Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə38/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   34   35   36   37   38   39   40   41   ...   121

78 
 
çuxasını alıb oğlunun  çiyninə saldı (3, s.18).  Böyük marfacdan təzə qılıncı  çuxasını alıb oğlunun 
çiyninə saldı, mıxdan da qara Buxara papağını endirib tozunu sildi və oğlunun başına qoydu (3, s. 
16). 
Mənşəyinə görə əsərlərin dilindəki dialektal vahidlər: Dilimizin lüğət tərkibində müəyyən faiz 
təşkil  edən  müxtəlif  dillərdən  alınmalar  dilin  ədəbi  və  dialektal  qatında  yer  aldığı  kimi,  müxtəlif 
dövrlərdə yazılmış ədəbi əsərlərin dilində   də müşahidə olunur. Müəyyən tarixi mərhələlərdə dillərarası 
inteqrasiyanın  səviyyəsini  müəyyənləşdirmək  baxımından  həmin  dövrdə  yazılmış  ədəbi  əsərlərin 
müstəsna rolu vardır. Hər dövrdə olduğu kimi, XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycan dilinin 
tarixi inkişafında ayrıca mərhələ təşkil edir. Bu dövrdə rus, Avropa, eləcə də ərəb və fars dillərinin güclü 
təzyiqinə  məruz  qalan  Azərbaycan-türk  dili  öz  gücü  sayəsində  tarixi  sabitliyini  qorusa  da,  bəzən  bu 
dillərin təsirindən yan keçə bilməmişdir. Bunu həmin dövrdə yazılmış ədəbi əsərlər və mətbuatın dili 
daha  aydın  göstərir.  Baxmayaraq  ki,  saf  dil  uğrunda  mübarizə  məsələsi  XX  əsrin  bir  çox  mətbu 
orqanları  kimi,  “Füyuzat”  və  “Molla  Nəsrəddin”in  ideya  istiqamətini  müəyyənləşdirən  ən  başlıca 
amillərdən  biri  idi,  lakin  bu  təsir  o  dövrdə  yazılmış  ədəbi  əsərlərin  dilindən  də  yan  keçməmişdir. 
E.Sultanovun  əsərlərinin  dilinin  dialektal  qatını  müxtəlif  dillərdən  keçən    alınmalara  görə  mənşə 
baxımından iki əsəs qrupda təsnif etmək olar: 
1.
 
Türk  mənşəli:  Müasir  Azərbaycan dilinin  istər  ədəbi, istərsə  də  dialekt  qatının  əsas  hissəsini 
qədim Azərbaycan sözləri ilə  yanaşı, ümumtürk mənşəli sözlər təşkil etməkdədir. Bunu E.Sultanovun 
əsərlərinin  dilində  işlənən  bu  gün  dilimizin  dialekt  qatında  yer  alan  leksik  vahidlər  təsdiq  edir. 
Azərbaycan  dil  tarixinin  ən  möhtəşəm  abidəsi  “Kitabi  Dədə  Qorqud”un  dilində  mövcud  qan  yaş 
tökmək,  başına  dolanmaq,    yey,  qovğa  və  başqa  bu  kimi  söz  və  ifadələrin  E.Sultanovun  əsərlərinin 
dilində  əsəs  mövqedə  dayanması  təsadüfi  deyil.  Heç  bilirsiniz  nə  qovğa  çıxartdı  (3,  s.  110).  Getməli 
qonağın  getməyi yeydir (3, s.17). 
Çağdaş Azərbaycan və Türkiyə türkcəsində istər ədəbi, istərsə də dialekt və şivələrində ortaq 
şəkildə  mövcud  olan  aynabənd,  əsnaf,  dışarı,  caddə,  çılım-çılpaq,  miniklər,  börk  kimi  leksik 
vahidlərin E.Sultanovun dilində işlənməsi faktı dövrün leksik mühiti, həm də poetik ifadə tərzi ilə 
bağlı məsələdir. Kürdlərin tüğyanı ərşə dayandı, az qaldı ki, böyük caddə bağlansın, gedib gələnin 
tərəddüdü kəsilsin. 
                                       Börkümü yan qoymuşam 
                                       İçinə biyan qoymuşam 
                                       Mənə baxan qızların 
                                  Qəlbinə qan qoymuşam (3, s. 81). 
2.    Alınmalar:    Tarixi  dialektoloji  tədqiqatlardan  aydın  olur  ki,  Naxçıvan  qrupu  dialekt  və 
şivələrinin lüğət tərkibi əsasən öz milli köklərinə dayanan oğuz-qıpçaq sözlərindən ibarət olsa da, 
tarixi inkişaf prosesində müxtəlif xalqlarla mədəni  iqtisadi  əlaqələr nəticəsində dilimizin  dialektal 
lüğət  tərkibi  bəzi  məqamlarda  yad  dillərin  təsirindən,  alınmalardan  kənarda  qala  bilməmişdir. 
Bunun  nəticəsində  Azərbaycan  dilinin  dialektal  qatına  yad  dillərdən  keçmiş  sözlər  o  dövrdə 
yazılmış  ədəbi  əsərlərin dilində də müəyyən qədər iz buraxmışdır ki,  bu tarixi  izlər E.Sultanovun 
əsərlərinin dilindən də yan keçməmişdir. E.Sultanovun əsərlərinin dilində həm qonşu, həm də qonşu 
olmayan  xalqların,  qohum  və  qohum  olmayan  dillərin  sözləri  vardır.  XIX  əsrin  sonu  XX  əsrin 
əvvəllərində  dillərarası  inteqrasiyanın  səviyyəsini  müəyyənləşdirmək  baxımından  E.Sultanovun 
əsərlərinin dilinin tədqiqi olduqca maraqlıdır.  
a)  rus  mənşəli  və  Avropa  mənşəli  sözlər:  Dilimizin  leksikasında  rus  və  avropa  mənşəli 
alınma sözlərin dilimizə köçmə tarixi əsasən XIX əsrin birinci yarısı ilə əlaqədardır  (5, s. 131).  Bu 
tarixi  proseslə əlaqədar olaraq müasir Azərbaycan dilinin dialekt  qatının müəyyən bir qismini rus 
dilindən  keçən  alınmalar  təşkil  edir  ki,  bu  kimi  alınmalar  E.Sultanovun  əsərlərinin  də  dilində 
müşahidə  olunur:  kondrabatçı,  spekuliyasiya,  podratçı,  paraxod,  yurist,  kepka,  rus  matışkaları; 
Spekulyasiyanın  çərxi  kimini  qaldırıb,  kimini  də  endirib,  hər  kəsin  də  əli  bu  çərxdən  qurtarırdı, 
uçurumun  lap  dibinə  düşürdü  (3,  s.  31).  Mirzə  Mustafanın  zahiri  sifəti  başqalarından  seçilmirdi, 
üzü  qırxıq,  böğları  gödək  kəsilmiş,  başında  fəhlə  kepkası,  əynində  tolstovka  xəxləti  və  i..a...  (3, 
s.53). 
b)  ərəb  və  fars  mənşəli  sözlər:  peşkəş,  dübarə,  bərşikəst,  bədəsil,  xoşsahir,  bədbatil, 
bədnəzər,  xudavəndi-aləm,  səngsar-daşqalaq  və  s.  Amma  beş  dəqiqə  keçməmiş,  arvad  dübarə 
yuxudan  oyanıb,  başladı  saçlarını  yolmaya  (3,  s.  21).  Bir  gündə  onları  bərşikəst  edib  atalarını 
yandırar (3, s. 35). Xalq məhkəməsinin katibi çolaq Mirzə Mustafa xoşzahir, bədbatil bir adam idi 
(3, s.51). 


79 
 
Qrammatik  xüsusiyyətlərinə  görə:  Leksik  və  qrammatik  morfemika,  həmçinin  morfoloji 
kateqoriyalar  baxımından  çox  zəngin  olan  Azərbaycan  dialektlərinin  tədqiqində  klassik  ədəbi 
əsərlərin dili ilə müqayisəsində dilimizin tarixi inkişaf mərhələləri əsas amillərdən biri kimi diqqətə 
alınmalıdır.  Aparılan  bu  tip  müqayisədən  aydın  olur  ki,  türk  dillərinin  qədim  tarixi  morfoloji 
xüsusiyyətləri  və  sintaktik  konstruksiyası  müasir  Azərbaycan  dilinin  ədəbi  və  dialektal  qatında 
olduğu kimi, klassik ədəbi əsərlərin də dilində əsaslı şəkildə mühafizə olunmaqdadır.  
Azərbaycan dilinin tarixi inkişafı ilə əlaqədar zaman-zaman öz əvvəlki funksiyasından əlavə 
polisemiyaya doğru istiqamət alaraq dilimizdə daşlaşıb qalmış, müəyyən üslubi çalarlar ifadə edən 
sintaktik  konstruktiv  birləşmələr  dilimizin  dialektal  qatının  xüsusi  bir  hissəsini  təşkil  edir.  Çox 
maraqlıdır  ki,  dilimizin  dialekt  qatında  aktiv  müşahidə  olunan  bu  tip  konstruktiv  ifadələr  bir  çox 
ədəbi  əsərlərin  dilndə  də  müəyyən  üslubi-ekspressiv  funksiya  daşıyır  və  fikrin  ifadəliliyinə  və 
məntiqi gücünə yeni bir çalar əlavə edir. Müasir Azərbaycan dialekt və şivələrində aktiv mövqedə 
dayanan  bu  tip  ifadə  və  birləşmələr  E.Sultanovun  əsərlərinin  dilinin  əsas  bazasını  təşkil  edir: 
anadan  əmdiyini  burnundan  gətirmək,  qadası  ürəyinə,  dəryada  qərq  olmaq,  vayına  oturmaq, 
üzünün  əti  tökülsün,  mısmırığını  sallamaq,  kıhnə  bazara  təzə  nırx  qoymaq,  qələt  dartmaq,  xətti-
xalına,  gül  camalına  tamaşa  etmək,  dişi  bağırsağını  kəsmək,  gur-gur  guruldamaq,  mav-mav 
mavıldamaq, yerə girmək , ucun alıb ucuzluğa getmək ürək-dirək vermək və s.   
E.Sultanovun  əsərlərinin  dilinin  qrammatik  xüsusiyyətlərinin  dialektoloji  tədqiqi  Azərbaycan, 
elcə də ümumtürkoloji dilçilik üçün maraqlı dil faktlarını ortaya çıxarır. Tədqiqatlar göstərir ki, ədəbi 
dildə, eyni zamnada dialekt və şivələrdə olduğu kimi, klassik ədəbi əsərlərin dilində də Azərbaycan-türk 
dilinin  qədim  tarixi  morfoloji  xüsusiyyətləri  və  sintaktik  konstruksiyası  əsaslı  şəkildə  mühafizə 
olunmaqdadır. Azərbaycan dilinin dialektal qatında yer alan qrammatik sistemində mövcud vahidlər də 
müxtəlifliyi ilə diqqəti cəlb edir. E.Sultanovun əsərlərinin dilinin dialektal qatında müasir Azərbaycan 
dilinin tarixi qrammatik xüsusiyyətlərinin də öyrənilməsində müstəsna əhəmiyyətə malik müxtəlif nitq 
hissələrinə aid sözlər, sintaktik konstruktiv birləşmələr, ara sözlər də yerli yerində işlənir. Azərbaycan 
ədəbi dilində işlənməyən, lakin Naxçıvan qrupu dialekt və şivələrində aktivliyi ilə diqqəti cəlb edən, bir 
çox  ad,  hərəkət  əlamət  və  keyfiyyət  bildirən  sözlər  E.Sultanovun  əsərlərinin  dilində  də  eyni  ilə 
aktivliyini qoruyur. 
Əsas nitq hissələri.
 
İsim:  nırx,  bəbə,  çul,  çuxa,  börk,  davar,  daxma,  aynabənd,  palaz,  əyal,  söz-sov,  cəza-fəza, 
mısmırıq,  kin-küdurət,  şapalaq,  cında,  kağaz-kuğaz,  dəsgah,  tədarük,  qovğa,  qalmaqal  dəstərxan, 
çapovulçu,  qonum-qonşu,  dağdağa,  dərdinə-oduna,  fikir-zikir,  fəqir-füqəra,  təkyə,  pərgar,  qəzavü-
qədər, ələyəz, hovur, havar, yaranal, migidançı və s. Havara gələn kəndlilər seyidlərin yanına gəlib, bir 
parça onların üzünə tüpürdü (3, s.23). Nırx dediyin deyir (4, s.145). Xeyr, deməyəsən, elə hər adamdan 
ötrü  durub  bir  dəsgah  düzəldəcəyəm  (3,  s.61).  Seyidlər  quldur  deyillər,  çapovulçu  deyillər  (3,  s.20). 
Odur ki, aralarında həmişə qovğa və qalmaqal olardı (3, s.53). Mirzə Mustafanın mısmırığı sallandı (3, 
s.57). Bu cür şəhvət dağarcığı kişilərə ayqır və ya xəstə desəydilər, daha doğru olardı (3, s.54). 
Sifət:  avand,  çirməli,  kəmcürət,  iraq,  beztuman,  ikicanlı,  qanısoyuq,  qıpqırmızı,  pirani,  şil, 
avara-sərgərdan, harın, yorğa, kor-peşman, qupquru, gözü qıpıq, mərdimazar, şorgöz, ağca-tərcə,  
yerli-yataqlı,  yepyekə,  uzunboğaz,  qonaqsevən,  məlul-müşkül,  səffak-qaniçən;  Qubernator  bir 
səffak yaranal idi (3, s. 93). və s. Şirin uşaq deyil, bəbə deyil, maşallah, yepyekə igiddir (3, s.12).  
Fel:  duruxmaq,  güvənmək,  girhagir,  donquldanmaq,  ərz  etmək,  soraqlaşmaq,  qırılmaq-ölmək, 
laşey-var yoxdan çıxmaq, mısmırığını sallamaq, yaşınmaq, düvagü–dua etmək, süpürləmək, xoflanmaq, 
qələt dartmaq,  və s. Nurulla kişi bir az  duruxan  kimi oldu (3, s.15).  Mustafa nə qələt  dartsa, gizlin 
dartar  (3,  s.55).  Bəy,  həmişə  ömrünə  düvagü  varam  (3,  s.  72).  Sən  qönçə  kimi  hər  bir  edən  dəmdə 
yaşınmaq,  Artar  bizə  yüz  mərtəbə  odlarına  yanmaq  (s.  64).  Bu  sözləri  deyib,  Mirzə  Mustafa  qonağı 
süpürlədi  (s.  65).  Amma  birdən-birə  yuxudan  ayılan  kimi  oldu,  ətrafına  baxdı  və  özünü  tək  otaqda 
görüb xoflandı (3, s. 131). 
Zərf:  hərdənbir,  yorğun-arğın,  girhagirdə,  çılım-çılpaq,  olar-olmaz,  tərtələsik,  qənşər, 
dinməz-söyləməz,  can-dildən,  bilmərrə,  əkəc-əkəc,  hində-indi,  filik-filik,  peydərpey-dayanmadan, 
xahənxahi,  üzbəsurat.  İndiki  halını  bilmərrə  unutmuşdu  (3,  s.  131).    Amma  heç  dinib  danışmırdı 
sum olmuşdu (3, s. 111). Bu hində həyətdə oho-oho səsi gəldi, məlum oldu ki, Şirməmməd çöldən 
qayıdıb  (3,  s.  12).  Gülsüm  xala  bu  sözləri  deyə-deyə  oğlunun  başına  pərvanə  kimi  filik-filik 
dolanırdı  (3,  s.  12).  Mirzə  Mustafa  ilə  üzbəsurat  oturdu  (3,  s.57).  Cəmilə  xanım  xahənxahi 
çadrasını başına örtüb evdən çıxdı (3, s.62). 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə