Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə22/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   18   19   20   21   22   23   24   25   ...   121

46 
 
yaş dövründən (2-3 yaşa qədər) başlanmalıdır. Yəni yenicə dil açmağa başlayan uşağa sözlərimizi 
uşaq dilində deyil, ədəbi dilimizin normalarına uyğun tələffüz edilməsinə səy göstərməliyik. Bu işin 
düzgün  təşkili  məktəbəqədər  yaş  dövründən  başlamış  böyük  məktəb  yaş  dövrünə  qədər  ardıcıl, 
müntəzəm davam etdirilməlidir. 
Orfoqrafik  qaydaların  öyrədilməsi  şagirdlərin  orfoepik  vərdişlərə  yiyələndirilməsindən 
başlanmalıdır. Professor Əziz Əfəndizadə çox düzgün olaraq bu iki dil bölməsinin bir-biri ilə əlaqəli 
öyrədilməsi məsələsini həmişə ön plana çəkmişdir. Hətta o, ilk dəfə “Orfoqrafiya-orfoepiya, qram–
matika” adlı kompleks lüğət də hazırlamışdır. Həmin lüğət vasitəsilə şagirdlər həm sözün düzgün 
yazılışı, həm səslənməsi və vurğusuna görə düzgün tələffüzü, həm də qrammatik xarakteri haqqında 
bilgilər alırlar. Lüğət vasitəsilə həm də öyrəncilər müəyyən sözlərin mənasını, sinonim və omonim 
qarşılıqlarını da öyrənə bilirlər. 
Şagirdləri ədəbi tələffüzə yiyələndirməyin yolları olduqca müxtəlifdir. Həmin yolların ən çox 
faydalı olanlarından biri də Azərbaycan dili dərslərində poetik-praktik çalışmalardan istifadə edil–
məsidir. Belə çalışmalar şagirdlərdə bədii ədəbiyyata böyük maraq oyatmaqla yanaşı, birbaşa ədəbi 
tələffüz  normalarına  əməl  edərək  oxumaq  texnikası  aşılayır.  Öyrəncilərdə  dil  təfəkkürünü  inkişaf 
etdirməklə bərabər, həm də onları dərsdə yorulmağa qoymur. Tədqiqatçılığa sövq edir və poeziya 
ilə dilin mövcud olan vəhdətini daha da yaxınlaşdırır. 
Şagirdlər,  eləcə  də  tələbələr  ana  dilimizdə  saitlərin  müxtəlif  kəmiyyətlərdə  tələffüzü 
variantları ilə müəyyən dərəcədə tanışdırlar. Onların lazım olan sözlərdə saitlərin uzun və ya qısa 
tələffüz  olunduğunu  dəqiq  müəyyənləşdirə  bilməmələri  həmin  sözlərdə  vurğunun  yerini  dəqiq 
göstərməkdə də çətinlik törədir. Orfoepiyada ən çox çətinlik törədən anlar isə sözlərdə bəzi saitlərin 
uzun tələffüz olunması ilə bağlıdır. Öyrəncilər sözlərdə vurğunun, əsasən, uzun tələffüz olunan sait 
səslərin üzərinə düşdüyünü qeyd edirlər. Məsələn, 
                                                        Füzuli, Nizami, Əcəmi, Sabir, 
         Sadala onları aramla bir-bir. 
Uzanan saitlər söylə hansıdır? 
Bu hələ birinci sınaq şansıdır. 
Öyrəncilər Füzuli, Nizami, Əcəmi, Sabir sözlərini ədəbi tələffüz normalarına uyğun olaraq 
söyləyirlər.  Onlardan  bəziləri  Füzulidə  u,  Nizamidə  a,  Əcəmi  sözündə  isə  ikinci  ə  saitini  qısa 
tələffüz  edirlər.  Həmin  saitlərin  uzun  tələffüz  olunduğunu  söyləyənlər  həm  də  həmin  hecanın 
vurğulu heca olduğunu  qeyd edirlər. Halbuki, qeyd etdiyimiz xüsusi isimlərdə vurğu axırıncı heca 
üzərinə düşür. 
Dilimizdə  satlərin  tələffüzü  ilə  bağlı  olan  belə  məqamlar  çoxdur.  Məsələn,elə  ərəb,  fars, 
Avropa  mənşəli  sözlər  var  ki,  onlarda  a,o,u,ö,e,i  saitləri  uzun  tələffüz  olunur.  Belə  saitlərin  uzun 
tələffüzünü aşağıdakı nümunələr üzərində asanlıqla müşahidə etmək olar; 
1)
 
xahiş, alim, Arif, əmanət, Adil, laməkan, baza, ariya, qanun, namus kimi sözlərdə a saiti
2)
 
opera, dovğa, çovğun, zoologiya tipli sözlərdə samitlərdən birinin düşməsi və ya iki qoşa 
saitin birinin düşməsi nəticəsində o saiti;    
3)
 
Füzuli, musiqi, xüsusi, Turə kimi sözlərdə u saiti
4)
 
edam, era, etibar, memar tipli sözlərdə e saiti; 
5)
 
mədən, dəvət, əla, məna, bəzi kimi sözlərdə əvvəlinci ə saiti
6)
 
vəsiqə, qəribə, mərifət kimi sözlərdə ə saiti uzun tələffüz olunur. 
Saitlərlə  bağlı  bu  kimi  orfoepik  qaydalar  şagirdlərə  xatıladıldıqdan  sonra  aşağıdakı  poetik 
nümunə üzərində iş aparılır; 
Söylə görüm, a Nadir, 
Hansı sözdə a səsi 
Daha uzun səslənir? 
Arazda”, ya “sahildə”, 
Adildə”, ya “cahildə”, 
“Kitab”,”katib”,”kağizda”, 
“Ahəng”, yoxsa “ağızda”, 
“Arifdə”, ya “aqildə” 


47 
 
Bəlkə, elə “ naqil”də? 
Bircə-bircə ağılla, 
Hamısını nağılla. 
 Şagirdər mətni maraqla oxuyur, sonra dırnaq içərisindəki sözlərə diqqət yetirirlər. Özləri 
müstəqil  müəyyənləşdirirlər  ki,  mətndəki  Araz,  kitab,  kağız,  ağız  sözlərində  heç  bir  sait  səs 
uzun  tələffüz  olunmur.  Lakin  mətndəki  sahil,  Adil,  cahil,  katib,  ahəng,  Arif,  aqil  sözlərində 
işlənmiş  bütün  a  saitləri  uzun  tələffüz  olunur.  Aparılan  müşahidələr  göstərir  ki,  öyrəncilərin 
çoxu  vurğunun  əsasən  sözdə  uzun  tələffüz  olunan  saitin  üzərinə  düşdüyünü  söyləyirlər.  Ona 
görə də, müəllim belə sözlərdə vurğunun yerini dəqiq müəyyənləşdirməyi öyrətmək üçün əlavə 
iş  aparmalıdır. Bu tipli sözlərdə uzun saitləri  qısa tələffüz etməklə, vurğunu ayrı-ayrı saitlərin 
üzərinə  salmaqla,  xüsusi  isimlərin  digər  dillərdəki  tələffüz  variantını  xatırlatmaqla  lazımi 
vərdişlər aşılamaq mümkündür.            
Tələffüzlə  bağlı  vərdişlər  aşılanarkən  alınma  sözlərdə  o  saitinin  orfoepiyası  ilə  əlaqədar 
göstərilən  məsələlərə  də  diqqət  yetirilməlidir.  Alınma  sözlərin  bir  qismində  vurğulu  hecada 
işlənən  o  saitinin  uzun  tələffüz  olunduğu  variantlar  olduğu  kimi,vurğusuz  hecalarda  işlənib, 
əslinə  müvafiq  olaraq,  bəzən  də  a  kimi  tələffüz  olunan  məqamlar  da  vardır.  Orfoepiyada  bu 
məqamı  öyrətmək  məqsədilə  tərtib  olunmuş  aşağıdakı  məntiqi,  düşündürücü,  öyrədici  poetk 
çalışmaya diqqət yetirək; 
 
                        “Avtomat”la  “samovar” 
                          Bir-birinə bənzəmir. 
                          Biri yarımtaxtadır, 
                          Biri tamam dər-dəmir. 
                          Biri döyüş istəyir
                          Biri görüş istəyir. 
                          Fərqləri çoxdur,düzü, 
                          Sayma mənə hər sözü 
                          Söylə necə oxşardır 
                          Onların tələffüzü ? 
 
Öyrəncilər  poetik  çalışmanı  diqqətlə  oxuyur,  mətndəki  sözlərin  orfoqrafiyası  ilə 
orfoepiya–sını  tutuşdurur,  avtomatla  samovar  sözlərinin  ifadə  etdiyi  leksik  mənalara  diqqət 
yetirir və nəticə çıxarırlar ki, bu əşyalar forma və məzmun bxımından bir-birindən fərqlidirlər. 
Müəllifin  döyüş  istəmək,  görüş  istəmək  ifadələrini  nə  məqsədlə  işlətdiyini  öyrənmək, 
dəqiqləşdirmək üçün şagirdlərə müraciət olunur. Onların qənaəti bu olur ki, avtomat döyüş və 
vuruşlarda,  samovar  isə  ən  cox  tədbir,  yığıncaq  və  görüşlərdə  istifadə  olunur.  Onlar  arasında 
həm  əşya,  həm  də  kəlmə  baxımından  fərqli  əlamətlər  çoxdur.  Bunların  hamısını  sadalamağa 
ehtiyac yoxdur. Çalışmanın başlıca tələbi bundan ibarətdir ki, müxtəlif baxımdan oxşar olmayan 
bu  sözlərin  tələffüz  baxımından  hansı  oxşarlıqları  vardır.Yəni  avtomatla  samovar  sözlərinin 
orfoepiyasındakı oxşarlıq nədən ibarətdir? Öyrəncilər müəyyən araşdırmalar və düşüncələrdən 
sonra bu nəticəyə gəlirlər ki, avtomat və samovar sözlərinin tələffüzündəki əsas oxşarlıq onların 
tərkibində olan o hərflərinin tələffüz zamanı a səsi kimi səslənməsindədir. 
Əgər  lazım  gələrsə  müəllim  Azərbaycan  dilinə  əcnəbi  dillərdən  gəlmiş  belə  sözlərin 
orfoqrafiyası və tələffüzü haqqında da əlavə bilgilər  verməyə çalışmalıdır. 
Dilimizdə  sonu  eynicinsli  qoşa  samitlərlə  bitən  birhecalı  sözər  də  vardır  ki,  şagirdlər 
onların  yazılışında  və  tələffüzündə  səhvlərə  yol  verirlər.  Bu  qəbildən  olan  səhvləri  aradan 
qaldırmaq üçün belə bir poetik çalışma üzərində iş aparılır. 
Sonu qoşa samitli 
Təkhecalı sözlərdən 
Çox vaxt kənar qaçıram. 
Harda, necə yazılır 
Bu sirdən baş açıram. 
Bilirəm ki, hər yerdə 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə