Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə30/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   26   27   28   29   30   31   32   33   ...   121

63 
 
kəmiyyəti  göstərə  bilməsindən  ibarət  olduğunu  yazan  alim  əsaslı  arqumentlər  irəli  sürərək 
mənsubiyyətin  qeyri-morfoloji  üsullarla  ifadə  olunması  fikrini  qəbul  etmir:  “Ancaq  qeyd  etməyi 
lazım bilirik  ki, kitablarda “Mənsubiyyət  kateqoriyası” adı  altında bu kateqoriyaya dəxli olmayan 
məsələlərdən  də  danışılır...  Guya  mənsubiyyət  kateqoriyası  təkcə  morfoloji  üsulla  deyil,  həm  də 
morfoloji – sintaktik, hətta sırf sintaktik, analitik üsulla da əmələ gəlir” (19, 264).   
Yusif Seyidovun bu fikri ilə razılaşmamaq mümkün deyil. Məsələ burasındadır ki, yuxarıda 
istinad  edilən,  eləcə  də  çoxlu  digər  oxşar  mənbələrdə  mənsubiyyət  anlayışından  məhz  morfoloji 
kateqoriya  kimi  bəhs  olunur.  Danılmaz  faktdır  ki,  hər  bir  qrammatik,  o  cümlədən,  morfoloji 
kateqoriyanın məzmunu və ifadə vasitəsi olur. Mənsubiyyət anlayışı da morfoloji kateqoriya kimi 
nəzərdən  keçirilirsə,  deməli  ancaq  morfoloji  ifadə  vasitələri  araşdırma  obyekti  ola  bilər.  Başqa 
sözlə,  digər  dil  səviyyələrinə  məxsus  olan  ifadə  vasitələri  morfoloji  mənsubiyyət  kateqoriyasının 
ifadə vasitəsi  hesab oluna bilməz. Digər tərəfdən, qeyri-morfoloji  ifadə vasitələri  ilə mənsubiyyət 
anlayışının məzmun komponenti elə açıq-aydın ifadə olunur ki, onlardan bəhs olunmadığı təqdirdə 
mənsubiyyət  kateqoriyasının  məzmun  planı  tam  əhatə  oluna  bilməz.  Beləliklə,  mənsubiyyət 
anlayışının qrammatik kateqoriya çərçivəsində araşdırılması nə onun məzmun, nə də ifadə planını 
əhatə edə bilmir. Qeyd edilməlidir ki, bu xüsusiyyət təkcə mənsubiyyət anlayışı üçün deyil, digər 
morfoloji kateqoriyalar (felin növ, ismin kəmiyyət kateqoriyası və s.) üçün, eyni zamanda təkcə türk 
dilləri  üçün  deyil,  digər  dünya  dilləri  üçün  də  səciyyəvidir.  Bu  vəziyyət  dilçiləri  yeni  tədqiqat 
metodları  axtarmağa  vadar  etmiş,  yeni  dilçilik  metodları  meydana  gəlmişdir.  Hər  hansı  linqvistik 
kateqoriyanın həm məzmun, həm də ifadə məzmununu dolğun əhatə etmək nöqteyi-nəzərindən yeni 
tədqiqat  metodlarından  olan  sahə  nəzəriyyəsi  diqqəti  xüsusilə  cəlb  edir.  Bu  nəzəriyyədən  son 
onilliklərin  dilçilik  praktikasında  müxtəlif  dil  səviyyələrinin  ayrı-ayrı  vahidlərinin  funksional-
semantik müstəvidə tədqiqi zamanı geniş istifadə olunur.  
 
“Funksional-semantik sahə” termini başlıca olaraq sahələr arası linqvistik hadisə kimi, daha 
doğrusu, semantik funksiyaların ümumiliyi əsasında birləşmiş müxtəlif səviyyəli ifadə vasitələrinin 
məcmusu kimi başa düşülür. Yəni funksional-semantik ümumilik baza rolunu oynayaraq müxtəlif 
səviyyəli dil elementlərini (morfoloji, sintaktik, leksik, söz yaradıcılığı, frazeoloji) bir araya gətirir.  
 
Hər hansı funksional-semantik sahənin başlıca səciyyəvi xüsusiyyəti onun məzmun və ifadə 
planlarına  malik  olmasıdır.  Hər  hansı  bir  linqvistik  sahənin  bütün  müxtəlif  səviyyəli  (morfoloji, 
sintaktik,  leksik,  leksik-sintaktik  və  s.),  ayrı-ayrı  yaruslara  xas  olan  ifadə  vasitələrinin  məcmusu 
həmin  sahənin  ifadə  planını  təşkil  edir.  Bütün  bu  müxtəlif  səviyyəli  ifadə  vasitələrinin  ümumi 
invariant  mənası  isə  müəyyən  sahənin  məzmun  planını  əmələ  gətirir.  Linqvistik  sahələrin  əsas 
xüsusiyyətlərindən biri onların mərkəzi (əsas) və periferik ifadə vasitələrinə malik olmasıdır.  
 
Göründüyü kimi, linqvistik sahələr anlayışı dilin tədqiqi üçün yeni tələblərə cavab verən bir 
nəzəriyyə  olmaqla  qrammatik  kateqoriyalardan  əsaslı  şəkildə  fərqlənir.  “Dilçilik  sahəsi” 
terminindən istifadə olunması dilin müxtəlif səviyyələrinə aid mikrostrukturların daha geniş tədqiq 
olunmasına  zəmanət  verir.  Xüsusən  məzmundan  formaya  prinsipinin  tətbiqi  hər  hansı  dil 
hadisəsinin istər məzmun, istərsə də forma tərəflərinin tam əhatə olunmasına imkan yaradır. 
 
Beləliklə,  bu  məqalədə  müasir  Azərbaycan  dilində  mənsubiyyət  anlayışı  sahə  nəzəriyyəsi 
müstəvisində  araşdırılmışdır.  Başqa  sözlə,  burada  morfoloji  mənsubiyyət  kateqoriyası  deyil, 
mənsubiyyət funksional-semantik sahəsi araşdırma obyekti olmuşdur. 
Geniş mənada sahib və mənsub komponentlər arasında müxtəlif atributiv əlaqələrin fadəsinə 
xidmət  edən  funksional-semantik  mənsubiyyət  sahəsi  Azərbaycan  dilində  monoqrafik  tədqiqat 
obyekti  olmamışdır.  Bu  məqalədə  mənsubiyyət  anlayışının  məzmun  və  ifadə  planları  bədii 
ədəbiyyatdan  seçilmiş  dil  faktları  əsasında  sahə  nəzəriyyəsi  müstəvisində  qısa  şəkildə  şərh 
olunmuşdur. Araşdırma məzmundan formaya istiqamətində aparılmışdır. 
Qeyd  olunmalıdır  ki,  mənsubiyyət  kateqoriyası  ilə  ifadə  olunan  məzmun  onu  təşkil  edən 
komponentlərin  mənasından  asılıdır.  Başqa  sözlə,  mənsubiyyət  anlayışının  məzmun  planının 
formalaşmasında bu kateqoriyanın tərkinb hissələrini əmələ gətirən nitq hissələrinin lüğəvi mənaları 
əsas rol oynayır.  
Müasir  Azərbaycan  dilində  funksional-semantik  mənsubiyyət  sahəsinin  məzmun  planının 
geniş yayılmış məna variantları aşağıdakılardır: 


64 
 
  
1)  Sahib  şəxsin  mənsub  əşyaya  real  şəkildə  malik  olması  münasibəti.  Məsələn:  Hədiyyən 
nadir tapılan hind güldanlarına bənzəyir (20, 27). Dərd eləmə, desəm ki: Yazı masam, ölürəm! (21, 
458).  Hücrəniz  balaca  da  olsa,  onda  qəsr  əlaməti  var  (20,  39).  Mən  hara  gedirəm,  hara  gedirəm, 
Səni aparıram pasportum kimi (21, 201). 
 
Bu məna variantında ikinci komponent funksiyasında bədən üzvləri geniş işlənir. Məsələn: 
Fikrim quzğun olub beynimi didir, qıçımda buxov var, qolumda zəncir (21, 200). Dəryanur başını 
aşağı  dikdi,  sonra  boynunu  sol  çiyninin  üstünə  əyib  mayıl-mayıl  mənə  baxdı  (20,  66).  Əllərin 
qızıldı, oğlan (20, 27). Zəhra əvvəlcə çiyinlərini çəkdi (20, 27). 
 
2) Sahib şəxslə müxtəlif konkret və mücərrəd isimlər və digər substantivləşmiş sözlər arasında 
ən  müxtəlif  aidlik  münasibətləri.  Məsələn:  İlham  adlı  şahpərim  var,  Yol  üstəyəm,  səfərim  var... 
Yazılmamış  əsərim  var...  (21,  28).  İşgüzarlığına,  qabiliyyətinə,  cəldliyinə,  ağlına,  zəkasına,  kamalına 
görə vəzirin sevimlisi oldu (20, 15). Hələ səsiniz, ud çalıb oxumağınız! (20, 29). Yaşı artırdı, zarafatı, 
deyib-gülməyi  azalırdı  mənim  kimi...  (20,  30).    Mənim  şimşəklərim  hara  şığıdı?  Mənim  dolularım 
haraya yağdı? Mənim yağışlarım daha şıdırğı, Qanım daha təmiz, daha da ağdı (21, 197). 
 
3)  Şəxslər  arasında  aidlik  münasibəti.  Məsələn:  Baş  şeyxin  qızı  da  bacısı  barədə  dediyini 
unudub  soruşdu...  (20,  28).  Cəmil  isə  camaatdan  çox,  dostu  Əcəminin  mahir  əllərindən  çıxan 
türbəyə baxır (20, 32). Ona görə deyiblər də, xatın qız xalasına, qoç igid dayısına oxşar (20, 37).  
 
Bu  məna  variantının  semantikasında  qan  qohumluğu,  dostluq,  düşmənçilik  və  digər  oxşar 
münasibətlər  mühüm  yer  tutur.  Məsələn:  Babamız  qəm  əkib,  qəm  biçən  yerdə  Çiçəkli  bağ-bağat 
salmışıq indi (21, 29). Cahan Pəhləvan anası Mömünə Xatunun ... məzarını ziyarət etdikdən sonra 
saraya təşrif gətirdi və yuyunub dincəldi (20, 35). Atam doluxsunub, baxıram ona, Kişi uşaq olub 
səksən yaşında (21, 230).  Var olun ki, ukraynalı dostlarım, siz, Bu gün məni öz qəbrimin görüşünə 
gətirdiniz (21, 217).  
 
Bu tipli aidlik semantikasında hüquqi, ictimai status münasibətləri də müəyyən yer tutur (2, 
40).  Məsələn:  O,  bu  yolun  fəhləsidir  (21,  220).  Ulu  Şahım,  qılınc  çalmaq  öyrət  bizə!  (21,  614). 
Eldəgəzlər  xanədanının  ikinci  hakimi  başına  qızıl  sərkərdə  tacı  qoymuş,  belinə  daş-qaşlı  kəmər 
bağlamışdı (20, 8). Karvan sahibi yükləri boşaltmağı köməkçisinə əmr etdi (20, 13).  
 
Bu  aidlik  variantında  diqqət  çəkən  münasibətlərdən  biri  də  tamın  hissəsi  mənasıdır. 
Məsələn: Qullardan biri çatmır (20, 12). Qocalardan bir neçəsi kənara çəkilib demilərini tüstülədirdi 
(20, 218). Onun vaxtsız vurulanı, onun əsir düşəni var (21, 210). Pıçıldayır su dodağı: Altı qızın biri 
Pəri (21, 257). 
 
4)  Müxtəlif  konkret  və  mücərrəd  anlayışlar  arasında  ən  müxtəlif  aidlik  münasibətləri. 
Məsələn: Sarayın əsas darvazası açıldı (20, 8). Qafilə Urmiya gölünün sahilinə çatdı (20, 10). Bəlkə 
elə buna görə də ayağı bir yerə yığışmır, bütün günü xəstəxananın həyətindədi (22, 87).  
 
ƏDƏBİYYAT 
1.  Səidə  Rüstəmova.  Azərbaycan  dilçiliyində  qrammatika  konsepsiyasının  inkişaf  tarixi.  Bakı, 
Elm,  2004, 172 s. 
2.
 
Muxtar Hüseynzadə. Müasir Azərbaycan dili. Morfologiya. Bakı: Şərq-Qərb, 2007, 280 s.   
3.  Грамматика  Азербайджанского  языка  (фонетика,  морфология,  синтаксис).  Баку:  Елм, 
1971, 413 с.   
4. Müasir Azərbaycan dili. II cild. Morfologiya. Bakı: Elm, 1980, 512 s. 
5. Buludxan Xəlilov. Müasir Azərbaycan dilinin morfologiyası. I hissə. Bakı: Elm, 2007, 280 s. 
6. Зарифа Будагова. Азербайджанский язык. Баку: Элм, 1982, 140 с. 
7. Будагова З. И. Основы  грамматики современного Азербайджанского языка  (морфоло–
гия). Баку, Элм, 1987, 188 с. 
8.
 
Məmmədov N., Axundov A. Dilçiliyə giriş. II nəşr. Bakı, Maarif, 1980, 316 s. 
9.
 
Adil Babayev. Dilçiliyə giriş. Bakı, Nurlan, 2004, 512 s. 
10.  Zeynalov F. R. Türkologiyanın əsasları. Bakı, Maarif, 1981, 348 s. 
11. Serebrennikov B. A., Hacıyeva N. Z.. Türk dillərinin müqayisəli-tarixi qrammatikası. Bakı,      
      Səda, 2002, 381 s. 
12. Xəlilov  Buludxan. Türkologiyaya giriş. Bakı, Nurlan, 2006, 348 s. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə