Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə23/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   19   20   21   22   23   24   25   26   ...   121

48 
 
Zənn, xətt, fənn, həkk yazılır 
Söylə bəs küll, hiss sözündə 
Qoşa samitlər nə vaxt 
Gah cüt, gah tək yazılır? 
Bələdsənsə bu dilə, 
Buyur, onda şərh elə. 
    
 Öyrəncilər  mətnlə  tanış  olduqdan  sonra  sonu  eynicinsli  qoşa  samitlərlə  bitən  birhecalı 
sözlər haqqında dşünürlər. Və dilimizdə belə sözlərin heç də çox olmadığını söyləyirlər. Onların 
müxtəlif cavablarından sonra müəllim özü bütün deyilənləri ümumiləşdirərək aşağıdakı düzgün 
və son nəticəni bildirir.  
  
Son  samiti  uzun  tələffüz  olunan  zənn,  xətt,  həkk,  fənn  kimi  birhecalı  eynicinsli  qoşa 
samitli  sözlərdən  fərqli  olaraq,  hiss,  küll  sözlərində  eyni  qoşa  samitlərdən  birini  atdıqda  onlar 
tamamilə başqa mənalar bildirirlər. Hiss və küll sözlərindən başqa belə təkhecalı alınma sözlərə 
samitlə başlanan şəkilçilər artırıldıqda onların kökündəki qoşa samitlərdən biri düşür; məs., xətt-
xətdən, sirr-sirli və s. 
Azərbaycan  dilində  saitlərin  tələffüzü  ilə  bağlı  müxtəlif  qaydalar  vardır.  Həmin  qaydalar 
içərisində eynicinsli qoşasaitli sözlərin yazılışı və tələffüzünə aid nümunələrlə tədrisdə daha tez-tez 
qarşılaşırıq. Saat, camaat, mətbəə, təəccüb, bədii, təbii kimi sözlər bu qəbildəndir. Dərsdə belə sözlər 
üzərində  iş  aparılarkən  müəllim  istər-istəməz  aşağıdakı  orfoepik  qaydaları  öyrəncilərə  xatırladır. 
Dilimizdəki qoşa aa saitli sözlər tələffüzdə bir uzun a: saiti kimi tələffüz edilir. Həmin qayda digər 
qoşasaitli sözlərə də aid edilir.Yəni o sözlərdə də eynicinsli qoşa saitlər bir uzun sait kimi tələffüz 
olunur.  Şagirdlərin  müstəqil  işlərini  təşkil  etmək,  axtarıcılığa  sövq  etmək  üçün  onlara  aşağıdakı 
poetik parça üzərində düşünmək təklif olunur.     
                     
                    Lüğətdə   eynicinsli,    
                    Eyni  qoşa   saitli 
                    Sözlərimiz  az  deyil. 
                    Beş-altı  belə sözü 
                    Hər  kəs  ayrıca  özü 
                    Yazsın  iş dəftərinə. 
                    Sonra da hər  bir sözün
                    Yazıyla  tələffüzün 
                     Şərh  versin  fərqlərinə . 
                     Biz  də diqqət  yetirək   
                     Düzünə, səhvlərinə. 
 
Belə calışmalar  şagirdləri  düşundürmək, tədqiqatçılığa  yönəltməklə bərabər, həm  də 
onları  yorğunluqdan  xilas  edir,  poetik  nümunələr  oxumağa,  bədii  ədəbiyyatı  sevməyə,  ədəbi 
tələffüz normalalrını gözləməyə alışdırır. 
Orfoepiya və orfoqrafiya bəhslərini bir-birindən ayrı öyrətmək o qədər də faydalı olmur. 
Uzun  illərin  təcrübəsi  göstərir  ki,  orfoqrafiyanı  orfoepiyasız,  orfoepiyanı  isə  orfoqrafiyadan 
təcrid  edilmiş  şəkildə,  qarşılaşdırma  aparmadan  öyrətmək  mümkün  deyil  və  ya  olduqca  
çətindir.  Buna  görə  də,  bu  bəhslərlə  bağlı  olan  hər  bir  mövzu  qarşılıqlı,  əlaqəli  və  ya  paralel 
öyrədilməlidir. 
Məsələn,  biz  aşağıda  verilmiş  çalışma  nümunəsinə  diqqət  yetirsək,  bunu  açıq-aydın 
müşahidə edərik. 
                        Diqqətlə  bax  hər  sözə, 
                        Doğru  cavab  ver bizə. 
                        Dovğa, qovğa, Firuzə, 
                        Dovşan, körük  və kuzə 
                        Ürək, sünbül, mis, dəmir. 
                        Saqqal,nöqtə,rəqs,hənir 


49 
 
                        Sözlərindən  hansının 
                        Ədəbi    tələffüzü 
                        Yazılışdan  fərqlənir ? 
Şagirdlər mətni oxuyur və uzun tələffüz olunan saitləri müəyyənləşdirirlər. Sonra isə onların 
orfoqrafiyası ilə  orfoepiyasını müqayisə  edirlər. Şüurlu surətdə  nəticə  çıxarırlar  ki,  dovğa,  qovğa, 
dovşan sözlərində tələffüz zamanı v samiti düşür və o saiti uzun tələffüz  olunur. Firuzə və kuzə 
sözlərində isə u saitləri uzun tələffüz olunur. Tərkibindəki sait səslərdən biri uzun tələffüz olunan bu 
sözlərdə  vurğu uzun tələffüz olunan saitin deyil, sözlərin axırıncı hecaları üzərinə düşür. Dovğa, 
qovğa  tipli  sözlərdə  uzun  tələffüz  olunan  saitlərə  görə  v  samitinin  düşməsi  həmin  sözlərin 
orfoqrafiyasında  çətinliklər törədir. Yazıda bu səhvlərə yol verməmək üçün yazılışı və tələffüzü bir-
birindən fərqli olan belə sözlər müqayisələr edilməklə öyrənci yaddaşında möhkəmləndirilməlidir. 
Yuxarıda göstərilən poetik parçada şagirdlər müəyyənləşdirirlər ki, körük, ürək, mis, sünbül, dəmir 
sözlərinin tələffüzü ilə yazılışı bir-birindən çox da ciddi şəkildə fərqlənmir. Körük, ürək sözlərində 
axırıncı  səs  qismən  dəyişikliyə  uğrayır,sünbül  sözünün  isə  tələffüzü  ilə  yazılışı    arasındakı  əsas 
çətinlik  n  səsinin  tələffüzdə  m  kimi  deyilməsindən    irəli  gəlir.  Bu  da  sözün  yazılışında  çətinlik 
törədən əsas  amillərdəndir. Ona görə də sözlərin orfoqrafiyasını onların orfoepiyası ilə müqayisəli  
öyrətmək  lazımdır  ki,  şagirdlər  nə  sözün  düzgün  tələffüzündə,  nə  də  yazılışında  səhvlərə  yol 
verməsinlər. 
Azərbaycan dilində alınma sözlərin müəyyən bir qismi eyni qoşa saitlərin yanaşı işlənməsi 
ilə  özünü  göstərir.  Bununla  yanaşı,  dilimizdə  bir  qisim  alınma  sözlərdə  iki  müxtəlif  saitin 
işləndiyi məqamlar da vardır. Belə sözlərin düzgün yazılışı və tələffüzünü öyrətmək məqsədilə 
aşağıdakı tipli çalışmalar üzərində iş aparılır: 
       
      Çalışma 1.            Saat, zoopark, inşaat, 
                                   Təbii  və  camaat, 
                                   Təəssüf, məəttəl  kimi 
                                   Qoşasaitli  sözdə
                                   Ən düzgün  tələffüzdə 
                                   Neçə  sait  səslənir? 
                                   Söylə onları bir-bir.   
      
       Çalışma 2.           Faiq, Şaiq, Nəvai, 
                                   Zəif, laiq, fədai 
                                   Sözlərinə sal  nəzər, 
                                   Amma  olma  bədnəzər. 
                                   Bu sözlər  deyiləndə, 
                                   Plovtək yeyiləndə, 
                                   Saitlər     arasını 
                                   Hansı bir  samit bəzər? 
 
Öyrəncilər  birinci  çalışmanı  yerinə  yetirərkən    onlar  saat,  zoopark,  inşaat,  təbii,  camaat, 
təəssüf, məəttəl kimi eynicisli qoşa saitli sözlərlə qarşılaşırlar. Onlar bu tipli sözlərlə qarşılaşarkən 
əvvəllər qazandıqları  biliklərə istinad edərək bildirirlər ki, belə sözlər eyni qoşa saitlərlə yazılsalar 
da, bir uzun sait kimi tələffüz olunurlar. Çalışmanın tələbinə əsasən bildirirlər ki, qoşasaitli  sözlərin 
ən düzgün tələffüzü onların bir uzun saitlə səslənməsidir. Dilimzdə tez-tez istifadə etdiyimiz maaş, 
zoologiya,  mətbəə,  bədii  kimi  eyni  qoşasaitli  sözlər  də  tələffüz  baxımından  bu  orfoepik  qaydaya  
tabedir.  İkinci  çalışma  isə  birincidən  fərqli  olaraq,  müxtəlif  qoşa  saitli  sözlərin  tələffüzü  ilə 
bağlıdır.Burada yalnız ai, əi sait birləşməli sözlər nümunə kimi verilib. Lakin öyrəncilərə xatırladılır 
ki,  dilimizdə  belə  qoşasaitli    sözlər  çoxdur.  Aerodrom,  şücaət,  dairə,  kakao,  auditoriya,  dialekt, 
biologiya, radius, neologizm, poetika, duel, aktul, müayinə, müəllim və s. sözlər  belələrindəndir. 
             Şagirdlərin  lüğətlərlə  işləmək  bacarıqlarını  möhkəmləndirmək  məqsədilə  bu  qəbildən  olan 
sözlərin orfoqrafiya lüğətlərindən seçilib yazılmasını ev tapşırığı kimi vermək də faydalı olar. Növbəti 
dərsdə  şagirdlərin  özlərinin  seçib  yazdıqları  belə  qoşa  saitli  sözlərin  orfoepiyası  üzərində  müstəqil 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə