Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə115/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   111   112   113   114   115   116   117   118   ...   121

233 
 
təhsil ocaqlarıdır.  İnternat məktəblər şəklində təşkilatlanmış olan bu mədrəsələrdə müəyyən bir tədris 
planı və proqramı içində nizamlı dərs verilirdi. Mədrəsələrin dərshanə, imaret, kitabxana və yataqxana 
işçiləri  var  idi.  Müsəlman  cəmiyyətlərində  təhsil  məkanı  olaraq,  mədrəsə  strukturlarının  işləməsinə 
əvvəl  bir  ibadət  yeri  olan  məscidlərdən  istifadə  edilmişdir.  Məscidlərdə  təhsil  fəaliyyətləri  müəllimin 
tələbələri ətrafına yığaraq dərs öyrətməyi ilə davam etdirilmişdir. Məscidlərdə davam etdirilən bu təhsil 
sisteminə  “halqa”  adı  verilmişdir  və  hədislər  bu  sistemin  Hz.  Məhəmməd  dövründən  gəldiyini  izah 
etməkdədir.  Təhsil  üçün  istifadə  edilmiş  olan  məscid  məkanlarının  əsl  funksiyalarının  ibadət  olması 
səbəbiylə, kiçik uşaqların bu məkanları təmiz saxlaya biməyəcəkləri düşünülmüşdür. Bu səbəblə, tədris-
təhsil  xüsusilə  bu  funksiyaya  əsaslanaraq  inşa  edilmiş  olan  müstəqil  strukturlarda  aparılması  zərurəti 
ortaya  çıxarmışdır.  Təlim  və  təhsil  funksiyaları  üçün  xüsusi  olaraq  inşa  edilmiş  olan  bu  strukturlara 
“kuttab” və ya “məktəb”, ali strukturlarına isə “mədrəsə”, “darul-hədis”, “darul-Qurara”, “Daru-t Tibb” 
kimi adlar verilmişdir (15, s.3) 
 
 
 
Şəkil 1. Qoşa minarəli mədrəsə. Ön fasad və planı. Səlcuklular dövrü  (R.H.Ünal) 
 
Bir  növ  sıbyan  məktəbi  demək  olan  küttablar,  İslamiyyətin  yaranmasından  əvvəl  də  vardı. 
Ərəblərdə  çox  az  adam  yazı  yazmağı  bilirdi.  Necə  ki,  İslamiyyətin  şərqində  Qureyşdən  oxumaq- 
yazmaq bilənlərin sayının on yeddi rəqəmində qalmağı bunu göstərməkdədir. İlk zamanlarda Quran və 
dini məlumatlar uşaqlara, Əli b. Əbu Talib və Abdullah b. Abbasın etdikləri kimi halqalara qatılmaları 
surətiylə verilmişdir. Bunlar da yazıdan çox əzbər üsulu ilə edilmişdir. İslamiyyət ilə oxumaq-yazmaq 
təbliğ  edilmiş  və  qeyri-müsəlmanlardan  istifadə  edilmişdir.  Quranı  öyrənmiş  olan  uşaqlar,  qismən 
qrammatika, riyaziyyat, şeir öyrənmək surətiylə ibtidai dərsləri sona çatırdı (16, s. 12). 
Mədrəsələrin  təsisində  əvvəl  təhsil  halqaları  mədrəsələrin  yanında  üləma  evləri,  kitabxana 
və s. yerlərdə də qurulurdu. Yenə mədrəsə kimi təhsil verən müəsisələr  arasında hanga, təkkə və 
xəstəxanalar də sayıla bilər. 


234 
 
Tikinti etibarilə mədrəsələr, elm təhsil verənlərin  yaşamaq üçün otaqları içində olan binalar 
olub ümumiyyətlə karvansaralar kimi, ortada bir həyət olmaqla ətrafında otaqları içinə yerləşdirilir. 
Daim  məscidlərin  ətrafında  olur.  Tələbə  burada  oturar,  yatar  və  dərslərini  məsciddə  dinləyər. 
Mədrəsələrin  həyətlər  ortasında  bəzən  bir  şadırvan  (fəvvarə),  otaqların  qarşısında  da  çox  vaxt  bir 
revak  (çardaq)  vardır.  Bəzi  məscidlərə  bitişik  olan  mədrəsələr  də  görülür.  Bunlar  daha  çox  bir 
mərtəbəlidir. Otaqların içinə bir qapı aralığı ilə girilir və hər birində bir ocaq var (17, s. 276). 
Əvvəllər  məscidlərdən  eyni  zamanda  mədrəsə  olaraq  da  istifadə  etdikləri  halda, 
mədrəsələrin  müstəqil  bir  təhsil  müəssisəsi  olaraq  ortaya  çıxmasıyla  mədrəsə  memar-  lığı 
yaranmışdır  (18,  s.  25).  Başlıca  iki  mədrəsə  memarlığı  üslubundan  bəhs  edilə  bilər.  Birincisi, 
bütünlüklə daxilində olanlar, ikincisi isə müstəqil olaraq inşa edilənlər. Hər iki qrupda iştirak edən 
mədrəsələrin təməl quruluş işçiləri isə dərshanə (sinif), tələbə hücrələri və məscid olmaqla birlikdə 
vəqfin  maddi  qaynaqlarına  görə  həyət,  eyvan,  kitabxana,  türbə,  imarət,  hovuz,  fəvvarə,  naxiş  və 
nərdivanlar da mədrəsə quruluş işçilərini meydana gətirməkdədir (19, s. 476). Şagirdləri gecələri öz 
hücrələrində  yatar, yeməklərini xeyriyyə hesebına yeyər, dərslərini də yaxındakı məsciddən və ya 
mədrəsə  dərshanəsində  alardılar.  Hücrələrdə  tələbə  əşyalarını  qoyacağı  basdırma  şkaflar  da  vardı 
(20, s. 12-13). 
Mədrəsələrdə  tədris  edilən  dərslər  üç  qrupda  aparılırdı.  Cüzi  hissə  ki,  bunlar  riyaziyyat, 
həndəsə, astranomiya və hikmət dərsləri, ikinci qrup dərslər Ulum-i əliyə deyilirdi ki, bunlar kəlam, 
məani, gözəl  xitabdan  ibarət bəlağət, məntiq və Ərəb qramatikası və üçüncü qrup dərslər də təfsir, 
hədis və şəriət hüququndan ibarətdir (21, s. 176). XVI əsrin birinci yarısında Qanunı tələbəi Ulum'a 
görə  hər  bir  tələbə  bir  müdderisin  qarşısında  bir  dərsi  tamamladıqdan  sonra  müəllimindən,  hər 
kitabin  nə  qədərini  oxuduğunu  göstərən  bir  sənəd  almalı  və  bir  üst  addıma  keçdiyində,  yeni 
müderris bu sənədi araşdırmadan onu dərsinə qəbul etməməlidir (20, s. 16). 
  1.
    2. 
 
Şəkil1.Ərzurum Yakutiye Mədrəsəsi (C.Texiner 1840) 
Şəkil2. Ərzurum Yakutiyə Mədrəsəsi Tac Qapı Və Minare. 
 
3.
 
Şəkil3.Ərzurum Yakutiyə mədrəsəsinin planı .Kənardan Türbə (Yurddaş, 2008) 
Osmanlıdan  qabaq  Anadolu  mədrəsələrində  tətbiq  olunan  təhsil  və  tətil  günlərinin 
Osmanlılar zamanında da eynilə davam etdirildiyi qəbul edilməkdədir. Həftənin üç günü (çərşənbə 
axşamı, cümə axşamı və cümə) ilə bayram günləri tətil edilir, digər günlər isə təhsilə davam edilirdi 


235 
 
(18, s.17). Baltacı Osmanlı mədrəsələrində XV əsrdə dörd dərs, XVI əsrdə isə beş dərs oxudulduğu; 
dərslər arasında müderris və tələbələr ehtiyaclarını qarşılamaları üçün bir ara verildiyini, (20, s.17) 
müdrik  isə,  Osmanlı  mədrəsələrində  gündəlik  dərs  ədədinin  dəyişdiyini;  gündə  bir  və  ya  iki  dərs 
keçənlərlə bərabər, on dərs keçənlərin də olduğu bildirilir (18, s.17). Mədrəsələrdə sinif  bölgüsü, 
oxunan  kitab  və  dərslərə  görə  qurulmuşdur.  Fatih  dövrünə  aid  qanunı,  tələbəi,  ulum  adı  verilən 
təlimatnaməyə  görə  müderrisi  dərəcələrinə  görə  oxudulacaq  dərslərlə  əlaqədar  bu  şərtlər 
yaradılmışdır (20, s.17). 
 
Şəkil 4.Ərzurum Kurşunlu Mədrəsəsi (Yurddaş, 2008) 
 
Şəkil5.Ərzurum Kurşunlu Məscidi və Mədrəsəsinin planı (R.H.Ünal) 
Ən alt səviyyədə olub, gündəlik iyirmi ilə iyirmi beş axça məvacib alan müder- risi şem-i 
metal, şərh-i tavəIi, mutavvel, haşim-i təcrid dərs verəcək, bir üst addımda gündəlik otuz-otuz beş 
axça  məvacib  alan  müderrisi;  miftəhi  dərs  verəcək  bir  üst  addımda  qırx  axça  məvacib  alan 
müderrisi telvihi dərs verəcək, üst səviyyədə tapılıb əlli axça məvacib alan müderrisi; şerh-i adüd, 
hidayə, keşşəp, Qazı Beydavi və öz seçdikləri kitabları oxudurdular (22,s.463-467). 
 Mədrəsə  sözü  ilk  dəfə  IX  əsrdə  istifadə  edilməyə  başlanmış,  bir  təşkilat  olub,  türklərin 
islamiyyəti qəbulundan sonra ortaya çıxmışdır (18,s.25). Mədrəsə dərs verilən bina və ya ali məktəb 
olaraq qəbul edilə bilər. 
Mədrəsələrdə  din  dərsləri  ilə  bərabər  riyaziyyat,  tibb,  islam  hüququ  kimi  dərslər 
keçirilmişdir.  Bununla  bərabər,  dərslərin  tətbiqi  üçün  şəfaxanalar  və  rəsədxana  kimi  müxtəlif 
qurumları da bura aiddir. Anadoluda türk sənətinin ilk dövrlərində  mədrəsələr açıq və qapalı salon 
olmaq üzrə başlıca iki şəkildə inkişaf etmişdir (23,s.11). 
          Açıq  salonlu  mədrəsələr-Açıq  salonlu  mədrəsələr  Anadolu  Səlcuqlu  mədrəsələrinin  inşa 
quruluş  növlərindən  biri  olaraq  görülür.  Xarici  səthində  hər  hansı  bir  nizamı  olmayan,  içi  
dördbucaqlı  bir  həyət  ətrafında  eyvanlarla  zənginləşdirilmişdir.  İçə  dönük  mədrəsə  tipidir. 
Anadoluda  inşa  edilən  mədrəsələrin  çoxunun  açıq  salonlu  olaraq  inşa  edilməsinin  səbəbi,  həm 
iqlimi əlaqəli həm də mədrəsə böyüklüyünün qübbə kimi bəzi ünsürlərlə məhdudlaşdırılmasındadır. 
Osmanlı  dövrünə  qədər  keçən  zaman  ərzində  inşa  edilən  mədrəsələrin  çoxu  açıq  salonludur 
(24,s.34). 
Bağlı  Salonlu  Mədrəsələr-  Bağlı  salonlu  mədrəsələrdə  həyətin  qübbə  və  ya  tonozla 
örtülməsiylə həyət ölçüləriylə məhtudlaşdırılmaqdadır. Bağlı salonlu mədrəsə, Danışməntli, (alim, 
bilgili) tip, əvvəlki Səlcuqlu və sonrakı Səlcuqlu tipi olaraq üç alt qrupda ələ alına bilər. Anadoluda 
12  ədəd  bağlı  salonlu  mədrəsə  var.  Anadolu  Səlcuqlu  bağlı  avlulu  (qübbəli)  mədrəsələrində  öndə 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə