Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə37/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   33   34   35   36   37   38   39   40   ...   121

77 
 
XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan ədəbi dilinin lüğət tərkibində aktiv mövqedə 
olan sözlərlə yanaşı, müasir dilimizdə ədəbi səviyyədə fəaliyyətdən qalmış arxaikləşmə prosesi keçirən 
bir  çox  sözlər  hal-hazırda  dialekt  və  şivələrdə  fəallığını  qoruyur.  Hazırda  Naxçıvan  qrupu  dialekt  və 
şivələrində öz işlək durumu ilə diqqəti cəlb edən və müasir Azərbaycan ədəbi dili üçün arxaikləşmiş bu 
tip  sözlər  E.Sultanovun  əsərlərinin  dilinin  əsas  bazasını  təşkil  edir.  Elə  buna  görə  də  E.Sultanovun 
əsərlərinin dilinin dialektal qatı leksik və qrammatik cəhətdən bir neçə istiqamətdə tədqiqata cəlb oluna 
bilər: 
I.
 
Leksik xüsusiyyətlərinə görə: 
Frazeoloji birləşmələr: İstər semantikasına, istər forma zənginliyinə, istərsə də daşıdığı üslubi 
çalarlara görə həm ədəbi, həm də dialekt və şivələrin lüğət tərkibində seçilən söz qruplarından biri 
də lüğət tərkibinin əsas hissəsini təşkil edən frazeoloji vahidlərdir. Müasir dilimizin leksik qatının 
müəyyən  bir  hissəsini  təşkil  edən  frazeoloji  vahidlər  müasir  Azərbaycan  ədəbi  dilində  sadəcə 
məcazi  anlam  ifadə  etməklə  kifayətlənmir,  bu  vahidlər  həm  də  xalqımızın  dilinin  tarixi  üslub 
zənginliyini və semantik spesfikasını öyrənmək baxımından orijinallığı ilə diqqəti cəlb edir. Dilin 
tarixi  inkişafında  frazeoloji  vahidlərin  rolunu  çox  düzgün  müəyyənləşdirən  Q.Mahmudova  yazır: 
“Frazeoloji vahidlərə tarixi yanaşma, onları etimoloji cəhətdən araşdırma təkcə frazeoloji vahidlərin 
mənsub olduğu xalqın tarixini deyil, həm də o xalqın dilinin tarixini öyrənməyə imkan yaradır. Bu 
da  frazeoloji  vahidlərin  fərdi  xarakterini  göstərir”(1,  s.  55).  Türk  dillərinin  tarixi  üslubi 
funksiyasının  müəyyənləşməsində  frazeoloji  vahidlərin  tədqiqinə  xüsusi  əhəmiyyət  verən 
A.A.Koklyanova yazır: “Türkologiyanın qarşısında duran ən mühüm problem frazeoloji vahidlərin 
həm ümumi cəhətlərini, həm də ayrı-ayrı türk dillərində spesfik xüsusiyyətlərini öyrənməkdir” (2, s. 
104). 
Dialektoloji  tədqiqatlardan  və  klassik  ədəbi  əsərlərin  dilindən  aydın  olur  ki,  frazeoloji 
vahidlər  uzun  tarixi  inkişaf  yolu  keçərək  sonradan  müstəqil  mənalı  sözlərə  çevrilmişdir.  Müasir 
dövrdə  Naxçıvan  dialekt  qatının  müəyyən  hissəsini  təşkil  edən  frazeoloji  vahidlər  bu  gün  sadəcə 
Azərbaycan türkcəsində deyil, bütün türk xalqlarının dilində öz tarixi ciddiyyətini qoruyur. Çağdaş 
türk  dillərinin  qədim  abidələr  üzrə  tarixi  dialektal  qatını  nəzərdən  keçirdikdə  burada  yer  alan 
frazeologizimlərdə həm qədim, həm də son dövrlərin linqvistik xüsusiyyətləri çox aydın görünür.  
Müasir Naxçıvan qrupu dialekt və şivələrində aktivliyini qoruyan saman altından su yeritmək, 
evini  yıxmaq,  gözü  qıpıq,  başı  yerə  batmaq,  yerə  girsin,  dişi  bağırsağını  kəsmək,  ürək  –  dirək 
vermək, hirsini yemək, boğma basmaq, ucun alıb ucuzluğa getmək, başına daş düşmək, qanısoyuq 
kimi  frazeoloji  vahidlərin  E.Sultanovun  əsərlərinin  dilində  yerli  yerində  işlənməsi  onun  canlı 
danışıq dilinə əsaslandığını təsdiq edir: Bu hərif Nikolay zamanı küçə vəkili idi, saman altından su 
yeridən  idi, canına can basıb,  hökümət məmurlarına gizlin böhtan ərizələri yazdırdı  və özünə iş 
tapşıran  tərəfeynin  hər  ikisini  aldadıb,  xalqın  evini  yıxırdı  (3,  s.51).  Mirzə  Mustafa  nə  qədər 
binamus olsa da, yenə az qaldı ki, yerə girsin (3, s. 65). Onu görəndə dişim bağırsağımı kəsir (3, s. 
65). Öz-özünə ürək – dirək vermək üçün ahəstə və lətif səslə başladı oxumağa. Püstəxanım hirsini 
yeyə  bilməyib, Sənəmin üzünə iki  boğma  basıb dedi  (3, s. 131).  Püstəxanım  ucun  alıb, ucuzluğa 
getdi, olmayan sözləri Sənəmə dedi (3, s. 130). 
Forma və məzmunca söz qrupları: Müasir Azərbaycan xalq danışıq dilində omonim, antonim və 
sinonim  kimi  daşlaşıb  qalmış  mürəkkəb  sözlər  E.Sultanovun  da  əsərlərinin  dilində  üslubi  çalarlarını 
mühafizə  edərək  yerli  –  yerində  işlənmişdir:  artıq-əskik,  olar-olmaz,  alış-veriş,  alıb-satmaq,  ənlik-
kirişan,  görüm-baxım,  ağıllı-kamallı,  yaxşı-yaman,  dinməz-söyləməz,  olar-olmaz,  ağca-tərcə,  yerli-
yataqlı,  fəqir-füqəra,  cəza-fəza,  doğru-yalan.  İyirmi  yaşı  olar-olmaz,  ağca-tərcə,  yerli-yataqlı  bir 
cavanəzən idi 
(
3, s. 60). Ev arvadlarının bəzəyi ibarətdir ocağın külündən, nəinki ənlik-kirşandan (3, 
s.133).  Amma  yenə  də  oğlanlarının  öz  analarına  görüm-baxımları  olur  (3,  s.133).  Əli  bəyin  arvadı 
Sənəm yaxşı arvadların birsi idi: ağıllı-kamallı, dünyagörmüş, yaxşı-yamanı seçən, çox təcrübəli (3, s. 
133). Sənəm dinməz-söyləməz durmuşdu (3, s. 132). Çoxları  da zənginləri soyub fəqir-füqəraya yardım 
edirdi (3, s. 91). 
Tarixi informasiya yükü daşıyan leksik vahidlər.  
Azərbaycan dilinin tarixi leksik qatında yer alan qədim etnoqrafik mədəniyyətimizlə bağlı söz 
və  ifadələrin  E.Sultanovun  əsərlərinin  dilində  aktivliyi  Azərbaycan  xalqının  sosial-məişət  həyatı 
haqqında  ən  dəqiq  tarixi  informasiya  verir.  lapçın-ayaqqabı  növü,  çul,  dolaq,  marfac,  arxalıq, 
çuxa,  börk,  gərdanbağı,  əmmamə,  ab,  hasa;  Gəlin  oldum  qul  oldum,  Ayaqlara  çul  oldum  (3,  s. 
131). Bu hində çöldən gələn iki nəfər seyid başlarında əmmamə, çiyinlərində aba, əllərində hasa
ayaqlarında  uzunboğaz  lapçın  qapıda  hazır  oldular  (3,  s.12).  Böyük  marfacdan  təzə  qılıncı, 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə