Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə5/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   2   3   4   5   6   7   8   9   ...   121

11 
 
Göy çəməndə dincəliniz, 
Ay qəşəng cücələrim 
 
Tofiq  Mütəllibov  uşaqların  sevə-sevə  oxuduğu    və  çox  sevdiyi    şairlərdəndir.  Çünki  onun 
yaratdığı  yadda  qalanı  nəğmələr  həm  də  xalq  arasında  şöhrətlənmişdir.  Onun  “Kəkliklər  oxuyanda” 
(1965),  “Gözəllikdən  doymur  ürək”  “Danışan  qayalar”    (1973),  1975),  “Mənim  əzizlərim”  (1979), 
“Vüqarın nəğmələri” (1987), “Durnaların qanadında” (1992) və sair şeir kitabları çap olunmuş uşaqların 
böyük sevgisini qazanmışdır. 
 
Tofiq  Mütəllibov  dramaturgiya  sahəsində  də  qələmini  sınamışdır.  Onun  uşaqlar  üçün  yazdığı 
“Meşə nağılı”, “Danışan  qayalar”  adlı pyesləri Abdulla Şaiq  adına Azərbaycan Dövlət  Kukla teatrında 
“Cücələrim”  adlı  alleqorik  pyesi  isə  Azərbaycan  Dövlət  Gənc  Tamaşaçılar    teatrında  tamaşaya 
qoyulmuşdur. 
 
Tofiq Mütəllibov dünya xalqları ədəbiyyatından etdiyi bədii tərcümələri ilə də diqqəti cəlb 
edir  (5).  Türkmən  şairi  Berdinəzər  Xudaynəzərovdan,  özbək  şairəsi  Zülfiyədən  rus  şairi  Mixail 
Dudindən, Pyotr Kolsovdan, gürcü şairi Xuta Berulovadan və sair sənətkarlardan Azərbaycan dilinə 
etdiyi əsərlər öz poetikliyi  və orjinallığı ilə seçilir. 
 
Tofiq Mütəllibovun yaradıcılığı zəngin olduğu kimi şeirlərində yadda qalan, axıcı, səlis, rəvan 
və  ürəyə  yatan  Azərbaycanın  tanınmış  bəstəkarlarından  Fikrət  Əmirov  “Odlar    ölkəsi  ”  şeirinə,  Arif  
Məlikov    “Gözəlliklər  məskəni”  şeirinə,  Ş.Axundova  “Gözlərinə  toxundu”  şeirlərinə,  N.Məmmədov 
“Analar”    şeirinə,  Ə.Tağıyev  “Mənim  əzizlərim”,  T.Bakıxanov  “Abşeron  bağlarında”,  “Yaylaqların 
mahnısı” və sair mahnılarına musiqi bəstələmişlər. Demək olar ki, hələ də  bu günə kimi onun şeirlərinə 
yazılmış mahnılar tanınmış  müğənillərin repertuarlarında  yaşamaqdadır.    
        Tofiq  Mütəllibov  ilk  yaradıcılığa  şeirlə  gəlmiş,  sonrakı  əsərləri  də    uğurlu  olmuşdur.  Onun 
uşaqlar üçün yazdığı şeirlər öz emosionallığı  və siqləti ilə seçilir. Hamı üçün maraq doğuran şən və 
qaynar  həyat,  əyləncə  və  oyunları,  arzu  və  istəkləri  və  nəhayət,    uşaq  psixologiyasının  orjinal 
təsvirinə rast gəlirik. Onun şeirlərində  sözçülükdən  quru sxematik didaktikadan  uzaq olan ayrı-
ayrı poetik nümunələrdə kövrək uşaq düşüncələrinin  hissələrinin və fəaliyyətinin üzvü  vəhdətini 
görürük. Məsələn “İsti yuva” şeirində ana  ilə bala arasında sual və cavab şəklində verilmiş  parçaya 
baxaq.  
                                               -Ata quşlar üşümür  
                                               Bu şaxtalı havada? 
                                              -Ay qızım gizləniblər 
                                               Onlar isti yuvada.  
Uşaqlarda maraq doğuran suallara böyüklər tərəfindən düzgün izah verilməlidir.  Bu uşağın 
gələcək həyatında inkişaf və formalaşmasında öz təsirini   göstərir. Suala  düzgün cavab alan uşaq 
başlayır düşünməyə...  
Daha sual vermədi 
Atasına sayalı 
Öz isti evlərinə 
Qanadlandı xəyalı 
 
Şairin  epik  şeirlərində  yaratdığı  uşaq  obrazları  müxtəlif  xarakter  və  psixologiyaya,  həyatı 
dərk  etmə  imkanlarına  görə  bir-birlərindən  fərqlənir.  “Az  olsun  yaxşı  olsun  ”,  “Bahar  gəlibdir”, 
“Çiçək  dostları  ”,  “Məstan”,  “Hacıleylək”,  “Çıxart  dilini”  və  s.  şair  əsərlərində    bunları  görmək 
mümkün  olur.  Bu  şeirlərdə  uşaqların  maraq    dünyası  müşahidə  olunur,  onları  sadələşdirib  uşaq 
ruhuna uyğun qələmə alır (2, səh. 42). Təsvir olunan təbiət  hadisələri:  İldırımlı, şimşəkli anlarda, 
günəşli sakit günlərdə uşaq təxəyyülünə məxsus cizgilərlə verilir. 
 
Tofiq Mütəllibovun poeziyası mövzu rəngarəngliyi baxımından daha çox diqqəti cəlb edir. Onun 
ürəyəyatan uşaq şeirlərini başlıca mövzu təbiət aləmidir. Kiçik yaşlı uşaqları təbiət sirlərindən  xəbərdarlıq 
etmək,  onların  dünyagörüşünü  genişləndirmək,  hazırcavab  öyrətmək  T.Mütəllibov  şeirlərində  bu  sahə 
məharətlə  göstərmişdir.  Bunlardan  “Nə  gözəlsən”,  “Sönməyəcək  tonqal”,  “Qalacaq  bu  cığırlar,”  “Qızıl 
payız”,  “Ana  torpaq”,  “Ömrümüzün zirvəsi”,  “Bu torpağın  məhəbbəti”,  “Nağıllı təbiət”,  “Gözəldir”  və 
sair  şeirlə  ana  təbiətin  rəngarəng  möcüzələri,  bitkilər  və  heyvanlar  aləmi  sənətkar  qələmi  ilə  tərənnüm 
olunmuş, sənətkarlıqla seçilmiş, məcazlar lirik obrazlılığın daha da zövqləndirilir.  “Nə gözəlsən ” 
Meşə, vüqarlı meşə, 
Sinəsi qarlı meşə. 
Öyünürsən barınla, 
Uca ağaclarınla, 


12 
 
İldırımlar çaxsa da, 
Coşğun sellər axsa da 
Dəli külək əssə də, 
Qılınc kimi kəssə də, 
Ağacların əyilməz- 
Şah vüqarın əyilməz. 
Palıdlar qəhrəman tək... 
Neylər, ildırım şimşək. 
Uşaq  poeziyasında  müqayisənin  əsasını  əşya,  hadisə,  hərəkət  əlamət  və  keyfiyyətin 
qarşılaşdırılması  nəticəsində  yaranan  assosiativ  təsəvvür  təşkil  edir.  Bu  predmetin  səciyyəvi 
xüsusiyyətinin  digər  bir  predmet  üzərinə  köçürülməsi  nəticəsində  həmin  predmet  üçün  bu  yeni 
xüsusiyyət  qeyri-adi  mahiyyət  kəsb  edir  ki,  bunun  sayəsində  oxucunun  təsəvvüründə  assosiasiya 
nəticəsində bir konkretlik və deməli, bədii obraz yaradılmış olur.  
Vətən anatək 
Bəsləyir bizi 
Daha xoş günə 
Səsləyir bizi 
Bu  şeir  parçasında  “Vətən”  məfhumunu  uşaqlar  üçün  ən  sevimli,  ən  nəcib  və  ən  pak 
duyğuların  ifadəsi  olan  ən  çox  konkret  mahiyyətdə  olan  “ana”  soru  ilə  müqayisə  edilmişdir. 
Nəticədə  vətən  haqqında  yaranan  təsəvvür  konkret  səciyyə  kəsb  etmiş,  həmin  sözün  mənası 
haqqında uşaqlarda təsəvvürün genişlənməsi və əyaniləşməsi mümkün olmuşdur.  
Müqayisənin  uşaq  şeirində  əhəmiyyəti  qarşılaşdırılan  əşya  və  hadisələr  haqqında  təsəvvür 
yaratmaq ilə bitmir, eyni zamanda müqayisə prosesində əşya və hadisələrin əsas əlamətləri də əks 
olunur.  Göstərilən  şeir  parçasında  ana  və  vətən  məfhumlarında  olan  emosional  xüsusiyyətlər 
əyaniləşdirilmiş və dəqiqləşdirilmişdir.   
Tofiq Mütəllibovun yaradıcılıq sahəsi geniş və çox şaxəlidir (3, s. 330). Onun müxtəlif illərdə çap 
etdiyi “Bəxtəvər uşaqlar”, “Bağçada yolka”, “İşıq”, “Ləpələrin nəğməsi”, “Kəkliklər oxuyanda”, kitab–
larındakı şeirləri kiçik yaşlı oxucular arasında geniş yayılmışdır. “Anam işdən gələndə” şeirlərində yazır:  
Bəzəmişəm otağı,- 
Hər yan gözəl, tər-təmiz. 
Stol üstə salınır 
Yaraşıqlı süfrəmiz. 
Güldanların içinə 
Çiçək düzüm rəngarəng. 
Anam işdən gələcək 
Anam işdən gələcək! 
Anam yorulmuş indi, 
İşləyibdir səhərdən. 
Qoy dincini alsın o, 
Böyük qızam axı  mən. 
Hazır görcək süfrəni 
Sevinəcək güləcək, 
Anam işdən gələcək 
Anam işdən gələcək 
 
Tofiq  Mütəllibovun  vətən  mövzulu  şeirləridə  çoxdur.  Vətənimizin  ucsuz-bucaqsız  torpaqları, 
onun zəngin təbiəti və bol sərvəti həm lirik şeirlərində, həm də nəğmələrində vəsf olunur. Onun qələmə 
aldığı  “Ömrümüzün  zirvəsi”,  “Gəlsin  vətənimə”,  “Qobustan”,  “Gəncənin  çinarı”,  “Bakımıza    nəğmə 
qoş”, “Göygöl”, “Bura vətəndir” və s. poetik gücə malik olan şeirlərimizdə  doğma vətənin əzəmətini 
qələmə alan şair ümumiləşdirmə  yolu ilə mövzunu ustaliqla təsvir etmiş, oxucunun həyat eşqini, ana 
torpağa məhəbbətini yüksəltmişdir (6, səh. 46). 
 
“Bura  vətəndir!”  şeirində  şair  elə  incə  məcazi  təsvirlərdən  istifadə  edir  ki,  gözlərimiz  
qarşısında sanki bir tablo canlanır.  
                                               Qumu, çınqılı, 
                                               Daşı qızıldan. 
                                               Göllərin üzük 
                                              Qaşı qızıldan. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə