Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə24/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   20   21   22   23   24   25   26   27   ...   121

50 
 
işlər  təşkil  etmək  olar.  Onların  fəal  iştirakı  ilə  belə  bir  qənaətə  gəlmək  olur  ki,  müxtəlifcinsli  bu 
qoşasaitli  sözlərin  tələffüzündə  müxtəlif  çalarlıqlar  özünü  göstərir.  Məsələn,  ea,  eo  sait  birləşməli 
sözlərdə e saiti i ilə əvəzlənərək iya, iyo  çalarlığında  tələffüz olunur. Yaxud üa, üə qoşa saitlərinin 
işləndiyi    sözlərdə  a  və  ə  saitləri    uzun    tələfffüz  olunur.  Belə    sözlər    üzərində  iş    apararkən 
öyrəncilərin  ən    çox    çətinlik    çəkdikləri  məqamlardan  biri  də    həmin  sözlərdə  vurğunun  yerinin 
dəqiqləşdirilməsində  özünü  göstərir.  Bu  çətinliyi    şagirdlərin  özünün  iştirakı,  vurğu  kitabları    və  
müəllimin  fəallığı  ilə  aradan qaldırmaq mümkündür.  
                                 
Şəkilçilər  sözlər tək 
                                 Omonim  ola  bilir. 
                                  Kökə uyğun olaraq 
                                  Qalınlaşır, incəlir. 
                                  Gah iki cür görünür, 
                                  Gah  dörd  dona bürünür. 
                                  “İnqilabi”,”tarixi” 
                                   Sözlərində axır  i  
                                   Neçə cürə yazılır? 
                                   Bu ortaq  şəkilçinin 
                                   Tərcümeyi –halında 
                                   Daha nələr  yazılır? 
 
Müəllim  şeiri  oxuduqdan  sonra  şəkilçilərin  omonimliyi  haqqında    qısa  məlumat  verir. 
Bildirir ki, şəkilçilər də sözlər kimi omonim ola bilir. Belə şəkilçilərdən biri də  -ı,-i,-u,-ü-dür. Bu 
şəkilçi  feildən  isim  (qorxu,  ölçü),  isimdən  sifət  (armudu,  ümüşü  və  s.),  feildən  feil  (sürümək), 
sifətdən  feil  (ləngimək)  düzəldir,  ismin  təsirlik  halı  qələmi  ver,  onu  gətir)  və  ismin  mənsubiyyət 
şəkilçisi (onun iti, şairin qələmi) yerində işlənir. Şagirdlər şeirin tələbinə uyğun olaraq bu omonim 
şəkilçinin tərcümeyi-halına bu deyilənləri də əlavə  edirlər. 
o                   
 
Orfoepiyanın  tədrisində  aşağıdakı  poetik  çalışmalardan  da  istifadə  etmək  məqsədəuyğun 
sayılır. 
1.  Nənəm «Fidan» deyəndə, 
«F» səsin söyləyəndə 
Səs telləri titrəyir
Dodaq dişlərə dəyir? 
 
2.  Yüzə qədər 
Hər bir sayın 
Adın çəksən, 
Səkkiz ona 
Nə deyərsən? 
«Həştad» düzdür, 
Yoxsa «səksən?» 
Düz söyləsən, 
Sənə əhsən! 
 
3.  Nənəm söyləyirdi: «Böyüyə hürmət, 
Yaxşılıq edənnər daha güclüdür. 
Qocıya, kadına ülvü möhübbət 
Üreyin gücüdür, əqlin gücüdür». 
 
Babam da hirslənib dedi ki, «hərə 
Əvvəlcə nitqinə nəzarət etsin 
Borcudur dildəki bütün sözlərə 


51 
 
Hər kəs səcdə etsin, məhəbbət etsin». 
 
Dialekt sözləri babam eşitdi 
Pərişan bir halda bığların eşdi. 
Ədəbi bir dildən xəbərsiz nənə 
Sözlərdən neçəsin düz deməmişdi? 
 
4.  Maral, sözdə saitin 
Uzunca tələffüzü 
Məna dəyişməsinə 
Söylə, bir təsir edər? 
Mən inanıram, düzü 
Tam cavab söyləməyə
Ona aid sözlərə 
Nümunələr deməyə 
Sənin də gücün yetər. 
 
5. Söyləyin, ay uşaqlar, 
Maili kəlməsində 
Neçə hərf, neçə səs var? 
 
6. İnsan öz diliylə çox həvəslənər
Hər qəlbdə məhəbbət bir cür bəslənər. 
Vətən, çəmən, üzüm sözləri ismin 
Çıxışlıq halında necə səslənər? 
 
7. "Avqust, orden, modelə, 
Tayqa, epos, hotelə, 
Duet, folklor, tennisə, 
Sintaksisə, defisə, 
Keşniş, kələz, kələfə, 
Səksən, sərnic, sələfə
Nəzər yetir müxtəsər 
Vurğunu tapıb göstər. 
8. Bulud, armud, kənd, söyüd, 
Əsəd, Səməd, qənd, öyüd, 
Dərya, Dərbənd, dar, daşar 
Sözlərindən hansında 
«D» samiti karlaşar? 
 
9. Meşə, araba, kölgə, 
Qaya, dərə və özgə 
Sözlərində a, ə-lər 
Tamam axırda gələr. 
Bu sözlər dəyişəndə, 
Haldan-hala düşəndə 
Hansı halda kim bilər 
Tələffüzdə açıq səs 
Qapalıya çevrilər? 
 
 
 


52 
 
ƏDƏBİYYAT 
 
1.
 
Abdullayev  N.Ə. Orfoepiya və orfoqrafiya təlimi məsələləri, Bakı, 1985, 90 səh. 
2.
 
Azərbaycan dilinin orfoqrafiya lüğəti sözlüyü. Bakı, Elm, 1989, 151 səh. 
3.
 
Azərbaycan müəllimi qəzeti, 14 noyabr, 2015, № 42 
4.
 
Əfəndizadə Ə.R. Orfoqrafiya-orfoepiya-qrammatika lüğəti. Bakı, Azərnəşr, 1989, 151 səh. 
5.
 
Maqsudov E.S. Poetik-praktik Azərbaycan dili, Naxçıvan, Əcəmi, 2015, 304 səh. 
6.
 
Maqsudov  E.S.  Azərbaycan  dilinin  tədrisində  poetik-praktik  nümunələrlə  işin  təşkili 
metodikası, Naxçıvan, Qeyrət, 2014,   98 səh. 
 
 
РЕЗЮМЕ 
Эльбеи Магсудов 
 
Использование поэтических упражнений в  
укреплении орфоэпических навыков 
 
В  статье  отражены  значение  использования  поэтических  упражнений  на  уроках 
азербайджанского  языка,  их  путь  в  развитии  мышления  учащихся.  Автор  определил 
возможности 
эффективного 
использования 
поэтико-практических 
упражнений в 
организации  работ  по  орфоэпии,  рассмотрел  вопрос  о  работе  над  поэтических  текстах. 
Исследователь  откомментировал  роль  поэтических  упражнений,  порождающих  большой 
интерес  в  процессе  обучения  в  связи  с  языком,  в  его  совершенном  осмыслении  и 
формировании у учащихся орфоэпических навыков. 
 
 
ABSTRACT 
Elbeyi Magsudov 
Using poetic exercises in the consolidation of orthoepic skills 
 
         The  article  reflects  the  importance  of  using  poetic  exercises  and  the  ways  of  their  usage  to 
develop  the  learners’  thinking  in  the  Azerbaijan  language  classes.  It  also  establishes  the 
opportunities and effective ways  of using poetic-practical exercises in the arrangement of the work 
related to orthoepic, focuses on the issues of the arrangement of the work related to the poetic texts. 
The role of using poetic exercises which arouse greater interest in languages in the teaching process 
to make students love our language, to  acquire it perfectly and  also in the formation of orthoepic 
skills is explained. 
 
     НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
       
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə