Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə35/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   31   32   33   34   35   36   37   38   ...   121

73 
 
Yer.       Müəllimdə´         kitabda´       rayonda´         ömürdə´   
Ç.          Müəllimdən´       kitabdan´     rayondan´       ömürdən´ 
    Beləliklə, vurğunun hal şəkilçiləri ilə əlaqəli tədrisi müsbət nəticələr verir. 
Mənsubiyyət  kateqoriyasının  tədrisi  də  vurğunun  öyrədilməsində  geniş  imkanlara  malikdir. 
Belə ki, mənsubiyyət şəkilçiləri vurğulu olduğundan hər hansı bir ismi və ya isimləri mənsubiyyətə 
görə dəyişdikdə həmin şəkilçiləri öyrədərkən üzərinə vurğu işarəsi qoymaq lazımdır.  
 
                                                    Tək 
I şəxs     paltarım´       qələmim´           yolum´          üzüyüm´ 
II şəxs    paltarın´        qələmin´             yolun´           üzüyün´ 
III şəxs   paltarı´           qələmi´               yolu´             üzüyü ´  
                                          Cəm 
I şəxs      paltarımız´        qələmimiz´     yolumuz´       üzüyümüz´ 
II şəxs     paltarınız´         qələminiz´       yolunuz´        üzüyünüz´ 
III şəxs    paltarı´           qələmi´              yolu´               üzüyü´ 
 
Məlumdur ki, saitlə bitən isimlərdə I və II şəxslərin təkində morfoloji əlamət olaraq yalnız 
bir  samitdən  istifadə  edilir.  Məsələn:    anam,  anan.  Belə  olduqda,  vurğu  bütövlükdə  (şəkilçi  ilə 
birlikdə) sözün son hecasının üzərinə düşür; anam´, anan´. Yeni əlamət, yəni mənsubiyyət şəkilçisi 
vurğunun yerinə təsir edə bilmir. 
Mənsubiyyət şəkilçiləri ilə bağlı daha bir izahata ehtiyacı olan məqam mövcuddur. Belə ki, 
samitlə bitən isimlərdə I və II şəxsin cəmində mənsubiyyət şəkilçilərinin tərkibində iki sait var, yəni 
onlar  ikihecalıdır;  ınız
4
.  Bu  cür  məqamlarda  vurğu  şəkilçinin  son  hecasının  üzərinə  düşəcəkdir. 
Vurğu ilə bağlı belə məsələlərin mahiyyətini tədris zamanı faktik materiallarla tələbələrə öyrətmək 
lazımdır. 
Vurğunun  tədrisində  problemli  məsələlərdən  biri  –ma
2
    şəkilçisinin  vurğu  qəbul  edib-
etməməsidir. Bu şəkilçi fikir dolaşıqlığına səbəb olan morfemlərdəndir. Çünki o, vurğu qəbul edib-
etməmək  baxımından  ikili  xarakter  daşıyır;  leksik  şəkilçi  kimi  işləndikdə  vurğu  qəbul  edir, 
qrammatik  şəkilçi  kimi  işləndikdə  isə  vurğu  qəbul  etmir.  Məsələn,  süzmə´,  gəlmə´,  qovurma´ 
sözlərində-ma
2 
  şəkilçisi  leksik  şəkilçi  olduğundan  vurğuludur,  süz´mə,  gə´lmə,  qovu´rma 
sözlərində isə inkar şəkilçisi – qrammatik şəkilçi olduğundan vurğu qəbul etmir. 
    
Lakin  qrammatik  şəkilçi  kimi  işləndikdə  də  -ma
2
  şəkilçisinin  vurğu  baxımından  müxtəlif 
məqamları var. 
  
-ma
2
  inkar  şəkilçisi  bir  məqamdan  başqa,  bütün  hallarda  vurğusuz  işlənir.  Onun  vurğulu 
məqamı  feilin  qeyri-qəti  gələcək  zamanı  ilə  bağlıdır.  Məlumdur  ki,  feilin  zaman  şəkilçiləri 
vurğuludur.  Onların  inkarında  isə  -ma
2
  inkarlıq  əlaməti  vurğunu  özündən  sonraya  buraxmır. 
Məsələn;  
Gəlir´əm – gə´lmirəm                            Gəlir´sən – gə´lmirsən                         
gəldim´ - gə´lmədim                              gəldin´ - gə´lmədin          
gəlmiş´əm – gə´lməmişəm                    gəlmis´ən – gə´lməmisən  
gələcə´yəm – gə´lməyəcəyəm               gələcə´ksən – gə´lməyəcəksən 
   
Gəlir´ - gə´lmir 
gəldi´- gə´lmədi          
gəlmiş´dir - gə´lməmişdir 
gələcə´kdir – gə´lməyəcəkdir 
Lakin qeyri-qəti gələcək zamanda –ma
2 
şəkilçisi ilə bağlı fərqli bir məqamı özünü göstərir. 
Yəni,  qeyri-qəti  gələcək  zamanda  yeganə  haldır  ki,  inkarlıq  əlaməti  vurğunu  özündən  sonraya 
buraxır.  
Məsələn; 
Gələ´rəm – gəlmə´rəm                       gələ´rik – gəlmə´rik 
Gələ´rsən – gəlmə´zsən                      gələ´rsiniz – gəlmə´zsiniz 


74 
 
Gələ´r – gəlmə´z                                 gələ´rlər – gəlmə´zlər. 
Vurğunun  öyrədilməsində  bu  məqamın  faktik  materiallarla  tədrisi  çox  önəmlidir,  çünki 
dilçilik  ədəbiyyatlarının  çoxunda  –ma
2
  inkar  şəkilçisinin,  ümumiyyətlə  vurğu  qəbul  etməməsi 
haqqında  fikirlər  formalaşmışdır.  Doğrudur,  həmin  morfoloji  əlamətin  vurğunu  özündən  sonraya 
buraxması  qeyri-qəti  gələcək  zamanın  inkarında  yeganə  faktdır.  Lakin  nəzərə  alsaq  ki,  “dildə  bir 
fakt  da  keçərlidir,  hətta  adi  bir  işarənin  də  əhəmiyyəti  vardır”  (3,275),  onda  həmin  fakta  önəm 
verməmək dəqiqliyə xələl gətirər. Beləliklə, bütün hallarda vurğuya təsir edən –ma
2
 şəkilçisi qeyri-
qəti  gələcək  zamanda  saitini  itirərək  təkcə  -m  şəklində  işlənsə  də,  vurğuya  təsir  edə  bilmir.  Belə 
ikili vəziyyəti –lar
2
 cəm şəkilçisində də müşahidə etmək mümkündür. Belə ki, həmin şəkilçi adlara 
qoşulduqda  vurğu  qəbul  edir:  adamla´r,  yaxşıla´r,  yüzlə´r,  bizlə´r,  aşağıla´r  və  s.  Lakin  hərəkət 
bildirən sözlərə (fellərə) qoşulan –lar
2
 şəkilçisi vurğu qəbul etmir. 
Vurğu  ilə  bağlı  maraqlı  məqamlardan  biri  də  sifətin  dərəcələri  ilə  bağlıdır.  Bu  baxımdan, 
azaltma  və  çoxaltma  dərəcələri  səciyyəvidir.  Morfoloji  yolla  yaranan  azaltma  dərəcəsində  vurğu 
şəkilçisinin üzərində olur: uzunsov´ ,qırmızımtıl´´. 
Azaltma dərəcəsi sintaktik yolla düzəldikdə vurğu iki yerdə - həm azaltma əlamətində, həm 
də  sifətin  özündə  -  hər  iki  halda  son  hecada  olur.  Məsələn:  açıq´  -  sarı´.  Tədris  zamanı  bu 
incəliklərin nəzərə alınması müsbət nəticələr verir. 
Sifətin  dərəcə  əlamətlərində  iki  fərqli  məqam  özünü  göstərir.  Bunlardan  biri  azaltma 
dərəcəsini sintaktik baxımdan formalaşdıran əlamətlərdən birinin- “təhər” sözünün sifətlərdən sonra 
işlənməsidir. Məsələn ; yaşıl təhər. Belə məqamlarda vurğu ikinci sözün son hecasında daha güclü 
olur: göy təhər´. 
Fərqli məqamlardan biri “ağ” sifətinin fonetik yolla çoxaltma dərəcəsinin formalaşmasın–
dadır. Bu, sifətin çoxaltma dərəcəsinin spesifikası ilə fərqlənən məqamdır. Fikrimizcə, “ağappaq” 
sifətinin komponentləri belədir; ağ+apağ. “Ağappaq” həmin sifətin fonetik dəyişməyə məruz qalmış 
formasıdır. Həmin söz dilimizdə  yeganə faktdır  ki,  “ağ” sifəti dərəcə morfeminin  həm  əvvəlində, 
həm  də  sonunda  işlənir.  Buna  baxmayaraq,  vurğu  ilk  komponentin  –“ağ”  sifətinin  üzərindədir. 
Halbuki, digər məqamlarda fonetik yolla yaranan çoxaltma dərəcəsində vurğu çoxaltma dərəcəsini 
ifadə edən morfemin üzərinə düşür. 
Sifətlə  bağlı  dilimizdəki  maraqlı  faktlardan  biri  də  “bapbalaca”  sifətidir.  Burada  maraqlı 
cəhət  budur  ki,  həmin  sifət  ikiqat  çoxalmaya  məruz  qalıb.  Yəni  həmin  sifətin  dərəcə  baxımından 
formalaşmasında həm fonetik (“p” samiti), həm də morfoloji (- ca

şəkilçisi) üsuldan istifadə edilib 
ki, hər iki yolun əlaməti vurğuludur, lakin birinci əlamətdə (ilk hecada) vurğu daha güclüdür. Tədris 
zamanı bunların təhlili vurğunun öyrənilməsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. 
Tədris zamanı nəzərə almaq lazımdır ki, çoxaltma dərəcəsində vurğunun yeni məqamları üzə 
çıxır. Məlumdur ki, sifətin çoxaltma dərəcəsi üç yolla əmələ gəlir: 
1.
 
Fonetik yol 
2.
 
Morfoloji yol 
3.
 
Sintaktik yol 
Fonetik  yolla  yaranan  çoxalma  dərəcəsi  bəzi  samitlərin  iştirakı  ilə  düzəlir.  Bu  baxımdan  , 
dilçilik  ədəbiyyatlarında  m,p,r  samitləri  qeyd  edilir.  Lakin  prof.  S.Həsənova  bu  baxımdan  “s” 
samitinin də dərəcə yaratmaq rolunu elmi cəhətdən əsaslandırmışdır (5,76). 
Hazırda fonetik yolla çoxaltma dərəcəsində Azərbaycan əlifbasındakı dörd samitdən (m,p,r,s) 
istifadə olunur: m, p, r, s. 
Məsələn; gömgöy, qıpqırmızı, tərtəmiz, dosdoğru. 
Bəzi  dilçilik  ədəbiyyatlarında  fonetik  yol  səhv  olaraq  morfoloji  yolun  bir  növü  kimi 
götürülmüşdür.  Lakin  məlumdur  ki,  “morfoloji  yol  şəkilçilərlə  formalaşan  yoldur”  (4,112).  Sözü 
gedən  hərflər  heca  daxilində  işlənsə  də,  onlara  şəkilçi  demək  olmaz,  yəni  dilimizin  şəkilçiləri 
içərisində  onlar  heç  bir  qeydiyyatdan  keçməyib  və  konkret  olaraq  şəkilçi  mənasında  işlənmir. 
Fonetik  yol  hərflərlə formalaşır və dilçiliyin  hərfləri  öyrənən bölməsi  fonetika olduğundan həmin 
üsulun adı mahiyyətcə də yerinə düşür. Onu morfologiya ilə əlaqələndirmək olmur. 
Sifətin fonetik baxımdan formalaşan çoxaltma dərəcəsində vurğu həmişə birinci hecaya düşür. 
Məsələn; ya´myaşıl ,qı´pqırmızı , tə´rtəmiz 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə