Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə25/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   21   22   23   24   25   26   27   28   ...   121

53 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
 
 
 
 
 
 
 
 QƏNİRƏ ƏSGƏROVA  
                                                                                Naxçıvan Dövlət Universiteti 
                                                                                askerovaganira@gmail.com 
UOT:81.1 
 
 
 
 
 
 
 
 
 
 
 
 
NAĞILLARIN DİLİNDƏ DİALEKT VƏ KÖHNƏLMİŞ SÖZLƏRİN 
ÜSLUB XÜSUSİYYƏTLƏRİ 
Açar sözlər: arxaizm, dialekt, folklor, nağıl, üslub xüsusiyyətləri   
Key words: archaism, dialects, folklore, fairy-tale style features 
Ключевые слова: архаизм, диалект, фольклор, сказка, стилевые особенности 
  
 
Folklor  örnəkləri  dilin  zənginlik  və  sadəliyini  göstərən  qaynaqlardan  biridir.  Şifahi  ədəbi 
dilimizin  formalaşmasında  folklor  örnəklərinin  rolu  əvəzsizdir.  Azərbaycan  mədəniyyəti  tarixində 
ədəbi  dilin  yaranıb  formalaşması  və  inkişafı  önəmli  proseslərdən  biridir.  “Azərbaycan 
mədəniyyətinin  ağır  hissəsini  təşkil  edən  Azərbaycan  ədəbi  dili  tarixi  ümumtürk  mədəniyyətinin 
regional təzahürüdür” (1, 5).  
Azərbaycan  dili  böyük  türk  dilləri  ailəsinə  daxil  olsa  da,  onun  xalq  ruhunu  yaşadan, 
Azərbaycan  təfəkkürünün  məhsulu  olan,  qədim  zamanlardan  bəri  Azərbaycan  xalqının 
mənəviyyatını  əks  etdirən  özəl  xüsusiyyətlərə  malikdir.  Belə  ki,  Azərbaycan  ədəbi  dili  tarix  boyu 
müxtəlif  funksional  üslubları  ilə  bir  sıra  normativ  faktlar  qazanaraq  bu  prosesdə  uzun  bir  yol 
keçərək  xeyli  zənginləşmiş  və  türk  dilləri  içərisində  seçilən  dillərdən  biri  kimi  yaşamını  davam 
etdirmişdir.  Bu  dilin  ədəbi  dil  kimi  formalaşıb  inkişaf  etməsində  bədii  üslubun  özünə  xas  rolu 
olmuşdur.  “İstər  tarixən  qədimliyi,  istərsə  də  müasir  mərhələdəki  inkişafı  baxımından  bədii  üslub 
ədəbi dilin digər funksional üslublarından seçilir.  Azərbaycan yazılı ədəbi dilinin təxminən minillik 
tarixi,  müəyyən  mənada,  bədii  üslubun  inkişaf  tarixi  deməkdir.  Belə  bir  fakt  inkaredilməzdir  ki, 
Azərbaycan    ədəbi  dilinin  XIX  əsrin  ikinci  yarısına  qədərki  tarixi,  əslində,  bədii  üslubun  tarixi 
olmuşdur” (1, 253). Bu üslub Azərbaycan ədəbi dilində aparıcı rolu ilə həmişə öndə getmişdir. Həm 
şifahi, həm də yazılı nümunələrimizdə ədəbi dilin üslub imkanları genişdir. Azərbaycan şifahi ədəbi 
dilinin maraqlı örnəkləri indi də yaranıb çoxalmaqdadır. Bu baxımdan, nağılların da özünəxas üslub 
özəllikləri  vardır.  Onların  dili  bir  çox  cəhətdən  araşdırılmağa  layiqdir.  “Nağıllar,  hekayətlər, 
qaravəllilər  və  lətifələr  azərbaycanlıların  zəngin  və  müxtəlif  şəkilli  el  yaradıcılığı  növlərindən  bir 
qismidir.  El  yaradıcılığının  bu  fantastik  təhkiyəvi  növünün  pərdəsi  altında  Azərbaycan  əməkçi 
elinin  tarixi  keçmişi,  ictimai  əlaqələri,  əməl  və  arzuları  ilə  etiqadları,  inanışları  canlanan  kimidir” 
(2, 7). 
Qədim yunan şair və filosofu K.Horatsi sözü “böyük hökmdar” adlandırmışdır. Dilimizdəki 
sözlərin  işlənmə  məqamlarını,  üslub  keyfiyyətlərini  araşdırdıqca,  bir  daha  təsdiq  olunur  ki,  söz, 
doğrudan  da  böyük  qüvvətə  malikdir.  Nağıllarının  dilində  işlənmə  tezliyini  itirərək  müxtəlif 
dialektlərdə yaşayan köhnəlmiş sözlər diqqəti çəkən dil faktlarındandır. 
Bir padşahın da göz işlədikcə üzüm bağları var idi. Elə olur ki, bir il qış bərk gəlir. Şahın 
qoyun  sürüsünün  otu,  yemi  qurtarır.  Nökər-naib  gəlib  şaha  xəbər  çatdırırlar...  Yazda  şah,  vəzir-
vəkil  də  gəlib  baxır  ki,  qoyun  sürüsü  qışı  çıxıb  (5,  55).  Yazda  bağda  o  xətəm  üzüm  olur  ki,  ta 
yığmağınan başa gəlmir (5, 55). 
Bu örnəklərdəki padşah, şah, nökər-naib, vəzir-vəkil sözləri  dildə işlənmə tezliyini itirərək 
tarixizmlər  sırasına  daxil  olmuşdur.  “O  xətəm”  sözü  isə  dialekt  faktlıdır,  “o  qədər”  sözünün 
sinonimidir.  Məlumdur  ki,  bədii  üslub  dogər  funksional  üslublarla  müqayisədə  qeyri-ümumişlək 
sözlərə  də  meydan  verən  üslubdur  və  bədii  dildə  dialekt  faktlarının  olması  təbiidir.  Bədii  üslubun 
leksikasında köhnəlmiş sözlər və dialekt örnəkləri ilə tez-tez qarşılaşmaq mümkündür.  Köhnəlmiş 
sözlər və dialektlər müxtəlif tarixi mərhələlərdə  dilimizin leksik-qrammatik xüsusiyyətləri, inkişaf 
perspektivləri haqqında müəyyən təsəvvür yarada bilir. Bu sözlər ümumişlək sözlərlə müqayisəıdə 


54 
 
az işlənsə də, ədəbi dilin sadəliyini təmin etməkldə faydalıdır. Bütün zamanlarda ədəbi dilin yazılı 
və  şifahi  dili  arasında  müəyyən  fərqlər  olmuşdur.  Bu  fərqlərin  aradan  qaldırılmasında  köhnəlmiş 
sözlərin  və  dialektlərin  mühüm  rolu  vardır.  Bundan  başqa,  dildə    ümumtürk  dili  örnəklərinin 
müəyyənləşdirilməsində də köhnəlmiş sözlər və dialektlər mühüm rol oynayır. 
Azərbaycan  nağıllarının  dilindəki  köhnəlmiş  sözlər  içərisində  daha  çox  leksik  vahidlər 
tarixizmlər  işlənmişdir.  Tarixizmlərdən  “bəy”,  “xan”,  “padşah”,  “koxa”  kimi  sözlər  daha  çox 
işlənmişdir.  “Zəmanənin  hökmü”  (2,  21-26)  və  “Göy  mıncıx”  (2,  27-33)  nağılının  dilindəki 
köhnəlmiş sözlərə nəzər salaq: 
 
Ha  iştərdi,  şumlardı,  əkərdi,  malalayardı,  becərib  məhsulu  başa  gələndə  bəy  bir  yandan, 
koxa bir yandan, borclu bir yandan bunun məhsulunu xirmanda qurtarardılar. 
 
–  Bax,    burdan  düz  şəhərə  gedərsən,  görəcəksən,  camahat  dükan-bazarı  bağlayıb  padşah 
meydanına qaçır. Sən də qoşularsan camahata. Şəhərin padşahı bir yuxu görübdü. 
Səni  apararlar  padşahın  hüzuruna.  Yeyərsən,  içərsən,  padşahnan  bağçada  seyrana 
çıxarsan.  Bağın  ortasındakı  hovuzun  qırağında  oturarsan.  Padşah  sənnən  xəbər  alacaq  ki,  ey 
mənim şəhərimin dünyagörmüşü, mənim bu vaqiəmin mənası nədir? 
Axşam çağları padşah vəzir-vəkiliynən baxçaya seyrana çıxdı. 
Vəzir-vəkilinə  əmr  elədi  ki,  məni  istəyən  Əlmərdana  xələt  versin  (“Zəmanənin  hökmü” 
nağılından). 
Bu qardaşlar söydəyərlik edirdilər. 
Bunlar söydəyə getmişdi, üstlərinə haramı düşüb var-yoxlarını əlindən alır. 
Sözün dəyəri böyükdür və Azərbaycan xalqı sözü anlayan və onu işlətməyi bacaran xalqdır. 
Bu xalqın yaratdığı folklor örnəkləri onun zəngin mənəviyyatını, gözəl arzularını, həyata, cəmiyyətə 
münasibətini  göstərən  qiymətli  sənət  əsərləridir,  yüksək  fikirlər  qaynağıdır.  İnsanın  fikirləri  onun 
sözləri  ilə  meydana  çıxır.  Qədim  zamanlardan  bəri  ulularımız  sözə  “ağlın  çeşməsi”  kimi  qiymət 
veriblər.  Doğrudan  da,  sözlə  ifadə  olunana  folklor  nümunələri  xalqımızın  müdrikliyini,  düşüncə 
dərinliyini  göstərir.  Onun  yaratdıqları  dilimizin  üslub  özəlliklərini,  leksik-qrammatik  zənginliyini 
yaşatmaqda  çox  əhəmiyyətlidir.  “Dil  hər  bir  fərdin,  ümumilikdə  isə  xalqın  mövcudluğunu 
şərtləndirir,  onu  bəşər  mədəniyyətinə  qoşur,  quvuşdurur”  (4,  9).  Azərbaycan  nağıllarının  da  dili 
onların yüksək ideyası, təlqin etdiyi mənəvi keyfiyyətlər qədər dəyərlidir. 
Nağılların  dilindəki  dialekt  və  köhnəlmiş  sözlərin  araşdırılması  dilimizin  dərindən 
öyrənilməsinə  kömək  edir.  Sabah  oldu,  arvadı  Əlmərdançun  xamralı  bağladı,  bir  az  da  daşa 
dönmüş pendir qoydu. 
Kişinin üstündə kəsərtidən-zaddan bir tiyəsi də yoxdu. 
Əlmərdan kişi bir az da yeyin tərpəndi. 
Qoca yenə yeyinlədi. 
Bu hində qulağına ilanın səsi gəldi (“Zəmanənin hökmü” nağılından). 
Qız da düyü arıtdıyırdı ki, xörək bişirsin. 
–Qardaş, mənim günahıma batıb, nahaq qan eləmə. Mən heç bir kişi xaylağı görməmişəm. 
Düyü arıtdıyırdım, bir göy mıncıx tapdım, ağzıma atmışdım, bilmədim uddum. Hər nə oldusa, o göy 
mıncıxdan oldu. 
Oğlan durdu, öküzdəri boyunduruxluyup, toxumu, xışı da götürüpçıxdı işə. 
Öküzdəri iti götürüp getdi cüt əkməyə. 
Ulamanı  çıxardıpöküzdərin  hərəsininbuynuzunun  arasınnan  bir  dəfə  vuran  kimi  yıxıldılar, 
öldülər. 
Çırtmaynan  vırıp  baydacanın  altın  dəldi,  dibinnən  baydacanı  elə  sordu  ki,  qaymaq  gəlip 
yapışdı baydacanın dibinə. 
–Ay arvad, Göy mıncıx yorunuxdu, yerin sal, yatsın. 
–Ağırdan,  yüngüldən  qabla  farmaşdara,  bir  neçə  dəst  də  yatıp-duracax  qoy,  yüklənək 
qaçax. 
Bıların başı qarışan kimi xəlvətcə durdu,  girdi farmaşa (“Göy mıncıx” nağılından). 
Bu  örnəklərdə  fərqləndirilmiş  sözlər  işlənmə  tezliyini  itirsə  də,  dialektlərimizdə  yaşamını 
davam etdirir. Və o da diqqəti çəkir ki, nağılların dilində arxaizmlər tarixizmlərdən bir qədər geri 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə