Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə53/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   49   50   51   52   53   54   55   56   ...   121

107 
 
komitəsi tərəfindən təqib edilmişdir. Hər il “Kəşkül”ün çoxlu məqalələri qadağan edilmişdir
1
. O zaman 
Azərbaycanda tədricən yeni iqtisadi əlaqələrin yaranması, ticarətin genişlənməsi, sənayenin inkişafı ilə 
əlaqədar olaraq milli şüurun oyanması prosesi gedirdi. Mirzə İbraһimov “Böyük demokrat” kitabında 
“Kəşkül”ün “din” və “millət” məfһumlarını bir-birindən ilk dəfə ayırmağa çalışmasını, “İslam milləti” 
əvəzinə “Azərbaycan milləti” məfһumunu işlətməsini xüsusi olaraq qeyd edir. (5, 29) 
1891-ci  ildə  “Kəşkül”ün  nəşri  dayandırılır.  1903-cü  ilədək,  yəni  “Şərqi-Rus”un  nəşrə 
başlanmasınadək  olan  10  ildən  artıq  bir  müddət  ərzində  Azərbaycan  dilində  qəzet  və  ya  jurnal 
çıxmamışdır. 
XIX  əsrin  sonlarında  Naxçıvanın  mədəni  һəyatında  böyük  canlanma  başlanmışdı.  1883-cü 
ildə  burada  “Müsəlman  incəsənət  və  dram  cəmiyyəti”  təşkil  edilmişdi.  Naxçıvan  ziyalıları  bu 
cəmiyyətin  köməyi  ilə  böyük  dramaturq  M.F.Axundzadənin  kömediyaları  ilə  yanaşı  yerli 
müəlliflərin də əsərlərini tamaşaya qoymağa müvəffəq olurdular. 
Naxçıvanda  Eynəli  Sultanov,  Qurbanəli  Şərifov,  Məmməd  Tağı  Səfərov  (Sidqi)  kimi  rus, 
qərb, şərq ədəbiyyatına və mədəniyyətinə dərindən bələd olan de- mokratik görüşlü ziyalılar var idi. 
Gənc Mirzə Cəlil bu ziyalıların şəxsində ictimai və mədəni һəyatın bir sıra məsələlərinə dair özünə 
һəmfikir  tapmış,  onlarla  yaxınlaşmışdı.  Bu  ziyalılar  C.Məmmədquluzadənin  ilk  müəllimləri 
olmuşlar. Onlar gələcək ədibin inkişaf edib yetişməsində müəyyən rol oynamışlar. 
Naxçıvanın  demokratik  ziyalılarının  ədəbi  və  ictimai  fəaliyyətində  yeni  təlim-tərbiyə  üsulu 
əsasında yaradılan məktəblər olduqca böyük rol oynamışdır. Yeni üsul ilə açılan “Tərbiyə” adlı ilk 
məktəb  Naxçıvanda  1894-cü  ildə  fəaliyyətə  başlamışdır.  M.T.Səfərovun  (Sidqinin)  rəһbərliyi 
altında bu məktəb Naxçıvan ziyalıları üçün mədəniyyət və maarif mərkəzinə çevrilmişdi.  
Qeyd  etmək  lazımdır  ki,  Cəlil  Məmmədquluzadəyə  və  onun  rəhbərlik  etdiyi  “Molla 
Nəsrəddin” məcmuəsinin təşəkkül tapmasına Naxçıvan mühiti, həmçinin görkəmli maarifpərvər və 
ədib  M.T.Sidqi  də  böyük  təsir  göstərmişdir.  Sidqi  Məhəmməd  Tağı  (Məhəmməd  Tağı  Kərbəlayi 
Səfər oğlu Səfərovun təxəllüsü) (1854-1903) pedaqoq, publisist və şair idi. Bu dövrdə Türkiyə, İran 
və  Rusiyadan  gətirilmiş  qəzetlər,  Şərq  klassiklərinin  əsərləri,  habelə  Sidqinin  fəal  üzvü  olduğu 
“Əncümənü-şüəra” ədəbi məclisi üzvlərinin şeirləri oxunub müzakirə olunurdu (3, 261). 
1892-ci ildə Ordubad şəhərində maarifçi ziyalı Hüseyn Soltan Kəngərlinin köməkliyi ilə “Əxtər” 
(“Ulduz”)  adlı  yeni  tipli  məktəb  təsis  etmişdir.  Sidqinin  1894-cü  ildə  Naxçıvanda  əsasını  qoyduğu 
“Məktəbi-Tərbiyə” şəhərdə maarifçilik hərəkatının və ədəbi-mədəni mühitin əsas mərkəzlərindən birinə 
çevrilmişdi.  C.Məmmədquluzadə  bu  məktəbə  yüksək  qiymət  vermişdir.  Sidqi  yaradıcılığa  klassik 
üslubda qəzəllər yazmaqla başlamışdır. XIX əsrin son rübündə imperiyanın müsəlman əhalisi arasında 
başlanan  maarifçilik  hərəkatının  təsiri  altında  yaradıcılığının  diapozonunu  genişləndirmiş,  maarifçi 
realist  şeirin  (“Məsnəviyyati-mədəniyyə”),  uşaq  ədəbiyyatının  (“Kəblə  Nəsir”,  “Məhəmmədəliyə 
nəsihət”,  “Oğul”  və  s.),  məktəb  dərsliklərinin  (“Müxtəsər  coğrafiya”,  “Töhfeyi  benat”),  elmi-kütləvi 
publisistikanın  (“Heykəli-insana  bir  nəzər”,  “Puşkin”,  “İmperator-əzəmin  tac  geyim  rəsminin 
yadigarına... nitq”) pedaqoji traktatını (“Nümuneyi-əxlaq”) yaratmışdır. 
XIX əsrin sonlarında Naxçıvan maarifçilik hərəkatında Sidqi aparıcı simalardan biri kimi fəal 
iştirak etmişdir. O, C.Məmmədquluzadə ilə birlikdə Naxçıvanda bir sıra ədəbi-mədəni tədbirlərin və 
teatr  tamaşalarının  əsas  təşkilatçılarından  olmuşdur.  Məmmədquluzadələr  ailəsi  ilə  yaxından 
ünsiyyət saxlayan Sidqi Mirzə Cəlilin böyük dostu idi. 
M.T.Sidqinin  vəfatı  münasibətilə  Mirzə  Cəlilin  “Şərqi-Rus”  qəzetində  dərc  etdirdiyi  “Getdi 
cahandan həzrəti Sidqi” adlı məqaləsində maarifçi şair və pedaqoqa ümumxalq məhəbbəti və kədəri 
ifadə olunmuşdur. (3, 262) 
Azərbaycan ictimai-siyasi və mədəni həyatında Şahtaxtinski sülaləsinin üzvü Məhəmmədağa 
Şahtaxtlının  xüsusi  yeri  vardır.  Bu  nəhəng  şəxsiyyətin  Azərbaycana  Qərb  maarifçiliyi  ənənələrini 
gətirmək, doğma xalqını Şərq fanatizmindən xilas etmək, Qərblə Şərqi yaxınlaşdırmaq kimi böyük 
vəzifələrin həyata keçirilməsinə təkbaşına etdiyi xidmət həmin amalla ömür etmiş bütöv bir ziyalı 
nəslinin fəaliyyətinə bərabərdir. Avropalılar üçün o, tanınmış “Şərq mənşəli siyasətçi”, ruslara görə: 
“millətinin  cəsarətli  müdafiəçisi”,  Azərbaycan  baxımından  isə  Avropa  qiyafəli  Şərq  oğlu  idi. 
İctimai-siyasi  həyatda  və  sosial-mədəni  mühitdə  Məhəmmədağa  Şahtaxtlı  XIX-XX  əsrlərin  ən 
                                                 
1
 Bu məqalələr müəyyən nömrələrdən kəsilmiş və əlavə kağızlarda һansı səbəbdən qadağan olunduğu qeyd 
edilmişdir.  Bunların  һamısı  Gürcüstan  Dövlət  arxivində  114  nömrəli  fondda  592,  730,  806,  1000,  1056 
nömrəli işlərdə saxlanılır. 


108 
 
görkəmli  azərbaycanşünaslarından  biridir.  Öz  sağlığında  o,  “millətinin  canlı  heykəli”  kimi  geniş 
şöhrət qazanmışdır (4, 142). 
M.Şahtaxtlının  maarifçilik  fəlsəfəsində  əsas  yeri  latın  əlifbasına  keçilməsi  və  ictimai  şüurun 
formalaşmasında mətbuatın səmərəli istifadə məsələsi tuturdu. Parisdə Beynəlxalq Fonetika Cəmiyyətinin 
iclaslarında  iştirak  edərkən  o,  Avropa  alimlərinin  öz  ölkələrinin  inkişafı  naminə  vahid  latın  əlifbasına 
keçmələri üçün etdikləri təşəbbüslərin şahidi olmuşdu. Buna uyğun olaraq M.Şahtaxtlı da mənsub olduğu 
xalqın dirçəlişini təmin etmək məqsədilə əlifbanın daha da sadələşdirilməsi və Azərbaycan dilinin tələffüz 
xüsusiyyətlərinə  uyğunlaşdırılması  işinin  zəruriliyi  qənaətinə  gəlmişdi.  Tiflisdə  Tomson  mətbəəsində 
1879-cu ildə Azərbaycan və rus dillərində çap olunmuş “Təkmilləşdirilmiş müsəlman əlifbası” kitabı onun 
bu  sahədəki  ilk  təşəbbüsünün  nəticəsi  kimi  meydana  çıxmışdı.  Sonralar  o,  əlifba  islahatı  istiqamətində 
axtarışlarını davam etdirmiş, yeni elmi qənaətlər əsasında daha mükəmməl əlifba layihəsi hazırlayıb nəşr 
etdirmişdir. Belə ki, Məhəmmədağa Şahtaxtlı 1902-1903-cü illərdə əlifba islahatına dair Azərbaycan, rus 
və fransız dillərində beş kitab çap etdirmişdir (4, 149). 
1903-cü  ilin  mart  ayından  nəşrə  başlayan  “Şərqi-Rus”  qəzeti  Azərbaycanda  Qərb 
standartlarında çap olunan Şərq qəzeti idi. Təkcə qəzetin formatı, tərtibatı deyil, həm də qayəsində 
qərbçilik vardır. Məhəmmədağa Şahtaxtlı Qərb maarifçiliyini, Qərb fəlsəfi düşüncəsini, Avropa elm 
və mədəniyyətini təbliğ etməklə mənsub olduğu xalqı cəhalətdən və xurafatdan xilas edib, mədəni 
millətlər cərgəsinə çıxarmaq məqsədini izləmişdir. Bu qəzetin adı üçün seçilmiş Şərq anlayışının da 
ümumi  və  konkret  sərhədləri  var  idi.  Yuxarıda  göstərdiyimiz  kimi,  “Şərqi-Rus”  XX  əsrin  ilk 
Azərbaycan qəzeti idi. Qəzetdə Azərbaycan probleminə, azərbaycanlıların maariflənməsi və sosial-
mədəni dirçəlişi məsələsinə üstünlük verilmişdir. 
“Şərqi-Rus”  qəzetinin  əsas  məqsədi  türk-müsəlman  xalqlarını  maarif  və  mədəniyyətə  cəlb 
etməkdən  ibarət  idi.  Qəzetin  uğrunda  mübarizə  apardığı  mədəni  intibah,  ana  dili,  əlifba  islahatı, 
qadın azadlığı, torpaqların zəhmətkeş xalqın istifadəsinə verilməsi kimi sosial-iqtisadi və mədəni-
maarif məsələlərinin mərkəzində ilk növbədə Azərbaycanın mənafeyi dururdu. “Şərqi-Rus”un amalı 
Azərbaycan  xalqını  dünyanın  mədəni  millətləri  cərgəsinə  çıxarmaqdan  ibarət  idi.  (4,  152).  Şərqi-
Rus  qəzeti  qısa  zaman  içərisində  demokratik  ruhlu  ziyalıları  milli  düşüncəli  maarifçi  filosofları 
(M.Ə.Sabir, M.Ş.Ordubadi, Ə.Nəzmi və s.) öz ətrafına toplaya bildi. Məsələn, C.Məmmədquluzadə 
məşhur “poct qutusu” hekayəsini ilk dəfə “Şərqi-Rus” qəzetində dərc etdirmişdir. 
Mükəmməl  yiyələndiyi xarici dillər ona Şərq və Qərb mədəniyyətlərini sintez halında mənimsə–
məyə  və  dəyərləndirməyə  imkan  yaratmışdır.  Bu  mənada,  Məhəmmədağa  Şahtaxtlı  Qərb  üçün  dərk–
olunmuş Şərq, eyni zamanda Şərqdən ötrü millətpərvər və maarifçi Qərb idi. Bu görkəmli şəxsiyyəti haqlı 
olaraq Qərblə Şərq mədəniyyətləri arasında etibarlı körpü hesab edirlər. O, Qərb aləminə və mədəniyyə–
tinə  yol  açmış  birinci  Şərq  ziyalısı  idi.  Görkəmli  şərqşünas  Mirzə  Kazımbəyin  Azərbaycan  və  Şərq 
mədəniyyətinin  təbliği  baxımından  Rusiyada  gördüyü  işi  Avropada  Məhəmmədağa  Şahtaxtlı  həyata 
keçirmişdir. Bu baxımdan onu, bizim Avropadakı Mirzə Kazımbəyimiz kimi dəyərləndirmək olar. 
Məhəmmədağa  Şahtaxtlını  Rusiyada  həm  məşhur  avropaşünas,  həm  də  tanınmış  şərqşünas 
kimi qəbul etmişdilər. O, Rusiya ictimai dairələri və mətbuatı üçün arzu-olunan Qərb yönlü şərqli 
idi (4, 155). 
M.A.Şaһtaxtinski “Şərqi-Rus”un ilk nömrələrindən başlayaraq sosial-mədəni və ictimai һəyatda 
bəzi  dəyişikliklər  etmək  baxımından  müəyyən    faydalı  fikirlər  (əlifbanın  yeniləşdirilməsi,  һicab 
məsələsi  və  s.)  irəli  sürmüşdür.  Buna  görə  də,  bir  tərəfdən  Bakı  burjua  jurnalistləri,  digər  tərəfdən 
Qafqaz  senzura  işləri  komitəsində  ağalıq  edən  Kişmişov,  Qaraxanov  kimi  Azərbaycan  mətbuatının 
inkişafına düşmən olan senzorlar tərəfindən “Şərqi-Rus” şiddətli һücumlara məruz qalmışdır. Qəzetin 
əleyһinə iftiralardan ibarət olan məqalələr yazılmışdır. (5, 16). Bir müddət sonra qəzet bağlanmışdır. 
 “Şərqi-Rus” qəzeti bağlandıqdan sonra onun mətbəəsi işsiz qalır. Bu zaman C.Məmmədquluzadə 
bu mətbəə vasitəsilə müstəqil nəşriyyat işi ilə məşğul olmaq, qəzet və ya jurnal buraxmaq fikrinə düşür. 
Ona öz arzusunu  yerinə  yetirmək üçün maddi  yardım lazım idi. Bu vəsaiti əldə etmək üçün o, һeç bir 
münasib  imkan  tapa  bilmirdi.  Nəһayət,  1905-ci  ilin  ortalarında  o,  Ömər  Faiq  Nemanzadə  ilə  birlikdə 
“Şərqi-Rus”  qəzetinin  mətbəəsini  Tiflisdə  yaşayan  naxçıvanlı  tacir  Məşədi  Ələsgər  Bağırovun  maddi 
köməyi ilə satın alır. Həmin mətbəəyə “Qeyrət” adı verilir. 1906-cı ildən “Molla Nəsrəddin” jurnalı həmin 
mətbəədə nəşr olunmuşdur. 
1906-cı  ilin  yazından  ta  “Molla  Nəsrəddin”  jurnalının  nəşrinə  qədər  və  eləcə  də  sonralar 
“Qeyrət” mətbəəsində onlarca kitab, intibaһnamə və vərəqələr nəşr edilmişdir (5, 22). 
Beləliklə,  “Molla  Nəsrəddin”  jurnalı  və  eyni  adlı  ədəbi  məktəb  mollanəsrəddinçilik  deyilən 
məxsusi bir təlimi meydana çıxarmışdır. Bu ədəbi məktəbin ideya əsasını mollanəsrəddinçilik təlimi 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə