Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə32/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   28   29   30   31   32   33   34   35   ...   121

67 
 
deməkdir ki, həmin sözlərin bir qismi zərf deyil. 
       Dilçi  alim  akademik  Y.  Seyidova  görə  “Zərflər  hərəkətin  əlamətini  bildirən  sözlər  olmaqla, 
dilin inkişafının nisbətən sonrakı dövrünə aiddir. İnsanlar əşya, əşyanın əlaməti, hərəkəti haqqında 
anlayışları  dərk  etdikdən  çox  sonra  hərəkətin  əlamətini  dərk  etməyə  başlamışlar.  Bu  halda,  dildə 
əvvəldən  yaranaraq,  başqa  nitq  hissələrinin  tərkibinə  daxil  olan  sözlərdən  hərəkətin  əlamətini 
bildirmək məqsədi ilə də istifadə edilmişdir. Bu prosesdə həmin sözlər bəzən qrammatik cəhətdən 
yeni  forma  almış,  bəziləri  heç  bir  forma  dəyişikliyinə  uğramadan,  yeni  rolda  çıxış  etmişdir. 
Nəticədə,  həmin  sözlərin  bir  qismi  zərfləşmiş,  bir  qismi  isə  əslindən  ayrılmadan  həm  də  nitqdə 
zərfin rolunu oynamışdır. (9,səh.370)       
       İngilis dilində zərflərin yaranması, mənaca növləri ayrı-ayrı dilçilər tərəfindən tədqiq edilmiş 
və  dərindən  araşdırılmışdır.  Baskervill  ve  Sevell  “İngilis  dilinin  qrammatikası”  kitabında  zərfləri 
fellərlə işlənən sözlər adlandırırlar. Bu sözlər fellərlə işlənərək onları müxtəlif cəhətdən izah edirlər. 
Cümlə daxilində əvvəlcə hərəkət fellə ifadə edilir sonra isə zərf bu fellərə qoşularaq onun zamanını, 
yerini,  və  tərzini  və  s.  müəyyən  edir.  Zərflər  təkcə  felləri  müəyyən  etmir,  həm  də  onların  çoxu 
sifətləri və digər zərfləri də müəyyənləşdirir.(16,səh.18) 
     John Eastvood “Oxford Practice Grammar” kitabında yazır ki, zərflər  –ly suffiksi ilə düzələn 
sözlərdir, sözün kökü fel ya da vəziyyətdən asılı olaraq sifət ola bilər.(14,səh.24) 
   Jahsar  Kabashi  “English  Grammar  Morphology”  kitabında  yazır  ki,  zərflər  dəyişməyən  nitq 
hissələridir,  bu  sözlər  felləri,  sifətləri  və  başqa  zərfləri  yaxud  söz  birləşmələrini  müəyyən 
edir.(13,səh.20) 
 Zərfin mənaca növləri: 
       Akademik  Y.Seyidov  “Azərbaycan  dilinin  qrammatikası”  kitabında  yazır  ki,  Azərbaycan 
dilçiliyində nitqdə hərəkətin əlamətini bildirən hər bir söz, hətta həmin mövqedə işlənən iki, bəzən 
üç  sözlü  ifadə  zərf  hesab  edildiyindən  zərfin  lüğət  tərkibi  süni  olaraq  çoxalmışdır.  Bu  mənzərəni 
təsəvvür  emək  üçün  “Azərbaycan  dilinin  qrammatikası”  (Azərb.  EA  nəşri,  1951)  kitabına  göz 
gəzdirmək  kifayətdir.  Həmin    kitabda  zərflərin  mənaca  doqquz  növü  göstərilmişdir;  tərzi-hərəkət 
zərfləri, kəmiyyət zərfləri, zaman zərfləri, yer zərfləri, inkar bildirən zərflər, təsdiq bildirən zərflər, 
münasibət bildirən zərflər, şübhə bildirən zərflər, hüdud bildirən zərflər. (7,səh.207-213)       
       Bundan  təxminən  on  il  sonra  akademiyanın  buraxdığı  digər  qrammatika  kitabında  zərflərin 
mənaca  dörd  növü  verilmişdir:  tərzi-  hərəkət,  kəmiyyət,  zaman,  yer  zərfləri.  (1,səh.231-244)  Bu 
bölgü  indiyə  kimi  davam  etdirilir.  “Elm”  nəşriyyatının  buraxdığı  “Müasir  Azəbaycan  dili” 
(1980.s.11)  kitabında  bu  dörd  növdən  başqa  “səbəb  zərfi”  adı  ilə  beşinci  növ  verilmiş  və  buna 
(kursivlə, dəhşətdən, qorxudan, sevincdən, aclıqdan) kimi misallar göstərilmişdir. (5.səh.408) 
       Maraqlıdır akademik Yusif Seyidov öz əsərlərində yazır. “Azərbaycan dilində kəmiyyət zərfi 
yoxdur  və  yox  dərəcəsindədir.  (9,  səh.375)  Ancaq  bundan  əvvəl  nəşr  edilmiş  bir  neçə  kitabda,  o 
cümlədən 1971-ci ildə nəşr edilmiş “Грамматика Азербайджанского языка” kitabında aşağıdakı 
sözlər kəmiyyət zərfləri kimi verilir.           
       Məsələn;  az,  çox,  xeyli,  doyunca,  ölüncə,  həddən  artıq,  tamam,  azca,  az-çox,  bir-iki  dəfə, 
lazımınca,  bir  qədər,  kifayət  qədər,  bir  az,  azdan-çoxdan,  az-  maz,  birə-beş,  birə-yüz  və  s.(11, 
səh.142-149) 
     Dilçi alimlərin tədqiqatlarında zərf həm də əlamətin əlamətini bildirən nitq hissəsi kimi verilir. 
Dilçi  alim  M.Hüseynzadə  1983-cü  ildə  nəşr  edilmiş  “Müasir  Azərbaycan  dili”  kitabında  zərfin 
tərifini  belə  verir.  “İş  və  hərəkətin  icra  tərzini,  zamanını,  yerini,  miqdarını,  eləcə  də  əlamətin 
əlamətini  bildirən  sözlərə  zərf  deyilir.”  (3,  səh.  229-249)  Həmin  kitabda  çox,  az,  xeyli,  tamamilə, 
bütünlüklə, dəfələrlə, təkrarən, nisbətən, təxminən, təqribən, təxmini, təqribi, az-az, çox-çox, bir-bir, 
üç-üç, beş-beş, bir dəfə, yüz dəfə, dörd dəfə, neçə dəfə, üç dəfə, və s. kimi sözlər kəmiyyət zərfləri 
kimi verilir. 
       Azərbaycan  Elmlər  Akademiyasının  nəşri  olan  “Müasir  Azərbaycan  dili”  (II  cild)  kitabında 
kəmiyyət  zərfləri  aşağıdakı  kimi  verilir.  Məsələn;  azca,  çoxca,  olduqca,  qədərincə,  lazımınca, 
dedikcə  və  s.  Akademik  Y.Seyidov  yuxarıda  adları  çəkilmiş  kitablarda  verilmiş  zərfləri  nəinki 
kəmiyyət zərfi, ümumən zərf hesab etmir. (9, s.376).   
      Başqa  dillərdə  olduğu  kimi  ingilis  dilində  də  olan  sözlər  böyük  məna  qruplarına,  nitq 


68 
 
hissələrinə  bölünürlər.  İngilis  dilində  nitq  hissələrinin  əsas  təsnifatı  səkkiz  hissədən  ibarətdir. 
İsimlər, əvəzliklər, fellər, sifətlər, saylar, zərflər, sözönülər və nidalar. Bu sabit təsnifat deyildir və 
dəyişə  bilər.  Sözlərin  dəqiq  və  aydın  təsnifatı  sözlərin  forma  və  işlənmə  yerinə  görədir.  Forma 
dedikdə  bir  nitq  hissəsinə  daxil  olan  sözlərin  morfoloji  xüsusiyyətləri,  işlənmə  yeri  dedikdə 
sintaktik funksiyası nəzərdə tutulur. 
        John Eastvood  “Oxford Practice Grammar” kitabında yazır. “İngilis dilində zərflər mənasına 
görə  dörd  qrupa  bölünür.  Zaman  zərfləri,  yer  zərfləri,  tərz  və  tezlik  zərfləri,  və  cümlə  zərfləri.” 
(14,səh.71) 
       Baskervell  və  Sevell  isə  ”An  English  Grammar”  kitabında  zərfləri  təhlil  edərkən  onları  iki 
qrupa bölürlər. 1) Sözlərin mənasına görə,  2) Cümlədə işlənmə yerinə görə. Sözlərin mənasına görə 
onlar  zərfləri  zaman,  yer,  tərz,  dərəcə,  kəmiyyət  və  assertion  növlərə  bölürlər.  Cümlədə  işlənmə 
yerinə görə isə sadə və bağlayıcı (conjunctive) zərflərə bölürlər. (16, səh.87) 
        Digər  iki  ingilis  dilçisi  Randolph  Quirk  və  Sidney  Greenbavn    “A  Students  Grammar  of 
English  Language”  kitabında  ingilis  dilində  olan  zərfləri  iki  xüsusiyyətinə  görə  fərqləndirirlər, 
morfoloji və sintaktik. Onlar morfloji xüsusiyyətinə görə zərfləri iki sinfə bölürlər: qapalı sinif və 
açıq sinif. Qapalı sinfə sadə və mürəkkəb zərfləri, açıq sinfə isə düzəltmə zərfləri aid edərək zərfləri 
quruluşuna görə təsnif edirlər. (15, səh.13) 
        Ümumiyyətlə  götürsək  ingilis  dilində  zərflər  morfoloji  və  semantik  cəhətdən,  başqa  sözlə 
desək mənasına və cümlədə işlənmə  yerinə görə  təsnif  olunurlar.  İngilis  dilində zərflərin  təsnifatı 
(sub  classification)  fərqli  ola  bilər.Azərbaycan  və  ingilis  dillləində  zərflərin  yaranması  dilçi  alim 
S.Cəfərovun fikrincə zərf kateqoriyasını əhatə edən sözlərin istər quruluş, istərsə də məna etibarı ilə 
digər nitq hissəsinə oxşaması və ya  onlarda olan ümumi məna bağlılığı göstərir ki, morfoloji yolla 
zərflərin  əmələ  gəlməsi  prosesi  yeni  bir  dil  hadisəsi  olub,  formalaşma  dövrünü  keçirir.  Zərflərin 
sözdüzəltmə  prosesindəki  vəziyyəti,  düzəltmə  zərflərin  kəmiyyət  etibarı  ilə  azlığı,  zərf  düzəldən 
şəkilçilərin qeyri-məhsuldarlığı və məhdudluğu da bununla izah edilir. 
      Başqa türk dillərinə nisbətən müasir Azərbaycan dilində morfoloji yolla zərf düzəltmə prosesi, 
demək olar ki, daha çox inkişaf etmişdir. Ona görə də dilimizdə zərf düzəldən şəkilçilərin müxəlif 
növlərinə rast gəlirik. Hər şeydən əvvəl, zərflərin adlardan və fellərdən düzəldiyi müşahidə edilir. 
(8, səh.126-127) 
     Dilçi alimlər zərfləri tədqiq edərkən zərflərin bir hissəsinin başqa nitq hissələrindən konversiya 
yolu  ilə,  ya  adverbiallaşma  vasitəsilə  yaranmasını  və  onların  zərflik  funksiyasında  işlənməsi  ilə 
əlaqələndirirlər.  Ə.Şükürov  zəngin  dil  faktları  ilə  göstərir  ki,  qədim  Azərbaycan  dilində  -da;  -də; 
yerlik  hal  şəkilçisi  ilə  əvəzliklərin,  -dan;  -dən;  çıxışlıq  hal  şəkilçisi  ilə  isimlərin,  işarə  və  sual 
əvəzliklərinin,  -ın;  -in;  qədim  instrumental  hal  şəkilçisi  ilə  isimlərin  adverbiallaşması  müşahidə 
olunur. Tədqiqatçı alim qeyd edir ki, -a; -ə; -u; -ü; şəkilçili feli bağlamaların adverbiallaşması yolu 
ilə  zərf  əmələ  gəlmə  prosesi  adverbial  sözlərin  yaranmasının  ən  qədim  üsullarından  biridir.  Bu 
şəkilçi ilə düzələn sözlər müasir dildə təkcə qoşalaşmış şəkildə işlənir. (10, səh.5) 
     M.  Hüseynzadə  zərfləri  başqa  nitq  hissələrindən  fərqləndirmək  üçün  onların  funksional 
əlamətini  başlıca  əlamət  hesab  edir  və  cümlədəki  yerinin  müəyyənləşdirilməsinin  vacib  olduğunu 
göstərir. M. Hüseynzadə öz fikrini belə əsaslandırır ki, bütün nitq hissələrində olduğu kimi, zərfin 
də başqa nitq hissələri ilə oxşar cəhətləri vardır. Tərzi-hərəkət zərflərinin bir qismi şəkilcə sifətlərə, 
kəmiyyət zərflərinin bir qismi saylara oxşayır. Bunları bir-birindən ayırmaq üçün cümlədəki yerini, 
daşıdığı  vəzifəni,  əşya  və  ya  hərəkətə,  hadisəyə  aid  olmasını  nəzərə  almaq  lazımdır.  Məsələn; 
Çoxdan çox pay, azdan az pay ifadəsində çoxdan çox, azdan az sözləri qeyri-müəyyən say, çoxdan 
öz  vaxtını  tərk  etmişdir  cümləsində  çoxdan  sözü  heç  bir  əşyanın  kəmiyyətini  bildirmir,  cümlənin 
zaman zərfidir. (4, səh.257)       
     Dilçi alim  C.Ə.Cəfərov dildə zərflərin  əmələ gəlməsi  yollarını araşdırarkən  göstərir ki,  başqa 
nitq  hissələrinə  məxsus  olan  sözlər  zərflərə  çevrildikdə  aid  olduqları  nitq  hissəsinə  aid  bəzi 
əlamətlərini  məhdudlaşdırır,  onun  müqabilində  zərfi  xüsusiyyət  kəsb  edir.  C.Ə.Cəfərov  zərflərin 
əmələ gəlməsini üç qrupa bölür. 
1.
 
 Sözlərin şəkilçisiz zərfləşməsi; Buraya gecə, gündüz və s. kimi isimlər; əksər sadə sifətlər; 
az, çox və s.kimi saylar; belə, elə əvəzliklərini göstərmək olar. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə