Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə18/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   14   15   16   17   18   19   20   21   ...   121

37 
 
Çox ellər dolaşaraq,  
Dağlarda qurdum dəyə,  
Gəldim sizi görməyə…  
 Şeirin  sonrakı  bölümlərində  Şaxta  babanın  uşaqlara  xurcunundan  yeni  il  hədiyyəsi 
paylaması,  sonra  isə  onlarla  vidalaşaraq  getməsi  təsvir  olunur.  Ümumiyyətlə,  “Şaxta  baba”  şeiri 
ideya-bədii mükəmməlliyi ilə təsirli sənət əsəridir. 
 Əhməd Cəmilin 1968-ci ildə uşaqlar üçün yazdığı “Təzə il” şeiri də dəyərli bədii nümunədir 
(1,  s.251-252).Əsərin  əvvəlində  “bağça  uşaqlarına”  qeydi  vardır.  Uşaq  ədəbiyyatımızın  populyar 
örnəklərindən olan bu şeirdə balacaların yeni il arzuları özünün dolğun, həm də sadə, təbii ifadəsini 
tapmışdır. Şeirdəki kolorit, məişət lövhələri ilə bağlı düşüncələr də diqqəti çəkir: 
Təzə il! Gəzə-gəzə!  
Gəl bizim eli bəzə!  
Yağış gətir,qar gətir,  
Günəşli bahar gətir.  
Taxılçı taxıl əksin,  
Suçu düzə su çəksin.  
Bağ salsın qoca bağban,  
Bar qonsun budaqlara…  
Haraylasın gənc çoban  
Sürünü otlaqlara…  
 Şairin  uşaqlar  üçün  qələmə  aldığı  şeirlərin  bir  qismi  də  bilavasitə  vətənpərvərlik 
mövzusundadır. Belə nümunələrdə şair böyüməkdə olan nəsilləri vətənə məhəbbət ruhunda tərbiyə 
etməyi  bir məqsəd olaraq önə  çəkmişdir.  Bu baxımdan 1940-cı  ildə  yazdığı  “Vətən” şeirinə  nəzər 
salmaq  yerinə  düşər  (1,  s.55).  Şeirdə  bir  tərəfdən  doğma  yurdun  təbii  gözəllikləri  tərənnüm 
olunmuş, digər tərəfdən də vətənə bəslənilən böyük məhəbbət özünün bədii təqdimini tapmışdır: 
Ey Vətən, ana Vətən,  
Heyranam, sənə,Vətən!  
Dupduru göllərin var,  
Yamyaşıl çöllərin var,  
Dağların baş-başadır,  
Düzlərin tamaşadır…  
Nə gözəldir qucağın,  
Doğma odun, ocağın!.. 
Sən dünyanın gözüsən!  
Taleyimin özüsən!  
Sevirəm bayrağını,  
Öpürəm torpağını!  
1945-ci  ildə  qələmə  aldığı  “Bizim  düşərgə”  şeirində  isə  (1,  s.108-110)  Əhməd  Cəmil  yay 
tətili  günlərində  dağ  döşündəki  düşərgədə  istirahət  edən  balaca  məktəblilərin  həyatından  maraqlı 
lövhələr  yaratmışdır.  Əsərdə  iki  cəhət  ön  planda  dayanır.  Müəllif  bir  tərəfdən  doğma  vətən 
təbiətinin  əsrarəngiz  gözəlliklərini,bu  yerlərin  ulu  keçmişini  misralara  düzümləyir,  bu  yolla 
məktəblilərə  müvafiq  bilgi  vermək  məqsədi  daşıyır.  Digər  tərəfdən  də  hər  şeyi  öyrənməyə,  bilik 
dairəsini zənginləşdirməyə can atan çalışqan  balaların fəallığını diqqət mərkəzinə çəkir: 
Çiçək, böcək, mamır, daş- 
Harda nə tapır hərə. 
Adıyla, nişanıyla 
Tez qeyd edir dəftərə. 
Kimini düşündürür 
Dağların dərin qatı. 
Kimi kənddə toplayır 
Nağıl, qoşma, bayatı… 
Gəzirik,öyrənirik 


38 
 
Hər gün bu yerləri biz. 
Sevimlidir, gözəldir
Səfalıdır ölkəmiz! 
 Bütünlükdə  bu  şeir  uşaqlarda  doğma  yurda  məhəbbət  hissləri  aşılayan  dəyərli  bədii 
nümunədir. 
O  zaman  Azərbaycanda  uşaqlar  üçün  nəşr  olunan  “Göyərçin”  jurnalı  kiçikyaşlı  məktəblilər 
tərəfindən  böyük  sevinclə  qarşılanırdı.  Balaca  oxucular  onun  səhifələrində  maraqlı  bədii 
nümunələrlə,  diqqətəlayiq  yazılarla  tanış  olurdular.  1957-ci  ildə    bu  jurnalın  nəşrə  başlamasını 
alqışlayan  Əhməd  Cəmil  onun  ilk  sayının  çapdan  çıxması  münasibəti  ilə  “Göyərçin”  adlı  şeir 
yazmış (1, s.173-174), balaca oxucuların sevinc hisslərini bədii şəkildə ümumiləşdirmişdir: 
Göyərçinim, ağ quşum,  
Gəl qoşa uçaq, quşum!  
Bakının göylərindən,  
Xəzərin üzərindən,  
Gəl, uçaq uzaqlara,  
Qoşulaq uşaqlara…  
Hər zəmidən bir sünbül,  
Hər bağçadan qızılgül  
Toplayıb qucaq-qucaq,  
Gəl, uçaq,uçaq,uçaq!..  
 Əhməd  Cəmil  sonralar  da  bu  mövzuya  müraciət  etmiş,  “Göyərçin”  jurnalının  nəşrə 
başlamasının iyirmi illiyi ilə əlaqədar eyniadlı şeir yazmışdır (1,s.328). Həmin şeirdə də uşaqların 
bu jurnala sevgisi özünün müvafiq bədii təcəssümünü tapmışdır: 
“Göyərçin”, ay “Göyərçin”! 
Sözü təzə “Göyərçin”!  
Uç gəl hər ay, “Göyərçin”!  
Uç, günəşli nağıllar 
Gətir bizə, “Göyərçin”!  
Əhməd Cəmilin uşaqlar üçün yazdığı əsərlər sırasında 1977-ci ildə qələmə aldığı “Nigar” adlı 
iki şeiri də özünəməxsus yer tutur (1, s.303-304). Birinci şeir nəvəsini dərin məhəbbətlə sevən. onun 
hər nazı ilə oynayan babanın dilindən verilmişdir: 
Nigar mənim nəvəmdir,  
Mən onun babasıyam.  
Nigara don almışam, 
Papış da alasıyam.  
Nigar təzə oturur,  
O, yaxşı bardaş qurur.  
Əlindən yapışanda  
Ayaq üstə də durur… 
 İkinci  şeir  isə  nənənin  dilindən  verilməklə  bir  el  adətinin  bədii  təcəssümünü  də  özündə  əks 
etdirir.  Bəllidir  ki,  qədimdən  bəri  uşaq  yenicə  diş  çıxaranda  hədik  qoyarlar.  Ə.Cəmil  də  bu  şeirdə 
diş çıxaran balaca Nigar üçün hədik qoyulmasını təbii boyalarla təsvir etmişdir:  
Nənə deyir: - Bu Nigar  
Gündə bir təzə oyun,  
Gündə bir iş çıxarır.  
Yox, deyirəm, nənə, yox!  
Buğda tök, hədik bişir,  
Balamız diş çıxarır.  
Əlbəttə, Əhməd Cəmilin uşaq ədəbiyyatı sahəsindəki əsərləri bunlarla məhdudlaşmır və daha 
geniş  tədqiqat  tələb  edir.  Biz  burada  bir  sıra  səciyyəvi  nümunələrə  toxunmaqla  kifayətlənirik. 
Bütövlükdə istedadlı şair Əhməd Cəmil Azərbaycan uşaq ədəbiyyatı tarixində özünəməxsus mövqe 


39 
 
tutur.  Onun  uşaqlar  üçün  yazdığı  şeirlər    mövzu  əlvanlığı,  ideya  aydınlığı,  bədii  kamilliyi  ilə 
səciyyələnir və bu gün də əhəmiyyətini itirməmişdir. 
 
 
 
ƏDƏBİYYAT 
 
1. Cəmil Ə. Əsərləri. Bakı,  Azərnəşr, 1988, 336 s. 
2. Əhmədov B. XX  əsr  Azərbaycan  ədəbiyyatı:  mərhələlər,istiqamətlər,  problemlər. Bakı, Elm 
və təhsil, 2015, 552 s. 
3. Hüseyn M. Əsərləri, 10 cilddə, 9-cu cild. Bakı: Yazıçı, 1979, 634 s. 
4. Müasir Azərbaycan ədəbiyyatı, iki cilddə, 1-ci cild. Bakı, Bakı Universiteti nəşriyyatı, 2007, 
504 s. 
5. Namazov Q. Azərbaycan uşaq ədəbiyyatı. Bakı, Bakı Universiteti nəşriyyatı, 2007, 444 s. 
6. Nəbiyev B. Kamalın təntənəsi. Bakı, Yazıçı, 1981, 407 s. 
  
 
ABSTRACT 
                                                                                              Nadir Ismailov 
 Ahmed Jamil and children’s  literature 
 
Ahmed  Jamil  (1913-1977)  is  one  of  the  most  prominent  represantatives  of  the  Azerbaijani 
literature of  XX century. His poetry is rich with deer humanistic sences and qualities. 
The article has been dedicated to the lyrics of Ahmed Jamil. In this paper attention is directed 
to  the  various  phase’s  of  literary  activities  Ahmed  Jamil’s  .  There  stages  are  investigated  on  the 
basis of those examples, facing a poet and made appropriate conclusions. 
 There  have  been  analysed  charakteristic  works,  their  idealogial-literary  features  have  been 
clarified. There are have been telis opinions about his poetic style and on the examples of verse are 
exposed main features of his poetry. 
 
 
РЕЗЮМЕ 
Надир  Исмаилов 
Ахмед Джамил и  детская  литература 
 
Ахмед  Джамил  (1913-1977)  является  одним  из  выдающихся  представителей  азер-
байджанской  литературы  двадцатого  века.  Его  поэзия  пронизана  гуманизмом,  глубокими 
чувствами.  
Статья  посвящена  лирике  известного  поэта  Ахмеда  Джамила.  В  статье 
рассматриваются  разные  этапы  творчества  поэта.  Здесь  на  основе  примеров  исследуются 
темы, к которым обращался поэт на этих этапах, и сделаны некоторые вводы. 
В  статье  анализириуются  характерные  произведения,  связанные  с  темой,  выявляются 
их идейно-художественные особенности. Здесь высказываются мнения о поетическом стиле 
поэта, а также выявляются главные особенности его поэзии на стихотворных примерах.  
  
  
 
 
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni  çapa  təqdim  etdi:  Filologiya  üzrə  elmlər  doktoru, 
professor  H.Həşimli 
 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə