Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə57/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   53   54   55   56   57   58   59   60   ...   121

115 
 
Müəllim Haşım bəy Vəzirov qapısını bağlayıb evdə gizlənməyə məcbur oldu. Bir axşam Haşım bəy 
öz qohumlarından bir neçə adam götürüb qazının evinə getdi: Əsərin əl yazması ilə Quranı qazının 
qarşısına  qoyub  dedi:  “Qazı  ağa!  Bu  mənim  yazdığım  əsər,  oxuya  bilərsiniz,  ancaq  and  olsun  bu 
Qurana, “Həzrət Abbas” adını mən kitabıma salmamışam. O nadürüst Bədir (həvəskarın adıdır), dili 
dinc durmayıb, bu sözləri özündən demişdir”. Qazı inandıqdan sonra cəmaəti sakit etdi. O tarixdən 
1899-cu ilə qədər Şuşada türk teatrosuna yol verməzdilər” (2, səh.375). 
Göründüyü kimi, Azərbaycanda dini fanatizmin tüğyan etməsi, yalançı din xadimlərinin isə 
bundan  istifadə  edərək  teatra,  dram  sənətinə,  ümumiyyətlə  desək  sivil  mədəniyyətin  inkişafına 
mane törədərək xalqın maariflənməsinin qarşısını hər vəchlə alırdılar. 
Ə.B.Haqverdiyev  yazır  ki,  “1905-ci  ilə  qədər  Azərbaycan  tamaşaları  aktyorlar  və  həvəs-
karlar üçün dəhşətli əzab və işgəncədən ibarət idi. Şəhərlərdə (Bakıdan başqa) teatr binaları yox idi” 
(2, səh.365). 
Mollanəsrəddinçilər  bədii  zövqü  inkişaf  etdirmək,  uşaq  və  gəncləri  estetik-bədii  cəhətdən 
tərbiyə etmək üçün teatr tamaşalarının oynanılmasına yüksək əhəmiyyət verirdilər. Bədii tərbiyədə 
teatr tamaşalarının roluna böyük qiymət verən “Molla Nəsrəddin” jurnalında qeyd olunur ki, adam 
öz  buraxdığı  nöqsanları  özü  görə  bilmir,  lakin  teatr  tamaşalarına  baxdıqda  haman  nöqsanların 
ümumiləşdirilmiş  nümunələrini  görür.  Təsadüfü  deyil  ki,  Cəlil  Məmmədquluzadənin  “Ölülər”, 
“Anamın kitabı”, “Pirverdinin xoruzu”, “Saqqallı uşaq” kimi bir sıra səhnə əsərləri yaratmışdır.  
Ümumiyyətlə, mollanəsrəddinçilər teatrların, xüsusilə məktəb teatrlarının olmasına, onun tər-
biyəvi  əhəmiyyətinə  yüksək  qiymət  verirdilər.  Çünki  uşaqlar  dərsdən  sonra  boş  vaxtlarını  lazım 
olmayan yerlərdə keçirməkdənsə məktəb teatrlarında keçirmələri daha əlverişlidir. Bu onların bədii 
zövqlərinin,  mühakimələrinin  inkişafına  kömək  edər.  “Molla  Nəsrəddin”  jurnalı  yazır  ki,  “keçən 
günlərdə bir müəllim istəyirmiş məktəbdə uşaqlar üçün teatr düzəltsin. A başına dönüm, bu xəbəri 
eşitcək cəmi müsəlman müəllimləri “ittihadi müsəlmani” eləyib bu nadinc müəllimi baykot eləyirlər 
və səbəb də bunu qoyurlar ki, niyə qoymursan dinc və fəraqət oturaq” (1, 1911, №13). 
“Molla Nəsrəddin” jurnalı dünyada şöhrət tapmış və dünya ədəbiyyatına öz dəyərli incilərini 
vermiş  şəxslərin  pyeslərinin  səhnədə  oynanılmasına  çalışırdı.  “Teatr  məclislərində  oynanılan 
məzhəkəli  təmsillər,  komediyalar,  həzinamiz  faciələr  yer  üzündə  ən  artıq  məharətli  və  dərin  fikir 
sahibləri olan ədiblərin qələmlərinin əsərləridir”.  
Mərhum  Mirzə  Fətəlinin  “Hacı  Qara”  kimi  bir  komediyası  Avropa  nöqteyi-nəzərincə  və 
mötəbər əsərlərin cərgəsinə daxil olmalıdır (1, 1906, №28). “Molla Nəsrəddin” jurnalında qeyd olunur 
ki, böyük  yazılar zamanın  yaxşı əsərləri  səviyyəsində  olan ölməz  əsərlər  yaratmışlar.  Həmin  əsərlər 
uşaqlarımızın  bədii  tərbiyəsinə  öz  müsbət  təsirini  göstərə  bilər,  onlardan  istifadə  etmək  lazımdır. 
Ə.B.Haqverdiyev yazırdı ki, Azərbaycan xalqının böyük oğlu – filosof, klassik ədəbiyyat nümayəndəsi 
olan  M.F.Axundov  “Hacı  Qara”  komediyasına  yüksək  qiymət  verərək  dünya  ədəbiyyatında  böyük 
şöhrət qazandığını qeyd edirdi. Doğrudan da “Hacı Qara” əsəri realist bir əsər kimi dünya ədəbiyyatın-
da özünəməxsus yer tutur. Axundov bu əsərdə feodal – patriarxal dünyasının çürüklüyünü, istismarını, 
tacirlərin  çürük  əxlaqi  keyfiyyətlərini,  tamahkarlığını  pisləyir.  Bu  nöqteyi-nəzərdən  jurnal  haman 
əsərin  oynanılmasını  məsləhət  görür.  Çünki  bu  əsər  uşaqlarımızın  tərbiyəsinə  öz  müsbət  təsirini 
göstərir.  Haqverdiyev  yazır  ki,  “Əgər  Mirzə  Fətəli  Axundov  ruhaniliklə  amansız  mübarizə  edirdisə, 
onun davamçıları din məsələlərində ehtiyatlı tərpənirdilər. Mirzə Fətəli mollalarla mübarizə edə bilərdi, 
çünki onun rəsmi vəzifəsindən, çiyinlərindəki parıldayan epoletlərdən ibarət möhkəm arxası var idi” (2, 
səh.365).  “Molla  Nəsrəddin”  jurnalı  camaatı  “teatr  haramdır!”,  “teatra  kömək  edənlər  o  dünyaya”, 
“...şapka qoyan İvan sifətində gələcək, qramafon səsinə, “yox, yox haramdır ona qulaq asmaq, oradan 
cin səsi gəlir”, “müsəlman teatrçıları şəriətə xilafdır” (1, 1911, №30), deyən din nümayəndələri ilə hə-
mişə mübarizə aparmağa səsləyirdi. Jurnal çox kəskin dildə, bəzən gülməli, bəzən kədərli, bəzən felye-
ton,  hekayə,  son  xəbərlər,  bilməli  xəbərlər  və  bəzən  də  satirik  şeirlər  vasitəsilə  islam  dinindən  öz 
vaizlərinin çürük fikirlərini ifşa edirdi.  
“Molla Nəsrəddin” jurnalı özünün növbəti nömrəsində “Kazandan məktub” adlı məqalədə (1, 
1908, №10) yazır: “Bir gün mollalar ağsaqqallara dedilər ki, teatr köhnədir, buna görə gərək teatrı 
bağlayaq. Yığılıb bir “Ptisiya” düzəldib cənab qubernatorun qulluğuna göndərdilər. Qubernator da 
baxmadı.  Sonra  cümə  günü  cəmi  məscidlərdə  duadan  sonra  bir  para  mollalara  dedilər  və  hamısı 


116 
 
bunu  ərz  etdilər  ki,  teatra  gedən  cəhənnəmə  gedən  kimidir,  ay  müsəlman  qardaşlar,  sizin  ki,  ar-
vadlarınız,  qızlarınız  teatra  gedirlər  və  orada  kişilərlə  görüşürlər,  fahişəxanaya  gedən  kimidirlər. 
Müsəlman bəndəsi oraya getməməlidir.  
Yaxud teatr haqqında iki hacının söhbətinə diqqət yetirək: “Molla Nəsrəddin” jurnalı yazırdı: 
“Bir  teatr  cəmiyyəti  məndən  xahiş  etdi  ki,  bir  əba  tapım.  İrəlilərdə  mən  teatr  üçün  bir  para  libas 
tapıb verərdim ki, teatr məclisində geysinlər. Bu dəfə də əbamı vurdum qoltuğuma ki, aparım teatra. 
Qədim dostum  molla Həmdulla Miyanəli mənə  rast  gəldi və  əbanın  əhvalatını soruşdu və mən də 
cavab verdim. Gördüm dostumun rəngi bozardı və bir qədər mənim üzümə baxıb dərin bir ah çəkdi, 
sonra yapışdı əbadan və başladı dartmağa.  
Dedim  –  axı,  yekə  kişisən,  sözünü  de  görüm  nə  istəyirsən?  Molla  əbanı  boşladı  və  üzünü 
məndən çöndərdi ki, getsin və gedə-gedə məndən soruşdu: qiyamətdə nə cavab verəcəksən? Dedim 
kimə?  Dedi:  -  Allaha,  dedim  –  nədən  ötrü?  Dostum  bir  az  uzaqlaşıb  …  əlindəki  ağacı  göyə 
qovzuyub başladı: ay məlun sizin kimi laməzhəblər şəriətin belini sındırdılar”.  
Xülasə,  əbamı  apardım  teatr  məclisinə,  həmin  gecə  teatr  məclisində  əbamı  geyib  oynadılar. 
Mən də baxırdım. Sabah oldu, gördüm ki, gözlərim bərk ağrayır. İndi bu saat elə bir şiddətlə ağrayır 
ki,  gözlərimi  aça  bilmirəm.  İndi  bu  sözləri  yazmaqdan  qəsdim  teatr  məclislərinə  libas  verən 
qardaşlarımı  xəbərdar  eləməkdir  ki,  bu  işlərin  nəticəsi  söz  yox  ki,  axırda  məlum  olacaqdır.  Hələ 
bəzi biar adamlar teatrlara övrətlərinin də libaslarını aparırlar.  
“Molla  Nəsrəddin”  jurnalı  şəkillərdən  çox  məharətlə  istifadə  edərək  xalqı  başa  salırdı  ki, 
teatrlara gedin,  bədii zövqünüzü inkişaf  etdirin, boş vaxtlarınızı şən, gümrah və  əyləncəli  yerlərdə 
keçirin. Jurnalın 1909-cu il №11, 13; 1910-cu il №2, 3, 16 – saylarında belə şəkillərə tez-tez təsadüf 
olunur. Jurnalda verilmiş bir şəklə diqqət yetirək: Qramafon çalınır, müsəlman ziyalıları qulaq asır, 
avam camaat isə bu səsi eşidən kimi qaçırlar. Onları tutub zorla saxlamaq istəyirlər, lakin mümkün 
olmur. Şəklin altında isə avam camaatın dili ilə deyilən bu sözlər yazılmışdır: “Yox, yox haramdır, 
ona qulaq asmaq: - oradan cin səsi gəlir” (1, 1909, №11).  
Və  yaxud başqa bir şəkildə  belə  bir hadisə  təsvir edilir:  cəmiyyəti xeyriyyənin  üzvləri avam 
camaata  teatr  bileti  satmaq  təklif  edirlər,  hacılar  bileti  almaq  istəməyərək  qaçırlar.  Cəmiyyəti 
xeyriyyənin üzvləri də onların ardınca qaçır, onlardan birini güclə tutub yerə yıxırlar və bileti onun 
ağzına soxurlar.  
Şəklin altında isə bu sözlər yazılmışdır – Tiflisdə şeytan bazarda cəmiyyəti xeyriyyə üzvləri 
müsəlmanlara teatr bileti satırlar.  
“Molla Nəsrəddin” jurnalının hər bir tək yalançı, riyakar mollaları, axundları felyetonlarında 
gülünc  hədəfinə  qoymaqla  hücumlara  məruz  qalmamışlar,  həm  də  teatr  səhnələri  yaratmaqla  da 
təqiblərə, tənqidlərə, təhqirlərə, hücumlara, hədələrə və sairə məruz qalmışlar. Ancaq bütün bunlara 
rəğmən  mollanəsrəddinçilər  yollarından  dönməmiş,  öz  amal  və  ideyalarına  sona  qədər  sadiq 
olmuşlar. Belə dönələrlə hücumlara məruz qalanlardan biri də Əliqulu Qəmküsar olmuşdur. 
Ə.Qəmküsar  “milli  azadlıq  yolunda  nəinki  qələmi,  eyni  zamanda  bütün  maddi  və  mənəvi 
varlığı ilə mücadilə etmiş, millətini, xalqını azad görmək həsrəti ilə yaşamışdır” (3, səh.26).  
Azərbaycan  SSR  Xalq  artisti  mərhum  Mustafa  Mərdanov  “Əlli  il  Azərbaycan  səhnəsində” 
adlı  kitabında  İrəvanda  Ə.Qəmküsarın  başına  gələn  bir  faciəvi  hadisəni  belə  xatırlayır:  “Birinci 
“Dəmirçi  Gavə”  tamaşasını  göstərdik.  İkinci  tamaşamız  “Ölülər”  oldu…  Onu  da  deyim  ki, 
tamaşaçılar bir yana qalsın, biz aktyorlar da Mirzə Əliqulunun roluna valeh olmuşduq (Ə.Qəmküsar 
Şeyx Nəsrullah rolunu ifa etmişdir – K.C.). “Ölülər” tamaşası böyük müvəffəqiyyətlə keçdi. Mirzə 
Əliqulunu üç dəfə səhnəyə çağırdılar. Bütün salondakılar onu səmimi alqışladılar. 
…Lakin  bu  sevinc  çox  davam  etmədi.  Ertəsi  günü  saat  on  idi.  Mehmanxana  xidmətçisi 
tələsik içəri girib məni oyatdı: 
“Durun, cənab Mərdanov, yoldaşınızı öldürdülər!” 
Mən  tələsik  geyinib  aşağı  düşdüm.  Mirzə  Əliqulunu  başı-gözü  qan  içində  mehmanxana 
qabağında uzatmışdılar.  
Əhvalat  belə  olmuşdu:  Mirzə  Əliqulu  adəti  üzrə  “Molla  Nəsrəddin”  jurnalı  üçün  material 
toplamaq məqsədi ilə hacıların, kərbəlayıların, seyidlərin, dərvişlərin bol yeri olan İrəvan bazarına 
gedibmiş.  İrəvan  mömünləri,  “din  mücahidləri”  dünənki  “biabırçı”  tamaşadan  xəbər  tutub,  onun 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə