Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə118/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   113   114   115   116   117   118   119   120   121

240 
 
genişləndirilmişdir.  Burada  bina  oxunun  tam  qiblə  istiqamətinə  tutulma  arzusu  görülməkdədir. 
Mədrəsənin şimal-şərq küncündə və cənub-şərq küncündə olan hücrələr arasında buna görə, dərinlik 
ölçülərində fərqlilik meydana gəlmişdir (7, s.46). 
Mədrəsənin şimal cəbhəsi, quruluşun ən təsiredici sənətkarlığı üzərində toplamasıyla, diqqət 
çəkməkdədir.  Bəzəkli  giriş  portalı  abidəyə  bənzər  görünüşüylə  bütün  ön  tərəfin  üçdə  birini  əhatə 
edir (8, s.116).  
Fasad  ortasında  olan  giriş  portalı,  iki  yanda  yüksələn  minarələrin  kürsüləri  ilə  inteqrasiya 
olunmuş  vəziyyətdədir.  Giriş  portalı  iki  minarə  otağı  bu  səbəblə  fasadda  dördkünc  bir  çıxıntı 
meydana gətirmişdir. 
 Mədrəsənin  giriş  portalı  müxtəlif  formalı  bəzəklərlə  örtülmüş  olub,  burada  on  dörd  naxış 
sırasına  yer  verilmişdir  (9,  s.84-85).  Mühasirə  kəməri,  gövdəsi  palmetlərlə  bəzəkli,  iki  mərtəbəli 
başlıqlara sahib  olub,  künc sütunları  üzərinə dayanır. Mozaikalı  karvansaranın  tam altında, kitabə 
qurşağı olduğu sanılan boş bir yeləni, daxili həndəsi naxışlı  yarımsilindirin üzərinə dolanır. Əsas 
yarımsilindirin yan üzləri üzərində görülən mehrabları  (namaz qılmaq üçün divardakı oyuq) daxili 
də  həndəsi  naxışlı  yarımsilindirlərdən  qurulub.  Mehrab  boşluğunun  yelenleri  irəli  doğru  gələrək 
uclarında künc sütun başlıqlarının üstündə, iti kəmərli, içi boş buraxılmış kiçik bir çərçivə diqqəti 
çəkməkdədir. Buradakı  şivlər  və başlıqlar bitki  mənşəli formalarla, daxili  səthi və çərçivə kəməri 
isə həndəsi nümunələrlə bəzədilmişdir.  
 
Rəsim 1. Ərzurum Qoşa minarəli mədrəsə. Şimal və cənub fasadının bərpa eskizləri. 
 
 
Rəsim 2. Ərzurum Qoşa minarəli mədrəsənin planı (Ünal, 1989) 
           Kürsü  ön  divarının  üst  tərəfindəki  silmə  xəttinə  qədər  düzgün  kəsmə  daşlarla  örtülmüşdür. 
Kursunün bu xətdə yuxarıda qalan seqmentləri kərpic ilə inşa edilmiş, fasad və yan üzlərinə bəzəmə 
lövhələr  yerləşdirilmişdir.  Bu  panolardakı  bəzək  kərpic  və  çini  mozaykalarla  verilmişdir.  Kərpic 
minarələrin gövdələri yivlidir (10, s.41). 


241 
 
        XIII  əsrdə  çəkilmiş  oymada  minarələrin  üst  hissəsinin  yıxılmış  olduğu  görülməkdədir.  Qalan 
bir neçə mukarnas yuvasına söykənərək kəmər altlarının mukarnaslı olduğu aydın olur. Kəmərlərin 
altında gövdənin üst tərəfindəki bəzəmə qalıqları, burada kaşı ilə bəzənmiş bir bəzəmə qurşağının 
varlığını göstərir. Ancaq kaşıların hamısı tökülmüş vəziyyətdədir. Minarələrdən Şərqindəki gövdəsi 
üzərində  bir-birinə  sarılmış  yiv,  digərində  isə  paxlava  motivləri  işlənmişdir.  Bəzəmələr,  kərpiclər 
arasına yerləşdirilmiş firuzə rəngli kaşılarla işlədilmişdir.  
 
Şəkil 3.Ərzurum Qoşa minarəli mədrəsənin giriş baştağı, daş və kaşı bəzəkləri 
Tac qapının üzərinə işlənən ikisi də yan üzlərdə olan cəmi dörd panonun dördündə də ortaq 
ünsür,  həyat  ağacı  motivləri  işlənmişdir.  Düzbucaqlı  formalı  çərçivələr  içərisində  işlənmiş  bu 
panolarda  fasadda  olan  ikisində  üstdə  cüt  başlı  bir  qartal  və  iki  əjdəha  fiquru  ilə  diqqəti 
çəkməkdədir. Şərqdəki minarə gövdəsi üzərində sarılmış yivlər, cənubda isə paxlava şəkilli bəzək 
görülməkdədir.  Bu  bəzək,  şirsiz  kərpiclər  arasına  yerləşdirilməklə,  firuzə  rəngli  kərpiclərlə 
hörülmüşdür (11, s.98). 
  
Mədrəsənin şimalında olan giriş portalının cəbhə künclərinə doğru getdikcə, fərqli memarlıq 
ünsürləri  gözə  çarpır.  Fasad  künclərinin  təxminən  2  m  daxili  qisiminə  yerləşdirilən  payandalar 
bəzəməsi,  sadə  bir  görünüşdədir.  Ön  sahə  künclərinin  iki  ucuna  yaxın  seqmentdə  yarım  dairə 
profilli bir payanda (dəstək qülləsi) diqqət çəkər. Mədrəsə cəbhəsindəki simmetriya qayğısı, digər 
memarlıq  ünsürlərdə  də  görülməkdədir.  Fasadda  qərb  tərəfdə  olan  məscid  pəncərəsi  ilə  şərq 
istiqamətdə  olan  məscid  pəncərəsi  ilə  çeşmənin  yerləşdirilməsi  simmetriyası  əsas  alınmışdır. 
Fasadda  sıx  bəzəmələrlə,  hərəkətli  bir  görünüşlə  sərgilənən,  hərəkətli  və  son  dərəcə  sadə  edilmiş 
fəsad yan tərəfləri ilə uyğunlaşdırılmağa çalışılmışdır (7, s. 48).  
 
Şəkil 4.Ərzurum Qoşa minarəli mədrəsənin stalaktit giriş baştağı (Aydın, 2008)  
 
Qoşa  minarəli  mədrəsə  üç  mərtəbəli  bir  nizama  sahib  olub,  üstü  açıq  bir  həyət  ətrafında 
otaqlar sıralanmışdır. Mədrəsənin qərb qanadında ölçülərlə eyni olan hücrə var. Bunun da təxminən 


242 
 
2,75x4,25  ölçülərindəki  hücrələri  üstü  beşik  tağla  örtülü  olub,  qapı  ərazisinə  açılan  bir  kiçik 
pəncərəli hücrələr yer almaqdadır. Mədrəsənin şərq divarında isə cənub şimal istiqamətində xaricə 
doğru bir genişləmə diqqəti çəkir. Şərq divarının iki yanlarında hücrələrin uzunluqlarının arasında 
fərq  meydana  gəlmişdir.  Şimali  cənub  istiqamətində  xaricə  doğru  bir  genişləmə  görülür.  Şərq 
divarında isə səkkiz hücrə vardır. Qərb divarında hücrələr kimi  bu hücrələr də qapı  başında kiçik 
pəncərələrdə  işıqlandırılır.  Mədrəsənin  cənub  şərq  küncündə  iştirak  edən  hücrələrin  ölçüləri 
digərlərindən daha  geniş (4,60) olub,  bu hücrələrin  tağları  iki qat  yüksəkliyindədir.  Bu hücrələrin 
işıqlandırılması üst qat çardağa açılan bir pəncərə vasitəsilə təmin edilir (6, s.11). 
Yer  qatındakı  hücrələrin  hər  biri  fərqli  olmaq  üzrə,  mukarnaslarla,  silmələr  və  həndəsi 
formalı  yelənlə  elə,  gülbəzəklərlə  bəzənmişdir.  Həyətdə  olan  şərq  və  qərb  eyvanları,  iki  qitədə 
hakim  şəkildə  yüksəldilmiş  olub,  şərq  eyvanı  ulduz  formalı  tağ,  qərb  eyvanı  çarpaz  tağla 
örtülmüşdür.  Bu  eyvanların  başlanğıc  kəmərləri  bir  basdırma  sütun  üzərinə  oturdulmuşdur. 
Başlanğıc kəmərlərinin həyətə baxan üzləri də dörd ədəd bəzəkli yelənlə örtülmüşdür. 
 
 Şəkil 5. Ərzurum Qoşa minarəli mədrəsə, Şərq eyvanındakı ulduz təsviri (Aydın,2008) 
Şimali ön sahədə olan daxili eyvan da memarlıq quruluş etibarı ilə yan eyvanlara bənzəyir, 
ayrıca sadə bir görünüşə malikdir. Cənubdakı eyvandan fərqli olaraq qalan yan divarları iki çardaq 
pilləsi  formasındadır.  Ana  eyvan  önündəki  pillələrdə  beş-beş  bəzək  yeləni  vardır.  Bunlardan  bir 
qismi kəmərin daxilini izləməkdə, bir qisimi də kəmərin ətrafında çərçivə meydana gətirməkdədir. 
Üst  qatın  planı  da,  zəmin  qatın  təkrarı  kimidir.  Hücrələr  ayrı  nərdivanlardan  çıxılan  dörd  bloka 
ayrılmışdır. Hər blok müstəqil bir bütünlük içindədir. Bu qat fasadları ayaqda tutan sütunlar, aşağı 
qatın çardaq sütunlarının üstündə dayanır. Rəvan tağlar çox sadə görünüşlüdür (6, s.12). 
       
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 6.Ərzurum Qoşa minarəli mədrəsə künbəzinin həndəsi hörgülü bəzəməsi (Aydın, 2008,) 
      
 Cənubi eyvanın dib divarına bitişik olan künbəz; gövdəsinin xarici səthi hər biri digərindən 
kaval  simlərlə  ayrılmış  on  iki  küncdən  meydana  gəlmişdir.  Künc  arasında  qalan  lövhələr  alt 
qisimlərində  olan  böyük  pəncərələr,  içdən  və  xaricdən  əhatə  edilmişdir.  Bu  sağır  kəmərlərin 
ayaqları  bir  basdırma  sütuna  oturdulmuşdur  (6,  s.13).  Şişuclu  künbəzi  on  iki  yarımsilindirə 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə