisinin dərin köklərə malik olduğunu bir daha təsdiq edir. Orkestr partiyasında təcəssüm 
olunan yüksəliş prosesi vokal partiya ilə vəhdət təşkil edərək, musiqinin daha parlaq səslənməsinə 
səbəb  olur.  Əsərin  ikinci  hissəsi  birinci  hissənin  ayrı-ayrı  cümlələrinin  sərbəst  işlənilməsinə 
əsaslanır. İkinci hissənin inkişaf xəttində maraqlı bir üsuldan istifadə olunmuşdur. Belə ki, bəstəkar 
birinci  hissədəki  tədrici  inkişafa  burada  yer  verməyərək,  əvvəlcə  orkestrdə,  sonra  isə  vokal 
partiyada  melodiyanı  zirvədən  başlayır.  Vokal  partiyada  oktava  sıçrayışı  effektli  səslənir.  Bu 
epizodda  diqqətəlayiq  cəhətlərdən  biri  də  orkestrin  unison  səslənməsi  ilə vokalın  müşayiətsiz,  bir 
səsin  uzadılması  fonunda  verilməsi  ilə  bağlıdır.  Bu  da  orkestrlə  vokalın  dialoqu  təsirini  yaradır. 
Bununla belə, zərbli alətlərin ritmik fonunun davam etdirilməsi də obrazlı məna yozumunda sanki 
ürək döyüntüsünü təcəssüm etdirir. 
Əsərdə vokal və orkestr partiyaları vəhdətdə, daimi dialoqda, homofon-harmonik fakturada, 
gah  da  polifonik  üsullarla  qarşılıqlı  inkişafda  verilərək,  partituranın  dolğun  səslənməsinə  xidmət 
edir.  Tədricən  zənginləşən  polifonik  faktura  musiqinin  möhtəşəm  səslənməsinə  şərait  yaradır.  
Əsərin  parlaq  melodizmi,  koloristik  harmoniyası,  xalq  musiqisindən  irəli  gələn  metro-ritm 
zənginliyi,  tembr  dramaturgiyası  və  s.  cəhətlər  bəstəkarın  özünəməxsus  orkestr  yazısını  təcəssüm 
etdirir. Beləliklə, K.Əhmədovun xalq çalğı alətləri orkestri, xor və solistlər üçün yazılmış “Ömrün 
Heydər  zirvəsi”  odası,  “Zəfər  yürüşü”  və  “Vətəndir”  kompozisiyaları  vətəni,  tarixi  şəxsiyyətləri 
tərənnüm edir, vətənpərvərliyə çağırış ruhunu açıqlayır. Bu əsərlər monumental vokal-instrumental 
ifadə tərzi ilə diqqəti cəlb edir, bu cəhətlər orkestrləmə xüsusiyyətlərində də özünü qabarıq büruzə 
verir.  
ƏDƏBİYYAT 
1.
 
Qulamova J.E. Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının 30 ildə keçdiyi 
yaradıcılıq yolu. B.: 2010, 135 s. 
ABSTRACT 
Vahid Mammadov 
“Vocal-instrumental works for orchestra of folk instruments of Kamal Akhmedov” 
 
 In  the  creativity  of  K.Akhmedov  is  presented  many  genres  and  forms  of  musical  art, 
including  works  for  orchestra  of  folk  instruments.  In  the  works  of  K.Akhmedov  clearly  felt  rich 
intonation nature of national art, which has become a leading expressive means of incarnation of the 
complex world of human feelings.  
РЕЗЮМЕ 
Вахид Мамедов 
«Вокально-инструментальные произведения для оркестра народных 
инструментов Камала Ахмедова» 
В  творчестве  К.Ахмедова  представлены  многие  жанры  и  формы  музыкального 
искусства,  в  т.ч.  произведения  для  оркестра  народных  инструментов.  В  сочинениях 
К.Ахмедова  ясно  ощущается  богатейшая  интонационная  природа  народно-национального 
искусства,  ставшего  ведущим  выразительным  средством  для  воплощения  сложного  мира 
человеческих чувст.  
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni çapa təqdim etdi: Sənətşünaslıq üzrə fəlsəfə 
doktoru, dosent İ.Məhərrəmova 
 


215 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
XUMAR BAYRAMOVA  
AMEA-nın Memarlıq və İncəsənət İnstitutu  
UOT:78 
ÜZEYİR HACIBƏYLİNİN YARADICILIĞI MULTİKULTURALİZM KONTEKSTİNDƏ 
Keywords: multiculturalism, traditions, composer, creativity, opera, Uzeyir  
Ключевые  слова:  мультикультурализм,  традиции,  композитор,  творчество,  опера, 
Узеир Гаджибейли 
Müasir  dövrümüzün  ən  aktual  problemlərindən  biri  olan  multikulturalizm  ənənələrinin 
cəmiyyətimizə  dərindən  sirayət  etməsi  Azərbaycan  musiqisində  də  özünü  büruzə  verir.  Azərbaycan 
musiqi  irsinin  -  həm  şifahi  ənənəli  musiqinin,  həm  də  bəstəkarlar  yaradıcılığının  araşdırılması 
multikulturalizm  və  tolerantlığın  musiqi  təcəssümünün  necə  çoxcəhətli  və  rəngarəng  olduğunu  üzə 
çıxarır. Xüsusilə Üzeyir Hacıbəylinin yaradıcılığının bu istiqamətdə öyrənilməsi böyük maraq kəsb edir.  
Məlumdur  ki,  Azərbaycan  cəmiyyətində  bütün  dövrlərdə,  bütün  ictimai  formasiyalar  daxilində 
insanlar  arasında  multikulturalizm  və  tolerantlıq  hökm  sürüb.  Azərbaycan  xalqına  xas  olan  bu 
xüsusiyyətlər  müxtəlif  mədəniyyətlərə  və  dini  inanclara  mənsub  insanlara  qarşı  həmişə  həssas 
münasibətlərlə bağlı olmuşdur. Bu xüsusiyyətlər Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin - şairlərin, 
musiqiçilərin yaradıcılığında da öz əksini tapıb və xalqın ən gözəl keyfiyyətləri kimi tərənnüm olunub.  
Azərbaycan  bəstəkarlıq  məktəbinin  banisi,  dahi  bəstəkar  və  musiqişünas-alim,  müasir 
Azərbaycan musiqi mədəniyyətinin inkişafına yol açmış, musiqi elminin, musiqi təhsilinin əsasını 
qoymuş Üzeyir Hacıbəylinin yaradıcılığında bu problemin həlli yolları diqqəti cəlb edir.  
Üzeyir Hacıbəylinin yaradıcılığında mühüm yer tutan operalarında bunun ən gözəl təcəssümünü 
görürük.  Ü.  Hacıbəylinin  “Leyli  və  Məcnun”,  “Şeyx  Sənan”,  “Əsli  və  Kərəm”,  “Şah  Abbas  və 
Xurşidbanu”,  “Rüstəm  və  Söhrab”,  “Harun  və  Leyla”,  “Koroğlu”  operaları  multikulturalizm  və 
tolerantlıq ənənələrini rəngarəng yollarla təcəssüm etdirən yüksək sənət əsərləridir. Operaların libretto 
müəllifi Ü.  Hacıbəyli özü olmuşdur, yalnız “Koroğlu” operasının libretto müəllifləri  
M.S.Ordubadi və H.İsmayılovdur. Ü.Hacıbəylinin operalarının librettosu aşıq dastanlarına (“Şeyx 
Sənan”, “Əsli və Kərəm”, “Koroğlu”), nağıllara (“Şah Abbas və Xurşidbanu”, “Harun və Leyla”), eləcə 
də  klassik  şairlərin  poemalarına  əsaslanır,  o  cümlədən,  “Leyli  və  Məcnun”  -  Füzulinin,  “Rüstəm  və 
Söhrab”  -  Firdovsinin  poeziyasından  bəhrələnmişsə,  digər  operaların  mövzusu  Azərbaycan 
nağıllarından və dastanlarından götürülmüşdür. Demək olar ki, bütün operaların əsas aparıcı mövzusu 
məhəbbətlə  bağlıdır.  Bu  məhəbbət  hekayətlərinin  bəzilərinin  faciəvi  sonluqla,  bəzilərinin  xoşbəxt 
sonluqla  bitməsinə,  qəhrəmanların  fərqli  dünyagörüşünə  və  inanclara,  müxtəlif  xarakterlərə  malik 
olmasına  baxmayaraq,  bu  əsərlər  Üzeyir  Hacıbəylinin  təxəyyülün  gücü  ilə  insanlar  arasındakı 
münasibətlərin  multikulturalizm  mövqeyindən  həllinə  yönəldilmişdir.  Bəstəkar  və  librettoçu 
Ü.Hacıbəyli üçün süjet xəttinin təfərrüatı ilə açıqlanması deyil, qəhrəmanların daxili aləminin təcəssümü 
və yaşadığı dünyanın ab-havasına uyğun tərənnümü ilə bağlıdır. Bu əsərlərin həm məzmununda, həm 
musiqisində multikulturalizm təzahürləri özünü aydın büruzə verir.  
1908-ci ildə yaranmış ilk Azərbaycan operası və Şərqdə ilk opera olan “Leyli və Məcnun” XVI 
əsrin dahi Azərbaycan şairi Məhəmməd Füzulinin poeması əsasında bəstələnmişdir. “Leyli və Məcnun” 
operası  qədim  ərəb  rəvayətini  Azərbaycan  musiqisində  milli  ruhda  təcəssüm  etdirir,  yəni  bu  rəvayət 
ərəblərin həyatından, adət-ənənələrindən bəhs etsə də, əsərin qəhrəmanları olan Qeys - Məcnun, Leyli, 
onların valideynləri, qəbilələrin adamları, sərkərdə Nofəl və başqaları Azərbaycan muğamları və Üzeyir 
bəyin yaratdığı musiqi vasitəsilə tərənnüm olunur və bəlkə də bunun sayəsində biz onları azərbaycanlı 
kimi  təsəvvür  edirik.  “Leyli  və  Məcnun”  operasında  Ü.Hacıbəyli  Azərbaycan  muğamlarının  ənənəvi 
emosional təsir güсünü, qavranılma xüsusiyyətlərini nəzərə alaraq, qəhrəmanların xarakterinin, onların 
münasibətlərinin, səhnə vəziyyətinin səciyyələndirilməsində tətbiq  etmişdir.  Məsələn,  I pərdədə  Leyli 
ilə  Məcnunun  qarşılıqlı  məһəbbətinin  sevinc  və  fərəһi  lirik,  xoş  əһvallı  “Mahur-hindi”  və  “Segaһ” 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə