Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə46/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   42   43   44   45   46   47   48   49   ...   121

93 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
ŞƏHLA ŞİRƏLİYEVA 
Naxçıvan Dövlət Universiteti 
shshahla36@gmail.com 
UOT:070 
XƏBƏR BÜLLETENLƏRİNİN TƏQDİMATI 
 
Açar sözlərxəbər, spiker, televiziya, xəbər bülleteni 
Key wordsnews, speaker, television, news bulletin 
Ключевые слова: новости, диктор, телевидение, информационный бюллетень  
 
Telexəbərin  hazırlanma  üsulu,  təbii  ki,  bir  qəzet  və  ya  radio  xəbərindən  xeyli  fərqlənir, 
amma bütövlükdə ortaq xüsusiyyətləri də var. 
Xəbər  süjetinin  efirə  hazırlanması  və  göstərilməsi   informasiya  xidmətində  çalışan  digər 
əməkdaşlardan – xəbər aparıcısı və dizaynerdən, inzibatçı və kompüter proqramçısından, müxtəlif 
quruluşçu və mühəndislərdən də işbirliyi tələb edir. Ancaq son nəticədə məlumat və faktları şəxsən 
toplayan  insan  kimi  yalnız  reportyor  göstərilən  materialın  dəqiqliyinə,  doğru-dürüstlüyünə  və 
obyektivliyinə  cavabdehdir.  Efir  materialının  keyfiyyətinə,  hadisələrin  ölçü-biçili  və  dəqiq  əks 
etdirilməsinə məhz reportyor məsuliyyət daşıyır. 
Xəbər bülletenlərinin təqdim edilməsi ən az xəbər bülleteninin hazırlanması qədər əhəmiy–
yətlidir.  Tamaşaçıların  xəbərləri  təqdim  edən  kəsləri,  xəbərləri  hazırlayandan  daha  çox  tanımaları 
da  bunun  bir  göstəricisidir.  Xəbərin  yaxşı  ya  da  pis  olması,    təqdimat  formasıyla  yaxın–dan 
əlaqədardır. Xəbərin tamaşaçıya çatdırılmasında, göstərilməsində əldə edilən müvəffəqiyyət, bütün 
xəbər  bülletenini  hazırlayan  qrupun  müvəffəqiyyətini  müəyyən  edir.  Bu  səbəblə  televiziya 
kanallarında  ana  xəbərləri-günün  xəbərlərini  təqdim  edən  spiker,  bu  sahədə  uğur  qazanmış,  adını 
eşitdirmiş və tamaşaçının etibarını və rəğbətini qazanmış şəxslər arasından seçilməkdədir. 
Televiziyanın  inkişaf  müddəti  içində  və  müxtəlif  ölkələrdə  xəbər  bülletenlərinin  təqdi–
matında dəyişik formalar mənimsənmişdir. Məsələn, BBC-də xəbər serverlərinə, "xəbərləri oxuma" 
təqdimatı  verilmişdir  və  burada  spikerlər  xəbərləri  əllərindəki  kağızlardan  oxuyarlar.  İngiltərənin 
başqa bir televiziya kanalı olan İTN-də  xəbərlər onu  təqdim edən jurnalistin adı ilə bağlıdır. Hər 
iki  təqdimatda  xəbər  spikerinə  şərh  etmə  haqqı  verilmir.  ABŞ-da  isə  spikerler,  sanki  bilib 
duyduqları bir hadisəni izah edirmiş təəssüratı yaratmağa çalışırlar. Müəyyən ölçülərdə şərh edirlər. 
Ölkəmizdə  xəbər  spikerlərinin  rəftarı  ciddi,  güvən  verici  və  bitərəf    bir  təqdimat  kimi 
qiymətləndirilir.  Ancaq  özəl    televiziya  yayımı  ilə  birlikdə  bu  təqdimat  tərzinin  xaricində,  fərqli 
təqdimatlar da sınanmağa başlanmışdır. 
Bunlardan  biri  də  "anchorman"  deyilən  xəbər  təqdimatıdır.  Anchorman  ana  xəbər 
bülletenlərinin aparıcılarına verilən bir addır. Anchorman, xəbərləri fərdi şərhləri və fəaliyyətləri ilə 
ən yaxşı təqdim edən adamdır.  Xəbər mərkəzini idarə edən ya da xəbər mərkəzində çalışan, xəbər 
bülletenlərində  yer  alacaq  xəbərlərə  və  sıralamasına  qərar  verən,  xəbər  bülletenlərinə  qonaq 
çağıraraq  onlara  xəbərlə  bağlı  ətraflı  suallar  verən    spikerlər  anchorman  olaraq  xatırlanırlar.  Bu 
kəslərin çoxu jurnalistikadan gələrkən, bəziləri də başqa sahələrdən televiziyaya gələnlərdir. 
Necə bir təqdimat tərzi olursa olsun,  spiker və  ya aparıcılar xəbərləri təqdim edərkən bəzi 
qaydalara riayət etməlidirlər. Bu qaydaları belə sıralaya bilərik: 
 Xəbər mətinlərindəki sözlər yazıldıqları kimi deyil deyildiyi kimi oxunmalıdır. 
 Spiker xəbəri oxuyarkən (əgər əlindəki mətindən oxumaq vəziyyətində qalarsa) 
    tez-tez kameraya baxmağa diqqət göstərməlidir. 
 Spiker başını və mimikalarını çox istifadə etməməlidir. 
 Spiker  studiya şefinin təlimatlarına uyğun hərəkət etməlidir. 


94 
 
 Spiker efir əsnasında meydana gələn axsaqlıqları tamaşaçıya çox yansıtmadan 
   proqrama davam etməlidir. 
  Spiker  studiya  qonaqları  və  telefon  əlaqəsi  qurulan  kəslərlə  görüşərkən,  nəzakətli  obyektiv  və 
məsafəli olmalıdır. 
Xəbər  spikeri,  radio  və  televiziyaların  xəbər  mərkəzlərində  hazırlanan  xəbər  bülletenlərini 
mikrofon  və  ya  kamera  qarşısında  təqdim  edən  adamdır.  Spiker  adətən  xəbər  yazmır,  hadisə 
yerindən  xəbər  hazırlamağa  getmir,  ancaq  bir  xəbərlə  bağlı  olaraq  studiyaya  gələn  qonaqdan 
hazırladığı və redaktorun çatdırdığı sualları soruşur. 
Spiker,  xəbər  mərkəzi  tərəfindən  hazırlanan  xəbər  bülletenini  kamera  qarşısında  canlı  olaraq 
tamaşaçıya  təqdim  edir.  Canlı  yayın  masasıyla  əlaqəli  olaraq,  kameranın  dərhal  altında  ya  da 
qarşısında "prompter" deyilən bir ekrandan axan xəbər mətnlərini oxuyur. Spiker taxdığı qulaqlıq 
sayəsində də davamlı canlı yayın masasıyla əlaqə halındadır. Çünki hər an bir son dəqiqə xəbərləri 
və  ya  canlı  yayın  əsnasında  bir  çatışmazlıq  meydana  gələ  bilər.  Bu  vəziyyət  artıq  indiki  vaxtda 
qulaqlıq sayəsində problem olmaqdan çıxmışdır. 
Spiker xəbərə hakim olmalıdır. Təqdim etdiyi xəbərə hakim olmayan spiker, studiyada ya da 
canlı  yayın  əlaqəsi  əsnasında  edilən  reportajlarda  həyəcanlanar,  özünü  itirə  bilər.  Xəbər 
spikerlərinin ekran qarşısındakı tamaşaçılara güvən verməsi lazımdır. Bu baxımdan ciddi, hörmətli 
və soyuqqanlı görünüşlü xəbər spikerlərinin tamaşaçılara güvən verməsi daha asandır. 
Spikerin,  çıxışı  zamanı  bəzi  sözlərə  ağırlıq,  bəzilərinə  də  sürət  və  hündürlük  verməsinə, 
danışma  hərəkəti  deyilir.  Bu  eynilə  yazıda,  bəzi  sözlərin  qalın,  maili  və  ya  daha  böyük  şriftlərlə 
yazılması kimi düşünülə bilər. Spiker, xəbəri oxuyarkən, qəti olaraq bildirmək istədiyi mesajları, o 
birilərdən  daha  fərqli,  daha  cazibədar  bir  səslə  söyləyə  bilər.  Çox  şişirtməyə  qaçmamaq  şərtiylə 
bunu  jest  və  mimikalarıyla  da  dəstəkləyə  bilər.  Bu  şəkildə    temp,  danışmağa  hərəkət  və  canlılıq 
verir. 
Xəbər aparıcısının xəbəri oxuyuşu nə çox sürətli nə də çox yavaş olmalıdır. Bir çox inkişaf 
etmiş ölkədə, bu temp daha sürətli ikən, bizim ölkəmizdə daha ağırdır. Xəbər spikeri xəbər mətnini 
vergül, nöqtəli vergül və nöqtələrə diqqət edərək və hər sözün dəyərini verərək oxumalıdır. Burada 
spikerin dil bilgisi, nitq mədəniyyəti qaydalarına hakim olması lazımlıdır. 
Xəbər  spikerinin  səsinin  tonu,  xəbərə  olan  marağı  artıran  və  ya  azaldan  əhəmiyyətli  bir 
faktordur.  Spiker  səsinin  tonuna  diqqət  etməzsə,  çox  əhəmiyyətli  bir  xəbər,  sıravi  bir  xəbər  kimi 
təqdim edilə bilər. 
Televiziya jurnalistikası  görünüşə söykəndiyi üçün, şübhəsiz xəbər spikerinin görünüşü də 
bu  prosesin  bir  hissəsi  olaraq  baxıldığında  çox  əhəmiyyətlidir.  Milyonlara  səslənən  xəbər 
spikerlərinin, işin ciddiyyətinin tələb etdiyi geyim və makiyajla tamaşaçı qarşısına çıxması lazımdır. 
Burada  ən  əhəmiyyətli  qayda,  spikerin,  xəbərin  önünə  keçməməsinə  nəzarət  etməkdir.  Çox 
əhəmiyyətli  və  ciddi  bir  xəbəri  təqdim  edən  spikerin  saçı,  makiyajı  və  geyimi  xəbərin 
məzmunundan  çox  diqqət  çəkirsə  burada  bir  səhv  var  deməkdir.  Buna  görə  də  xəbər  spikeri  çox 
iddialı və göstərişli geyimlər istifadə etməməlidir. Kişi və qadın xəbər spikeri üçün ən uyğun geyim 
növü kostyum, pencək, köynək və s. rəsmi deyə biləcəyimiz geyim növləridir. 
 
 
ƏDƏBİYYAT 
 
1.
 
Aynur Bəşirli, Aynur Kərimova, Dilarə Vəkilova. Xəbərçilik. Bakı, 2007 
2.
 
Rizvan Qənbərli. Jurnalistin əl kitabı. Bakı, 2005 
3.
 
Oya Tokgöz. Temel qazetecilik, Ankara, 2003 
4.
 
http://www.zeepedia.com/ 
 
 
 
 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə