Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə110/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   106   107   108   109   110   111   112   113   ...   121

222 
 
fleyta – eninə fleyta da mövcud idi. Belə musiqi alətində barmaqlarla örtülən 6 çalgı oyugu və hava 
üfürmək  üçün  bir  yan  oyuq  var  idi.  Bu  fleyta  Panın  qədim  yunan  fleytasına  bənzəyirdi.  Belə 
fərziyyə  var  ki,  bu  tip  fleytalar  Asiyada  yaranıb  və  slavyan  ölkələri  vasitəsilə    Avropa  və 
Almaniyaya  yayılıb.  Ola  bilsin  ki,  bu  səbəbdən  də  eninə  fleytanı  çox  zaman  “Alman”  fleytası 
adlandırırlar. Eninə fleytanın səsi  adi uzununa fleytadan daha ifadəli , daha güclü idi və belə aləti 
təkmilləşdirmək  daha  sadə  idi.  Yəqin  ki,  bu  səbəbdən  eninə  fleyta  bir  çox  dəfə  rekonstruksiya 
olunmuş, təkmilləşmiş və indiki müasir fleyta şəklinə düşmüşdür. 
İlk  dəfə  eninə  fleytani  rekonstruksiya  etmək  zərurəti  XVII  əsrin  sonunda  meydana  çıxdı. 
Fleytanin  kanalı  daha  dəqiqliklə  oyulduqdan  sonra  yuxarı  səslər  daha  gözəl  alındı  və  səslərin 
çıxarılması daha yüngül oldu [4]. 
Alətin  əsas səsini  yarımton  yüksəldən ”dis” klapanı  meydana  gəldi  və başqa  kiçik  əlavələr 
oldu.  Yuxarıda  qeyd  etdiyimiz  kimi  əvvəl  barmaqlar  üçün  6  oyuq  var  idi.  Baxin  və  Hendelin 
dövründə fleytanın XVII , XVIII əsrin son 3-cü yarısında alətin əsas səs sırası yeni klapanlar əlavə 
etməklə  çatışmayan xromatik səslərlə tamamlandı [5]. 
Təsadüfi  deyil  ki,  bizdən  çox-çox  uzaq  dövrlərdə  belə  fleyta,  arfa  və  klavesinlə  yanaşı  ən  geniş 
yayılmış konsert alətlərindən biri hesab olunmuşdur. 
XVIII əsrin sonuna qədər praktiki olaraq hər iki növ fleytadan - eninə və uzununa fleytadan 
istifadə olunurdu. Avropa simfonizminin tələbinə görə uzununa fleyta, daha parlaq səsi və dinamik 
gücü olan eninə fleyta tərəfindən sıxışdırılmaga başladı. 
Fleytanın  quruluşunda  ən  radikal  dəyişikliyi  alman  fleytaçi-virtuozu  və  bəstəkarı  Teobald 
Byom  (1794-1881)  etmişdir.  Məlumdur  ki,  Byomun  etdikləri  dəyişikliklər,  ingilis  Qordonun 
ideyalarının  inkişafı  və  davamı  idi.  Amma  bu  inkişaf  heç  də  alman  musiqiçisinin  xidmətlərini 
kiçiltmir. 
Byomun  təcrübəsi  bir  çox  musiqi  alətlərinin  rekonstruksiya  olunmasında  istifadə 
olunmuşdur.  Fleytanı  rekonstruksiya  etməzdən  əvvəl  Teobald  Byom  alətin  dəqiq  menzurasını 
müəyyən  etdi.  Öz  hesablamalarında  oyuq  və  klapanların  rahat,  əlverişli  yerləşməsini  deyil, 
rezonansın akustik prinsiplərini  əsas  götürmüşdür.  
Byom  alətin    silindrik  lüləsini  və    konusşəkilli    başlığını    yenidən  hazırladı.  Əksəriyyət  
hissələr    metaldan    hazırlanmışdı.  Byomun    sistemilə    hazırlanmış    fleyta,  klapan  və  halqalardan  
ibarət gözəl bir mexanizmlə  təhciz  olunmuşdur. Məhz bu  sistemə  görə  barmaqlar  üçün  oyuqlar  
lülənin    fiziki    cəhətdən    dəqiq  və  düzgün  paylanmış  yerlərində    yerləşdirilib.  Bu    səbəbdən  
müəyyən    səs    sırası  üçün  barmaqların  kombinasiyası    o  qədər    sadədir  ki,  ifaçı    belə    fleytada  
çətinlikləri  asanlıqla  dəf edə  bilir [6]. 
Yeni klapanlı  mexanizmi  nəinki  aplikaturada  müəyyən  dəyişiklər  etməyə  imkan  verir,  
eyni  zamanda  praktiki  olaraq  bütün zəngulələri  tona, yarımtona çevirməyə  imkan  verir.  ( Ən  
axırıncı   reqistrlərdəki  zəngulələr  istisna  olmaq  şərtilə) . 
XVII  əsrin  2-ci  yarısından    XIX  əsrin  əvvəlinə  qədər  orkestr  fleytası  D-dur  tonallıgında, 
intonasiyasında qurulurdu [7]. 
Byom fleytasının belə konstruksiyası sayəsində əvvəlki tip fleytalarla müqayisədə, bu fleyta 
böyük  diapazona,  daha  dolu,  tam  səsə,  daha  təmiz  intonasiyaya,  sadə,  yüngül  səs  çıxarmaq 
qabiliyyətinə  və bütün tonallıqlarda böyük ifaçılıq sərbəstliyinə malik idi. 
Lakin  Byom  fleytasının  bütün  üstünlüklərinə  baxmayaraq    uzun  müddət  hamı  tərəfindən  
rəgbət  qazanmamışdı.  Ancaq  XIX  əsrin  sonunda    Byom  fleytasından  bütün  simfonik  orkestrlərdə 
istifadə etməyə başladılar [8]. 
Beləliklə, fleyta simfonik orkestrin ən orijinal,  özünəməxsus alətlərindən birinə çevrildi. Bu 
alət ən parlaq səslənmək qabiliyyətinə, maraqlı koloritə istər sərbəst planda, istərsə də başqa  musiqi 
alətlərilə vəhdətdə müxtəlif reqistrlərdə hər dəfə sanki başqa  cür səslənmək qabiliyyətinə malik bir 
musiqi  alətidir.  Bütün  bu  keyfiyyətlər  fleytani  müxtəlif,  çox  zaman  əks  qütblərdə  yerləşən  (bir-
birinin  əksi  olan)  bədii  məsələlərin  həllində  istifadə  etməyə  imkan  verir.  Məhz,  bu  keyfiyyətlər 
müxtəlif  dövrlərdə,  müxtəlif  milli  və  yaradıcılıq  məktəb-lərinə    mənsub  olan  bəstəkarları  fleytaya 
böyük  diqqət  verməyə  sövq  edirdi.  Sonda  fleyta  haqqında  Aristotelin  bir  fikrini  qeyd  etmək 
istəyirəm : “Fleyta insan ruhuna pis təsir edir- çünki o, insanı həddindən artıq həyəcanlandırır.” 


223 
 
Azərbaycan bəstəkarları da öz yaradıcılıqlarında fleyta alətinə xüsusi yer vermişlər. Üzeyir 
hacıbəyov, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Qara  Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Arif 
Məlikov və digər bəstəkarlar öz simfonik əsərlərində  fleytanın imkanlarindan itifadə edərək onun 
üçün xüsusi  partiyalar yazılmış, həm də solo alət kimi  istər iri həcmli  sonatalar, konsertlər, istər 
kiçik həcmli pyeslər, miniatürlər və başqa  əsərlərlə yaradıcılıq arxivlərini  zənginləşdirmişlər [9].   
ƏDƏBİYYAT 
1. Artaud Y.,  Geay G. Paris: Editions Joberts and Musicales Transatlantiques,1980, 131 p. 
2.
 
Bartolozzi B. New Sounds for Woodwinds Text. Bruno Bartolozzi / translated and edited by     
    Reginald Smith Brinle. London: Oxford University Press, 1967 
3.
 
Dick, R. Circular Breathing for the Flutist. Text.R. Dick. New York: Multiple Breath Music C
ompany, 1987
 
4.
 
Dick, R. The other flute. A Performance Manual Contemporary Techniques Text.   R. Dick. N
ew York: MultipleBreath Music Company, 1989. - 144 p. 
5.
 
MitropoulosBott, C., Levine, C. The Techniques of Flute Playing/ Die Spieltechnik der Flote 
Text./ Levine, Carin, and Christina Mitropoulos-Bott. Kassel: Barenreiter, 2002 
6.
 
Мутузкин И.А. Экспериментальная флейта в музыке ХХ века. Дисс. 
<...> канд. иск. НГК (а) им. М.И. Глинки.Нижний Новгород, 2009. 176 с. 
7.
 
Новые приёмы игры на флейте. Составитель, автор методической части доцент О. И. Та
нцов. Издат. МГК им.П.И. Чайковского. - М., 2011. 80 стр. ISBN: 978-5-89598-239-6 
8. Çukerman. Musiqi alətləri .M -1968 
9. İskəndərov Ə. Fleyta Azərbaycan bəstəkarlarının yaradıcılığında. Bakı-1971 
 
ABSTRACT 
Nazila Qardashbayova 
The most ancient by origin musical tools flutes 
The flute- is one of the most ancient by origin wind musical instruments. Around the world there 
are  only  seven  thousand  masters  of  playing  a  flute.  And  really  a  profession  rather  rare,  most  of 
performers  is  concentrated  in  France,  the  USA  and  Russia.  Now  a  lot  of  things  become  in  Russia  to 
popularize  this  type  of  the  tool.  The  world  of  music  of  a  flute  is  also  diverse,  as  well  as  the  flute  is 
diverse, there are more than thirty types and kinds of this musical instrument.  
In  the  course  of  training  in  playing  a  flute  the  ear  for  music,  feeling  of  a  metrorhythm,  the 
correct  performing breath develops.  Unlike other  wind instruments, at a flute sounds  are formed as  a 
result  of  an  air  stream  rassekaniye  about  a  side,  instead  of  uses  of  a  uvula.  The  musician  playing  a 
flute usually is called as the flutist.  
РЕЗЮМЕ 
                                                   Saida Mammadova, Назиле Гардашбекова 
Самых древних по происхождению музыкальных инструментов-флейта 
Флейта — является одним из самых древних по происхождению духовых музыкальных 
инструментов.  Во  всём  мире  насчитывается  всего  семь  тысяч  мастеров  игры  на  флейте.  И 
действительно  профессия  достаточно  редкая,  большинство  исполнителей  сосредоточено  во 
Франции, США и России. Сейчас многое делается в России, чтобы популяризировать этот вид 
инструмента.  Мир  музыки  флейты  так  же  многообразен,  как  и  многообразна  сама  флейта, 
насчитывается  более тридцати видов и разновидностей данного  музыкального инструмента.  В 
процессе  обучения  игре  на  флейте  развивается  музыкальный  слух,  чувство  метроритма, 
правильное исполнительское дыхание. 
В отличие от других духовых инструментов, уфлейты звуки образуются в результате расс
екания потока воздуха о грань, вместо использования язычка.  
Музыкант,  играющий на флейте, обычно именуется флейтистом.  
 
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
       


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə