Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə108/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   104   105   106   107   108   109   110   111   ...   121

218 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
MƏMMƏD ƏLİYEV 
 Naxçıvan Dövlət Universiteti  
E-mail: mamed@mail.ru 
UOT:
 069:7 
MUZEYLƏRİN BƏŞƏR MƏDƏNİYYƏTİNDƏ YERİ VƏ ROLU 
Açar sözlərMuzey, fond, ekspozisiya, eksponat, kolleksiya, sərvət 
Key wordsMuseum, Fund, Exposition, Exhibits, Collection, wealth 
Kлючевые словаМузеум, фонды, экспозиции, зкспанаты, каллекции, богатства 
Bəşəriyyətin  tərəqqisi  prosesində  yaranmış  maddi  və  mənəvi  sərvətlərin  öyrənilməsi  əsasında 
ayrı-ayrı  xalqların  tarixi  və  mədəniyyəti  dəqiqləşdirilir.  Buna  görə  də  maddi  və  mənəvi  sərvətlərin 
qorunması,  onların  öyrənilməsinin  ilkin  şərtidir.  Belə  bir  işin  öhdəsindən  yalnız  muzeylər  gələ  bilər. 
Muzeylər  bir sıra tarix və mədəniyyət abidələrini qoruyub saxlamaqla yanaşı, onları öyrənir, bərpa edir 
və  tamaşaçıların  diqqətinə  çatdırmaqla,  onların  bu  sahədə  mənəvi  təlabatını  ödəyir.  Ötən  əsrlərin 
yadigarlarını eksponatlara çevirərək, təbliğ edir. Buna görə də muzey işinin təşkil olunması kompleks 
elmi-kütləvi  iş  ilə  bağlıdır.  Muzeyşünaslığın  bir  elm  kimi  meydana  gəlməsi  də  məhz  bu  fəaliyyət 
prosesinin  nəticəsidir.    Məlumdur  ki,  elmin  əhəmiyyəti  artdıqca  insanların  da  səviyyəsi  artır  və  elmi 
inkişaf gedir. Tarix göstərir ki, elm inkişaf etdiyi bir zamanda dərk edilir. Müzeyşunaslıq bir elmi kimi 
XVI  əsrdən  başlayaraq  böyük  inkişaf  yolu  keçmiş,  onun  nəzəriyyəsi,  təşkili,  forma  və  metodları 
yaranmışdır.  Muzeyşünaslıq  elminin  yaranması,  təcrübəyə  tətbiq  edilməsi  əsas  proses  kimi, 
muzeylərin fəaliyyətini düzgün istiqamətə yönəltməsi əsaslandırmasıdır. 
 
“Muzeyşünaslıq”  termini  XIX  əsrin  ikinci  yarısında  meydana  çıxıb.  XVI  əsrdə  bu  termin 
“muzcoqrafiya”, “muzcologiya” adlanırdı və bütün muzeylər haqqında dərc olunan ədəbiyyatlar da 
“muzeyşünaslıq” elm kimi bir neçə istiqamətdə təhlil edilirdi. 
 
Muzeyşünaslığın  elmi  ictimai  əhəmiyyətini  nəzərə  alaraq  və  muzeylərin  fəaliyyətini 
beynəlxalq miqyasda əlaqələndirilməsi məqsədilə YUNESKO nəzdində beynəlxalq muzeylər şurası 
yaradılmışdır.  Ayrı-ayrı  muzeylərin  Milli  muzey  komitələri  bu  şuraya  daxil  olmuşdur.  Həmin 
şuranın  1977-ci  ildə  Moskva  şəhərində  keçirilən  XI  konfransında  muzeyşünaslığın  fundamental 
əsaslarını  işləmək  və  onun  universitetlərdə  tədris  olunması  məsələsi  irəli  sürülmüşdür.  Bəzi 
ölkələrdə muzey institutları, elmi-tədqiqat mərkəzləri və institutda kafedralar fəaliyyət göstərir. 
 
Beynəlxalq Muzeylər şurasının qərarı ilə 1978-ci ilin may ayının 18-i Beynəlxalq muzeylər 
günü kimi hər il qeyd olunur. 
Yetişməkdə  olan  gənc  nəslin  formalaşmasında,  onda  bədii  estetik,  humanist,  əxlaqi  və 
vətənpərvərlik hisslərinin inkişaf etdirilməsində muzeylərin rolu əvəzedilməzdir. Bu baxımdan bir 
çox  muzeylərdən,  xüsusən  tarix-diyarşünaslıq  və  ədəbiyyat  muzeyləri  təcrübəsindən  tədris 
proseslərində istifadə edilir. 
Cəmiyyətdəki yeniləşmə prosesi muzeyşünaslıq sahəsində də özünü biruzə verməkdədir. 
 
Ölkəmizdə ilk muzeylər XX əsrin əvvəllərində meydana gəlsə də, muzey və onun sələfi olan 
kolleksiyaçılıq ənənələrinin kökü çox qədimlərə gedib çıxır. 
 
Eramızdan  əvvəlki  son  əsrlərdə,  eləcə  də  eramızın  ilk  əsrlərində  Atropatena  və  Qafqaz 
Albaniyasının  hökmdar  saraylarında,  məbəd  və  kilsələrdə  qiymətli  əşyaların,  nadir  sənət  əsərlərinin, 
dünyəvi  və  dini  məzmunlu  zəngin  kitabların,  əlyazmaların  qorunub  saxlandığı  məlumdur.  Elmə, 
mədəniyyətə, incəsənətə böyük maraq göstərən Azərbaycan hökmdarları: Cavanşir, Məhəmməd Cahan 
Pəhləvan, Qızıl Arslan, Uzun Həsən, Şah İsmayıl Xətai və bir çox başqaları məscidlər, rəsədxanalar, 
karvansaralar,  ovdanlar  tikdirməklə  yanaşı,  dar  üşşəfa  (xəstəxana)  mədrəsələr  açdırmış,    zəngin 
kitabxana yaranmış, nadir əşyalar toplamış, öz saraylarında poeziya, musiqi, rəsm məclisləri düzəltmiş, 
alimlərə, şairlərə, filosoflara, rəssamlara, sənətkarlara hamilik etmişdilər. 
 
Elxanilər və Eldənizlər dövründə ölkədə mədəniyyət daha da inkişaf etmişdi. XII əsrdə Təbriz 
ətrafında  inşa  edilən  Şənbi  Qazan  (Qazaniyyə),  Rəb-i  Rəşidi  (Rəşidiyyə)  şəhərlərində  rəsədxana, 
mədrəsələr, fəaliyyət göstərirdi. Rəşidiyyədə digər tikililərlə yanaşı, 60 mindən artıq kitab fondu olan iki 


219 
 
böyük kitabxana fəaliyyət göstərirdi. Öz dövrünün bu böyük elm mərkəzlərində qiymətli sənət əsərləri, 
nadir nüsxələr mühafizə olunurdu. 
 
Böyük  dövlət  xadimi  Uzun  Həsən  (1423-1478)  Təbrizdə  Nəsriyyə  və  Məqsudiyyə 
mədrəsələrini  (XV  əsrin  ikinci  yarısı)  tikdirmişdi  ki,  burada  da  qiymətli  elm  və  sənət  inciləri 
mühafizə  olunurdu.  Digər  görkəmli  dövlət  xadimi-Ağqoyunlu  hökmdarı  Sultan  Yaqub  (ölümü 
1490)  Təbrizdə  zəngin  kitabxana  və  əlyazmalar  fondu,  həmçinin  dünya  memarlığının  şah 
əsərlərindən biri sayılan Həşt Behişt saray kompleksini (1483) inşa etdirmişdi. 
Səfəvilər dövründə müasir muzeyçilik  fəaliyyətinin prototipi olan kolleksiyaçılıq ənənələri 
daha  da  inkişaf  etdi.  Həmin  dövrdə  qiymətli  əşyalar  əsasən  xəzinədə  və  sarayda,    kitabxanalarda 
qorunub saxlanılırdı. I Şah İsmayılın, I Təhmasibin zamanında Təbriz və Qəzvin saray kitabxanaları 
öz  böyük  əhəmiyyəti  və  zənginliyi  ilə  daha  çox  şöhrət  qazanmışdı.  Həmin  dövürdə  saray 
kitabxanasının rəisi böyük Azərbaycan rəssamı Sultan Məhəmməd (1470-ci illərin sonu 1555) idi. 
Ümumiyyətlə,  kitabxanaların  muzey  profilinə  və  zəngin  kolleksiya  fonduna  malik  olması 
ənənəsi dünyada heç də az yayılmamışdır. Nyu-Yorkdakı Morqan kitabxanası, Sankt Peterburqdakı 
M.Y.Saltıkov-Şedrin  adına  kitabxana  zəngin  muzey  eksponatlarına  malik  olmaları  ilə  bütün 
dünyada  şöhrət  qazanmışlar.  Təbriz  rəssamları  tərəfindən  İbn  Bəhtuşinin  “Mənəfi-əl-heyvan 
(1297/98)”  əsərinə  çəkilmiş  minatürlar  Morqan  kitabxanasında,  ölməz  sənətkarımız  Sultan 
Məhəmmədin  bir  çox  rəsmləri,  eləcə  də  Azərbaycan  incəsənətinin  çoxlu  sayda  nadir  inciləri 
M.Y.Saltıkov-Şedrin  adına  Dövlət  kitabxanasında  mühafizə  edilməkdədir.  Bu  siyahıya  qiymətli 
sənət incilərinin çoxluğu ilə seçilən Paris Milli kitabxanasını da əlavə etmək olar. 
Yeni dövrdə Azərbaycandakı ictimai-siyasi pərakəndəlik bütövlükdə mədəniyyətə, o cümlədən 
muzey  və  kolleksiyaçılıq  ənənələrinə  ciddi  ziyan  vurdu.  Ara  çəkişmələri,  feodal  müharibələri 
nəticəsində bir çox qiymətli maddi mədəniyyət abidələrimiz məhv edildi. XIX əsrin əvvəllərində Rusiya 
imperiyasının  ölkəmizə  hərbi  müdaxiləsi  nəticəsində  Gəncə,  Qarabağ,  İrəvan,  Naxçıvan,  Talış 
xanlıqlarının xəzinələri qarət edilib buradakı qiymətli əşyalar, nadir kitab nüsxələri dağıdıldı. 
1826-1828-ci  illər  Rus-İran  müharibəsinin  sonunda  rus  generalları  ali  dövlət  xadimlərinə 
yaraşmayan  yalan və  riyakarlıqla, hədə-qorxu ilə  müvəqqəti  tutduqları Ərdəbil şəhərindəki Şeyx-Səfi 
kompleksinə məxsus zəngin kitabxana və əlyazma fondunu Peterburqa daşıyıb aparmışdılar. Çar üsul-
idarəsi dövründə ölkəmizdə muzeylərin təşkili işi məqsədyönlü şəkildə ləngidilir ərazilərimizdə aşkar 
edilən qiymətli arxeoloji abidələr Tiflis, Moskva, Peterburq muzeylərinə göndərilirdi. 
Xarakterik  haldır  ki,  tarixən  yurdumuzda  muzeyçilik  və  onun  sələfi  olan  kolleksiyaçılıq 
ənənələrinin Naxçıvan torpağında qədim kökləri vardır. 
Vaxtilə  Azərbaycan  Atabəylərinin  paytaxtı  olmuş  qədim  Naxçıvan  şəhərində  dövrün  elm  və 
mədəniyyət  mərkəzləri-mədrəsələr,  kitabxanalar,  məktəblər  fəaliyyət  göstərirdi.  Böyük  dövlət  xadimi 
Məhəmməd  Cahan  Pəhləvan  (ölümü  1186)  öz  sarayında  çeşidli  kitab  və  əlyazmalara,  nəfis  rəsm  və 
işləmələrə malik olmuş, elm və sənət adamlarına qayğı göstərmiş onlara hamilik etmişdir. Bütün bunlar 
Naxçıvan torpağında muzeyçilik ənənələrinin tarixi qaynaqları kimi səciyyələndirilə bilər. 
Yeni  dövrdə  ölkəmizdə  muzeyçilik  ənənələrinin  bərpa  edilməsi  təşəbbüsləri  də  qədim 
Naxçıvan  diyarının  adı  ilə  bağlıdır.  Görkəmli  yazıçı  və  publisist  C.Məmmədquluzadə  XIX  əsrin 
sonlarında Naxçıvandakı Nehrəm kəndində diyarşünaslıq muzeyi yaratmışdır. 
Əlimizdə  olan  məlumata  görə  ilk  rəsm  sərgisi  də  Azərbaycanda  Naxçıvanda  rəssam  Bəhruz 
Kəngərli  (1892-1922)  tərəfindən  1914-1916-cı  illərdə  ata  evində  vəkil  Şirəlibəyin  mülkündə 
düzəldilmişdi.  Dünyada  elə  bir  böyük  muzey  tapmaq  olmaz  ki,  orada  müxtəlif  çeşiddə  Azərbaycan 
xalçaları  nümayiş  etdirilməmiş  olsun.  Milli  xalq  yaradıcılığı  nümunələrimizə  təkcə  şərq  ölkələrində 
deyil, həmçinin Rusiya və Qərbi Avropada maraq böyük olmuşdur. N.Gəncəvinin “Xəmsə”sinə XVI 
əsrdə  Azərbaycan  rəssamları  tərəfindən  çəkilmiş  minatürlər  Topqapı  (İstanbul),  Trir  qalereyası 
(Vaşiqton), Britaniya muzeyi (London) kimi böyük muzeylərin qiymətli eksponatları cərgəsinə daxildir. 
Qeyd  edək  ki,  Moskva  və  Sankt-Peterburq  muzeylərində  toplanmış  əşyaların  sənətkarlıq  baxımından 
daha  qiymətlidirlər.  Onlardan  Moskvada,  silah  palatasında  saxlanılan,  XVI  əsrdə  Azərbaycanda 
hazırlanmış,  rəngli  bədii  kompozisiyaya  malik  qalxanı,  yenə  həmin  dövrdə  Şamaxıdan  gətirilmiş, 
yüksək  sənətkarlıqla  işlənmiş  zirehli  baş  geyimini,  Sankt-Peterburqda,  Dövlət  Ermitajında  mühafizə 
edilən, 1206-cı ildə düzəldilmiş Şirvan lüləyini, müxtəlif xalçaları göstərə bilərik. 
Muzeyçiliyimizin  inkişafından,  onun  tarixi  xüsusiyyətlərindən  bəhs  edərkən  Tiflisdə  yerləşən 
Gürcüstan  Dövlət  muzeyinin  adını  çəkməmək  olmaz.  Böyük  tarixi  keçmişə  malik  olan  bu  muzey, 
vaxtilə  Zaqafqaziyada  yeganə  dövlət  muzeyi  olmuşdur.  O  zaman  Tiflis  şəhəri  Rusiyanın  Qafqazdakı 
əsas inzibati və mədəni mərkəzi idi. Ona görə də Qafqazda ilk muzey məhz burada yaradılmışdı. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə