Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə120/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   113   114   115   116   117   118   119   120   121

246 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
NACİ EDİ 
Naxçıvan Dövlət Universiteti 
UOT:726                                                                                            
SƏLCUQİLƏR DÖVLƏTİ DÖVRÜNDƏ ŞƏRQİ ANADOLU  
VƏ NAXÇIVAN MİNARƏLƏRİ 
 
Açar  sözlər:  Səlcuqlar,  minarə,  silindrik  forma,  oktaqonal  bünövrə,  kərpic  hörmə  və 
haşiyələmə, şərəfə 
Keywords:  Seljuk  minaret,  cylindrical  shape,  octagonal  base,  brickwork  and  decoration, 
sherefe 
İslam  memarlığında  binaların  əsas  əlaməti  və  ayrılmaz  hissəsi  olan  minarələrin  inkişafını 
öyrənərək və təhlil edərək, onların  şəklini  dəyişməsini və fərqləndirilməsini izləyə bilərik.  Bunun 
sayəsində  səlcuq  memarlığında  onların  xüsusi  üslub  inkişafını  və  ümumiyyətlə  islamaqədərki 
memarlığın bir çox elementlərinin gözəl uyğunlaşmasını görürük. Minarənin səciyyəvi tikili növü 
kimi  formalaşması  ilə  bağlı  çoxsaylı  tarixi  tədqiqatlarda  Faros  mayakı  haqqında  əfsanələr  və 
“minarə”  sözünün  etimologiyası  qeyd  olunur.  Bu  söz  ərəb  dilində  “manar”  -  “mayak”  sözündən 
yaranaraq,  şübhəsiz,  memarlıq  tikilisinin  ilkin  funksiyasının  tarixi  təfsirinə  ziddiyyət  təşkil  etmir. 
Belə  ki,  məscidlərdə,  mədrəsələrdə  və  müqəddəs  ocaqların  yanında  yüksək  və  mütənasib  formalı 
tikililər təkcə ibadətə çağırış məqsədinə xidmət etmirdi, bunlar həmçinin işıq və od mənbəyi idi və 
gecə vaxtlarında səyahət edənlərə istiqaməti və dayanacaq yerini nişan verirdi.  
Minarələrin “mayak” vəzifəsi daşımasının başlanğıcı islamaqədərki dövrdə İranda müşahidə 
olunur və Zərdüştilikdəki memarlıq və ayin abidələri ilə bağlıdır.  Yuxarıda deyilən fikirlərin sübutu 
kimi,  Mehdi  Makvandinin  “İran  minarələrinin  fonunda  erkən  İslamdan  Səlcuqlar  dövrünə  qədər 
minarələrin  təkamülünün  tədqiqi”  [1]  məqaləsində  göstərilən  faktlara  əsaslana  bilərik.  Müəllif  öz 
məqaləsində  göstərir  ki,  minarə  və  ya  minarədən  əvvəlki  tikili,  əgər  belə  demək  olarsa,  yeganə 
“dayaq” idi ki, səyyahlar üçün keçid (yol göstəricisi, nişan) əhəmiyyəti daşıyırdı. Nümunə olaraq, 
qədim  alov  qüllələrini  göstərə  bilərik:  məsələn,  Nurabadda,  Mamasani  əyalətində  Əjdaha  qülləsi 
(Mil-e Ezhdeha) Parfiya dövrünə aid olub, dördbucaqlı planda, 7 metr hündürlükdə və özülünün 4 
metrə  yaxın  enində daşdan tikilmiş məbəddir; Firuzabadda, Fars əyalətində Sasanilər dövrünə aid 
Zərdüşti  qülləsi,  33  metr  yüksəklikdə,  xarici  divarı  boyu  qüllənin  zirvəsinə  doğru  yüksələn 
spiralvari pilləkənə malikdir (şəkil 1).   
 
Şəkil 1. Nurabadda Əjdaha qülləsi, İran, Parfiya dövrü; Firuzabadın mərkəzində Zərdüşti qülləsi
Sasani dövrü, yüksəklikdən görünüşü və qüllənin özü. 
Bu  qədim  abidələrdən  aydın  olur  ki,  islamaqədərki  İran  ərazisində  minarələrin  sələfi 
dördbucaqlı planlı qüllələr olmuşdur, onların inşasında daş, gips, bəzən qaya mənşəli və gil kərpic 
istifadə  olunurdu,  həmçinin  qülləni  xarici  divarı  boyu  onu  çevrələyən,  sanki  binanın  mərkəzi 
oxunun ətrafında dolanan, yuxarıya doğru spiralşəkilli pilləkənə malik idi [1]. Sonralar bu pilləkən 
minarələrin daxilində yerləşdirilir, həmçinin simmetriyanın oxu üzrə spiral şəklində yuxarıya doğru 
qalxaraq, eyvana və ya dama aparır. Eyni zamanda, onların formasını göylərə doğru yönələn şaquli, 


247 
 
uzadılmış və darlaşdırılmış şəkillərinə görə xarakterizə etmək olar ki, bu da hər bir minarənin əsas 
əlamətinə çevrilmişdir.  
Sonrakı  dövrlərdə  İranda  islamın  bərqərar  olmasından  sonra,  bu  cür  tikililərin  ilkin 
funksiyaları  saxlanılmaqla,  onlar  minarələrə  çevrilməyə  başladı.  Əlbəttə  ki,  İslam  memarlığı 
tarixində  minarələrin  -  formasına,  həcminə  və  yüksəkliyinə,  xarici  və  daxili  işləmələrinə  görə 
fərqlənən  çox  sayda  müxtəlif  növləri  mövcuddur.  Şərqi  Anadolunun  və  Naxçıvanın  Səlcuq 
memarlığına  aid  minarələri  özünəməxsus  fərqli  xarakteristikalara  malikdir.  Təsadüfi  deyil  ki, 
verilmiş  material  coğrafi  baxımdan  İrandan  başlayır,  belə  ki,  Səlcuq  tipli  minarələrin  inkişafı  və 
transformasiyası məhz buradan qaynaqlanır.  
Baxmayaraq  ki,  İranın  minarə  -  qüllələri  başlanğıcda  şaquli  paralelepiped  formasında 
dördbucaqlı planlı idi (bu da müəyyən dərəcədə bir çox minarələrin postamentində öz əksini tapmışdır, 
məsələn, Siirtdə Came məscidinin minarəsinin bünövrəsində olduğu kimi), sonradan onlar ellin - Aralıq 
dənizi tipini qəbul etmişdir ki, bu özü də, şübhəsiz, İslam memarlığının təsiri altında olub, silindrik və 
dairəvi planlı idi [1]. Həmçinin, onlarda bir eyvan - şərəfə vardır ki, bu da minarənin ümumi həcmini və 
dekorativ  kərpic  naxışlarını  vizual  olaraq  “bölürdü”.  İranda  minarələrin  bu  tipi  səlcuq  türklərinin 
gəlişinə  qədər  qorunub  saxlanılmışdı,  daha  sonra  isə  onlar  tərəfindən  uyğunlaşdırılaraq,  Müsəlman 
Asiyasının  böyük  hissəsində  yayılmışdı,  bu  da  Məğrib  dövlətlərindəki  minarələrdən  köklü  surətdə 
fərqlənirdi.  
Öz  növbəsində,  Şərqi  Anadoluda  Səlcuq  minarələri  tədricən,  regional  ənənələrdən  asılı 
olaraq,  öz  həcminin  xarici  səthinin  təmtəraqlı  bəzəkləri  ilə  zənginləşdi,  bu  da  səlcuqların  fəth 
etdikləri  xalqların  memarlığındakı  bədii  üsullara  demokratik  münasibətini  bir  daha  təsdiq  edir. 
Həmçinin məlumdur ki, müəyyən əsrlərə qədər ibadət  yerlərində  - məscid və ya mədrəsələrdə bir 
minarə inşa olunmuşdur. Lakin məhz səlcuqlar simmetrik qoşa minarələr tikməyə başlamışlar, XII 
əsrdə  [2]  isə  bu,  inkişaf  etdirilmişdir,  bu  cür  minarələr  binaların  girişində  də  inşa  olunmuşdur. 
Hətta,  portalların  əsas  bədii  xüsusiyyəti  kimi  qeyd  olunaraq,  portalların  və  piştağların  (“çiyinlərə 
qoyulmuş  minarələr”)  bir  hissəsinə  çevrilmişdir.  Minarələr,  həmçinin,  məscidlərin  damında  da 
tikilirdi,  buna  çox  sayda  misallar  göstərə  bilərik,  məsələn,  Harputda  Came  məscidinin  damındakı 
minarə  bu  qəbildəndir.  Eyni  zamanda,  bünövrənin  planı,  dekorlaşdırma  və  naxış  işləmələrinin 
metodları dəyişilə bilərdi.  
Şərqi  Anadoluda  bir  neçə  minarə  nümunəsini  nəzərdən  keçirək.  Ani  şəhəri  ərazisində, 
Arpaçayın  sahilindəki  dağın  ətəklərində  inşa  olunmuş,  Şəddadilər  sülaləsinə  aid  Əmir  Əbül 
Mənüçöhr  məscidinin  minarəsi,  hər  şeydən  əvvəl,  özünün  memarlıq  həllinə  görə  maraq  doğurur. 
Məlumdur  ki,  bu,  1072-ci  ildə,  səlcuq  türkləri  tərəfindən  Şərqi  Anadoluda  tikilmiş  ilk  məsciddir. 
Binanın şimal-qərb küncündə hündür, səkkizguşəli minarə ucalır ki, şimal tərəfdən yüksəkdə onun 
üzərində kufi hərfləri ilə ərəbcə “Bismillah” sözü həkk olunmuşdur (şəkil 2).   
Şəkil  2.  Anidə  Əbül  Mənüçöhr 
məscidinin  minarəsi  (1072);  minarənin 
həcminin  üzərində  “Bismillah”  yazısı 
görünən  hissəsi  və  daş  sürahinin 
mukarnas qalıqları. 
Dairəvi  vintşəkilli  pilləkən  saat 
əqrəbinə  əks  istiqamətdə  mərkəzi  ox 
ətrafında  minarənin  zirvəsinə  qədər 
burulur. 
Yuxarıya 
doğru  getdikcə, 
interyer bir böyük pəncərə ilə, daha sonra 
bir  neçə  kiçik  pəncərələrlə  işıqlandırılır. 
Ola bilər ki, böyük pəncərə ikiqat idi, məscidin eyvanına çıxış kimi, buna doğru 99 pilləkən yerləşirdi, 
indi 93 pilləkən qalmışdır. Hazırda üst hissə tam açıqdır, əvvəllər burada eyvanı səkkizguşəli çardaqla 
haşiyələyən daş sürahi olmuşdur və onun qalıqlarından görünür ki, o, mukarnaslarla bəzənmişdir [3]. 
Minarənin  mövqeyi  məscidin  digər  hissələrinə  nisbətən  pis  uyğunlaşdırılmışdır  və  qapı  yerinin 
konstruksiyası  göstərir  ki,  o,  başlanğıcda  ayrıca  qoyulmuş  vəziyyətdə  olmuşdur  və  binanın  digər 
hissələrinin  tamamlanmasından  daha  əvvəl  tikilmişdir.  Yalnız  polixrom  daşlardan  ibarət  hörgü  (bu 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə