Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə42/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   38   39   40   41   42   43   44   45   ...   121

85 
 
xidmətləri  ilk  müstəqil  “Azərbaycan  dili  və  onun  tədrisi  metodikası”  kafedrasına  rəhbərlik 
dövründə daha da artmışdır. 
A.Abdullayev  1960-cı  ildə  ADPU-da  Respublikamızda  ilk  müstəqil  metodika  kafedrasının  – 
“Azərbaycan  dili  və  onun  tədrisi  metodikası”  kafedrasını  yaratmış  və  ömrünün  sonunadək  ona 
rəhbərlik etmişdir. Ən bacarıqlı Azərbaycan dili və ədəbiyyat müəllimlərini Azərbaycan dili tədrisi 
və  metodikası  üzrə  tədqiqat  işinə  cəlb  etməklə  metodist  alimlərin  yetişməsində  və  inkişafında 
səmərəli işlər görmüş, kafedranı respublikada Azərbaycan dilinin tədrisi ilə bağlı aparılan tədqiqat 
işinin mərkəzinə çevirmişdir. O zaman elə bir elmi-metodik məsələ yox idi ki, kafedra üzvlərinin 
rəyi nəzərə alınmasın. 
A.Abdullayevdən  sonra  onun  yaratdığı  “Azərbaycan  dili  və  onun  tədrisi  metodikası” 
kafedrasına    rəhbərliyi  davam  etdirən  H.Balıyevin  onun  haqqında  dediyi  aşağıdakı  sözləri 
xatırlamaq kifayətdir: ”Ali  məktəb pedaqoji fəaliyyəti zəngin  olan A.S.Abdullayev həm  metodika 
elminin  müxtəlif  sahələrinə  aid  yazdığı  və  çap  etdirdiyi  əsərlər,  həm  də  yetişdirdiyi  kadrların 
köməyi  ilə Azərbaycan  dilinin tədrisi metodikası elminin formalaşmasında və inkişafında kafedra 
ilə birlikdə mühüm rol oynamışdır”. 
A.Abdullayev sözün əsl mənasında xeyirxah, qayğıkeş insan, hamıya kömək etməyə çalışan, 
bu  cəhətdən  heç  kəslə  müqayisə  edilə  bilməyən  əvəzsiz  şəxsiyyət  idi.  Elm  aləminə  daxil  olmaq 
üçün hər kim ona müraciət edirdisə, o iki əli ilə onun qolundan tutar, lazımi köməkliyi edərdi. Onun 
rəhbərliyi  ilə  Azərbaycan  dilinin  tədrisi  məsələlərinin  tədqiqatçıları  yaranmışdır.  A.Abdullayevin 
əsərlərində ideya və tezis şəklində irəli sürülən fikirlər, mülahizələr sonralar onun yetişdirmələrinin 
dissertasiyalarında  genişləndirilmişdir.  Onun  rəhbərlik  etdiyi  dissertasiyalarda  Azərbaycan  dili 
tədrisi metodikasının çox müxtəlif məsələləri araşdırılmış, məktəblərə əməli kömək göstərilmişdir. 
A.Abdullayev  hələ  vaxtilə  Azərbaycan  dili  tədrisinin  əsas  prinsiplərindən  birini  nitq  inkişafı 
olduğunu  əsaslandırmış,  aspirant  və  dissertantlarına  nitq  inkişafının  müxtəlif  köklü  məsələlərini 
dissertasiya  mövzusu  vermişdir.  Belə  ki,  H.Balıyev  şagirdlərin  nitqinin  uslubca  dərinləşdirilməsi 
yollarını, M.Məmmədov oxu dərsləri ilə əlaqədar nitq inkişafı məsələlərini, T.Cəfərov Azərbaycan 
dili  və ədəbiyyatın əlaqəli tədrisində nitq inkişafı üzrə işin təşkilini, A.Abdullayev  bədii əsərlərin 
dili  üzərində  işin  təşkilini,  M.Əbdulov  sinifdənkənar  işlərini  nitq  mədəniyyətinə  təsirinə  aid 
movzuları  namizədlik  dissertasiyası  kimi  müdafiə  etmişlər.Təhsilin  aşağı  pilləsi  olan  bağça 
təhsilində də A.Abdullayev ən mühüm vəzifə nitq inkişafını hesab etmiş və bu sahədə iki disserta-
siyaya  rəhbərlik  etmişdir:  1.  N.Cəfərli  “Didaktik  oyunlar  vasitəsilə  uşaqların  nitqinin  inkişaf 
etdirilməsi”;  2.  S.Əliyeva  “Azərbaycan  xalq  nağılları  məktəbəqədər  yaşlı  uşaqların  nitqini  inkişaf 
etdirmək vasitəsi kimi”. 
A.Abdullayev  qeyri-Azərbaycan  məktəblərində  dilimizin  tədrisinə  böyük  əhəmiyyət  vermiş, 
onu  ciddi  təlim  fənni  səviyyəsinə  qaldırmış,  yazdığı  məqalələr  və  dərs  vəsaitləri  hesabına 
Azərbaycan  dilinin  tədrisinə  vahid  istiqamət  verməyə  nail  olmuşdur.  O,  məsələnin  mahiyyətini 
xüsusi  qabardaraq  təlim  rus  dilində  olan  məktəblərdə  Azərbaycan  dili  tədrisinin  müxtəlif 
məsələlərinin  tədqiq  olunduğu  dissertasiyalara  rəhbərlik  etmiş,  özünün  ideyalarının  rus 
məktəblərində  geniş  tədbiqinə  nail  olmuşdur.  Bu  istiqamətdə  yazılan  aşağıdakı  dissertasiyalara 
rəhbərlik  etmişdir.  1.  İ.Bayramov  “Rus  məktəblərinin  III-V  siniflərində  şagirdlərin  Azərbaycanca 
lüğət ehtiyatının zənginləşdirmək və şifahi nitqini inkişaf etdirmək yolları” (1963); 2. S.Qasımova 
“Rus məktəblərinin V-VI siniflərində şagirdlərin Azərbaycan dilində rabitəli nitqin inkişaf etdirmək 
yolları”  (1974);  3.  T.Babayeva  “Rus  məktəbinin  V-VI  siniflərində  Azərbaycan  dilinin  tədrisində 
texniki vasitələrdən istifadə” (1975). 
A.Abdullayev  Azərbaycan  dili  bölmələrinin  nitq  inkişafı  üçün  praktik  əhəmiyyət  daşıyan 
məsələlərin  tədrisinə  öz  yaradıcılığında  geniş  yer  vermiş,  məhdud  dairədə  tədqiq  etdiyi  məsələlər 
sonralar xüsusi olaraq araşdırılmışdı. Xüsusilə əsas fonetik normalardan olan, ana dilinin tədrisinin 
praktik  səciyyəsini  şərtləndirən  orfoepiya  və  orfoqrafiya  təlimi  məsələlərinə  geniş  yer  verməyə 
çalışmışdır.  Bu  baxımdan  M.Hacıyevin  “Azərbaycan  dili  orfoqrafiyasının  tədrisi  üsulu”  (1954), 
H.Hüseynovun “Morfologiya məşğələlərində orfoqrafiya qaydalarının öyrədilməsi yolları” (1965),  
N.Abdullayevin  “Şagirdlərin  orfoepik  vərdişlərinin  formalaşdırılması  yolları”  (1965)  namizədlik 
dissertasiyaları  xarakterikdir.  Bir  tərəfdən,  A.Abdullayevin  çoxsaylı  məqalə,  dərslik  və  dərs 


86 
 
vəsaitlərindəki metodik tövsiyələr əsasında, digər tərəfdən isə qeyd olunan dissertasiyaların nəticəsi 
olaraq  məktəblərdə  orfoepiya  və  orfoqrafiya  işlərini  vahid  sistemə  salmaq,  məzmun,  üsul  və  va-
sitələrdəki pərakəndəliyi aradan qaldırmaq mümkün olmuşdur. 
A.Abdullayev  Azərbaycan  dili  tədrisinin  yekun  nəticələrindən  biri  kimi  orfoqrafiya  və 
orfoepiya  üzrə  aparılan  işləri,  konkret  məktəb  təcrübələri  və  sənədlərini  bu  normaların  tədrisində 
yol  verilən  obyektiv  və  subyektiv  amilləri  bir  metodik  məktəbin  banisi  kimi  daim  diqqət 
mərkəzində  saxlamış,  prof.  Ə.Əfəndizadənin  bütün    dövrlər  üçün  yeni  olan  “Azərbaycan  dili 
orfoqrafiyası təliminin elmi əsasları” adlı doktorluq dissertasiyasının rəsmi opponenti olmuşdur. 
A.Abdullayevin  əsərlərində  Azərbaycan  dilinin  həm  ibtidai,  həm  də  sistematik  kurslarında 
qrammatikanın məzmun və həcmi, tədrisi yolları və vasitələrinə dair önəmli fikirlər irəli sürülmüşdür. 
Onun  tezis  şəklində  irəli  sürdüyü,  lakin  hərtərəfli  tədqiq  edə  bilmədiyi  bir  çox  qrammatik  məsələlər 
sonralar ayrıca tədqiqat obyektinə çevrilmiş və bilavasitə onlara özü rəhbərlik etmişdir. Tarixi ardıcıllığı 
əsas  götürməklə  aşağıdakı  tədqiqatları  qetd  etmək  olar:  1.  İ.Əhmədov.  “Beşinci  sinifdə  ismin  tədrisi 
metodikası” (1959); 2. Ə.Əhmədov. “Səkkizillik məktəbdə cümlə üzvlərinin tədrisi metodikası” (1963); 
3. M.Həsənov. “V-VIII siniflərdə durğu işarələrinin tədrisi metodikası” (1963); 4. H.Əhmədov. “Sadə 
cümlənin  tədrisi  prosesində  şagirdlərin  ifadəli  qiraət  vərdişlərini  inkişaf  etdirmək  yolları”  (1964);  5. 
Ə.Fərəcov. “Şagirdlərdə motfoloji məfhunların formalaşdırılması” (1964); 6. Ə.Şirinov. “Qrammatika 
dərslərində  şagirdlərin  fəallaşdırılması  yolları”  (1965);  7.  K.Kərimov.  “Mürəkkəb  cümlənin  tədrisi 
metodikası”  (1966);  8.  Ə.Məmmədov.  “Azərbaycan  ibtidai  məktəblərində  qrammatika  təliminin 
metodikası” (1968); 9.  Q.Tahirov.  “Azərbaycan məktəblərinin  V-VIII  siniflərində qrammatik  tərif  və 
qaydaların tədrisi metodikası” (1971). 
Nitq mədəniyyətinin yüksəldilməsində və nitqin kommunikativ vəzifələrinin səmərələş–diril–
mə–sində  nitq  səhvlərinin  başvermə  səbəblərinin  müəyyənləşdirilməsi  və  aradan  qaldırılmasının 
əhəmiyyəti  çoxdur.  A.Abdullayev  məqalə  və  əsərlərində  nitq  səhvlərinə  qarşı  mübarizənin 
zəruriliyindən ümumi aspektdə söz açmış, bəzi dialektlər və xalq danışıq dili üçün xarakterik olan 
qüsurların  təshihinə  diqqəti  cəmləşdirmişdir.  O,  nitq  səhvlərinə  qarşı  mübarizənin  zəruriliyini 
nəzərə  alaraq  tədqiqatın  geniş  dairədə  aparılmasını  vacib  bilmiş,  S.Əhmədovun  “V  sinif  şagird-
lərinin nitqindəki fonetik şivə səhvləri və onların aradan qaldırılması  yolları” (Azərbaycan dilinin 
Qərb qrupu dialekt və şivələri materialları əsasında) (1967) və H.Mirzəyevin “VI sinif şagirdlərinin 
şifahi  nitqindəki  dialektizmlərin  islah  edilməsi  (Lənkəran  şivələri  əsası  üzrə)”  (1980)  namizədlik 
dissertasiyalarına rəhbərlik etmişdir. 
A.Abdullayev  Azərbaycan  dili  dərslərinin  təşkili  və  quruluşu,  proqram  və  dərsliklər,  dərs 
tipləri və təlimin metodları, onların təsnifi prinsipləri və buradan irəli gələn tələblər, dərsdə istifadə 
olunan  vasitələrin  təlim  imkanları  və  s.  metodika  məsələlərinə  dair  əməli  təcrübədə  özünü 
doğrultmuş  elə  qiymətli  fikirlər  irəli  sürmüşdür  ki,  müasir  təlim  prosesində  müəllimlər  onlardan 
yararlanırlar. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Abdullayev A. Azərbaycan dilinin tədrisi tarixinə dair, Bakı: Azərnəşr,1958, 204 səh. 
2.
 
Yusifova  N.  Ağaməmməd  Abdullayev  və  Azərbaycan  dilinin  tədrisi  metodikasının 
formalaşması, Bakı, Elm və təhsil, 2011, 212 səh. 
 
 
ABSTRACT 
Nazilya Yusifova 
The contributionof prof. A.Abdullayev in the field of propoganda of research results  
on Azerbaijani language 
 
The article is about researches in the sphere of teaching Azerbaijani language teaching under 
the supervisor of A.Abdullayev. The thoughts and considerations nominated as ideas and thesis in 
Abdullayev's  works  winded  in  his  former  student's  dissertation  works.  Different  problems  of 
teaching  methods  of  Azerbaijan  language  are  investigated  in  his  student's  dissertation  works  and 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə