Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə107/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   103   104   105   106   107   108   109   110   ...   121

216 
 
muğamı ilə verilmişdir. Sonrakı pərdələrdə talelərinin faciəviliyini anlayan qəһrəmanların partiyasında 
kədər, iztirab ifadə edən “Şur”, “Bayatı-Şiraz” və s. muğamlar səslənir. Oğlunun vəziyyətindən naraһat 
olan  Məcnunun  atası  I  pərdədə  һəyəсanlı,  gərgin  “Çaһargaһ”  muğamını  oxuyur.  Nofəlin  cəngavər 
obrazı üçün bəstəkar mətin, marş xarakterli “Heyratı” zərbi-muğamından istifadə etmişdir. Ü.Hacıbəyli 
muğamları  səһnə  һadisələrinə  münasib  seçməklə  onların  ifadə  vasitələrinin  yeni  xüsusiyyətlərini  üzə 
çıxarmışdır (1).  
Göründüyü kimi, operada insanların milli mənsubiyyətlərinin qabarıq təsvirinə deyil, onların 
xarakterlərinin  və  münasibətlərinin  açılmasına  xüsusi  diqqət  yetirilir.  Bu  baxımdan  musiqinin 
böyük  rolu  vardır.  Sərq  xalqlarının  ümumi  ortaq  musiqi  irsi  sayılan  muğam  Ü.Hacıbəyli  üçün 
zəngin  mənbə  olmuş  və  ərəbləri  təsvir  edən  mövzunun  Azərbaycan  muğamı  vasitəsilə  təcəssümü 
onu azərbaycanlılara yaxınlaşdırmış və doğmalaşdırmışdır.  
Ü.Hacıbəylinin “Rüstəm və Söhrab” operasında da bunu görürük. Bu opera X əsrin fars şairi 
Firdovsinin “Şahnamə” əsərinin motivlərinə əsaslanır. Bu muğam operasında da bəstəkar yaratdığı 
milli musiqi və istifadə etdiyi muğamlar vasitəsilə qəhrəmanları xarakterizə etmişdir.  
Ü.Hacıbəylinin  “Şeyx  Sənan”,  “Əsli  və  Kərəm”  operalarının  məzmununda  müxtəlif  dinlərə 
etiqad edən və müxtəlif millətlərə mənsub qəhrəmanların bir-birini səmimi qəlblə sevgisindən və bu 
məhəbbətin faciəli sonluğundan danışılır.  
“Şeyx  Sənan”  operasının  səhnə  taleyi  uğursuz  olsa  da,  bu  əsər  Ü.Hacıbəylinin  yaradıcılıq 
tərcümeyi-halında ikinci opera kimi və Avropa operalarına yaxınlaşma cəhdini əks etdirən bir əsər kimi 
qeyd  olunur  (1).  Lakin  əsərin  musiqi  mətni  əlimizdə  olmadığına  görə,  biz  yalnız  onun  məzmunu  ilə 
bağlı  fikir  yürüdə  bilirik.  Operanın  məzmununda  ərəb  əsilli  Şeyx  Sənanın  gürcü  qızı  Xumara  aşiq 
olması, onun valideynləri tərəfindən təqibə məruz qalması, müsəlman və xaçpərəstlərin arasındakı dini 
ayrılıqdan doğan ziddiyyətlərin önə çəkilməsi, insanların dini ayrıseçkiliyə münasibəti fonunda cərəyan 
edir və iki gənc qovuşmağın yolunu ölümdə görür, insanların təqibindən qaçaraq, həlak olurlar.  
Ü.Hacıbəylinin bu mövzuya müraciəti onun tolerantlığını, yaradıcılığındakı multikulturalizm 
ənənələrini  qabarıq  nümayiş  etdirir.  Azərbaycanlı  bəstəkar  mövzuya  öz  dünyagörüşü  və  əqidəsi 
baxımından  yanaşmış  və  insanların  dinindən,  milliyyətindən  asılı  olmayan  əbədi  məhəbbəti 
tərənnüm etmişdir.  
Mövzusuna  görə  oxşar  olan  Ü.Hacıbəylinin  “Əsli  və  Kərəm”  operası  xalq  arasında  çox 
məşhurdur. Operanın süjet xətti iki gəncin - müsəlman Kərəmin və xristian Əslinin məhəbbəti üzərində, 
Qara keşişin (Əslinin atasının) onların məhəbbətinə mane olması, onların qovuşa bilməyərək od tutub 
yanması üzərində qurulmuşdur. Bu əsər Ü.Hacıbəylinin cəmiyyətdə baş verən fəciəli hadisələrə, dini – 
milli zəmində qarşıdurmalara, xalqlar arasındakı nifrət hisslərinə qarşı bir etirazı idi.  
Göründüyü  kimi  bu  operada  da  dini  mövzudan,  İslam  dini  ilə  xristian  dini  motivlərindən 
istifadə olunmuşdur. “Əsli və Kərəm” dastanının Tədqiqatçıları olan M.Təhmasib və M.Qasımlının 
yazdığı  kimi,  əsərdə  dini-milli  təəssüb  o  qədər  qüvvətli  verilmişdir  ki,  nə  Kərəm,  nə  də  onlara 
kömək  edənlər  ona  qarşı  durub  bu  zənciri  qıra  bilmirlər.  Əsərin  sonunda  Əslini  boğan,  Kərəmi 
yandıran,  hər  iki  gənci  məhv  edən  din  xadiminin  tikdirdiyi  paltar,  bu  paltarın  tilsimli  düymələri 
olur.  Kərəm  yanır  və  onun  dilindən  “Məndən  ibrət  alsın  aləm”  deyilməsi  çox  təsirli  olub,  eyni 
zamanda, aşığın mövqeyini əks etdirir. “Xalqın türk-müsəlman oğlu ilə xristian qızının evlənməsinə 
olan etiraz və narazılığı əsərin belə bir sonluqla bitməsinə gətirib çıxarmışdır” (2, s. 21-22).  
Operanın  musiqi  materialında  Ü.Hacıbəyli  Azərbaycan  muğamlarından,  aşıq  havalarından, 
xalq  mahnı  və  rəqslərindən  istifadə  etmişdir.  Məsələn,  məşhur  aşıq  havası  “Kərəmi”  bəstəkar 
tərəfindən Kərəm obrazını müşayiət edən leytmövzuya çevrilmişdir.  
Onu  da  qeyd  etməliyik  ki,  operanın  musiqi  məzmununda  bəstəkar  Əslinin  və  Qara  Keşişin 
milliyyətinə diqqəti  yönəltmir. Bu baxımdan, Əslinin partiyası Azərbaycan xalq mahnı və rəqsləri 
ruhunda musiqi ilə xarakterizə olunur. Əsli ilə Kərəmin duet səhnələri isə Azərbaycan muğamları 
və təsnifləri, zərbi muğamlar üzərində qurulmuşdur.  
Qara  Keşiş  obrazını  bəstəkar  iki  sevgilini  ayıran  qara  qüvvə  kimi  təsvir  edərək,  musiqidə 
onun  milli  mənsubiyyətini  qabartmır.  Qara  Keşişin  musiqi  partiyası  öz  ruhuna  görə  əsərin  dərin 
milliliyi  ilə  fərqlənən  musiqisində  qarşıdurma  əmələ  gətirir.  Əsərin  məzmunundakı  ziddiyyət 
musiqidə də öz həllini tapır.  


217 
 
Eyni zamanda, Qara Keşişin partiyasında Ü.Hacıbəyli Azərbaycan musiqisi üçün yeni olan bir 
sıra  amillərdən  istifadə  etmişdir,  belə  ki,  bu  partiya  baritona  tapşırılmışdır  ki,  Azərbaycan 
operasında bu, yeni cəhət idi və mənfi surətlərin xasiyyətnaməsi üçün səciyyəvi sayılırdı. Bu haqda 
bəstəkar  özü  belə  yazmışdır  ki,  “...ilk  Аzərbаycаn  musiqili  drаm  əsərlərində  аdətən  mənfi  və  yа 
kоmik surətlər bаs və bаritоn səsi  оlаnlаrа tаpşırılırdı;  çünki  bu səslərin  хаrаktеri nədənsə mənfi, 
gülməli  görünürdü»  (3,  269).  Bu  bахımdаn,  Ü.Hаcıbəyli  tərəfindən  Qаrа  Kеşiş  rоlunun  bаritоnа 
tаpşırılmаsı səbəblərinin müəyyən mənаdа izаhını görə bilərik.  
Göründüyü  kimi,  “Əsli  və  Kərəm”  operası  Ü.Hacıbəylinin  yaradıcılığında  multikulturalizm 
ənənələrinin ən bariz nümunələrindən biri kimi diqqətəlayiq cəhətlərə malikdir və milli musiqidə bu 
sahədə müəyyən ənənələrin yaranmasına təkan vermişdir.  
Ü.Hacıbəylinin sonuncu operası olan “Koroğlu” operasını bəstəkar türkdilli xalqlar arasında 
çox  məşhur  olan,  eləcə  də  Qafqaz  xalqları  arasında  geniş  yayılmış  “Koroğlu”  eposunun 
motivlərindən istifadə etmişdir. Bu operada vurğulanan əsas cəhətlərdən biri Azərbaycan xalqının 
yenilməz  qəhrəmanı  Koroğlunun  Qafqaz  xalqları  arasında  məşhur  olması,  onlara  köməyini 
əsirgəməməsi və xalqı zülmkarlardan - xanlardan, paşalardan xilas etməsi ilə bağlıdır. Operanın III 
pərdəsində  -  Çənlibel  səhnəsində  Koroğlunun  təkcə  azərbaycanlılar  üçün  deyil,  digər  millətlərin 
nümayəndələri  üçün  də  xilaskar  timsalında  olması,  Koroğlunun  adını  tutub  uzaq  ellərdən  gələn 
insanların ruh yüksəkliyi ilə qarşılanması öz əksini tapmışdır. Burada da multikulturalizm ənənələri 
özünü  göstərir,  azərbaycanlıların  digər  xalqlarla  dinc  yanaşı  yaşamağa  çalışması,  onlara  kömək 
göstərməsi tərənnüm olunmuşdur.  
Göründüyü  kimi,  Ü.Hacıbəylinin  yaradıcılığı  şifahi  və  klassik  ədəbiyyatda  öz  əksini  tapmış 
multikulturalizm ənənələrini müxtəlif cəhətlərdən təcəssüm etdirərək, musiqi irsində onların dolğun 
ifadəsini önə çəkmişdir. Ü.Hacıbəylinin musiqidə yaratdığı multikulturalizm ənənələri Azərbaycan 
bəstəkarları üçün bir örnəyə çevrilmişdir. 
 
ƏDƏBİYYAT 
1. Üzeyir Hacıbəyli ensiklopediyası - elektron ensiklopediya. http://uzeyirbook.musigi-dunya.az  
2. Təhmasib M., Qasımlı M.. Dastanlar. Azərbaycan dastanları. 5 cilddə. I cild. B.: Lider, 2005, s.4-34  
3. Hacıbəyov Ü.Ə. Əsərləri. II cild. (Cildin redaktoru M.İbrahimov; tərtibat, kommentariya və lüğət 
Q.Qasımovundur). B.: Azərb.EA nəşri, 1965, 412 s. 
ABSTRACT 
Khumar Bayramova 
“The creativity of Uzeir Hajibeyli in the context of multiculturalism” 
 The  study  of  the  topic  “multiculturalism  and  the  composer’s  creativity”  has  a  great 
importance in  musicology.  Influence of religious  music in  the composer's  creativity manifested in 
almost all genres of musical art as musical stage works, vocal-instrumental, choral, symphonic and 
instrumental  chamber  music.  These  traditions  have  a  profound  implementation  of  opera  creativity 
of the founder of Azerbaijani composer school of Uzeyir Hajibeyli. 
 
 
РЕЗЮМЕ 
Хумар Байрамова 
«Творчество Узеира Гаджибейли в контексте мультикультурализма» 
 Изучение  проблемы  «мультикультурализм  и  композиторское  творчество»  имеет 
большое  значение  в  музыковедении.  Влияние  традиций  мультикультурализма  на 
композиторское творчество, проявляется почти во всех жанрах музыкального искусства  – в 
музыкально-сценических 
произведениях, 
в 
вокально-инструментальной, 
хоровой, 
симфонической  и  камерно-инструментальной  музыке.  Эти  традиции  имеют  глубокое 
претворение  в  оперном  творчестве  основоположника  азербайджанской  композиторской 
школы Узеиром Гаджибейли.  
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni çapa təqdim etdi: Sənətşünaslıq üzrə fəlsəfə 
doktoru, dosent İ.Məhərrəmova 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə