Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə117/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   113   114   115   116   117   118   119   120   121

238 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
ÇELİK ÇİNGİZ 
Naxçıvan Dövlət Universiteti 
UOT: 726 
ƏRZURUMUN QOŞA MİNARƏLİ MƏDRƏSƏSİ 
 
Açar sözlər: Səlcuqlular dövrü, Qoşa minarə, Mədrəsə, Eyvanlı həyət, Daş və kaşı bəzəklər 
Key words: Seljuk period, Twin minarets, madrasa, Porch yard,  Ornaments of stone and tiles 
Ключевые слова: Период сельджуков, Близнецы минареты, Медресе, Крыльцо двор, 
Украшения из камня и плитки 
 
1071-ci  ildə  Malazgirt  Zəfəri  ilə  Anadolunun  qapılarını  açan  və  bu  tarixdən  sonra  qurulan 
Anadolu  Səlcuqluları,  yeni  bir  türk  və  İslam  mədəniyyətinin  təməllərini  atmağa,  Anadolunu 
yenidən  abadlaşdırmağa  başladılar.  Başda  paytaxt  Konya  olmaq  üzrə  Anadolu  şəhərləri  məscid, 
mədrəsə,  türbə,  köşk,  karvansaray,  xana,  hamam  kimi  memarlıq  əsərləri  ilə  bəzədildi.  Çoxu  Orta 
Asiyadan  gələn  geniş  bir  təcrübə  və  yetkinliyə  malik  qabiliyyətli  türk  memarları  və  sənətkarları, 
yerli memarlıq sənətindən də faydalanaraq Anadoluda daş və kaşı sənətində yenı bır cığır açdılar. 
      
Mədrəsələrin  memarlıq  xüsusiyyətlərini  qısaca  olaraq  belə  yekunlaşdıra  bilərik:    Ərzurum 
şəhər  mərkəzində  günümüzə  qədər  çatan  6  mədrəsə  quruluşu  var.  Bu  mədrəsələrdən    biri 
Səlcuqlular-Qoşa Minarə, ikisi Elxanilər-Əhmədiyyə və Yakutiyə mədrəsəsi, üçü Osmanlı dövrünə- 
Kurşunlu,  Pərvizoğlu  və  Şehlər  mədrəsələridir.  Ərzurumdakı  Səlcuqlu  və  Elxanilər  dövrü 
mədrəsələri  müstəqil  monumental  görünüşlü  mədrəsələr  olaraq  inşa  edilərkən,  Osmanlı  dövrü 
mədrəsələri daha kiçik ölçülərdə olub, bir toplumun hissəsi kimi qurulmuşdur. 
Səlcuqlu və Elxanilər dövrü mədrəsələrində Qoşa Minarəli mədrəsə, açıq salonlu, Yakutiyə 
və  Əhmədiyyə  mədrəsəsi  isə  bağlı  salon  olaraq  Anadoluda  Səlcuqlu  mədrəsə  ənənəsində  inşa 
edilmişdir.  Qoşa  Minarəli  mədrəsə  ölçüləri  baxımından  Anadolunun  ən  böyük  açıq  salonlu 
mədrəsəsidir.  Mədrəsə  dörd  eyvanlı,  iki  mərtəbəli  və  çardaqlı  mədrəsə  qrupundandır.  Yakutiyə 
mədrəsəsi üç eyvanlı, bir mərtəbəli, ancaq girişin üzərindəki ikinci mərtəbə ilə fərqli bir sxemdədir. 
Əhmədiyyə mədrəsəsi iki eyvanlı bağlı salonlu və bir mərtəbəli mədrəsələr qrupundadır. 
 
Şəkil 1.Ərzurum Qoşa minarəli mədrəsə (ön fasadı) 
Ərzurumda Səlcuqlu və Elxanilər dövrü mədrəsələrində Qoşa Minarəli mədrəsə və Yakutiyə 
mədrəsəsi ön fasadları, fasadın ortasına yerləşdirilən monumental giriş qapısı və qoşa minarələri ilə 
Anadolu  mədrəsələrinin  ən  gözəl  nümunələrini  meydana  qoymaqdadır.  Giriş  baştağlarda  yer  alan  
həndəsi, bitki mənşəli və füqurlu bəzəklər dövrün ən inkişaf etmiş nümunələrini təqdim edir. Hər iki 


239 
 
mədrəsə fasadlarında diqqət çəkən rumi, palmet və lotuslardan ibarət bitki mənşəli motivlərlə Orta 
Asiya  və  Səlcuqlu  ənənəsini  bütünləşdirən  həyat  ağacı,  hər  iki  yanındakı  qoruyucu  heyvanlar  və 
cütbaşlı qartal fiquru, monumental fasadları önə çəkən ən əhəmiyyətli kompozisiyalar arasındadır. 
Şirli kərpic və kaşı istifadə edilən minarələr ön cəbhə tənzimləməsində son dərəcə diqqət çəkicidir. 
Anadoludakı bənzəri mədrəsə nümunələrinə Sivasda da rast gəlinməkdədir. 
Mədrəsə  Ərzurum  Ulu  Caminin  şərqində  Təbriz  keçid  məntəqəsindən  və  xiyabanın  cənub 
hissəsində yerləşir. Şəhərin ortasında yerləşən mədrəsənin digər adı “Hatuniyə”-dir.  
Mədrəsənin  qərbində  və  eyni  zamanda  paralelində  Ulu  Cami,  şərqində  Osmanlıların  son 
dövr  əsərlərindən  olan  Narmanlı  məscid,  şimalında  qala  və  şəhər  divarları  təqribən  400-500  m 
irəlidə üç kümbəzlə əhatə olunur (1, s. 338).  
Qoşa  Minarəli  mədrəsə  bu  tarixi  çərçivənin  ən  əhəmiyyətli  ünsürünü  təşkil  etməkdədir. 
Səlcuqlu abidələri içində başda gələn bu mədrəsə, həm memarlıq baxımından, həm də orta dövr türk 
elm müəssisələrinin böyüklərindən olması etibarilə, əhəmiyyət daşımaqdadır (2, s. 116). 
Uzun zaman mədrəsə 1253-ci ilə qədər Ələddin Keykubadın Huandi Hatuna aid olmuşdur. 
Buna görə də mədrəsənin bir digər adı Hatuniyə mədrəsəsidir. Ancaq bunu sübut edəcək bir dəlilə 
rast  gəlinməmişdir.  Qoşa  minarəli  mədrəsənin  bu  günə  qədər  inşa  tarixi  qurucusunun  və  ya 
memarını ifadə edən hər hansı bir kitabəsi olmadığı üçün konkret bilgi yoxdur (3, s.209). 
          Günümüzə qədər aparılan araşdırmalarda mədrəsənin tikintisinin XIII əsrin ortalarından XIV 
əsrin əvvəllərinə qədər təxminən 50-60 illik zamanı  əhatə edildiyi  bildirilir.  Memarlıq və bəzəmə 
baxımından  baxdıqda,  tamamlanamadığı  aydın  olan  bu  quruluşun  mədrəsə  olaraq  istifadə  edilib-
edilmədiyi də tam olaraq bilinməməkdədir (4, s.110). 
 
Şəkil 2. Ərzurum Qoşa minarəli mədrəsə (eyvanlı həyəti) 
Qoşa  minarəli  mədrəsənin  cənubunda  inşa  edilən  türbənin  tarixi  də  mədrəsə  kimi 
müzakirələrə  səbəb  olmuşdur.  Bəzi  tədqiqatçılar  mədrəsənin  cənub  eyvan  və  yan  divarlarına 
baxaraq, arxadakı türbə qismiylə bu sahənin də əvvəl var olduğunu, Səlcuqlular dövrünə aid edilən 
bu quruluşun sonradan mədrəsəyə qatıldığını irəli sürmüşlər (2, s.240). 
         Bu  mövzuda  ən  yaxşı  fərziyyə  H.  Karamağaralınındır.  Karamağaralı  qübbə  üslub 
xüsusiyyətlərin nəzərə alaraq künbəzlə mədrəsəni eyni tarixlərə gətirməklə, ehtimalla bir Səlcuqlu 
dövrü  quruluşundan  artıq  qalan  bu  günki  cənub  eyvanının  bir  ucuna  mədrəsənin,  digər  ucuna  da 
qübbənin  əlavəsi nəticəsinə  çatmaqdadır.  Memarlıq tərzi,  bəzəmələri,  kaşı  və giriş portalında  olan 
cüt başlı qartal fiquru isə  Elxanilər dövrünün əsəri olduğunu göstərir (6, s.14).     
        Ərzurum  Qoşa  minarəli  mədrəsəsinin  memarlıq  xüsusiyyətləri.  Qoşa  minarəli  mədrəsə  iki 
mərtəbəli, açıq salonlu və dörd eyvan sxeminə uyğun olaraq inşa edilməklə, öz memarlıq forma və 
quruluşu ilə Anadoludakı ən monumental nümunəsini meydana gətirmişdir (5, s.58). 
Anadoluda  Osmanlıdan  qabaqkı  dövrdə  inşa  edilmiş  mədrəsələrin  ən  böyüklərindən  biri 
olan  Ərzurum  Qoşa  minarəli  mədrəsə  olduqca  diqqətli  cəl  edən  sənətkarlığa  malikdir.  Mədrəsə, 
dörd eyvanlı, ətrafı çardaqlarla çevrili, açıq həyət, iki mərtəbəli bir plana sahibdir (6, s.52). 
Təxminən,  35x48m  ölçülərində,  düzbucaqlı  bir  sahə  üzərinə  oturdulan  mədrəsənin, 
30,50x12,20  m  ölçülərində  həyəti  vardır.  Mədrəsənin  xarici  divarları  da  düzgün  bir  dördbucaqlı 
formasında  olmasına  baxmayaraq,  divarların  düzgün  oturdulması  üçün  cənuba  doğru  qismən 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə