Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə20/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   16   17   18   19   20   21   22   23   ...   121

42 
 
Cavidmi torpağa? Söz tarixindi.     (5, s.130-131)  
 Tanımış  şair  Zəlimxan  Yaqub  da  ulu  Cavidin  cənazəsinin  qalıqlarının  Sibirdən, 
Maqadandan  gətirilərək  Naxçıvanda  dəfn  olunmasını  poetik  fikrin  diqqət  mərkəzinə  çəkmişdir. 
Onun “Cavid əfəndi” şeirindəki aşağıdakı misralar bu baxımdan xarakterikdir:  
 
Yandı urək, coşdu könül, düşündü baş, yaratdı əl, 
Qalx məzardan, Cavid adlı heykəllərin seyrinə gəl. 
Nurun Gunəş, qəlbin atəş, gözün ocaq, sözün məşəl, 
Bostanına yağan daşlar necoldu, Cavid Əfəndi! 
 
 
İnam səndə, şərəf səndə, dözüm səndə, səbir səndə
Sən qurbətdə, sən Sibirdə, qurbət səndə, Sibir səndə. 
Qırx illik bir yoldan gəldi, quşa döndü  qəbir səndə, 
Maqadandan Naxçıvana köç oldu, Cavid Əfəndi!  (10,  s.143)  
 Tanınmış şair Asim Yadigarın “!Ulu Cavid” şeirində bir zamanlar haqsız ittihamlara hədəf 
olan  dahi  şairin  yenilməz  şəxsiyyəti,    əzəməti  diqqət  mərkəzinə  çəkilmiş,  onun  sənəti  ilə  mənəvi 
ölümsüzlük  qazanması  vurğulanmışdır.Şeirdə  həmçinin  Naxçıvanda  məqbərədə    birgə  uyuyan 
Cavidlərin son mənzildə nəhayət ki, qovuşması da özünün poetik təcəssümünü tapmışdır:  
 
Hansı yolla getmiş idin, necə gəldin, yoluna bax, 
Kimlər yatır sənlə qoşa-sağına bax, soluna bax. 
Mişkinaz tək el anası, Ərtoğrul tək oğluna bax, 
Cafakeşlər cəfakeşi, o, Turandı, ulu Cavid! 
 
Necə varsan, elə qaldın,- daha ötkəm, daha məğrur
Əbədiyyət yolçususan, qəlbində od, gözdə qürur. 
Əyilməzlik simvolusan, qazancın bu, haqqın budur, 
Sənət yolun bir işıqlı  kəhkəşandı, ulu Cavid! (11, s.41)  
 Azərbaycan  ədəbiyyatında  ustad  Hüseyn  Cavid  və  onun  ailə  üzvləri  haqqında  çoxsaylı  və 
müxtəlif səpkili şeirlər yazıldığı kimi, son illərdə bəzi poemalar da qələmə alınmışdır.  
Xalq şairi Zəlimxan Yaqubun “Cavidin qız balası” poemasında  mütəfəkkir şair-dramaturqla 
bağlı lirik düşüncələrin bədii təqdim üsulları maraq doğurur. Poemada  görkəmli ədibin qızı Turan 
xanım  Cavidin  şəxsiyyəti  və  taleyi  barədəki  poetik  düşüncələr    ideya-bədii  təsir  gücü  ilə  oxucu 
qəlbinə yol tapır. 
Şairə-dramaturq Nafilə Abuzərlinin Hüseyn Cavidə həsr etdiyi  “Eşq mələyi” poeması da bu 
baxımdan xarakterikdir. Tanrısı  gözəllik  və sevgi olan Hüseyn Cavidə poetik ehtiramdan  yaranan 
həmin poema əsasında Azərbaycan televiziyasında hazırlanmış “Ah, ədalət!” adlı kompozisiyanı da 
xatırlatmaq yerinə düşər. 
 Azərbaycan  poeziyası  ilə  yanaşı,  bədii  nəsrində  də  Hüseyn  Cavidə  həsr  olunmuş  bir  sıra 
əsərlər  vardır.  Bu  sahədə  ilk  nümunə  tanınmış  akademik  və  yazıçı-publisist  Rafael  Hüseynov 
tərəfindən  yazılmışdır.  Onun  1984/1985-ci  illərdə  qələmə  aldığı  “Cavidlər”  sənədli  romanı 
bütövlükdə Hüseyn Cavid haqqında dəyərli əsərdir.  
Ümumiyyətlə,  Rafael  Hüseynovun  Hüseyn  Cavidə  və  onun  ailə  üzvlərinə  həsr  olunmuş 
“Cavidlər”  sənədli  romanı  və  digər  əsərləri  (6)  elmiliklə  bədiiliyin,  sənədliliklə  lirik-fəlsəfi 
düşüncələrin,  bədii  yozumların  vahid  məcrada  və  böyük  məharətlə    təcəssümü  ilə  səciyyələnir. 
Cavidin  şəxsiyyəti,  bioqrafiyası,  mühiti,  müasirləri  ilə  bağlı  bir  çox  mətləblərin  və  səhifələrin  ilk 
dəfə  R.  Hüseynov  tərəfindən  sənədli-bədii  tərzdə  təqdimi  məsələləri,  Cavidin  tanıtdırılması  və 
dərkində həmin  əsərlərin mühüm rolu da ayrıca qeyd olunmalıdır.  
 Bütövlükdə Rafael Hüseynovun “Cavidlər”  əsəri Azərbaycan sənədli bədii nəsrində orijinal 
və dəyərli nümunədir.  Xalq  yazıçısı Anar Rafael Hüseynovun bu əsərini yüksək qiymətləndirərək 
obrazlı şəkildə belə yazmışdır: “Cavidlər” sənədli romanının oduna-atəşinə, yəqin ki,  heç bir cihaz 
davam gətirməzdi. Həm bəhs olunan hadisələrin faciə şiddəti, həm də müəllif qəlbinin  odu-alovu o 


43 
 
qədər gurdur ki,  öz- özünə alışan əşyalar kimi, bu səhifələrin də sanki birdən-birə yanıb külə dön-
mək ehtimalı var” (6, s.605). 
Tanınmış  yazıçı  Anarın    “Cavid  ömrü”  filmi  üçün  yazdığı  kinossenari  epik  və  dramatik 
səpkili,  tarixilik  və  müasirlik  keyfiyyətlərinə  malik  dəyərli  bədii    mətn  kimi  ideya-bədii 
mükəmməlliyə malikdir. 
 
Xalq  yazıçısı,  bir  sıra  tarixi  romanlar  müəllifi  Hüseyn  İbrahimovun  repressiya  qurbanı 
olmuş Hüseyn Cavidin faciəli taleyinə həsr edilmiş  “Böhtan” romanında (7)  müasirlik və tarixilik, 
sənətkar  və  zaman  probleminin  bədii  təcəssümü  kimi  məsələlər  diqqəti  çəkir.  Əsərin  ideya-bədii 
məziyyətləri,  tematikası,  problematikası,  obrazlar  aləmi,  süjet-kompozisiya  xüsusiyyətləri,  üslub 
özəllikləri  və  s.  tarixi  nəsrin  əsas  prinsiplərinə  uyğundur.  Mütəfəkkir  ədibimizin  böhtanlara 
mətanətlə sinə gərən yenilməz xarakterinin, faciə ilə tamamlanan ömür yolunun tarixi romanda epik 
təqdimi də ayrıca vurğulanmalıdır. Azərbaycan tarixi nəsrinin tanımış tədqiqatçısı professor Yavuz 
Axundlu  “Hüseyn  Cavid  haqqında  ilk  roman”  adlı  məqaləsində  “Böhtan”  barədə  yazmışdır: 
“Romanda  tarixi  sənədlərlə,  faktlarla,  canlı  xatirələrlə  bir  sırada  müəllif  təxəyyülündən  doğan 
səhnələr,  təsvirlər  qaynayıb  qarışır,  təbii  ki,  bunlar  yazıçı  ustalığı,  məharəti  sayəsində  bir-birini 
tamamlayır” (2, s. 112). 
 Xalq  yazıçısı Anarın  “Cavid ömrü” bədii filmi üçün yazdığı kinossenari epik və dramatik 
səpkili,  tarixilik  və  müasirlik  keyfiyyətlərinə  malik  dəyərli  bədii  mətn  kimi  ideya-bədii 
mükəmməlliyə malikdir. 
Hüseyn  Cavidin  bədii  obrazı  Azərbaycan  dramaturgiyasında  da  özünəməxsus  yer  tutur. 
Şairə-dramaturq  Kəmalə  Ağayevanın  Hüseyn  Cavidə  həsr  etdiyi  “Mənim  tanrım  gözəllikdir, 
sevgidir”  mənzum  dramında  Hüseyn  Cavidin  müxtəlif  əsərlərindən  seçilmiş  parçalardan  istifadə 
məqamları,  onların  ideya-bədii  arxitektonikada  mövqeyi  və  ədəbi  funksiyası  maraq  doğurur.  
Dramaturgiyamızda  Stalin  repressiyasını  pisləyən  ilk  örnəklərdən  biri  olan  bu  mənzum  dram 
Naxçıvanda Cavid poeziya teatrının səhnəsində tamaşaya qoyulmuşdur. 
Son dövr Azərbaycan dramaturgiyasında Hüseyn Cavidə həsr olunmuş bəzi  yeni əsərlər də 
qələmə  alınmışdır.  İsgəndər  Atillanın  3  hissəli  “Cavid”  dramı  (3),  Nafilə  Abuzərlinin  “Hüseyn 
Cavid”  (1),  Həsənəli  Eyvazlının  “Ərtoğrul  Cavid,  yaxud  bir  ailənin  dramı”  əsərləri  bu  baxımdan 
xarakterikdir.  İ.Atillanın və  N. Abuzərlinin  əsərlərində  Hüseyn Cavidin şəxsiyyəti və  keşməkeşli 
ömür  yolunun   dramatik təqdimi  məsələləri, xüsusən Hüseyn Cavid   obrazı,   həmçinin  ədibin ailə 
üzvləri və bəzi müasirləri ilə bağlı məqamlar diqqəti çəkir.  
Həsənəli  Eyvazlının  “Ərtoğrul  Cavid,  yaxud  bir  ailənin  dramı”  adlı  iki  pərdəli,  doqquz 
şəkilli  mənzum  faciəsində  (4,s.  3-70)  Cavidlər  ailəsinin  faciəli  taleyi  və  bu  aspektdə  Hüseyn 
Cavidin həyatdan vaxtsız köçmüş istedadlı oğlu  Ərtoğrul Cavidin ömür  yolunun dramatik təqdimi 
əsas  yeri  tutur.  H.Eyvazlı  bu  pyesdə  süjetin  inkişafı  boyunca  mövzunun  xarakterinə,  dramaturji 
situyasiyalara  uyğun  olaraq  H.Cavidin  əsərlərindən,  xüsusən  “İblis”  dramından  bəzi  parçaları  da 
əsərə daxil etmiş, onların ideya-bədii baxımdan əsərlə üzvi surətdə bağlanmasına da nail olmuşdur. 
Deyilənlər  göstərir  ki,  ustad  sənətkarımız  Hüseyn  Cavid  haqqında  Azərbaycan  ədəbiy–
yatında müxtəlif janrlarda bir çox dəyərli bədii əsər yazılmışdır. 
 
 
ƏDƏBİYYAT 
 
1. Abuzərli  N. Eşq mələyi. Bakı: MBM, 2012, 168 s.
 
2. Axundlu Y.Ədəbi mühit və sənətkar. Bakı: Adiloğlu, 2002. 188 s. 
3. Atilla İ. Cavid.  Bakı: ADPU, 2009, 76 s. 
4. Eyvazlı H. Seçilmiş əsərləri, 1-ci cild. Naxçıvan: Məktəb, 2015, 377 s. 
5. Həsənzadə N. Seçilmiş əsərləri. Bakı: Azərnəşr. 1987, 376 s. 
6. Hüseynov R. Əbədi Cavid. Bakı: CBC, 2007, 840 s. 
7. İbrahimov H. Böhtan. Bakı: Şərq-Qərb, 1998, 286 s. 
8. Qasımbəyli Y. XX əsr Azərbaycan poeziyasında Cavid. “Ədalət” qəzeti,  2012, 23 oktyabr  
9. Rza X. Uzun sürən gənclik.  Bakı: Azərnəşr,1994, 435 s.  


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə