Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə17/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   13   14   15   16   17   18   19   20   ...   121

35 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
                             NADİR  İSMAYILOV     
                                                                         Naxçıvan  Dövlət  Universiteti 
UOT  82: 316. 3 
ƏHMƏD CƏMİL VƏ  UŞAQ  ƏDƏBİYYATI 
 
Açar sözlərAzərbaycan ədəbiyyatı, uşaq ədəbiyyatı, Əhməd Cəmil 
   
Key wordsAzerbaijan literature,  children’s  literature,  Ahmed Jamil 
  
Ключевые словаАзербайджанская литература, детская литература, Ахмед Джамил    
 
Əhməd Cəmil (1913-1977) XX əsr Azərbaycan poeziyasının inkişafında mühüm xidmətləri 
olan  tanınmış  şairlərdəndir.  Onun  ideya-bədii  mükəmməlliyə  malik  əsərləri  ədəbiyyatımızın 
zəngin–ləşməsində özünəməxsus rol oynamışdır. Əhməd Cəmilin yaradıcılıq fəaliyyətinin mühüm 
bir qolunu  da uşaq  ədəbiyyatı nümunələri təşkil  edir. Onun uşaqlar üçün  yazdığı  şeirlər mövzuca 
müxtəlif olduğu kimi, sənətkarlıq axtarışlarının dolğunluğu ilə də diqqəti çəkir.  
Əhməd  Cəmilin  uşaqlar  üçün  yazdığı  ən  məşhur  şeirlərdən  biri  “Can  nənə,  bir  nağıl  de!” 
adlanır (1, s.62-63). Akademik Bəkir Nəbiyev bu şeir barədə yazmışdır: “Can nənə, bir nağıl de!” 
şeiri  Böyük  Vətən  müharibəsinin  başlamasından  bir  qədər  əvvəl  yazılsa  da,  müharibə  dövrünün 
əhvali-ruhiyyəsi və hadisələri  ilə qəribə  şəkildə səsləşirdi. Atası orduya getmiş balaca bir oğlanla 
onun nənəsi  arasında soyuq qış  gecəsində  gedən adi  bir dialoq onların  hər ikisinin  daxili  aləminə 
baş  vurmaq,  hansı  hisslər  və  arzularla  yaşadıqlarını  görmək  üçün  geniş  imkan  verir.  Bu  şeirdə  
Ə.Cəmil  uşaq  psixologiyasına  son  dərəcə  həssas  yanaşmağı,  kiçik  yaşlıları    dərindən  müşahidə 
etməyi bacaran bir sənətkardır” (6, s.74).  
1940-cı ildə qələmə alınmış bu dolğun əsər atası ordu sıralarında olan balaca uşaqla nənəsi 
arasında  mükalimə  üzərində  qurulmuşdur.  Şeirdə  müəllif    həm  nənənin,  həm  də  nəvənin  qəlb 
aləmini  çox  təsirli  və  təbii  detallar  vasitəsi  ilə  canlandırmışdır.  Üstəlik  burada  uşağın  atası,  yəni 
nənənin  ordu  sıralarında  olan  oğlu  haqqında  da  söhbət  gedir.  ”Süjetli  şeirin  nadir  nümunəsi  olan 
“Can  nənə,  bir  nağıl  de!”  şeirində    Ə.Cəmil  üç  surət  yaratmışdır:  Nənə,  Nəvə,  cəbhədə  döyüşən 
Ata” (4, s.224). 
Əsərin  əvvəlində  təsvir  olunur  ki,  soyuq  qış  axşamıdır,  şaxta  qılınc  kimi  kəsir.  Belə  bir 
vaxtda nənə öz nəvəsini yatırtmaq üçün nağıllar desə də uşaq bununla kifayətlənmir, yenə də nağıl 
istəyir: 
-Ay nənə, bir nağıl de!  
-Ömrüm-günüm, yat daha,  
Hamısını  indi desəm, nağıl qalmaz sabaha.  
-Can nənə, de birini də.  
-Ağrın alım, sözə bax.  
Evimizdə səndən savay, gör heç varmı bir oyaq?  
Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan
Taxt üstündə məstan pişik, odur yatıb bayaqdan.  
Ört üstünü, dərdin mənə, bax, eşikdə yel əsir.  
-Qar yağırmı?  
-Elə yağır…sazaq qılınc tək kəsir…  
Körpə  yeni  düşüncələrə  baş  vurur,  atasının  divardan  asılmış  şəklini  görərək  nənəsindən 
soruşur  ki,  görəsən,  indi  atam  haradadır,  belə  şaxta  onu  üşütmür  ki?  Nənəsi  isə  bu  zavallı  uşağı 
ovutmaq,  rahatlamaq  üçün  müvafiq  cavablar  verir.Bütün  bunlar  şair  tərəfindən  böyük  həssaslıqla 
canlandırılmışdır: 
-Ömrüm günüm, körpə quzum, qurban olum adına,  


36 
 
Niyə köks ötürürsən o düşəndə yadına?  
Atan yazır: “…Hələ xoşdur bu tərəfdə havalar.”  
Deyir, oğlum darıxmasın, görüşərik bu bahar…  
Bağçalarda çiçək açar gülöyşə nar, yasəmən,  
Qaranquşla bir zamanda qayıdaram kəndə mən…  
 Qayğıkeş nənənin təsəllisi uşağın yeni düşüncələrinə rəvac verir: 
 -Onda, nənə, ay nənə! 
Qoy kəsməyək ağ toğlunu, qalsın atam gələnə… 
Bunun  ardınca  nənə  uşağın  qəlbini  sakitləşdirmək  üçün  atasının  gələcəyi  günü  təsvir  edir. 
Şirin  xəyallara  dalan  uşaq,  axır  ki,  yuxuya  gedir.  Beləliklə,  yazıçı  Mehdi  Hüseynin  qeyd  etdiyi 
kimi:  “Burada  lirika  da  vardır,    xəfif  bir  kədər  də,  bahar  ətri  verən  bir  sevinc  də”  (3,  s.316). 
Aşağıdakı misralar da məhz nəvənin ovqatında sevinc notlarının qabarıqlaşmasının təzahürüdür: 
Körpə güldü…həsrət qonan gözlərindən uçdu qəm, 
Öpdü onun xəyalını indi gözəl bir aləm… 
 Bu  şeirdə  balaca  uşağın  psixologiyasının  mükəmməl  təqdimi  ilə  yanaşı,  qayğışeş  nənənin  
qəlb  aləmi  də  məharətlə  təqdim  olunmuşdur.  “Şair  nənə  və  nəvənin  daxili  düşüncə  və  arzularını, 
hiss  və  xəyallarını  sadə,  səmimi,  təbii,  eyni  zamanda,  hüzn  və  sevinc  qarışıq  romatik  boyalarla 
təsvir  etmişdir”  (5,  s.  219).  Ədəbiyyatşünaslıqda  vurğulandığı  kimi,  bu  şeir    “mövzu,  ideya  və 
sənətkarlığına  görə  müharibə  dövrü  və  ondan  sonra  müharibə  problematikasına  həsr    edilmiş  ən 
yaxşı əsərlərdən biri hesab olunur” (2, s.344). 
 Əhməd  Cəmilin  1941-ci  ildə  yazdığı  irihəcmli  “Şaxta  baba”  şeiri  (1,  s.72-76)  müharibə 
dövrünün həyəcanlı  psixologiyası ilə uşaqların yeni il şənliyini vəhdətdə təcəssüm etdirən maraqlı 
bədii  nümunədir.  Şeirin  adından  sonra  “uşaqlara  yeni  il  hədiyyəsi”  qeydi  verilib.  Əsərdə  yığcam 
süjet elementləri də vardır. Şeirin əvvəlində qarlı-boranlı yeni il axşamı təsvir olunur.Kənddə hamı 
evlərə  çəkilib.  Evlərin  birində  Tapdıq  dədə  nağıl  danışır,  Başqa  bir  evdə  isə  uşaqlar  toplaşıb 
şənlənirlər.  Ayaz  adlı  bir  oğlanın  oxuduğu  mahnı  müharibə  dövrünün  ovqatını  ədəbi  müstəviyə 
gətirir:  
Külək, sən qılınc ol, əs,  
Qar sən də yolları kəs;  
Meşələr uğuldasın,  
Düşsün dağa, daşa səs!  
Şaxta, sən də divan tut!  
Donsun faşist adlı qurd.   
Bunun ardınca isə əsas mətləbə diqqət yönəldilir, Şaxta babanın gəlişi təsvir olunur. Həmin 
hissə  on  illərdən  bəridir  ki,  uşaqların  dilinin  əzbəridir.  Ayazın  nəğməsi  bitincə  qapını  külək  açır. 
Evə soyuq hava, qar, boran dolur. Bəlli olur  ki, gələn Şaxta babadır. Müəllif dəqiq detallar vasitəsi 
ilə Şaxta babanın zahiri portretini məharətlə canlandırmışdır: 
 Saç-saqqalı tamam ağ,  
Başında qardan papaq,  
Girdi evə bir qoca,  
Boyu çinardan uca.  
Yapıncısı buz kimi,  
Parlayır ulduz kimi  
Qotazlı qar xurcunu,  
Uşaqlar görcək bunu,  
Alıb dövrəyə həmən,  
Tutdular ətəyindən. 
 Uşaqların  sualına  cavab  olaraq  Şaxta  baba  buraya  gələnədək  keçdiyi  yollardan,  üzləşdiyi 
çətinliklərdən  söz açır:  
Fikrə getdi bir qədər.  
Dedi: -Əziz körpələr!  
Qarlı dağlar aşaraq,  


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə