Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə28/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   24   25   26   27   28   29   30   31   ...   121

59 
 
“uğur  olsun!”,  “salamat  qal!”  ifadələri  belələrindəndir.  Bunlardan  “başına  dolanım”,  “başına 
dönüm”,  “qadan  alım”  qeyri-rəsmi  müraciət  etiketləri,  “sabahın  xeyir!”  görüşmə  etiketi,  “uğur 
olsun!”,“salamat  qal!”  isə  ayrılma  etiketləridir.  Bu  etiketlər  türk  dilində  dua  kimi  qəbul  edilib. 
Azərbaycan  dilində  belə  ifadələr  nitq  etiketləri  sırasına  daxildir.  Əvvəllər  Azərbaycan  dilində  də 
onlar indiki mövqeyində olmamış, məişət-mərasim nəğmələri sırasına daxil edilmişdir.  
Alqış  və  qarğışlar  xalqımızın  milli  təfəkkürü,  etnoqrafiyası  ilə  bağlı  olaraq  nitq 
mədəniyyətinin  göstəricisi  kimi  meydana  çıxmışdır.  Bu  baxımdan,  müraciət,  görüşmə,  ayrılma, 
təbrik  yarlıqları  geniş  yayılmışdır.  Artıq  alqışlar  və  qarğışlar  da  nitq  etiketləri  sırasında  seçkin 
mövqedədir.  Onlar  xalqın  düşüncə  və  münasibətlərini  ifadə  etməkdən  başqa,  həm  də  özünə  xas 
hikmətə malikdir. Bundan başqa, onlarda gizli fikir və sözlər də vardır.  
Alqışlar  və  qarğışlar  minilliklər  boyu,  əsasən,  dəyişməyən,  sabitliyini  qoruyub  saxlayan 
etiketlərdəndir. Onlar bəzi nitq etiketləri ilə müqayisədə ünsiyyətdə aktiv mövqeli olması ilə diqqəti 
çəkir. Elə nitq etiketləri var ki, onlar ünsiyyətdən tez çıxır və ya başqası ilə əvəz olunur. Alqışlar və 
qarğışlar  isə  min  illərdir  ki,  ünsiyyətin  canlılığını  təmin  edir.  “Nitq  etiketlərindən  yerli-yerində 
istifadə olunması ünsiyyətin normal gedişinə, anlaşmaya kömək edir, səmimi münasibət yaradır. Bu 
etiketlərlə  biz  çox  zaman  hörmət  və  məhəbbətimizi,  bəzən  də  qəzəb  və  nifrətimizi  ifadə  etmiş 
oluruq” (1, 499). Hələ qədim zamanlardan yazının meydana gəlmədiyi dövrlərdən barmaqları qələm 
görməyən,  məktəb  tanımayan,  lakin  yüksək  və  dərin  təfəkkürlü  xalqımız  öz  mənəvi  sərvəti  olan 
dilinin maraqlı bir örnəyi kimi bir çox nitq mədəniyyəti nümunələri ilə yanaşı, alqış və qarğışları da 
yaratmışdır. 
Hər  bir  xalqın  öz  mənəviyyatına,  həyat  tərzinə,  adət-ənənələrinə  uyğun  deyimləri,  nitq 
mədəniyyəti örnəkləri  onun milli-mədəni  təfəkkürünün  mükəmməl göstəricilərindən biridir. Türk 
xalqlarının  dilindəki  belə  nümunələr  onların  zəngin  mənəviyyatının,  dolu    qəlbinin  və  ağlının 
məhsulu  olaraq  uzun  zamanlardan  bəri  dildən-dilə  keçmişdir.  Onlar  xalqın  zövqünə,  təfəkkürünə 
uyğun düzülüb-qoşulmuş, zaman-zaman ümumtürk dil mədəniyyətinin qiymətli sərvəti kimi yüksək 
dəyərlərlə zənginləşmişdir. 
Ox atmaqda, qılınc oynatmaqda, at  çapmaqda, dövlət qurmaqda məşhur olan qədim  türklər, 
sözdən  istifadə  etməkdə,  onu  yerində  və  layiqincə  işlətməkdə  də  çox  bacarıqlı  idilər.  Onların 
dilindəki  bir  çox  nümunələr,  o  cümlədən  alqışlar  və  qarğışlar  söz-ifadə  yaradıcılığının 
mükəmməlliyini  göstərir.  Az  sözlə  çox  fikir  ifadə  edən  bu  qədim  məişət  nitqi  örnəkləri  xalqın 
içindən gələn, hər hansı bir durumla bağlı olaraq meydana çıxan maraqlı dil vahidləridir. 
Həm   Azərbaycan, həm  də türk dillərinə xas olan alqış və qarğışlardakı   paralellik bir daha 
göstərir ki, türk xalqlarının dili bir, dini bir, təfəkkürü birdir. Bu örnəklər xalqımızın söz haqqı, söz 
yaddaşı,  hikmətlərlə  dolu  söz  dünyasıdır.  Söz  Tanrının  insana  bəxş  etdiyi  ən  yüksək  və  ülvi 
hədiyyədir. Bu əvəzsiz mənəvi nemətlə Tanrı insanı bütün digər canlılardan ayıraraq onu xoşbəxtlik 
mərhələsinə  qaldırıb.  Doğrudan  da,  düşündüklərini  ifadə  edə  bilmək,  dərdini  anlatmaq,  dərdlərə 
yandığını  nitqinlə  bildirməyi  bacarmaq,  mənəviyyatını  dilinlə  yaşatmaq  insanın  ən  böyük 
uğurlarındandır.  Bu anlamda, nitq mədəniyyətimizin  söz və məna  zənginliyi  mənəvi  dünyamızın 
zənginliyindən  xəbər  verir.  Təsadüfi  deyildir  ki,  çox  qədim  tarixi-mədəni  irsə  malik  olan  türk 
xalqları  əsrlərin  sərt  sınağından  çıxan  zəngin  mənəvi  irsi  ilə  bəşər  tarixində  tanınmışlar.    Dünya 
mədəniyyəti tarixində türklərin fərqli və əvəzsiz rolu vardır. Alqış-qarğış örnəkləri türk xalqlarının 
sözdən  istifadə  bacarığının,  nitq  mədəniyyətinin  qədimliyini  təsdiq  edən  qaynaqlardan  biri  kimi 
qiymətlidir. 
   
 
 
 
 
 
ƏDƏBİYYAT 
1.
 
Azərbaycan dili. Bakı, 2012 
2.
 
Azərbaycan folkloru. Bakı, Şərq-Qərb, 2005 
3.
 
Iğdır kültürü, Ankara, 2012 
4.
 
Kitabi-Dədə Qorqud. Bakı, Öndər nəşriyyat, 2004 
5.
 
Ziya Zakir Acar. Her yönüyle Iğdır. Ankara, 2010 
 
 
 
 
 
 


60 
 
ABSTRACT 
                             Sadagat Hasanova  
 
The line of cheers and curses in  
Azerbaijani and Turkish 
 
The article is about the samples of speech culture in the Azerbaijani and Turkish languages. 
For  this  purpose,  cheers  and  curses  are  given  foreground.  Cheers  and  curses  are  analyzed  as  the 
samples of ancient turks΄ 
 
mentality and their attitude to one another and the others. Besides these, 
the  article  deals  with  the  historically  anciency  of  cheers  and  curses.  Scientifical  and  theoretical 
thoughts are put forward in the article are ground with the language facts. 
 
 
 
 
 
 
 
РЕЗЮМЕ 
Садагат Гасанова 
 
Паралели между пожеланиями и проклятиями в  
Азербайджанском и Тюркском  языках 
 
В статье  говорится  о примерах   речевой  культуры    в азербайджанском и тюркском  
языкa. С  этой   целью на передний план выдвигаются пожелания и проклятия. Пожелания и 
проклятия разбираются как примеры, определяющие отношения древних тюркских народов 
друг  другу  и  к    другим.  Кроме  этого,  показана  историческая  древность    пожеланий  и 
проклятий.  Выдвинутие  в  статье  научно-теоретические  мысли  обоснованы  языковыми 
фактами. 
 
 
 
 
 
 
 
 
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
       
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə