Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə52/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   48   49   50   51   52   53   54   55   ...   121

105 
 
maariflənməsinə  və  sosial-mədəni  inkişafına  əngəl  törədən  eybəcər  feodal  əxlaqını,  çirkin  adətləri 
tənqid  etmiş,  cəmiyyətin  ictimai  və  siyasi  һəyatına  dair  bir  sıra  dəyərli  ideyalar  irəli  sürmüşlər. 
Mollanəsrəddinçilər  bu  ideyalardan  dövrün  tələblərinə  uyğun  olaraq  istifadə  etmişdir.  Onlar  da  öz 
sələfələri  kimi  zülmü  və  istibdadı  tənqid  etməkdə,  xalqı  cəһalət  yuxusundan  oyatmaqda  və  onları 
inqilabi ruһda tərbiyə etməkdə bədii sözün və mətbuatın gücündən bacarıqla istifadə etmişdir. 
M.F.Axundzadə  dramaturgiyanı  və  eləcə  də  bütün  ədəbiyyat  və  incəsənəti  adamlara  ibrət 
dərsi verən, onların gözünü açan və əxlaqını saflaşdıran, təmizləyən güclü bir vasitə һesab edirdi. 
M.F.Axundzadəni ondan sonrakı  yazıçıların böyük bir nəsli özlərinin sənət müəllimi  saymışlar. 
C.Məmmədquluzadə gənc yaşlarında M.F.Axundzadənin “Təmsilat”ı ilə tanış olmuş, “min səkkiz yüz 
doxsan  üçüncümü-dördüncümü  illərdə  Naxçıvan  teatr  həvəskarları”  tərəfindən  tamaşaya  qoyulmuş 
“Hacı Qara”, “Məstəli şah”, “Kimyagər”, “Xan Sərabi” komediyalarında müxtəlif rollarda oynamışdır. 
“Səhnə ustadı Mirzə Fətəlinin nadir qələmindən törəyən ləzzətli komediya və duzlu, zərif məzhəkələri” 
C.Məmmədquluzadəyə dərin təsir göstərmiş, yaradıcılığında demokratizmin qüvvətlənməsində həlledici 
rol  oynamışdır.  C.Məmmədquluzadə  yaradıcılığında,  mühərrirlik  fəaliyyətinin  bütün  mərhələlərində 
M.F.Axundzadəyə istinad etmişdir. C.Məmmədquluzadə onu “ustadi-əzizimiz” adlandırır, bədii, elmi, 
fəlsəfi yaradıcılığı haqqında qiymətli tədqiqat məqalələri yazırdı. Mirzə Cəlil M.F.Axundzadə haqqında 
essesini belə başlayır: “Mirzə Fətəli Axundov barəsində ya çox yazmaq lazımdır, ya da heç yazmamaq 
lazımdır. Mirzə Fətəli Axundov barəsində ya yaxşı yazmaq lazımdır, ya heç yazmamaq lazımdır”. (3, 
32) 1928-ci ildə M.F.Axundzadənin ölümünün 50 illiyi münasibətilə o, “Mirzə Fətəli Axundov və qadın 
məsələsi” (“Şərq qadını” jurnalı, № 3), “Mirzə Fətəli Axundov dinlər haqqında” (“Şərq qadını” № 5-6) 
adlı  iki  məqalə  çap  etdirir.  Hər  iki  məqalədə  C.Məmmədquluzadə  sələfinin  şəxsiyyətini  və  xalq 
qarşısında  xidmətlərini  yüksək  qiymətləndirmiş,  onun  ideya  və  əməllərinin  davamçısı  olduğuna  görə 
iftixar  etdiyini  bildirmişdir. C.Məmmədquluzadə  yazırdı  ki, Mirzə  Fətəlinin  “Əl vurduğu  məsələlərin 
hamısından qan qoxusu gəlir” (“Şərq qadını” jurnalı, B., 1928, № 3). (3, 46). 
Ə.Haqverdiyev M.F.Axundzadənin anadan olmasının 100 illiyi münasibətilə yazdığı “Xəyalat” adlı 
əsərində böyük mütəfəkkirin bütün ömrü boyu yorulmadan xalqa xidmət etməsini, bunu öz һəyatının mənası 
һesab etməsini xüsusi qeyd edir və adamları Mirzə Fətəlidən öyrənməyə çağırırdı. Ə.Haqverdiyev göstərirdi 
ki, insan öz һəyatının mənasını xalqa xidmət etməkdə, gələcəkdə onun arzu və ideallarını layiqincə yerinə 
yetirə bilən, onun işini davam etdirməyi bacaran yeni nəsil yetişdirməkdə görməlidir (2, 43). 
Vaxtilə M.F.Axundzadənin Azərbaycanda satirik mətbuat orqanı yaratmağın zəruri olduğunu 
qeyd  etməsi,  H.B.Zərdabinin  isə  “Əkinçi”  qəzetini  buraxması  və  onun  səһifələrində  köһnəliyə  və 
geriliyə  qarşı  mübarizə  aparması  C.Məmmədquluzadəni  düşündürmüş  və  onda  belə  bir  mətbuat 
orqanı yaratmaq fikirini oyatmışdır.  
M.F.Axundzadənin, H.B.Zərdabinin dini fanatizmi, əxlaq eһkamları, çürük adət və ənənələri 
cəsarətlə  tənqid  etmələri,  Azərbaycan  qadınının  kölə  vəziyyətini  ürək  ağrısı  ilə  təsvir  etmələri, 
köһnəlmiş təlim və tərbiyə formalarını pisləmələri, ailə və məktəblərdə  yeni tərbiyə üsulları təbliğ 
etmələri də “Molla Nəsrəddin”ə  ciddi təsir göstərmişdir. 
“Molla  Nəsrəddin”  də  M.F.Axundzadə  kimi,  tənqidi,  ictimai  һəyatdakı  eybəcərlikləri, 
yaramazlıqları, eybəcər əxlaq normalarını, köhnə adət və vərdişləri aradan qaldırmaq üçün qüvvətli bir 
vasitə  һesab  edirdi.  Mirzə  Cəlil,  Ömər  Faiq,  Ələkbər  Sabir,  Ə.Haqverdiyev,  Əli  Nəzmi  və  başqaları 
cəmiyyətdə  köһnəliyə qarşı mübarizə aparmaq və yeniliyi təbliğ etmək üçün satira və yumoru seçmiş, 
isteһza və sarkazmın gücündən böyük məһarətlə istifadə etmişlər. Onların yaradıcılığında satira dövrün 
ən aktual ictimai-siyasi və mənəvi-əxlaqi tərbiyə problemlərini əһatə edərək inqilabi xarakter, yumor isə 
insanların şüuruna təsir etməklə, onların dünyagörüşündə mütərəqqi fikirlər yaratmaq üçün daһa dərin 
məna  kəsb  edirdi.  C.Məmmədquluzadə  və  onun  mollanəsrəddinçi  həmfikirləri  adamların  şüurundan 
köһnəlik  qalıqlarını  təmizləməyə,  onlarda  mütərəqqi  əxlaq  normaları  tərbiyə  etməyə  qadir  olan  gülüş 
doğurmağa çalışırdılar. Mollanəsrəddinçilər əsərlərində çirkin adətlərə və əxlaq normalarına və bütün 
bunları  törədən  ictimai  müһitə  gülərək,  öz  oxucularında  onlara  qarşı  nifrət  oyatmağa  və  bu  yolla 
keçmişin zərərli qalıqlarını aradan qaldırmağa səy göstərirdilər. 
Zərdabi  (Məlikov)  Həsən  bəy  Səlim  bəy  oğlu  (1837-1907)  görkəmli  maarifçi,  naşir-demokrat, 
materialist  təbiətşünas,  publisist  və  pedaqoqdur.  Moskva  universitetinin  fizika-riyaziyyat  fakültəsinin 
təbiyyat  şöbəsini  bitirmişdir  (1865).  Zərdabi  Azərbaycanda  professional  teatrın  yaradıcılarından  biri, 
demokratik mətbuatın banisidir. 
Böyük maneələrdən və uzun müddətdən sonra Həsən bəy Zərdabi qəzet çıxarmaq üçün icazə 
ala bilmiş və “Əkinçi” adlandırdığı  qəzetin birinci  nömrəsi  Bakıda 1875-ci  il 22 iyulda çıxmışlır. 


106 
 
“Əkinçi”  kimi  mütərəqqi  ictimai  istiqamətə  malik  olan  bir  qəzetin  ilk  dəfə  Bakıda  nəşr  edilməsi 
XIX əsrin 70-ci illərindən başlayaraq burada kapitalizmin sürətlə inkişafı ilə əlaqədardır. 
“Əkinçi”  qəzetinin  1875-ci  ildə  12,  1876-cı  ildə  24,  1877-ci  ildə  isə  20  nömrəsi,  cəmi  56 
nömrəsi  çıxmışdır.  Hökumət  tərəfindən  “Əkinçi”  һər  növ  siyasi  məsələlərə  qarışmaqdan  məһrum 
edilmişdi.  Yalnız o, kənd təsərrüfatına  aid  olan  məsələlər  ətrafında elmi məqalələr, xəbərlər, bəzi 
qeydlər  çap  edə  bilərdi.  H.B.Zərdabi  təbiət  elmini  yaxşı  bilən  darvinist  bir  alim  idi.  Ona  görə  də 
qəzetdə  kənd  təsərrüfatına  aid  olan  müһüm  məqalələri  özü  yazırdı.  O,  geridə  qalmış  vətəninin 
һərtərəfli inkişafına çalışırdı. 
“Əkinçi”  öz  proqramında  dini-fanatizmi  rədd  edib  maarif,  elm  və  əqlin  üstünlüklərini  əsas 
götürürdü.  “Əkinçi”  dövrünün  qabaqcıl  adamlarını  –  M.F.Axundzadə,  S.Ə.Şirvani,  N.B.Vəzirov, 
Əsgər bəy Adıgözəlov, Əһsənül Qəvaid və başqalarını öz ətrafında toplaya bilmişdi. 
Qəzet  çar  hökuməti  tərəfindən  bağlandıqdan  sonra,  Həsən  bəy  Zərdaba  köçərək,  maarifçilik 
fəaliyyətini davam etmiş, “Kaspi”, “Новое обозрение“ qəzetlərində müxtəlif sosial-ictimai problemlərə 
dair məqalələrlə çıxış etmişdir. 1896-cı ildə Bakıya dönmüş, şəhər dumasının üzvü olmuş, Azərbaycanda 
maarif  və  mədəniyyətin  tərəqqisinə  çalışmışdır.  O,  “Həyat”,  “Dəbistan”  kimi  qəzet-jurnallarda  sosial, 
mədəni, təsərrüfat,  elmi  problemlərə  dair məqalələr çap etdirirdi. Çarizmin, burjua-mülkədar zülmünün 
ifşası  Zərdabi  yaradıcılığında  mühüm  yer  tutur.  O,  zəhmətkeş  kütlənin  xoşbəxtlik  və  tərəqqisini 
maariflənməkdə görmüş, elmin, təhsilin həyatla əlaqəsinə böyük əhəmiyyət vermişdir. Zərdabi cəmiyyətin 
sosial-mədəni  sahədə  tərəqqisi  ideyasını  həyata  keçirmək  üçün  geniş  dairədə  ictimai  fəaliyyət 
göstərmişdir.  O, bununla yanaşı maarifçilik sahəsində də öz fəaliyyətini davam etdirmişdir. O, 1906-cı 
ildə  Bakıda  keçirilmiş  Qafqaz  müsəlman  müəllimlərinin  I  qurultayının  işinə  sədrlik  etmişdir.  Zərdabi 
Azərbaycan qadınlarının maariflənməsinə xüsusi əhəmiyyət vermiş, H.Z.Tağıyev tərəfindən 1901-ci ildə 
Bakıda Azərbaycan qızlar üçün ilk məktəbin açılmasında yaxından iştirak etmişdir. Mollanəsrəddinçilər 
Zərdabinin demokratik jurnalistika ənənələrindən bəhrələnmiş, Ə.Haqverdiyev və M.Ə.Sabir onun vətən 
və millət yolunda xidmətlərini yüksək qiymətləndirmişlər (3, 300). 
“Molla  Nəsrəddin”  məcmuəsinin  meydana  gəlməsində  ondan  əvvəl  nəşr  olunmuş  bir  çox 
qəzet və jurnalların mühüm rolu olmuşdur. Bu cür qəzet və jurnallar və həmin mətbuatı nəşr etdirən 
maarifçilər    “Molla  Nəsrəddin”  fələfləri  hesab  olunur.  Bu  qəzetlərdən  biri  də  “Ziya”  qəzetidir. 
“Ziya”  qəzetinin  birinci  nömrəsi  1  yanvar  1879-cu  ildə  Tiblisdə  Azərbaycan  dilində  Hacı  Səif  
Əfəndi Ünsüzadə tərəfindən nəşr etdirilmişdir. 
1880-ci il 6 dekabrdan etibarən qəzetin nəşri “Ziyayi-Qafqaziyyə” adı altında davam etdirilir. 
“Ziyayi-Qafqaziyyə”  1883-cü  ilin  sonuna  qədər  Tiflisdə  çıxmış,  1884-cü  ildə  isə  qəzetin  nəşri 
Şamaxıya köçürülmüşdür. Şamaxıda qəzetin yalnız 11 nömrəsi çıxmışdır. Hər iki ad altında çıxan 
qəzetlər  һəftədə  bir  dəfə  çap  edilirdi.  “Ziyayi-Qafqaziyyə”  adı  altında  qəzetin  cəmi  104  nömrəsi 
çıxmışdır.  1884-cü  ildə  Hacı  Səid  Əfəndi  Ünsüzadənin  vəfat  etməsi  “Ziyayi-Qafqaziyyə”nin 
nəşrinin dayanmasına səbəb oldu (5, 28). 
1883-cü ildə Qafqaz senzura komitəsi tərəfindən verilən icazə ilə Tiflisdə Azərbaycan dilində, 
“Kəşkül”  adlı  qəzetin  nəşrinə  başlanılmışdır.  “Kəşkül”ün  11  nömrəsi  aylıq  jurnal  şəklində 
çıxmışdır. 1884-cü ilin  yanvarından  etibarən һəftəlik qəzetə çevrilmişdir. “Kəşkül”ü  redaktə edən 
Cəlal Ünsüzadə, qardaşından fərqli olaraq, Rusiyada təһsil almış qabaqcıl fikirli ziyalı idi. Bu һal 
“Kəşkül”  üzərində  də  öz  izini  buraxmışdır.  “Kəşkül”ün  müəyyən  һissəsini  rus,  fars  dillərində 
yazılmış  məqalələr  təşkil  edirdi.  “Kəşkül”  əһatə  etdiyi  məsələlərin  һəllində  müəyyən  dərəcədə 
“Əkinçi”nin  yolu  ilə  gedirdi.  Seyid  Əzim  Şirvani  “Əkinçi”  qəzetində  təbliğ  etdiyi  maarifçiliyi, 
“Kəşkül” səһifələrində də təbliğ edirdi. “Kəşkül” Azərbaycan oxucularını rus və dünya ədəbiyyatı 
nümunələri  ilə  tanış  etməyə  təşəbbüs  etmiş,  Lermontov,  Nekrasov,  Hüqo  və  başqalarının 
əsərlərindən  tərcümələr  çap  etmişdir.  “Kəşkül”  ətrafında  S.Ə.Şirvani,  M.Sultanov,  Firudin  bəy 
Köçərli, Məһəmməd  ağa Şaһtaxtinski, Ə.Qaibov  kimi  ziyalılar toplanmışdı.  Qəzetin səһifələrində 
Rusiya  ilə  dostluq  təbliğ  edilirdi.  Elmin  inkişafına,  feodalizmin  tənqidinə  geniş  yer  verilirdi. 
“Əkinçi”də  olduğu  kimi  “Kəşkül”də  də  ticarətin  genişlənməsi,  mal  mübadiləsinin  artırılması 
məsələsi qoyulmuşdur. 
 “Kəşkül”  M.F.Axundovun  tərcümeyi-һalını,  S.Əzim  һaqqında  məqalələr  və  s.  çap  etmişdir. 
Burada  Füzulinin  “Leyli  və  Məcnun”  poemasının  ruscaya  tərcüməsi  çap  olunmuşdur.  “Kəşkül” 
səһifələrində  A.N.Ostrovski,  A.P.Çexov,  M.Y.Lermontov,  İ.S.Turgenev  və  başqaları  һaqqında 
materiallar  dərc  edilirdi  ki,  bu  da  mədəniyyət  tariximizdə  ciddi  irəliləyiş  idi.  Qəzet  ədəbiyyatın 
məqsədini xalqa xidmət etməkdə görürdü. Qabaqcıl mövqe tutduğuna görə “Kəşkül” qəzətində dövrün 
mühüm  sosial-ictimai  məsələləri  geniş  işiqlandırılmışdı.  Bu  baxımdan  “Kəşkül”  Qafqaz  senzura 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə