Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə54/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   50   51   52   53   54   55   56   57   ...   121

109 
 
təşkil  edir.  Müxtəlif  vaxtlarda  mollanəsrəddinçilik  təlimi  haqqında  fikirlər  yürüdərkən  bu  təlimə 
keçmiş  ideologiyanın  prizmasından  yanaşmaq  meyllərinə  üstünlük  verilmişdir.  Buna  görə  də 
pərakəndə şəkildə ifadə olunmuş fikirləri ümumiləşdirmək və müstəqillik işığında dəyərləndirməklə 
mollanəsrəddinçilik  təliminin  əsl,  obyektiv  mahiyyətini  aşkara  çıxarmağa,  yeni  elmi  formatını 
müəyyən  edib  əsaslandırmağa  ehtiyac  vardır.  Çünki  mollanəsrəddinçilik  ictimai-siyasi  və  sosial-
fəlsəfi baxımdan “Molla Nəsrəddin” ədəbi məktəbinin əsasını, nüvəsini təşkil edir (6, 256). 
Akademik  İsa  Həbibbəylinin  təbirincə  desək:  “Mollanəsrəddinçilik-Azərbaycançılıq 
məfkurəsinin ideya əsasından yoğrulmuşdur” (4, 643). 
Bu baxımdan “Molla Nəsrəddin” məcmuəsinin adı öz sələflərinin işini yeni dövrdə və yüksək 
mərhələdə  davam  etdirən  layiqli  bir  xələf  olaraq  ictimai  fikir  tariximizin  parlaq  səhifəsinə  qızıl 
hərflərlə yazılmışdır. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Fərrux  Ramazanov.  Cəlil  Məmmədquluzadənin  etik  görüşləri  Bakı,  Azərbaycan  Dövlət 
Nəşriyyatı, Bakı, 1969 
2.
 
F.Ramazanov.  Azərbaycan  ictimai  fikrində  dini  əxlaqın  tənqidi  (XX  əsrin  əvvəlləri). 
Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1965 
3.
 
Cəlil Məmmədquluzadə ensiklopediyası. Bakı, Şərq-Qərb, 2008, 320 s. 
4.
 
İsa Həbibbəyli. Ədəbi-tarixi yaddaş və müasirlik. Bakı, Nurlan, 2007, 696 s. 
5.
 
Nazim Axundov. “Molla Nəsrəddin” jurnalının nəşri tarixi. Bakı, 1959 
6.
 
Əziz Mirəhmədov. Azərbaycan Molla Nəsrəddini. Bakı, Yazıçı, 1980, s. 256 
 
ABSTARCT 
Yusif Huseynov 
“Molla Nasraddin”magazine:predecessors and successors 
 
The  paper  is  about  the  predecessors’  works  and  literary-publicistic  activity  of  “Molla 
Nasraddin” magazine which became an honorary successor of such thinkers, writers, journalists and 
men  of  literature  as  M.F.Akhundzadeh,  H.B.Zardaby,  brothers  of  Unsizadeh,  M.T.Sidgy, 
M.A.Shahtakhtinsky and so on. 
“Molla  Nasraddin”  school  propaganding  progressive  ideas  played  a  great  role  in  national 
awakening  of  the  people,  spreading  the  idea  of  independence.  Therefore  at  present  when 
Azerbaijani  people  gained the  Independence our  scholars should reserch the philosophical  aspects 
of    the  works  by  Mirza  Jalil  and  the  represantatives  of  “Molla  Nasraddin”  school  in  general  
objective-scientificly. 
 
РЕЗЮМЕ 
Юсиф Гусейнов 
 
Журнал «Молла Насреддин»:предшественники и преемники 
 
    Статья  рассматривает  творчество  и  литературно-публицистическую  деятельность 
предшественников  журнала  «Молла  Насреддин»а,  который  стал  достойным  преемником 
таких мыслителей, писателей, журналистов и литераторов как М.Ф.Ахундзаде, Г.Б.Зардаби, 
братьев  Унсизаде,  М.Т.Сидги,  М.А.Шахтахтинский  и  др.  Школа  «Молла  Насреддин»а 
будучи  глашатаем  прогрессивных  идей  играла  большую  роль  в  национальном  прозрении 
народа  и  распространении  идеи  независимости.  Поэтому  сейчас,  когда  Азербайджанский 
народ  завоевал  независимость  нашим  ученым  следует  объективно-научно  исследовать 
философские аспекты творчества Мирзы Джалила и вообще школы молланасреддинцев. 
 
     НДУ-нун  Елми  Шурасынын  23  sentyabr  2016-cı  ил  тарихли 
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01). 
      Məqaləni çapa təqdim etdi: AMEA-nın müxbir üzvü Ə.Quliyev 
 


110 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
XUMAR MƏMMƏDOVA 
Naxçıvan Dövlət Universiteti 
xrmemmedova@mail.ru 
UOT:821.521 
YAPON ŞAİRİ SAYQYO VƏ  TANKALARİ 
 
Açar sözlər: Yaponiya, Sayqyo, poeziya, Manyoşü, antologiya 
 
Key words: Japan, Saygyo, poetry, Manyosu, antology  
 
Ключевые слова: Япония, Сайгуо, поезия, Манйощу, антология  
 
 
Artıq  yapon  ədəbiyyatı,  ümumiyyətlə,  bütövlükdə    yapon  mədəniyyəti  ilə  bağlı  Azərbaycan 
oxucusunda  məlumat var. Zaman-zaman Azərbaycan ziyalıları, şair və yazıçıları Yaponiyada olmuş, bu 
əsrarəngiz  ölkənin  tarixi,  ədəbiyyatı,  mədəniyyəti,  incəsənəti  haqqında  oxucularımıza  ətraflı,  dəyərli 
informasiya  vermişlər.  Həsən  Seyidbəyli  özünün  “On  beş  gün  Yaponiyada”  (1966),  Şahin  Fazil 
“Yaponiya  səfərnaməsi”  (2007),  Novruz  Nəcəfoğlu  “Eşitdiyim  və  gördüyüm  Yaponiya”  (2015)  adlı 
kitablarında Azərbaycan oxucusu ilə öz təəssüratlarını bölüşmüşlər. Eyni zamanda yapon müəlliflərindən  
Akutaqava Rünoskenin “Raşömon darvazası”, “Sıx meşədə” novellaları, Yasunari Kavabatanın “Dağın 
səsi”, “Köhnə paytaxt”, Haruki Murakaminin “Kafka sahildə”, “Norveç meşəsi” romanları, Akiro Kuro–
savanın  “Yeddi  samuray”,  “Raşömon”,  Yasuciro  Ocunun  “Tokio  hekayəti”,  Takeşi  Kitanonun 
“Yakuzanın qardaşı” filmləri, Azərbaycan tamaşaçısı və oxucusunun qəlbinə yol tapmış, əsərlər dilimizə 
tərcümə edilərək nəşr olunmuşdur. Qeydə edək ki, oxucularımızın yapon şeiri ilə ilk ciddi tanışlığı 1979-
cu ildə xalq yazıçısı Elçinin tərcümə və tərtib etdiyi “Nərgizin bircə ləçəyi” toplusu ilə başlayıb. Yüz qırx 
səhifədən ibarət olan bu topluda bir sıra yapon müəllifləri haqqında məlumat, şərh və qeydlər öz əksini 
tapmışdır.  Maraqlı  faktdır  ki,  burada  həm  orta  əsrlər  hayku  ustaları,  həm  də  yeni  yapon  poeziyası 
nümayəndələrinin yaradıcılığı ilə də tanış olmaq mümkündür. Yapon poeziyası ilə daha bir tanışlıq Pərviz 
Məmmədovun tərcüməsi və Rasim Qaracanın redaktorluğu ilə tərtib edilərək 2003-cü ildə işıq üzü görən 
“Yapon ədəbiyyatı: haykular” toplusu olmuşdur. İki yuz sahifədən ibarət olan bu topluda qırx altı hayku 
ustasının şeiri öz əksini tapmışdır. Cəmşid Bəxtiyarın tərcüməsiylə təqdim olunan və yapon ədəbiyyatı ilə 
bağlı bizə məlumat verən üçüncü kitab isə 2015-ci ildə nəşr olunan “Səsindən tanıdılar payızı” adlanır. 
Burada yalnız haykular – üçlüklər deyil, eləcə də böyük yapon şairi Sayqyonun qələmində çıxan tankalar 
beşliklər də öz əksuini tapmışdır. Bir faktı da qeyd edək ki, tankaların tarixi haykulardan daha qədimdir. 
Əlbəttə, yuxarıda adı qeyd olunan kitablar Azərbaycan oxucusunda füsunkar yapon poeziyası ilə tanışlığa 
rəvac verir.  
Qeyd edək ki, “tanka” sözünün hərfi mənası “qısa nəğmə” deməkdir. İlk əlyazması isə VIII əsrə 
aiddir.  Bu  baxımdan  “Manyoşü”  (“Min  yarpaqdan  bir  çələng”,  VIII  əsr  –  X.M.)  antologiyası 
təqdirəlayiqdir. Yapon poeziyasının digər nümunələrində olduğu kimi tanka da sillabik  şeir növü hesab 
olunur.  Ölçü  sistemi sadədir. Birinci və üçüncü misraları beş, qalan misralar isə yeddi hecadan ibarətdir. 
Simmetriklikdən  yayınmaq  ümumiyyətlə,  yapon  poeziyasına  xas  olan  keyfiyyətdir.  Bunu  da  diqqətə 
çatdıraq ki, Yaponiyada “poeziya sevgisi” imperator sarayından təbliğ edilmışdir. Bu ənənənin əsas səbəbi 
isə  tez-tez  təşkil  edilən  şeir  müsabiqələri  olmuşdur.  Maraqlıdır  ki,  hər  bir  imperatorun  arzusu  onun 
hakimiyyətdə olduğu dövrdə xüsusi bir antologiya tərtib edilməsi, onların hakimiyyətdə olduğu dövrün 
əbədiləşdirilməsi idi. İmperatorlar adətən istedadlı şairləri saraya cəlb etməyə çalışmış, yeni ruhlu, yeni 
üslublu saray şairi yaratmağa cəhd etmişlər. Ancaq bəzi şairlər bütün mərhumiyyətlərə rəğmən saraydan 
uzaq qalmış, azadlıqlarını qorumağa çalışmışlar.  
 
Qədim yapon poeziyası daimi epitetlər, dəyişməz metaforalarla zəngindir. Yapon poeziyasına  xas 
olan bəzi xüsusiyyətlər bütün şərq poeziyası üçün xarakterikdir. Məsələn, göz yaşı – mirvari, qanlı göz 
yaşı    -  sarı-narıncı  payız  yarpağı  və  s.  kimi  təqdim  olunmuşdur.  Yalnız  yapon  poeziyasına  xas  olan 
“qocaman albalı ağacı” kimi ifadə gənclik illərinin ötüb keçməsi ilə bağlı kədərə işarədir. Qeyd edək ki, 
yapon şeirinin özünəxas bir əsas xüsusiyyəti var ki, bu da anı göstərmək və anı yaxalamaqdan ibarətdir. 
Bu fikirlə bağlı “Tanrıdan gələn səslər” kitabında oxuyuruq: “Bu xüsusiyyət – anı yaxalamaq cəhdi və bu 
cəhdi dəqiq qaydalarla hüdudlanmış qısa şeirdə icra etmək yapon poeziyasını vizuallıq baxımından dünya 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə