Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə27/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   23   24   25   26   27   28   29   30   ...   121

57 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
SƏDAQƏT HƏSƏNOVA 
                                                                       Naxçıvan Müəllimlər İnstitutu 
UOT:81.1 
 
AZƏRBAYCAN VƏ TÜRK DİLLƏRİNDƏ ALQIŞ VƏ QARĞIŞ 
PARALELLİYİ 
 
Açar sözlər: alqış, qarğış, dil, fikir, nitq mədəniyyəti 
Key words: cheer, curse, language, thought, speech, culture 
Ключевые слова: пожелания, проклятия, язык, мысль, культура речи 
 
 
Azərbaycan və türk dilləri eyni  dil ailəsinə və bu dillərin  eyni  qrup  (oğuz qrupu) və hətta 
eyni  yarımqrupuna (oğuz-səlcuq  yarımqrupuna)  daxil olduğundan bu dillərdə danışanların bir-biri 
ilə  anlaşma  dərəcəsi  xeyli  dərəcədə  yüksəkdir.  Təsadüfi  deyildir  ki,  hələ  XIX  yüzilin  sonunda 
aktual məsələ olaraq meydana çıxan və XX yüzilin əvvəlindən bəri “Füyuzat” dərgisində proqram 
kimi irəli sürülən “ortaq türk dili ideyası”nın həyata keçirilməsində Azərbaycan və türk dilləri əsas 
hesab  edilmişdir.  Bu,  həmin  dillərin  inkişaf  səviyyəsinin  də  yüksək  olduğunu  göstərir.  Son 
məlumatlara  görə,  bu  gün  dünyanın  insan  həyatı  üçün  yararlı  olan  beş  qitəsində  türk  dilində 
danışanlar vardır. Bu, türk dillərinin yayılma arealının böyüklüyünü göstərən faktlardandır. 
 
Tarixən  dili,  dini,  yaşam  adət-ənənələri  eyni  olan  türk  xalqlarının  mənəviyyat  baxımından 
zənginlik və seçkinliyi artıq bütün dünyaya bəllidir. Lakin bu xalqların mənəvi örnəklərində ümumi 
cəhətlər  çox  olsa  da,  hər  birinin  özünəxas  özəllikləri  də  vardır.  Bu  baxımdan,  folklor  nümunələri 
diqqəti çəkir. 
 
Alqış və qarğışlar  Azərbaycan nitq mədəniyyətində nitq etiketlərinə (yarlıqlarına) aid  olan 
örnəklərdir və onlar məişət nitqində özünəməxsus mövqeyə malikdir. Türk dilində isə onlar folklor 
nümunələri  hesab  edilir.  Sözügedən  dillərdəki  mövqeyinə  baxmayaraq  alqış  və  qarğışlar  məna 
çalarlarına, məzmun keyfiyyətlərinə görə bir sıra yaxınlıqlara malikdir. Bu maraqlı örnəklərdə türk 
xalqlarının  dərin  hissiyyatı  və  yüksək  təfəkkür  mədəniyyəti  yaşayır.  Türk  dilində  alqışlar  dua  da 
adlandırılır  və  bu,  təbiidir.  Çünki  onların  hər  biri  dua  səviyyəsində  olan  xeyirxahlıqla  bağlıdır  və 
çoxu dini xarakter daşıyır. Məsələn: Allah köməyin olsun! On iki imam köməyin olsun! Allah işini 
rast  gətirsin!  Allah  xoşbəxt  eləsin!  Allah  yaman  gözdən  saxlasın!  və  s.  kimi  alqış-dualar  bu 
baxımdan diqqəti çəkir. 
 
Türk  dillərində  alqış  və  qarğışların  –  dua  və  bədduaların  keçmişi  qədim  tarixi  köklərlə 
bağlıdır.  Hələ  “Kitabi-Dədə  Qorqud”
 
dastanında  onların  çox  mükəmməl  örnəkləri  ilə  qarşılaşırıq. 
Dastanın müqəddiməsində Dədə Qorqudun dilindən verilən alqışlar buna örnəkdir. Bundan başqa, 
dastanın  bütün  boyları  dualarla  bitir.  Dastanların  dilində    ilk  boydan  –  “Dirsə  xan  oğlu  Buğac 
boyunu  bəyan  edər,  xanım,  hey!”  boyundan  başlamış  son  boya  –  “İç  Oğuza  Dış  Oğuz  asi  olub 
Beyrək öldüyü boyı bəyan edər, xanım, hey” boyuna qədər  saysız-hesabsız dualar vardır: 
Yerlü qara dağların yıxılmasın! 
Kölgəlicə qaba ağacın kəsilməsin!... 
Ağ birçəklü anan yeri behişt olsun! 
Ağ saqallu baban yeri uçmağ olsun! (4, 36). 
Allah verən umudun üzülməsün! (4, 51). 
Ölüm gəldikdə səni təmiz imandan ayırmasın! 
Allah səni namərdə möhtac etməsin! (4, 302) və s. 
Maraqlıdır ki, “Kitabi-Dədə Qorqud” dastanının dilində duanın hökmünə böyük inam vardır. 
Dirsə  xanın  oğlu  Buğac,  Bayburanın  oğlu  Beyrək,  Baybecanın  qızı  Banuçiçək  dua  ilə  doğulur. 


58 
 
İgidlər döyüşdən qabaq namaz qılıb dua edirlər. Bu dua – alqışlardakı sözlərin hikməti dərin, təsiri 
böyükdür.  
“Kitabi-Dədə  Qorqud”  dastanının  dilində  qarğışlar  da  özünü  göstərir.  Bacısını  heç  kəsə 
vermək istəməyən Dəli Qarcar Banuçiçək üçün elçi gələn Dədə Qorquda qılınc çəkmək istəyəndə 
Dədə onu qarğıyır: “Çalırsan, əlin qurusun” – dedi” (4, 59). Və Dədənin qarğışı Dəli Qarcarı tutur, 
onun əli “yuqaruda asılı qaldı”. Deməli, alqışlarda da, qarğışlarda da hansısa bir mənəvi və sehrli 
bir qüvvə var. “Kitabi-Dədə Qorqud”
 
dastanlarındakı dualar şaman duaları hökmündədir və bəlkə 
də həmin dualarla bağlılığı vardır.  
Qədim  qaynaqlar  da  təsdiq  edir  ki,  ağzı  dualı  nənələrimiz,  babalarımız  yaxşılıqları, 
xeyirxahlıqları gözəl sözlərlə – alqışlarla mükafatlandırıblar. Pisliklərə, bədxahlıqlara qarşı isə dili 
qarğışlı olublar. 
Azərbaycan  və  türk  dillərindəki  alqış  və  qarğışlar  (o  cümlədən  digər  folklor  örnəkləri)  üç 
qrupa ayrılır: 
1.
 
Həm forma, həm də məzmunca eyni olanlar
2.
 
Formaca fərqli olub, məzmunca eyni və ya yaxın olanlar; 
3.
 
Dillərin  biri  üçün  səciyyəvi  olanlar,  yəni  bir  dilə  –  ya  Azərbaycan,  ya  da  türk  dilinə  xas 
olanlar. 
Birinci qrupa, yəni hər iki dildə həm forma, həm də məzmunca eyni olan alqış və qarğışlara 
aşağıdakıları misal göstərmək olar:  
Alqışlardan – dualardan: Ağ günlü olasan! (3, 222). Allah axıracen  yarıtsın! (3, 223). Allah 
yrzanı bol eylesin! (3, 223). Qazancın artıq olsun! (3, 224). Ömrün uzun olsun! (3, 224). Evin abad 
olsun! (3, 224). Allah süfrəni hemeşe açıq eylesin! Allah üreyine göre versin! (3, 226). 
Qarğışlardan  –  beddualardan:  “”Anan  meler  qalsın!”  (3,  227),  “Ağzında  dilin  yansın!”  (3, 
227), “Gelin ölesen!” (3, 228), “Adın adlara qoyulsun!” (3, 228) və s. 
İkinci qrupa,  yəni  formaca fərqli olub, məzmunca eyni  və  ya  yaxın  olan  alqış və qarğışlara 
aşağıdakıları örnək göstərmək olar:  
Türk  dilində  “Ocağın  hemeşe  qonaqlı-qaralı  olsun!”  (3,  224)  alqışı  –  duası  Azərbaycan 
dilində  “Həmişə  qonaqlı-qaralı  olasan!”,  türk  dilində  “Ölenlerinin  yeri  behişt  olsun!”  alqışı 
Azərbaycan  dilində  “Allah  ölənlərinə  rəhmət  eləsin!”,  Türk  dilində  “Uşaqlarını  Allah  saxlasın!” 
alqışı  Azərbaycan  dilində  “Allah  balalarını  saxlasın!”  şəklindədir.  Göründüyü  kimi,  bu  dualar 
yalnız bəzi  sözlərinə və ya söz düzümlərinə görə fərqlənir, anlam baxımından isə, demək olar ki, 
bərabərdir.  
Həm türk, həm də Azərbaycan dillərində forma baxımından azca fərqlənsə də, məna-məzmun 
bağlılığı  olan  qarğışlar  da  vardır:  Türk  dilində  –  “Oğul  toyu  görmüyesen”  (3,  228),  Azərbaycan 
dilində “Bala toyu görməyəsən”, türk dilində “Hersin başını yesin!”, Azərbaycan dilində “Öz başını 
yeyəsən!” və s. 
Üçüncü  qrupa  aid  olan,  yəni  dillərin  biri  üçün  məqbul  olub  digər  qohum  dildə  işlənməyən, 
deməli,  bir dilə  –  ya Azərbaycan,  ya da türk dilinə xas olan alqış-dua örnəklərinə də rast  gəlmək 
mümkündür.  Məsələn,  “Sinəndə  ağ  tüyler  pitsin”,  “Gözün  pis  üzler  görmesin!”,  “Vetenine  yad 
ayağı  deymesin!”,  “Qazancın  qazan  doldursun!”,  “Boz  atın  büdremesin!”  kimi  alqışlar  türk  dili 
üçün  səciyyəvidir  və  bunlar,  xüsusilə  də  “Vetenine  yad  ayağı  deymesin!”  çox  qiymətli  dualardır. 
“Vətən  gözündə  ucalasan!”,  “Yüksələsən,  alçalmayasan!”,  “Tay-tuş  yanında  başıuca  olasan!” 
alqışları da Azərbaycan dili üçün səciyyəvidir. 
“Ac  ölesen!”  (3,  229),  “Yara-xora  tökesen”  (3,  229),  “Balan  başını  yesin!”  (3,  229),  “Elin 
qelem  tutmasın!”  (3,  230),  “Payın  palçığa  dönsün!”,  “Payın  ite  tökülsün!”  (3,  231)  bədduaları  – 
qarğışları türk dilində işlənən örnəklərdir. 
Azərbaycan  və  türk  dillərində  elə  örnəklər  var  ki,  bir  dil  üçün  duadırsa,  bir  qədər  başqa 
formada – xəbəri inkar şəkilçili feillə ifadə olunaraq digər dil üçün bədduadır – qarğışdır. Məsələn, 
türk dilində “Cavan qeddin yere gelmesin!” duası ilə Azərbaycan dilindəki “İgid arxan yerə gəlsin!” 
qarğışı bir-biri ilə mənaca əkslik təşkil edir. 
Türk  dilinə  xas  olan  dualar  içərisində  elələri  vardır  ki,  onlar  Azərbaycan  dilində  dua  və  ya 
alqış hesab edilmir. Məsələn: “başına dolanım”, “başına dönüm”, “qadan alım”, “sabahın xeyir!”, 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə