Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə3/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   2   3   4   5   6   7   8   9   ...   121


 
   
 
 Dilbera, bin hacc u umre sayaram 
   
 
 Senün-ile her geçen çagum benüm. 
 
   
 
 Şol kara halün gibi hahi degül  
   
 
Yüregümde dayima dagum benüm. 
  
   
 
Görk içinde olmaya hüsnün gibi 
    
 
Kadri yüce, gönli alçagum benüm. 
 
    
 
Husreva, lutf eyle, rahm it Gavriye, 
   
 
İy gözi nerkis, yüzi agum benüm. 
                                       
 
 (11, s.106-107)  
 Sultan  Kansu  Qavri    də  İzzəddin  Həsənoğlu  kimi,  öz  qəzəlini  rəməl  bəhrinin  III  növündə 
yazmışdır.  Nəzərə  alaq  ki,  Misirin  şair  hökmdarı  azsaylı  ustad  sənətkarlara,  o  cümlədən    böyük 
şairimiz  İmadəddin  Nəsimiyə  nəzirə  yazmışdı  və  sultanın  bir  sıra  şeirləri  də  öz  növbəsində  bəzi 
nəzirələrin  qələmə  alınmasına  rəvac  vermişdi,  o  zaman  aydınlaşar  ki,  Kansu  Qavrinin  Həsənoğlu 
şeirindən  təsirlənməsi  təsadüfi  olmayıb,  “Necəsən,  gəl...”  qəzəlinin  yüksək  dəyərinə  əsaslanır. 
Sultan Qavrinin nəzirəsində qafiyələrin çoxu Həsənoğlu şeirində işlənənlərdir. Məsələn: yağum, ça-
ğum, toprağum, ağum, alçağum, dağum...Hər iki nümunə arasındakı mövzu, ruh, qayə, duyum və 
deyim tərzinin yaxınlığı da aşkar nəzərə çarpır. Bu oxşarlıq bəzi beytlərdə daha qabarıqdır. Məsə-
lən, Həsənoğlunun: 
   
 
Hüsn içində sana manənd оlmaya,  
   
 
Əsli yuca, gönlü alçağum bənüm,- 
beyti müqabilində Sultan Kansu Qavri aşağıdakı beyti işlətmişdir: 
   
 
Görk içinde olmaya hüsnün gibi, 
   
 
Kadri yüce, gönli alçagum benüm. 
 Bunlarla  yanaşı,  Kansu  Qavrinin  Həsənoğluya  nəzirəsinin  ümumən  ideya-bədii 
mükəmməlliyə, bir sıra orijinal deyimlərə malik olduğunu da vurğulamaq gərəkdir. Bu baxımdan 2-
ci, 3-cü, 5-ci beytlər xüsusən təqdirəlayiqdir. 
Sultan  Kansu  Qavrinin  haqqında  danışılan  qəzəlindən  söz  açan  türkiyəli  tədqiqatçı  Orhan 
Yavuz öz kitabında, çox güman ki,  diqqətsizlik ucbatından mexaniki bir  yanlışlığa da  yol vermiş, 
səhifəaltı qeyddə Həsənoğlunun Qavri qəzəlinə nəzirə yazdığını bildirmişdir (11, s.105).  “Halbuki  
təxminən 1440-cı ildə doğulan, 1516-cı ildə dünyasını dəyişən Misir məmlük sultanı Kansu Qavriyə 
ondan  çox-çox  əvvəllər  yaşamış  İzzəddin  Həsənoğlu  necə  nəzirə  yaza  bilərdi?”  (8,  s.85).  Sultan 
Qavrinin divanında da əvvəl Həsənoğlu şeiri, sonra isə Qavrinin nəzirəsi verilmişdir. Təsadüfi deyil 
ki, digər türk ədəbiyyatşünasları birmənalı şəkildə haqlı olaraq məhz Sultan Qavrinin Həsənoğluya 
nəzirə  yazmasını  bildirmişlər:  “Sultan  Gavri,  Hasanoğlu’nun  “Niçesin,  gel  iy  yüzi  agum  menüm, 
Sen eritdün odlara yagum menüm” beyti ile başlayan şiirine, “İy yüzi gül Gülşen ü bâgum benüm, 
Zülfünün zinciridür bağum benüm” şeklinde başlayan gazelle cevab vermiştir” (9, s.163).  
Həsənoğlunun “Necəsən, gəl...” qəzəli ilə bağlı bir maraqlı faktı da elmi ictimaiyyətimiz üçün 
gərəkli  ola  biləcəyindən  diqqətə  çatdırmaq  istərdik.  Türkiyəli  alim    Ersen  Ersoy  2013-cü  ildə 
yayınlanmış  “XIV-XVI. yüzyıllar arasında yazılmış bazi şiirleri ihtiva eden bir mecmua  ve İbn-i 
Ömerin  şiirleri”  məqaləsində  Parisdə  milli  kitabxanada  saxlanılan  bir  əlyazmada  bir  sıra  şairlərin 
əsərləri  ilə  yanaşı,  İ.Həsənoğlunun  vaxtı  ilə  Barbara  Fleminq  tərəfindən  aşkarlanmış    qəzəlinə  də  
rast  gəldiyini  nəzərə  çatdırmışdır.  E.Ersoyun  yazdığına  görə,  Paris  kitabxanasındakı  əlyazmada 
qeydə  alınan  Həsənoğlu  qəzəli  B.Flemminq  nüsxəsi  ilə  müqayisədə  bir  neçə  beyt  artıqdır 
(4).İnternetdə  oxuduğumuz  bu  məlumatı  dəqiqləşdirmək  üçün  tədqiqatçı  Ersen  Ersoyun  e-mail 
ünvanını  tapıb  onunla  əlaqə  yaratdıq.  Xahişimizə  cavab  olaraq  Ersen  bəy  şairimiz  Həsənoğlunun 
“Necəsən,  gəl...” qəzəlinin  Paris əlyazmasındakı  variantını  yazıb  bizə göndərdi  (Ersen bəyə dərin 
təşəkkürümüzü bildiririk- H.H.).  
Həmin variantı sadəcə Azərbaycan orfoqrafiyasına uyğunlaşdırmaqla burada ilk dəfə diqqətə 
çatdırırıq: 



 
   
 
 
Səfa gəldün, ay yüzi ağum bənüm,  
   
 
 
Sən əritdün yürəgüm yağın bənüm . 
 
   
 
 
And içəm kim, səndən artuq sevməyəm,  
   
 
 
Sənün ilə xoş geçər çağum bənüm.  
 
   
 
 
Hüsn içində hiç manəndün olmaya
   
 
 
Əsli yüca, gönli alçağum bənüm . 
 
   
 
 
Al əlümi, irəyüm maksuduma ,  
   
 
 
Yoxsa dağlar əridür ahum bənüm. 
 
   
 
 
Ay toğıcak aləmə şölə  verür
   
 
 
Karanuda şəmü, həm çırağum bənüm.  
 
   
 
 
Verr başunı, vermə sirrin kimsəyə 
   
 
 
Şöylə təlim etdi ustadum bənüm.  
 
   
 
 
Bən ölicək yar yolına kon bəni,  
   
 
 
Baxa dursun yara toprağum bənüm. 
 
   
 
 
Toprağumdan nə ki, bitərsə bənüm,  
   
 
 
Zari kıla cümlə yaprağum bənüm.  
 
   
 
 
Tâ ölincə eşqini eltəm başa,  
   
 
 
Gər Hasanoğlu durur adum bənüm. 
 Bu  variantda  da  qəzəl  doqquz  beytdən  ibarətdir.  Amma  5-ci  və  6-cı  beytlər    B.Flemminq 
nüsxəsindən tamamilə fərqlidir. Həmin beytlərə diqqət yetirək: 
 
     
 
  
Barbara Flemminq variantında: 
 
   
 
 
Sən rəqibə sirrini faş еylədün, 
   
 
 
Anun ilə оldu şiltağum bənim. 
 
   
 
 
Qışladum qapunda itlərün ilə
               
       
Оldu kuyin uşda yaylağum bənüm   
 
                                     Ersen Ersoy variantında: 
 
   
 
 
Ay toğıcak aləmə şölə  verür, 
   
 
 
Karanuda şəmü, həm çırağum bənüm.  
   
 
   
 
 
Verr başunı, vermə sirrin kimsəyə , 
   
 
 
Şöylə təlim etdi ustadum bənüm.  
 Bu  iki  variantın  fərqli  beytləri  arasında  da    duyum  və  deyim  tərzi,  dil-üslub  xüsusiyyətləri 
tamamilə eynidir.  Bəlkə də, bu fərqli beytlər vaxtı ilə  qəzəlin tərkib hissəsi olub. Maraqlıdır ki. 
həmin beytlər arasında məntiqi bağlılıq da nəzərə çarpır. Məsələn, B.Flemminq nüsxəsindəki 5-ci 
beytdə aşiq sirrini rəqibə faş etdiyinə görə gözəldən gileylənir. E.Ersoy variantındakı 6-cı beytdə isə 
aşiq  sanki  bunun  davamı  kimi  ustadının  nəsihətini  xatırladır:  lazım  gəlsə,  başını  da  ver,  yəni 
canından da keç, amma kimsəyə sirrini vermə. 
Variantların    məqtə  (son)  beytləri  də,  demək  olar  ki,  fərqlidir.Amma  onların  hər  ikisində 
Həsənoğlu eşqdəki sədaqətindən söz açır. Digər beytlər əsasən eyni olsa da, bəzi kiçik fərqlər nəzərə 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə