Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə21/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   17   18   19   20   21   22   23   24   ...   121

44 
 
10. Yaqub Z. Seçilmiş əsərləri, iki cilddə.  2-ci cild. Bakı: Şərq-Qərb,  2006. 288 s.  
11. Yadigar A. Bir nurlu heykəl yarat. Naxçıvan: Əcəmi, 2014, 248 s. 
 
ABSTRACT 
Ayten Gurbanova             
Hussein  Javid’s  character in Azerbaijani  literature 
 
 Hussein  Javid’s  creativity  which  has  a  special  place  in  the  history  of  world  culture  and  is 
considered  unique  pearls  of  world  poetry  treasure,  establishes  a  new,  original  period  in  the 
development  of  Azerbaijan  poeticaesthetic  thought.  The  interest  and  need  for  studying  the  poet’s 
creativity  has  increased  in  the  different  periods,  and  his  literary  personality  has  been  the  focus  of 
attention in literature and turned over a literary character.  There have been analysed charakteristic 
works, their idealogial-literary features have been clarified.  
          
 
 
РЕЗЮМЕ 
Айтен Гурбановой                                                                                                       
Образ  Гусейна  Джавида  в  Азербайджанской 
литературе 
 
 Творчество  Гусейна  Джавида  (1882-1941),  занимающее  уникальное  место  вистории 
азербайджанской литературы, произведения которого считаются одним из редких сокровищ 
поэзии,  является  одним  из  новых,  оригинальных  этапов  в  развитии  Азербайджанских 
художественно-эстетических  идей.  В  связи  с  увеличением  интереса  к  изучениютворений 
поэта, идентичность его литературной поэзии создание его в художественного образа стало 
центром  литературного  внимания.  В  статье  анализириуются  характерные  произведения, 
связанные с темой, выявляются их идейно-художественные особенности.  
 
 
 
 
 
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni  çapa  təqdim  etdi:  Filologiya  üzrə  elmlər  doktoru, 
professor  H.Həşimli 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


45 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
DİLÇİLİK 
ELBƏYİ  MAQSUDOV 
                                             
Naxçıvan Dövlət Universiteti 
UOT:81.1 
ORFOEPİK VƏRDİŞLƏRİN MÖHKƏMLƏNDİRİLMƏSİNDƏ POETİK 
ÇALIŞMALARDAN İSTİFADƏ 
                                                      
Açar sözlər: Azərbaycan dili, orfoepik  vərdişlər, orfoqrafiya, məntiqi təfəkkür, poetik-praktik 
çalışmalar, müstəqil işlər, müqayisə, öyrəncilər 
Keywords:  The  Azerbaijan  language,  orthoepic  skills,  orthography,  logical  thinking,  poetic-
practical exercises, free work, comparison, learners 
Ключевые  слова:  Aзербайджанский  язык,  орфоэпические  навыки,  орфография, 
логическое  мышление,  поэтико-практическое  упражнение,  самостоятельная  работа, 
сравнение, учащиеся 
 
Azərbaycan  dilinin  saflığının  qorunması,  onun  gələcək  nəsillərə  çatdırılması  hər  birimizin 
vətəndaşlıq borcudur. Uzun əsrlərlə qoruyub saxladığımız ana dilimiz də bizi bir xalq, millət kimi 
qoruyaraq bu günə qədər yaşadıb. Bu fikir ölkə prezidentinin müxtəlif çıxış və nitqlərində dəfələrlə 
səslənib. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev AMEA- nın 70 illik yubileyinə həsr 
olunmuş yığıncaqdakı nitqində də bu  fikirləri yenidən vurğulayaraq belə demişdir:  
“Azərbaycan  dili  bizi  bir  xalq,  millət  kimi  qoruyub.  Əsrlər  boyu  biz  başqa  ölkələrin, 
imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi 
qoruya, saxlaya bilmişik. Ona görə, bu gün bəzi hallarda görəndə ki dilimizə xaricdən müdaxilələr 
edilir  və  bəzi  hallarda  bu  müdaxilələr    Azərbaycanda  dəstək  qazanır,  bu  məni  doğurdan  da  çox 
narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha 
demək  istəyirəm  ki,  biz  əsrlər  boyu  dilimizi  qorumuşuq.  Biz  Azərbaycan  dilinin  saflığını  təmin 
etməliyik. 
Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək 
bu, bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır”. 
Dili  qorumağın  və  yaşatmağın  əsas  şərtlərindən  biri  də  bu  dildə  aydın,  səlis,  rabitəli 
danışmağı öyrənmək, ana dilimizin orfoepik qaydalarını qoruyaraq onu gələcək nəsillərə ərmağan 
etməkdir.  Dili  qorumaq,  onun  qrammatik  xüsusiyyətlərini,  orfoqrafiya  və  orfoepiyasını  nəzəri 
baxımdan tədqiq  etməklə bitmir. Dilin saflığını qorumaq, onu yaşatmağın əsas amillərindən biri də 
ondan praktik olaraq düzgün istifadə edilməsi, ədəbi tələffüz normalarının gözlənilməsi, xalq dilinə 
yaxınlaşdırılması ilə şərtlənir. Bu sahədə görülən işin əsas ağırlığı məktəbəqədər tərbiyə və tam orta 
məktəb müəllim–lərimizin üzərinə düşür. 
Azərbaycan  dili  dərslərinin    qarşısında  duran  əsas  vəzifələrdən  biri  şagirdlərin  düzgün 
tələffüz,  ifadəli  oxu  və  rabitəli  nitq  vərdişlərini  inkişaf  etdirməkdir.  Şagirdləri  nümunəvi  danışıq, 
eləcə də ifadəli oxu vərdişlərinə yiyələndirməyin başlıca yolu ibtidai, eləcə də orta məktəbdə onları 
ədəbi tələffüz normalarına yiyələndirməkdən başlayır. Ana dilimizin qorunub saxlanmasında, onun 
gələcək nəsillərə çatdırılmasında orfoqrafiya qədər orfoepiya da mühüm rol oynayır. Onlardan biri 
yazılı nitqimizi yaşatmağa xidmət göstərirsə, ikincisi şifahi nitqin təmizliyinə, hamı tərəfindən başa 
düşülməsinə, tələffüz normalarının vahidliyinə şərait yaradır. Bu gün ədəbi dilimizin şifahi forması 
yazılı dilə nisbətdə daha geniş, əhatəli və işləkdir. 
Dilimizin orfoepik normalarının qorunmasında hər birimizin üzərinə böyük məsuliyyət düşür. 
Orfoepik normaların qorunması təkcə məktəb yaşı dövründən deyil, mən deyərdim ki, erkən uşaqlıq 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə