Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə36/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   32   33   34   35   36   37   38   39   ...   121

75 
 
Vurğunun bu məqamına tələbələrin diqqətini mərkəzləşdirmək yerinə düşər. Çünki, dilimizə 
məxsus  sözlərdə  heca  vurğusunun,  əsasən,  son,  Avropa  məşəli  sözlərdə  isə,  əsasən,  ilk  hecaya 
düşməsi haqqındakı fikirlər tələbələri çaşdıra bilər. 
Morfoloji  yolla  düzələn  çoxaltma  dərəcəsində  -ca
2
  şəkilçisindən  istifadə  olunur.  Həmin 
şəkilçidən bəhs edərkən onun vurğu qəbul etməsini nəzərə çatdırmaq lazımdır. 
Sintaktik yolla düzələn çoxaltma dərərcəsində ən ,lap, tünd, düm,  
Daha,  olduqca  sözləri  işlənir.  Belə  olduqda  həmin  əlamətlərin  vurğusu  onlardan  sonra  gələn 
sifətlərə nisbətən daha güclü olur. 
Vurğunun  tədrisi  ilə  bağlı  saylardan  da  nümunə  kimi  istifadə  etmək  mümkündür.  Daha 
doğrusu,  sayın  öyrədilməsini  vurğu  ilə  bağlı  təşkil  etmək  faydalıdır.  Saylarda  vurğu  əsasən,  son 
hecada olur ki, bu da onların milliliyi ilə bağlıdır. Lakin bu, bütün saylara aid deyil. Dilimizdə az da 
olsa,qeyri-milli saylar da var ki, onlarda vurğu son hecada olmur. Məsələn, qeyri-müəyyən miqdar 
sayı kimi işlənən (və həm də zərf mövqeyində çıxış edən) “xeyli” sözündə vurğu ilk hecaya düşür. 
Düzəltmə saylarda vurğu leksik şəkilçinin (-ıncı
4
) ikinci hecasında olur. Kəsr saylarında isə 
birinci  sözün  son  hecası  nisbətən  vurğulu  olur,  ikinci  söz  isə  qüvvətli  vurğu  ilə  deyilir.  Məsələn, 
beşdə´ iki´, üçdə´ iki´ və s. 
Beləliklə, vurğunun tədris prosesində əsas roluna diqqət yetirilməsi və araşdırılması göstərir 
ki,  vurğunu  yalnız  dilçiliyin  fonetika  bölməsi  ilə  məhdudlaşdırmaq  düzgün  deyil  və  bu,  tədrisin 
keyfiyyətinə əsaslı dərəcədə təsir göstərir. Belə ki, əgər vurğu fonetikadan başqa, leksikologiya və 
qrammatika  ilə  bağlı  şəkildə  tədris  edilsə,  onun  mahiyyəti  daha  da  dərindən  anlaşılar  ki,  bu  da 
mövzunun öyrədilməsinə və mənimsənilməsinə xeyli dərəcədə kömək edər. Elə bu cəhətlərinə görə 
də məqalədə yuxarıda qeyd olunanlar nəzərə alınmış, vurğunun dilin əsas sahələri ilə, xüsusi ilə də 
morfoloji və sintaktik faktlarla bağlılığı əsaslandırılmışdır. Vurğu nəticəsində məna və fikri aydın 
başa düşmək mümkündür. Ona görə də vurğunun tədrisinə xüsusi diqqət və məsuliyyət tələb edən 
elmi pedaqoji proseslərdən biri kimi yanaşmaq lazımdır.  
 
ƏDƏBİYYAT 
1. Ağayeva  F.M. Azərbaycan dilinin intonasiyası, Bakı , APİ-nin nəşri,1982 
2. Axundov A. Azərbaycan dilinin fonetikası. Bakı, Maarif,1984 
3. Bəşirova A. Azərbaycan dilində vurğu, Bakı , Bakı Universiteti Nəşriyyatı ,1993 
4. Müasir Azərbaycan dili , Bakı ,Elm, 1981 
5. Həsənova S. Nitq mədəniyyəti və üslubiyyat. Bakı, Azərbaycan Dövlət Pedaqoji  
    Universiteti, 2005       
   
ABSTRACT 
 
A.Zeynalova 
 İn  the  article  a  special  attention  was  paid  to  teaching  stress,  its  lexical,  phonetic, 
morphological features and to the importance of stress were analyzed as well. 
Along with this the article deals with the relation of the stress with whole the structure of the 
language. 
РЕЗЮМЕ 
А.Зейналова 
В  статъе  особое  внимание  уделяется  значению  ударению  в  процессе  обучения  а  так 
же  говорится  о  значению  ударения  в  формировании  слов  с  фонетической,  лексической  и 
морфологической точки зрения. Кроме этого в этой  статъе повествуется о связи ударения со 
всей структурой языка.
 
 
 
      НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni çapa təqdim etdi: AMEA-nın müxbir üzvü Ə.Quliyev 
 


76 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
QALİBƏ HACIYEVA 
Naxçıvan Dövlət Universiteti  
                                                      galibehaciyeva@mynet.com 
UOT:81 
 EYNƏLİ BƏY SULTANOVUN ƏSƏRLƏRİNİN DİLİNDƏ DİALEKTİZİMLƏR 
 
Açar sözlər: Eynəli bəy Sultanov, dialektizim, türk dilləri 
Key words: Aynaly bey Sultanov dialectyzm all-Turkish languages 
Ключевые слова: Eйнали бек Султанов, диалектизм, общетюркских языков 
 
Dil  tarixinin  öyrənilməsində  klassik  ədəbi  əsərlər  çox  böyük  əhəmiyyətə  malikdir.  Müasir 
Azərbaycan ədəbi dilində hər hansı bir leksik vahidin  və ya qrammatik formanın köhnəldiyini və 
ya fəaliyyətdən qaldığını müəyyənləşdirmək üçün müxtəlif dövrlərdə yazılmış ədəbi əsərlərin dilinə 
xüsusi  həssaslıqla  yanaşmaq  lazımdır.  Həmin  əsərlər  yazıldığı  dövrün  ədəbi  səviyyəsini 
müəyyənləşdirməklə  yanaşı,  həm  də  yazıldığı  dövrün  canlı  danışıq  dili  haqqında  ən  mükəmməl 
bilgi verən qaynaqlardır. Belə mükəmməl qaynaqlardan biri XIX-XX əsr Azərbaycan ədəbi dilinin 
inkişaf  səviyyəsini  müəyyənləşdirməkdə  bizə  yardım  edən,  Azərbaycan  mədəniyyəti  tarixində 
silinməz  iz  qoymuş  Eynəli  bəy  Sultanovun  əsərlərini  xüsusi  qeyd  etmək  lazımdır.    E.Sultanovun 
əsərlərinin dilinin tarixi əhəmiyyəti ilk növbədə bu əsərlərin öz dövrünün canlı danışıq dili üzərində 
köklənməsidir.  
XIX  –  XX  əsr  Azərbaycan  klassik  ədəbiyyatında  yer  alan  əsərlərin  dili  demək  olar  ki, 
bütünlükdə  xalq  danışıq  dilinə  əsaslanır.  Belə  ki,  o  dövr  satirik  əsərlərin  dilində  olduğu  kimi, 
hekayə  və  povestlərin  də  dilində  ümumxalq  danışıq  dilinin  güclü  təsiri  aydın  görünür.  XIX  əsr 
Azərbaycan ədəbi dili bədii üslubuna xas olan cəhətlərdən biri də bədii üslubun əvvəlki dövrlərdə 
formalaşmış  bəzi  leksik  və  qrammatik  xüsusiyyətlərinin  yeni  dövrdə  də  öz  işləkliyini  müəyyən 
mənada  saxlamasıdır.  XIX  əsrin  sonu  XX  əsrin  əvvələrində  yazılmış  əsərlərin  dilində  ümumxalq 
dilinin təsirini əks etdirən sadə danışıq tərzi ilə yanaşı, bu əsərlərdə dilin ən qədim tarixi ənənələrini 
yaşadan spesfik xüsusiyyətlər də dilin təkamül prosesini daha aydın göstərir.  
Bu dövr canlı danışıq dili üzərində köklənən istər aşıq yaradıcılığı, istərsə də ayrı-ayrı şair və  
yazıçıların əsərlərinin dilində olduğu kimi, E.Sultanovun əsərlərinin dili də dialekt söz və ifadələrlə 
çox  zəngindir.  E.Sultanovun  yaradıcılığında  canlı  danışıq  məişət  dili  ədəbi  dil  hüququ  qazanır. 
Ədibin  dilində  forma  və  məzmununa,  mənşəyinə,  eyni  zamanda  müəyyən  üslubi  çalarlarına  görə 
müxtəlif dialektizimlərin mövcudluğu müasir Azərbaycan, eləcə də ümumtürk dilinin ən qədim əski 
milli özəlliklərini mühafizə edir ki, bu da çağdaş Azərbaycan türkcəsinin daha dərin tarixi qatlarının 
öyrənilməsində  müstəsna  əhəmiyyətə  malikdir.  E.Sultanovun  dilində  mövcud  dialektizimlərin  bir 
çoxu  bu  gün  də  heç  bir  deformasiyaya  uğramadan  Azərbaycan,  eləcə  də  türk  dillərində  dialektal 
vahid kimi daşlaşıb qalaraq ümumtürk dilinin öyrənilməyən tarixi qatlarının açılmasında müstəsna 
rol oynayır. 
Bu gün Naxçıvan qrupu dialekt və şivələrində mövcud vəhalonki, müftəxor, pirani, dağdağa 
(narahatlıq),  peydərpey,  tərtələsik,  tüğyan,  ərşə  dayanmaq,  növcavan,  yepyekə,  iraq,  məlul-
müşgül,  qoparağını  salmaq,  gözaltı,  əyal,  çapovulçu,  cəza-fəza,  bəbə,  satıb-savıb,  filik-filik 
dolanmaq,  namxuda,  qada-bala,  çarhovuz,  hində  (indi),  şil,  yorğun-arğın,  davar,  tərtələsik, 
başaçıq, ayaqyalın, çılım-çılpaq, daxma, cavanəzən, palaz, qaravul, aynabənd, cavanmərd, xırda-
xuruş,  pencər,  qara-qura,  fərmayiş,  dilsiz-ağızsız,  dübarə,  qovğa,  qalmaqal,  mısmırığını 
sallamaq, dağarcıq, yaşınmaq, yurist, avara-sərgərdan, biryolluq, təng, bir qədəm, cümlə (bütün), 
dərbədər,  kin-küdurət,  gözü  qıpıq,  dağarcıq,  fikir-zikir,  üzbəsurat,  ikicannı,  incəvara,  batil, 
pirani,  bilmərrə,  bərbad,  sum,  qeyzli,  şapalq,  dəsgah,  dəsdərxan,  şaqqama,  aşna-dost,  avand, 
qadası,  şaqqama  və  başqa  bu  kimi  dialektal  leksik  vahidlərin  eynilə  E.Sultanovun  əsərlərinin 
dilində  işlənməsi  faktı  fikrimizi  təsdiq  edir.  Bu  kimi  söz  və  ifadələrlə  E.Sultanovun  əsərlərinin 
işığında  Azərbaycan dil tarixinin ən dərin qatlarına enmək mümkündür.  


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə